Azərbaycanda siyasi MƏhbuslar



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə9/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
19 
 
Saxlanma tarixi: 3 mart 2017-ci il 
 
İttiham: CM-in 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan 
atma) maddəsi 
 
Saxlandığı yer: 14 saylı Cəzaçəkmə Müəssisəsi 
 
İş üzrə qısa arayış: Tanınmış fotoqraf və video bloger  Mehman Hüseynov Facebook 
sosial  şəbəkəsində  böyük  izləyici  kütləsi  olan  Sancaq  Production  səhifəsinin 
inzibatçısıdır. Hüseynov 325.000-dən artıq izləyicisi olan bu səhifədə nazirlərə, millət 
vəkillərinə  məxsus    mülkləri  və  dəbdəbəli  həyat  tərzini  göstərən,  sosial  problemlərə 
görə tənqidi xarakterli video roliklər yerləşdirirdi. Eyni zamanda, bu məsələlərlə bağlı 
insanlar  arasında  etdiyi  video  sorğular  da  səhifədə  çoxsaylı  şəxslər  tərəfindən 
izlənilirdi.  Video  materialların  böyük  əksəriyyəti  sarkastik  və  ironik  məzmunda 
hazırlanırdı. Həbsindən bir gün  əvvəl  yaydığı  video sorğu ölkənin  birinci xanımının 
prezident  tərəfindən  həm  də  ölkənin  birinci  vitse-prezidenti  təyin  olunmasına  ironik 
tənqid  üslubunda  idi.  Bu  videodan  bir  gün  sonra  Hüseynov  Nəsimi  Rayon  Polis 
İdarəsinin  rəisi  Musa  Musayevin  ona  qarşı  irəli  sürdüyü  xüsusi  ittiham  qaydasında 
şikayət əsasında məhkəmə zalında həbs edilib.  
 
Həbsinin səbəbi M.Hüseynovun 11 yanvar 2017-ci ildə Nəsimi Rayon Məhkəməsinin 
qarşısında  polisi  ona  işgəncə  verməkdə  və  qeyri-insani  rəftara  məruz  qoymaqda 
ittiham  etməsi  olub.  M.Hüseynov  yanvarın  10-da  şəhərin  mərkəzində  saxlanılaraq 
polis  bölməsinə  aparılıb  və  ona  qarşı  zorakılıq  hərəkətləri  edilib,  qeri-insani  və 
ləyaqəti alçaldan rəftara məruz qalıb. Onun bu barədə şikayəti lazımınca araşdırılmasa 
da  M.Hüseynov  və  vəkili  paltarlarında  qan  izini,  zərbələrin  yerlərini  nümayiş 
etdiriblər və hətta ekspertiza da onun zədələr aldığını müəyyən edib.  Yanvarın 11-də 
polis  Hüseynovu  fəallara  qarşı  geniş  şəkildə  istifadə  edilən  polis  nəfərinə  tabe 
olmama  ittihamı  ilə  inzibati  qaydada  cəzalandırılması  üçün  Nəsimi  Rayon 
Məhkəməsinə  gətirilib  və  məhkəmədən  onun  inzibati  qaydada  həbsi  tələb  olunub. 
Məhkəmə  M.Hüseynovun  200  AZN  cərimələnməsi  barədə  qərar  çıxararaq  onu  azad 
etdikdən  sonra  Hüseynov  məhkəmənin  qarşısında  polisdə  saxlandığı  zaman  məruz 
qaldığı fiziki zorakılıq barədə mətbuata məlumat verib.  
 
M.Hüseynov 2012-ci ildə də fəaliyyəti ilə bağlı  polis tərəfindən saxlanılıb, ona qarşı 
xuliqanlıq ittihamı irəli sürülüb; həbs edilməsi tələbi ilə məhkəmə qarşısına çıxarılsa 
da, onun barəsində polis nəzarətində saxlanması barədə qərar çıxarılıb. Bundan sonra 
Hüseynovun  ölkədən  çıxışına  qadağa  qoyulmuş,  sonradan  isə  şəxsiyyət  vəsiqəsi  və 
pasportu əlindən alınıb, yenisini verməkdən isə imtina edilib.  
 
Həbsindən  bir  neçə  ay  öncə  M.Hüseynov  əvvəllər  qardaşı,  hüquq  müdafiəçisi  Emin 
Hüseynovun  rəhbərlik  etdiyi  Reportyorların  Azadlıq  və  Təhlükəsizlik  İnstitutunun 
(RATİ)  sədri  seçilib.  Sədr  seçildikdən  sonra  RATİ-nin  təşəbbüsü  ilə  Avropa  Şurası 
Parlament  Assembleyasına  Azərbaycanda  yerli  ictimaiyyəti  fəalların  adından  insan 
hüquq  və  azadlıqlarının  pozuntularının  qeyd  edildiyi,  o  cümlədən  Azərbaycanın 
nümayəndə  heyətinin  2  üzvünün  adı  korrupsiya  qalmaqalında  keçdiyi  üçün  onların 
səsvermə  hüquqlarının  dondurulmasına  çağırışı  əks  etdirən  müraciət  hazırlanıb 
göndərilib.  
 
M.Hüseynov  Suraxanı  Rayon  Məhkəməsinin  (hakim  Ceyhun  Qədimov)  3  mart 
2017-ci  il  tarixli  hökmü  ilə  2  il  müddətinə  azadlıqdan  məhrum  edilib.  Bakı 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
20 
 
Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Vaqif Mursaqulov) 12 aprel 2017-ci il 
tarixdə bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb.  
 
  
 
B. YAZARLAR/ŞAİRLƏR 
 
11.
 
Tofiq Xasay oğlu 
HƏSƏNLİ 
       
                                                                                              
 
Saxlanma tarixi: 12 oktyabr 2015-ci il 
 
 
 
 
           
 
İttiham: CM-in 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və 
ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, 
daşıma,  göndərmə,  yaxud  qanunsuz  olaraq  narkotik  vasitələri  və  ya  psixotrop 
maddələri satma, külli miqdarda törədildikdə) maddəsi                               
 
Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi  
 
İş üzrə qısa arayış: Tofiq Həsənli hakimiyyəti və onun apardığı siyasəti tənqid edən 
şəxslərdən  olub.  O,  tənqidlərini  yazdığı  satirik  şeirlərdə  ifadə  edib  və  bu  şeirlərini 
Youtube  portalındakı  səhifəsində
19
 yerləşdirərək  onları  sosial  şəbəkələrdə  geniş 
şəkildə  yayıb.  Şeirləri  arasında  Azərbaycanın  keçmiş  prezidenti  olmuş  Heydər 
Əliyevin siyasətini tənqid edən “Heydərnamə” adlı silsilə şeirlər toplusu
20
   və  başqa 
satirik  şeirləri  onun  cinayət  təqibinə  səbəb  olub.  Şairin  özü  2015-ci  ilin  yanvarında 
“Azadlıq”  Radiosuna  müsahibəsində  şeirlərinə  görə  hədələndiyini,  həbsinin  real 
olduğunu bildirib
21
.  
 
T.Həsənli  ANS  telekanalında  yayımlanan  “Qulp”  satirik  verilişində  ilk  dəfə  2000-ci 
ildə  şeirləri  ilə  çıxış  edib.  Yazdığı  tənqidi  “Dirsək”  şeiri  ilə  populyarlaşıb  və  həmin 
kanalda  başqa  tənqidçi  şair  Baba  Pünhanın  müəllifi  olduğu  verilişə  davamlı  dəvət 
olunmağa  başlayıb.    Daha  sonra  “Millətin  səsi”  qəzetində  fəaliyyətə  başlayan  şair 
qəzetin  son  səhifəsində  2015-ci  ildə  Youtube  portalında  yaydığı  “Heydərnamə”  adlı 
silsilədən  7  tənqidi  şeir  çap  etdirib.  Sonradan  qəzet  bağlandığından  T.Həsənli 
müxtəlif  mətbuat  orqanları  ilə  əməkdaşlıq  edib,  bu  əməkdaşlıq  çərçivəsində  onun 
“Xural”  qəzetində  “İlhamlı  nəğmələr”  silsiləsindən  3  şeiri  çap  edilib.  Bu  şeirlərinə 
görə  o,  tənqidi  səslərə  qarşı  istifadə  edilən  narkotik  maddə  ittihamı  ilə  2005-ci  ildə 
həbs  olunaraq  ən  yüksək  cəzaya  –  3  il  müddətinə  azadlıqdan  məhrumetmə  cəzasına 
məhkum edilib (halbuki şair birinci dəfə idi ki, cinayət məsuliyyətinə cəlb edilirdi və 
praktikada  bu  cür  işlərdə  ən  yüksək  cəza  2  ilə  qədər  olurdu).  O,  2007-ci  ildə 
Amnistiya Aktı əsasında azadlığa buraxılmışdı.      
 
2015-ci  il oktyabrın 13-də  sosial  şəbəkələrdə və  bəzi  xəbər portallarında şairin  yoxa 
çıxması  ilə  bağlı  xəbərlər  yayıldı.  Bundan  5  gün  sonra  T.Həsənlinin  yaxınları  onun 
                                                        
19
 http://bit.ly/29zyd76  
20
 http://bit.ly/29zztYa  
21
 http://bit.ly/29AYkap  
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə