AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
54
E.Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin qanunsuzluğu ilə bağlı yuxarı
instansiyalara şikayət edib, şikayət təmin edilmədiyi üçün Avropa Məhkəməsinə
müraciət edib (ərizə N 30813/16).
E.Qasımov və onun yaxınları bu cinayət işinə görə həbs edilmiş digər şəxslər kimi
onun da işgəncəyə və qeyri-insani rəftara məruz qaldığını bildirib, Ombudsman
Aparatına və digər qurumlara şikayətlər ünvanlayıblar. Lakin bu müraciətlər lazımi
şəkildə araşdırılmayıb. E.Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirinin
müddəti 20 sentyabr 2016-cı ildə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 26 dekabr
2016-cı ilə qədər uzadılıb.
Nardaran hadisələrinə görə həbs edilən bir sıra şəxslərin işi Elçin Qasımovun işi ilə
birlikdə Bakı Ağır Cnayətlər Məhkəməsinə göndərilib və bu şəxslərə qarşı analoji
maddələr üzrə ittihamlar irəli sürülüb.
Bu iş üzrə axtarışda olan, MHB-nin üzvü Elxan İsgəndərov 15 mart 2017-ci il
tarixində yaşadığı evdə tutulub, ona qarşı eyni ittihamlar irəli sürülüb və Nəsimi
Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
47.
Vüsal Nadir oğlu
ALIŞ
Saxlanma tarixi: 02 dekabr 2015-ci il
İttiham: CM-in 28, 214.2.1
(cinayətə hazırlıq, terrorçuluq, yəni ictimai təhlükəsizliyi
pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya
beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə
insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak
ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi
yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin
məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, qabaqcadan əlbir olan bir
qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən
törədildikdə) 28, 214.2.3
(cinayətə hazırlıq, terrorçuluq, yəni ictimai təhlükəsizliyi
pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya
beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə
insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak
ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi
yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin
məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, odlu silahdan və silah
qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 214-2
(terrorçuluğa açıq çağırışlar), 220.2
(hakimiyyət nümayəndəsinin qanuni tələblərinə
fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq
etməyə çağırışlar etmə), 228.3
(qanunsuz olaraq odlu silah, onun komplekt
hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı
istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və ya gəzdirmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 228.4
(qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə,
satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq
peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla), 233
(ictimai
AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
55
qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə
fəal iştirak etmə), 278
(Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq
hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə
dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), 279.3
(Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı
birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində
iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə,
yaxud əsgəri ləvazimatla təchiz etmə, adamların həlak olmasına və ya digər ağır
nəticələrə səbəb olduqda), 281.2
(hakimiyyətin zorla ələ keçirilməsinə, zorla
saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla
dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar
etmə, habelə bu cür məzmunlu materialları yayma, təkrar və ya bir qrup şəxs
tərəfindən törədildikdə), 283.2.3-cü
(milli, irqi, sosial və ya dini nifrət və
düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini
mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və
ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən
kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə, mütəşəkkil dəstə
tərəfindən törədildikdə) maddələri
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
48.
Seymur Tərlan oğlu
ASLANOV
Saxlanma tarixi: 23 dekabr 2015-ci il
İttiham: Yuxarıdakı
işdə göstərilən eyni maddələr
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
49.
Elgün Ənvər oğlu
AXUNDOV
Saxlanma tarixi: 01 dekabr 2015-ci il
İttiham: Yuxarıdakı işdə göstərilən eyni maddələr
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
50.
Əmirəli İsmayıl oğlu
ƏLİYEV
Saxlanma tarixi: 03 dekabr 2015-ci il
İttiham: Yuxarıdakı işdə göstərilən eyni maddələr
Saxlandığı yer: Bakı İstintaq Təcridxanası
51.
Ramil Zabil oğlu
ƏLİYEV
Saxlanma tarixi: 08 dekabr 2015-ci il