AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
127
xımından partiyanın maddi-texniki imkanları zəifdir. Parti-
ya siyasi sistemin optimallaşdırılmasını, partiyaların dövlət
tərəfindən maliyyələşdirilməsini, siyasi partiyalar haqqında
yeni qanunun qəbul edilməsini, proporsional seçki sistemi-
nin bərpasını dəstəkləyir.
AZƏRBAYCAN VAHİD KOMMUNİST PARTİYASI
Təsis tarixi: 1993-cü il
Qeydiyyat tarixi: sentyabr 1995-ci il
Partiya sədri: Musa Tukanov
Müsahibin adı: Musa Tukanov
Müsahibin vəzifəsi: birinci katib
İdeologiyasının əsasında marksizm-leninizm, kommu-
nizm ideyaları dayanır. Proqramının hədəfi cəmiyyətdə
fəhlə sinfinin möhkəmlənməsi, onun hüquqlarının qo-
runmasıdır. Siyasi sistemdə sol mövqeyi təmsil edir. Par-
tiya üzvlərinin sayı 3000 nəfərdir. Üzvlük haqqı sərbəstdir,
büdcəsi formalaşdırılmamışdır. Partiyanın 16 şəhər və rayon
təşkilatı fəaliyyət göstərir. Partiya indiyə qədər 2 qurultay
keçirmişdir. Sonuncu qurultayda 200 nəfər nümayəndə işti-
rak etmişdir. Qurultayların keçirilmə müddəti 5 ildən birdir.
Partiyanın seçkili orqanları Mərkəzi Komitə, Siyasi Büro və
birinci katibdən ibarətdir. Partiya üzvü gənclərin sayı 30%,
qadınlar 1% təşkil edir. Son dövrlərdə partiyaya yeni qəbul
edilmiş üzvlər qeydə alınmamışdır. Partiyanın ictimaiyyətlə
əlaqəri “İskra” qəzeti vasitəsilə həyata keçirilir. Partiyanın
sonuncu prezident, parlament və bələdiyyə seçkilərində iş-
tirakı qeydə alınmamışdır. Qarşıdan gələn seçkilərdə par-
tiya başlıca məqsəd kimi təmsilçiliyi hədəfə almışdır. Seçki
bloklarında iştirakı partiya dəstəkləmir. Bunun əsas səbəbi
kimi partiyalar arasında ideoloji proqram baxımdan fərqin
olmaması göstərilir. Partiya iqtidar-müxalifət dialoqunu
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
128
dəstəkləmir. Mövcud resursları ilə bağlı ciddi problemləri
var. Partiyaların dövlət tərəfindən maliyyələşdirilməsini və
siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsini
vacib hesab edir.
BÖYÜK QURULUŞ PARTİYASI
Təsis tarixi: 2003-cü il
Qeydiyyat tarixi: 2005-ci il
Partiya sədri: Fazil Qəzənfəroğlu
Müsahibin adı: Fazil Qəzənfəroğlu
Müsahibin vəzifəsi: sədr
İdeologiyasının əsası quruluşçuluq (strukturalizm) və
dövlət səlahiyyətlərinin məhdudlaşdırılmasıdır. Proqramı-
nın hədəfi cəmiyyətdə liberal-demokratik ideyaların yayıl-
masıdır. Siyasi sistemdə mövqeyi solçuluqdur. Üzvlərinin
sayı 3000 nəfərdən çoxdur. Üzvlük haqqı 1 manat təşkil edir.
Büdcəsi aylıq 400-500 manat həcmindədir. Partiyanın 45
rayon təşkilatı var. Keçirilmiş qurultaylarının sayı 3 olmaqla
2,5 ildən bir keçirilir. Qurultayda kvota 1/10-ə nisbətindədir.
Seçkili orqanları sədr, Siyasi Şura, Nəzarət-Təftiş Komissi-
yası və rayon təşkilatlarıdır. Sədr və Nəzarət-Təftiş Komissi-
yası qurultayda, rayon sədrləri isə yerlərdə seçilirlər. Partiya
üzvü olan gənclər 40% (20% rəhbərlikdə təmsil olunub),
qadınlar isə 10%-dir. Yeni qəbul edilmiş üzvlərin sayı 2009-
cu ildə 1500 nəfər olmuşdur. Partiya KİV-lə və dairələrdə
seçicilərlə görüşlər keçirməklə ictimaiyyətlə əlaqə saxlayır.
Sonuncu prezident seçkilərində partiyanın namizədi 2,5%
səs toplayıb. Sonuncu parlament seçkilərində 17 namizədlə
iştirak etmiş, 1 nəfər seçilmişdir. Partiya sonuncu - 2009-cu
il bələdiyyə seçkilərində 386 namizədlə iştirak etmiş, 144
nəfər seçilmişdir. 2010-cu ilin parlament seçkilərində parti-
yanın başlıca məqsədi parlamentdə fraksiya yarada biləcək
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
129
yerlərin, ən azı 25 yerin qazanılmasıdır. Bu seçkilərdə parti-
yanın 100-ə yaxın namizədi iştirak edəcəkdir. Seçki blokla-
rında iştirakla bağlı partiyada vahid mövqe yoxdur. Partiya
hazırda iqtidar-müxalifət dialoqunu real hesab etmir. Möv-
cud resursları baxımından partiyanın maddi-texniki bazası
zəifdir. Partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə
müsbət baxır, siyasi partiyalar haqqında qanuna dəyişikliklər
edilməsi tərəfdarıdır.
BÜTÖV AZƏRBAYCAN XALQ CƏBHƏSİ PARTİYASI
Təsis tarixi: 2004-cü il
Qeydiyyat tarixi: 2005-ci il
Partiya sədri: Qüdrət Həsənquliyev
Müsahibin adı: Söhrab Abdullayev
Müsahibin vəzifəsi: baş katib
Bütövçülük, dövlətçilik, demokratiya partiyanın əsas
ideologiyasıdır. Proqramının hədəfi demokratik cəmiyyət
quruculuğudur. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.
Üzvlərinin sayı 138 000-dir. Üzvlük haqqı əmək haqqının
1%-i həcmindədir. Qeyri-sabit büdcəyə malikdir. Şəhər
və rayon təşkilatlarının sayı 65-dir. Keçirilmiş qurultay-
larının sayı 2, keçirilmə müddəti isə 4 ildən bir olmaqla
1-/50-ə, 1/100-ə nisbətində kvota ilə çağırılmışdır. Par-
tiyada seçkili orqanlar sədr, Nəzarət-Təftiş Komissiyası
və rayon təşkilatlarının sədrlərindən ibarətdir. Partiyada
gənclər üzvlərin 30%-ni, qadınlar 10%-ni təşkil edir. Onlar
rəhbərlikdə, İdarə Heyətində, Məclis və Nəzarət-Təftiş Ko-
missiyasında təmsil olunmuşlar. Yeni qəbul edilmiş üzvlərin
sayının 2009-cu ildə 100 nəfər olduğu bildirilir. Partiya-
nın ictimaiyyətlə əlaqəsi “Xalq Cəbhəsi” qəzeti və inter-
net saytı vasitəsilə həyata keçirilir. 2008-ci ilin prezident
seçkilərində partiya sədrin namizədliyini irəli sürmüşdür.
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
130
2005-ci ilin parlament seçkilərində 61 namizəd irəli sürül-
müş, 1 nəfər seçilmişdir. 2009-cu ilin bələdiyyə seçkilərində
1020 namizəd irəli sürülmüş, 100 nəfər seçilmişdir. 2010-cu
ilin parlament seçkilərində partiyanın başlıca məqsədi bu
seçkilərə 70 namizədlə qatılmaqdır. İddia edilən parlament
təmsilçiliyi 3-5 yerin qazanılmasıdır. Seçki bloklarında iştira-
ka münasibət müsbətdir, lakin rəsmi müraciət olmadığından
hələlik bloklaşmamışdır. Partiyanın maddi-texniki resursla-
rı zəifdir. Partiyalar haqqında qanunun təkmilləşdirilməsini
zəruri hesab edir.
DEMOKRATİK AZƏRBAYCAN DÜNYASI PARTİYASI
Təsis tarixi: 1992-ci il
Qeydiyyat tarixi: 1993-cü il
Partiya sədri: Məmməd Əlizadə
Müsahibin adı: Məmməd Əlizadə
Müsahibin vəzifəsi: sədr
İdeologiyasının əsasında demokratik cəmiyyət qurucu-
luğuna nail olmaq durur. Proqramının da hədəfi demokra-
tik, ədalətli sosial cəmiyyət quruculuğudur. Siyasi sistemdə
mövqeyi mərkəzçidir. Partiya sədrinin müsahibədə dediyinə
görə, partiya üzvlərinin sayı 124 629 nəfərdir. Üzvlük haqqı
0.20 AZN-dır. Büdcəsi sabit deyil. Partiyada 78 şəhər və ra-
yon təşkilatı fəaliyyət göstərməkdədir. Partiya indiyə qədər
3 qurultay keçirmişdir. Qurultaylar keçirilmə müddəti 5
ildən bir olmaqla reallaşdırılır. Qurultayda kvotalar 1/100-ə
nisbətində müəyyən olunur. Sonuncu qurultayda 850 nəfər
iştirak etmişdir. Partiyada seçkili orqanlar sədr, Nəzarət Təftiş
Komissiyası, İdarə Heyəti, şəhər və rayon təşkilatlarının
sədrləridir. Partiya üzvü olan gənclər ümumi üzvlərin 16%-
ni, qadınlar isə 30%-ni təşkil edir. Yeni qəbul edilmiş üzvlərin
sayının 2008-2010-cu illərdə 12 400 olduğu qeyd edilir.
Dostları ilə paylaş: |