AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
24
lar, ənənələrə varisliyi mühüm hesab edənlər sağlar kimi
səciyyələndirilirlər. Bir qədər geniş yanaşma tətbiq edildikdə
sollara kommunistlər, sosialistlər və sosial-demokratlar, sağ-
lara isə liberallar, konservatorlar və ultra sağlar aid edilirlər.
Mərkəzçi qüvvələr ifratçılıqdan çəkinməyi üstün tuturlar.
Partiyaların siyasi tiplərinin spektrini həmçinin siyasi
davranışına görə (demokratik, totalitar), mövqeyinə görə
(iqtidar, müxalifət), cəmiyyətdə inkişafa münasibətinə görə
(radikal, təkamülçü, islahatçı) də müəyyənləşdirmək olar.
Siyasət aləmində “sol”, “sağ” və “mərkəzçi” bir partiya-
nın özü də daxili strukturuna görə uyğun mövqelərə ay-
rılır. Məsələn, “sağ”ların özləri “sağ” mərkəzçi, ifrat “sağ”,
“sağ” radikal, “yeni sağlar” kimi daxili qütblərə bölünür.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri
Araz Əlizadə ölkədə beşpartiyalı siyasi sistemin yaradılma-
sını, bu qədər çox sayda partiyanın mövcudluğuna ehtiyac
olmadığını, əksəriyyətinin ideoloji yönünün eyni olduğunu
qeyd edir: “Həmin partiyalar yalnız partiya sədrlərinin şəxsi
ambisiyalarına görə fərqlidir. Başqa heç bir fərq yoxdur.
Azərbaycanın gələcək inkişafı üçün bir sol, bir sol-mərkəzçi,
bir mərkəzçi, bir sağ-mərkəzçi və bir sağçı partiya olsa,
kifayətdir. Azərbaycanda beşpartiyalı sistemin mövcud ol-
ması ölkənin siyasi baxımdan inkişafına təkan verə bilər.
Azərbaycanın üzdə olan partiyaları, əsasən, keçmiş Xalq
Cəbhəsinin içindən çıxmış təşkilatlardır, onların hamısı an-
caq öz şəxsi ambisiyalarına görə fərqlənir, məfkurə baxı-
mından heç bir fərqləri yoxdur”.
Partiyaların rəng seçimi və simvolları. Bütün dünya-
da siyasi partiyalar özlərini bu və ya digər rənglərlə ifadə
edirlər. Bu, əsasən də seçkilərdə fərqlənmək məqsədini
güdür. Qırmızı, adətən, sol partiyaların - sosialistlərin və
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
25
kommunistlərin və s. rəngidir. Mühafizəkar partiyaların
rəngi göy (mavi) və qaradır. İstisnalar da olur. Məsələn,
ABŞ-da Respublikaçılar Partiyasının rəngi qırmızı, Demok-
ratlar Partiyasınınkı isə mavidir.
“Mülayim” sosialistlər, adətən, çəhrayı, liberallar isə sarı
rəngi seçirlər. Yaşıllar (ekoloji yönlü) və islamçı partiyaların
rəngi yaşıldır. Narıncı millətçilərin rəngidir. Bənövşəyi və ağ
çalarlar monarxiyanın rəngi olsa da, bununla belə, müasir
dünyada siyasi partiyalar tərəfindən də çox hallarda istifadə
olunur. Məsələn, Azərbaycanda Vətəndaş Həmrəyliyi, Yeni
Azərbaycan, Milli İstiqlal, AXCP, BAXCP və s. partiyaların da
bayraqları ağ rəngdədir. Qəhvəyi və qara rəng, adətən, fa-
şist və neofaşist partiyaların rəngi hesab olunur.
Emblemlərə gəldikdə isə kommunistlər oraq və çəkici,
sosialistlər yumruqda sıxılmış qızılgülü seçirlər. Maraqlı-
dır ki, simvol-emblemlər partiyanın uğuruna ciddi təsir
göstərir, çünki xalqın tarixi yaddaşı və mentaliteti ilə bağlı
olur. (Məsələn, Keniyada keçirilən referendumda (2005-ci il)
konstitusiya tərəfdarları simvol kimi bananı, onun əleyhinə
olanlar isə portağalı seçmişdilər).
Azərbaycanda müxalifət partiyalarını “narıncı inqilab”
tərəfdarları olduqları üçün, şərti olaraq, “narıncı” rənglə də
ifadə etmək olar.
Partiyaların ad seçimi. Əksər hallarda partiyanın ide-
oloji yönümü onun adında da öz əksini tapır, məsələn,
demokratik, liberal və s. Bir sıra ölkələrdə siyasi partiyanın
dövlətin adından istifadə etmək hüququ fərqlidir. Rusi-
yada partiya dövlətin adını istifadə edirsə, buna görə rü-
sum ödəməkdən azaddır. Belorusiyada isə siyasi partiyanın
adında “Belorusiya, respublika, milli, xalq” və s. sözlərinin
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
26
işlədilməsi qanunla qadağan edilmişdir. Azərbaycanda bu
məsələdə də partiyalaşmanın bütün sahələrində olduğu
kimi ifratçılıq prinsipi özünü göstərir. Ölkədə təkcə qeydiy-
yatdan keçmiş 32 siyasi partiyanın adında ”Azərbaycan”
sözü var.
Bəzi ekspertlər hesab edirlər ki, müəyyən səviyyədə
strukturlaşan, ölkə siyasətində öz yeri olan, lakin nəticə
qazanmayan partiyalar “uğursuzluq zolağı”ndan çıxmaq
üçün çətin bir addım atmalıdırlar. Siyasi Texnologiya-
lar Mərkəzinin (STM) rəhbəri Vəli Əlibəyli isə partiyaların
fəaliyyətinin gücləndirilməsini ad dəyişikliyindən daha va-
cib məsələ hesab edir: “Təbii ki, bir müddət siyasi mey-
danda mövcud olmuş siyasi təşkilatın adı onun üçün əsas
təqdimat vasitəsidir. Amma, fikrimcə, Azərbaycan şəraitində
bu və ya başqa bir partiyanın öz adını dəyişməsi ilə nə
onun fəaliyyətində effektivlik artacaq, nə də ki cəmiyyət
tərəfindən qəbul olunmasında irəliləyişlər baş verəcək.
Əsas məsələ durğunluqdan çıxmaq və siyasi fəaliyyəti
genişləndirməkdir. Bunlar yoxdursa, o halda partiyalar öz
adlarını nə qədər dəyişdirsələr də, heç nəyə nail olmaya-
caqlar. Yenə deyirəm, siyasi qurumlar adlarını dəyişməzdən
əvvəl onları böhrandan çıxara biləcək layihələr üzərində
düşünsələr, daha doğru hərəkət etmiş olarlar. Bu məsələ
müxtəlif ölkələrdə fərqli qaydada həyata keçirilir. Türkiyəni
götürsək, birincisi, bu və ya başqa bir partiya qanunla qa-
dağan olunursa, o zaman təşkilatın rəhbərliyi və üzvləri
adın dəyişdirilməsi məcburiyyətində qalırlar. Eyni zamanda,
iki və daha artıq sayda partiya birləşməyə qərar verəndə də,
əksər hallarda birləşməni yeni ad altında həyata keçirir. Açı-
ğı, uğursuz fəaliyyətə görə partiyanın adının dəyişdirilməsi
praktikasına rast gəlinmir. Məsələn, necə ola bilər ki, bir
partiyanın rəhbəri öz fəaliyyətində ciddi nəticə qazanma-
Dostları ilə paylaş: |