AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
27
sın, amma təşkilatın adını dəyişməklə böyük uğurlar əldə
etsin?”(www.baki-xeber.com/new/2009/06/02).
Partiyaların ideoloji spektri onların fikir müxtəlifliyindən
xəbər verməklə yanaşı, həm də ümumi konsensusa
gəlməsini çətinləşdirən mühüm amildir.
ABŞ-da istiqlaliyyət müharibəsindən sonra - XIX əsrin
30-cu illərinin əvvəllərinə qədər birpartiyalı sistem mövcud
olmuşdur. XIX əsrin 30-cu illərindən başlayaraq ABŞ-da iki-
partiyalı sistemə keçilmişdir. Partologiya sahəsində məşhur
tədqiqatçı A.Şvartsenberqə görə, təkpartiyalılıq millətin
birləşməsi üçün inteqrasiya vasitəsi ola bilər. Təkpartiyalılıq
həm də cəmiyyətdə parçalanmanın qarşısını alır, sosial və
milli qrupları birləşdirir. Məsələn, Mustafa Kamal Atatürk
tərəfindən əsası qoyulmuş Cümhuriyyət Xalq Partiyası
1923-1945-ci illərdə Türkiyənin yeganə partiyası olsa da, o
nə öz ideologiyasına, nə də strukturuna görə totalitar par-
tiyaya çevrilmişdir.
R.Darendorfa görə isə qarşıdakı yüzillikdə bu və ya digər
düşərgəyə mənsub partiyalara daha ehtiyac qalmayacaqdır,
yəni partiyaların hamısı “siyasi kokteylə” çevriləcəkdir. Bu-
nunla belə, siyasi proseslər onu göstərir ki, partiyalar müasir
siyasi sistemdə real qüvvə olaraq qalır.
Ən ümumi xüsusiyyət odur ki, partiya kontr elitasının
peşəkarlığı və praqmatizmi hiss olunmur, öz sosial baza-
sının dəstəyi çox zəifdir. Onların əksəriyyətində gərəksizlik
kompleksi, özünün müvəqqəti olduğunu hiss etmək duy-
ğusu çox güclüdür.
Özlərini liberal adlandıran partiyalar liberalizmin klas-
sik mənasında deyil, təsəvvür və dərk etdikləri dərəcədə
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
28
bu ideologiyanın ifadəçiləridirlər. Onları əsasən “qərbçilər”
kimi də səciyyələndirmək olar. Bu partiyalar arasında həm
radikal-demokratik, həm də sosial-liberal oriyentasiyalı
olanlar mövcuddur.
Ölkədəki siyasi hərəkat və partiyaların ümumi şəkildə üç
istiqamətə meyilləndiyini qeyd etmək olar:
1. Sağ cərəyan - əsasən neoliberal, antikommunist
istiqamətli partiyalar;
2. Mərkəzçi xarakterə malik demokratik partiyalar;
3. Siyasi qüvvələrin sol qanadına məxsus partiyalar -
kommunist, sosialist istiqamətli.
Azərbaycan siyasi spektrinin sol tərəfi, ümumiyyətlə,
zəif görünür və demək olar ki, sosial dayağa malik deyildir.
Əgər Azərbaycanın siyasi həyatında 1991-ci ilə qədər siyasi
mübarizədə “demokratlar-kommunistlər” qarşıdurması var
idisə, 1991-ci ildən sonra “islahatçılar-mühafizəkarlar” qar-
şıdurması üstünlük təşkil etmişdir. 1993-cü ildən başlayaraq
isə “demokratlar-radikalizm tərəfdarlar”ının qarşıdurması
müşahidə edilir.
Azərbaycan Respublikasının demokratik yolla inkişafı
əksər partiyaların proqram məqsədi olmuş, respublikamı-
zın müstəqilliyinin qorunub saxlanılmasını üstün tutduq-
larına görə, konkret tarixi şəraitdən asılı olaraq, onların
mövqelərində dəyişiklik baş vermiş və “sağ” partiyalara
çevrilmişlər.
Qeyd etmək lazımdır ki, sağ partiyalar öz siyasi mübarizə
tarixinə və mübarizə taktikasına görə bir-birindən müəyyən
dərəcədə fərqlənirlər. Məsələn, Müsavat Partiyası indiyədək
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
29
bir proqram xarakterli bəyannamə (1912) və dörd proq-
ram (1917, 1936, 1992, 1997) qəbul etməsinə baxmayaraq,
prinsiplərində dəyişiklik çox az olmuşdur. Bu partiya istiqlal-
çılıq, millətçilik, dövlətçilik, hürriyyətçilik, milli təsanüdçülük
(həmrəylik) kimi əsas prinsiplərə indi də sadiq olduğunu
bəyan etmişdir. XX əsrin sonlarında olduğu kimi, elə həmin
əsrin birinci rübündə də partiyanın mövqeyində dəyişiklik
soldan sağa olmuşdur. Belə ki, Müsavat Partiyası 1917-
1918-ci illərdə sol-mərkəzçi partiya olmasına baxmayaraq,
illər keçdikcə sağ-mərkəzçi mövqeyə keçmiş və indi özünü
sağ-mərkəzçi partiya hesab edir.
Siyasi partiyaların fəaliyyətinin Azərbaycana xas olan
cəhətlərindən danışarkən bir məsələ mütləq qeyd olunmalı-
dır ki, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiya-
lar və təşkilatlar üçün ölkəmizin ərazi bütövlüyünün təmin
olunması, müstəqil dövlətçiliyimizin, suverenliyimizin qorun-
ması və möhkəmlənməsi (imperiya və sosializm nostalgiyası
ilə yaşayan kommunistlər, sosialistlər və başqalarını nəzərə
almasaq) özünəməxsus ideoloji konstanta kimi dəyişməzdir.
Məhz cəmiyyəti təkamül yolu ilə dəyişdirmək istəyən
mühafizəkarlar mərkəzçi mövqeyini tutaraq sağdan
mərkəzə doğru meyillənir və sağ-mərkəzçi mövqedə qərar
tuturlar. Sağ-mərkəzçiliyə dünya təcrübəsində həm də
praqmatizm, konsensus və dialoqa açıq olmaq xasdır.
Hazırda respublikanın ictimai-siyasi həyatında öz
mübarizə vasitələri ilə mühüm rol oynayan, sosial bazası
geniş xalq kütləsini əhatə edən partiyalar çox azdır. Bəzi
partiyalar isə loyal mövqenin ifadəçisi olduğundan xalq
arasında yüksək reytinqə malik deyildir. Ölkədə mövcud
olan siyasi partiyaların mövqeyini ən ümumi şəkildə bu cür
təsvir etmək olar:
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
30
iqtidar
iqtidaryönlü
müxalifət
marginal
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
31
Reallıqda siyasi partiyaların fəaliyyətinin koordinasiya
olunması və səmərəli təşkilatlanma formasının tapılması çox
vacibdir. Ölkədə siyasi bloklaşmanın mövcud təcrübəsi də
bu qanunauyğun və obyektiv gedişatdan məhrumdur. Parti-
yalaşma prosesində müəyyən mərhələdə normal demokra-
tik mühit yaradılana qədər siyasi bloklardan daha irəli gedən
bir koordinasiya meylinə ehtiyac yaranır. Bu, bir çox resurs-
ların səfərbər olunmasını təmin edə, onlarla real qüvvə kimi
hesablaşmağın mümkünlüyünə diqqəti cəlb edə bilir.
Belə təsəvvürlər mövcuddur ki, ölkədə partiyaların
birləşməsinə mane olan səbəb siyasi lider amilidir. Lakin
2003-cü ildən sonra bir neçə siyasi lider partiya sədrliyindən
imtina etdi. Məsələn, Etibar Məmmədov Azərbaycan Milli
İstiqlal Partiyasının, Lalə Şövkət Hacıyeva Azərbaycan Libe-
ral Partiyasının, Pənah Hüseyn isə Azərbaycan Xalq Partiya-
sının sədrliyindən istefa verdilər. Amma bu da partiyaların
yaxınlaşmasına səbəb olmadı. Keçmiş liderlərin əvəzinə res-
publika miqyasında deyil, ancaq öz partiyaları çərçivəsində
tanınan yeniləri meydana çıxdı.
Müxalifət partiyalarının müxtəlif formatda birləşməsinə
bir neçə dəfə cəhd edilmişdir. Özü də söhbət hansısa blokda
yox, bir partiyada birləşməkdən gedirdi. İlk dəfə belə təklif
bir neçə il bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi və Mü-
savat partiyaları ilə bağlı irəli sürülmüşdü. O vaxt təklif edil-
mişdi ki, birləşmiş partiyanın sədri bir nəfər, prezidentliyə
namizədi isə başqa bir nəfər olsun. Həmin vaxt bu təklif
həyata keçmədi. Sonradan bu təklifə bir daha qayıdan ol-
3.
MÜSTƏQİLLİK DÖVRÜNDƏ SİYASİ MƏKANDA
MÖVCUD OLAN BLOKLAR VƏ BİRLİKLƏR
Dostları ilə paylaş: |