Azərbaycanda siyasi MƏhbuslar


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
səhifə10/56
tarix21.04.2018
ölçüsü5,09 Kb.
#39767
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
21 
 
həbs  edildiyini və  Bakı  İstintaq Təcridxanasına köçürüldüyünü öyrənə  biliblər. Polis 
şairin  həbs  edilməsi  ilə  bağlı  xəbərləri  onun  həbsindən  bir  neçə  gün  sonra 
ictimaiyyətə açıqlayıb, halbuki qanunla şəxsin həbs edilməsi ilə bağlı məlumat dərhal 
onun yaxınlarına verilməli, onun istədiyi vəkillə təmin olunmasına şərait yaradılmalı 
idi. 
 
T.Həsənli  satıcılıq  etdiyi  dükanda  həbs  edilib.  O,  dükanı  bağlamağa  hazırlaşarkən  
yaşadığı  ərazidə  hamının  narkoman  kimi  tanıdığı  şəxs  dükana  girib,  T.Həsənli  onu 
dükandan  çıxardıqdan  sonra  qapını  bağlayıb,  ordan  uzaqlaşarkən  polis  əməkdaşları 
onu saxlayaraq geri qaytarıblar. Polis dükanda kassanın üzərindən narkotik maddənin 
tapıldığını  iddia  edib.  Ancaq  dükanda  kassanın  üzərində  açıq  şəkildə  narkotik 
maddənin saxlanılması inandırıcı görünmür.   
 
45 yaşlı şair Tofiq Həsənli Lənkəranda ahıl anası Zərifə Cəlalova ilə birgə yaşayırdı. 
Cənab Həsənlinin həbsindən sonra onun anasının bir neçə video müraciəti yayılıb ki,  
bu videolarda anası  oğlunun qanunsuz həbs  edildiyini, şeirlərinə, haqq söz dediyinə 
görə  ondan  qisas  alındığını  bildirib  və  yerli  ictimaiyyəti  şairə  yardım  göstərməyə 
çağırıb. 
 
T.Həsənli  Lənkəran  Ağır  Cinayətlər  Məhkəməsinin  22  avqust  2016-cı  il  tarixli 
hökmü  ilə  6  il  müddətinə  azadlıqdan  məhrum  edilib.  Şirvan  Apellyasiya 
Məhkəməsinin  (sədrlik edən hakim Ələsgər Novruzov)  22 dekabr  2016-cı  il tarixli 
qərarı  ilə  bü  hökm  qüvvədə  saxlanılıb.  Ali  Məhkəmənin  25  iyul  2017-ci  il  tarixli 
qərarı  (sədrlik  edən  İmran  Hacıqayıbov)  ilə  Şirvan  Apellyasiya  Məhkəməsinin 
qərarı qüvvədə saxlanılıb, kassasiya şikayəti təmin edilməyib.  
 
 
12.
 
Saday Əsəd oğlu 
ŞƏKƏRLİ 
         
                                                                                                 
 
Saxlanma tarixi: 23 dekabr 2015-ci il  
 
 
 
 
          
 
İttiham:  CM-in  182.2.4-cü  (hədə-qorxu  ilə  tələb  etmə,  xeyli  miqdarda  əmlak  əldə 
etmək məqsədilə törədildikdə) maddəsi 
 
 
 
 
     
 
Saxlandığı yer: 6 saylı Cəzaçəkmə Müəssisəsi Müəssisəsi  
                                           
 
İş  üzrə  qısa  arayış: 
  Saday  Şəkərli  Vergilər  Nazirinin  müşaviri  Asif  Cahangirovun 
şikayəti  əsasında  həbs  edilib.  İttihama  görə,  şair  adı  çəkilən  vəzifəli  şəxsdən  onun 
barəsində mətbuatda rüsvayedici məlumatların yayılması hədəsi ilə 10 000 AZN tələb 
edib.  
 
Bu  hadisə  şairin  Vergilər  Nazirliyinin  maliyyə  dəstəyi  ilə  yazdığı   “Qurd  ürəyi” 
kitabının çap edilməsindən sonra baş verib (şairin əvvəlki bir sıra kitabları da Vergilər 
nazirinin  dəstəyi  ilə  çap  edilib  və  bu  barədə  kitablarda  qeyd  olub).  Şairin  həbsindən 


AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT 
 
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir 
 
22 
 
sonra  onun  evində  axtarış  aparılıb  və  mənzilində  olan  bu  kitabın  bütün  nüsxələri 
qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədən götürülərək məhv edilib. 
 
“Qurd  ürəyi”  kitabında Azərbaycanın  keçmiş  prezidenti  Heydər  Əliyev  və  indiki 
prezident  İlham Əliyev  barədə  tənqidi fikirlər  yer alıb. “Qurd ürəyi” kitabından qısa 
bir  hissə:  “Ölkə  prezidenti  Əbülfəz  Elçibəy  hakimiyyəti  başına  buraxıb  öz  doğma 
kəndinə  -  Kələkiyə  qaçdı.  İqtidardakılar  birmənalı  şəkildə  Naxçıvan  Ali  Məclisinin 
Sədri  Heydər  Əliyevi  ölkəni  idarə  etməyə  dəvət  etdilər.  Xalqın  etimad  göstərib 
Prezident  seçdiyi  bir  demokrat  xalqın  iradəsinə  tüpürdü,  xalqın  iradəsi  təsbeh  kimi 
qırılıb  ayaqlar  altına  səpələndi.  Sovet  illərindəki  müsibətlər  təkrarlanmağa  başladı. 
Tutulasıları  atdılar  dama,  başını  götürüb  ölkədən  qaçanlardan  hələ  də  xəbər-ətər 
yoxdu, qəzetlər öldürülənlərin siyahısını arabir çap edib  yadımıza salır. Bütün dünya 
siyasətçilərinin bir məqsədi vardı, Azərbaycanın təbii sərvətlərinə yiyələnmək. 
Dönə-
dönə  demişik  ki,  öz  bölgələrinin,  tayfalarının  böyük  adamı  olmaqdan  Azərbaycanın 
böyük  adamı  olmağa  doğru  ucala  bilməyənlər  özləri  üçün  böyüklük  etalonunu 
əvvəlcə  Heydərdə,  sonra  isə  İlhamda  görürlər.  Onların  H.Əliyevə  münasibətini 
anlamaq  olar.  Günü  bu  gün  onun  ölüsündən  də  qorxurlar  və  torpağa  verilməyincə 
diriləcəyinə  inanmaqdadılar.  Əgər  ölkənin  112  professoru  İlham  Əliyevi  özlərindən 
ağıllı hesab edirsə, əgər Qafqaz müsəlmanlarının ömürlük şeyxülislamı Paşazadənin, 
Azərbaycan  yazarlarının  ömürlük  şeyxülislamı  Anarın,  Azərbaycan  rəssamlarının, 
bəstəçilərinin  və  onların  timsalında  bütün  adi  azərbaycanlıların  şeyxülislamları  öz 
dövləti  üçün  İlham  Əliyevi  alternativsiz  lider  görürlərsə,  Azərbaycanda  din,  elm, 
sənət,  ədəbiyyat  deyilən  sahələrin  durumunun  çox-çox  acınacaqlı  olduğu  göz 
qabağındadır
”.  
 
Məhkəmə  proseslərinin  müşahidəsi  göstərib  ki,  şairə  qarşı  yeganə  sübut  Vergilər 
nazirinin  müşavirinin  ifadəsidir,  nə  istintaq,  nə  məhkəmə  şairin  bu  vəzifəli  şəxs 
barəsində  hansı  rüsvayedici  məlumatları  olub-olmamasını  araşdırıb.  Eyni  zamanda 
onların arasında bu məzmunda həqiqətən də söhbətin olub-olmadığını, telefon zəngini 
məhz  şairin  etdiyini,  ehtimal  olunan  rüsvayedici  məlumatların  hansı  mətbu  orqanda 
çap  ediləcəyini  və  başqa  bu  kimi  məsələlər  araşdırılmayıb.  Şairin  vəkillərinin 
məhkəmədə verdiyi və işin mahiyyətinə təsir edə biləcək vəsatətlər təmin olunmayıb. 
 
Şair  Bakı  Ağır  Cinayətlər  Məhkəməsinin  (sədrlik  edən  hakim  Əfqan  Hacıyev)  16 
may 2016-cı il tarixli hökmü ilə 10 il müddətinə (dövlət ittihamçısı məhz bu mddəti 
istəmişdi)  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  edilib.  Mövcud  praktikada 
tətbiq  olunmayan  başqa  bir  məqam  ondan  ibarətdir  ki,  ilk  dəfə  cinayət 
məsuliyyətinə  cəlb  edilməsinə  baxmayaraq,  şairin  cəzasını  ciddi  rejimli  cəzaçəkmə 
müəssisəəsində  çəkməsi  barədə  qərar  çıxarılıb. 
Bakı  Apellyasiya  Məhkəməsi  03 
avqust  2016-cı  ildə  cinayət  qanunvericiliyinə  edilən  vurulmuş  ziyanın  həcmi  ilə 
bağlı  dəyişklikləri  nəzərə  alaraq  Saday  Şəkərliyə  qarşı  irəli  sürülmüş  ittihamı 
yüngülləşdirərək  cəzanın  5  il  müddətinə  azaldılması  ilə  bağlı  qərar  çıxarıb.  Ali 
Məhkəmə sonuncu qərarı 12 yanvar 2017-ci tarixli qərarı ilə qüvvədə saxlayıb.  
_____________________________________________________________________ 
 
 
 
 
 
 
 


Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə