Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə7/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   2   3   4   5   6   7   8   9   10   ...   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
24
lar,  ənənələrə  varisliyi  mühüm  hesab  edənlər  sağlar  kimi 
səciyyələndirilirlər. Bir qədər geniş yanaşma tətbiq edildikdə 
sollara kommunistlər, sosialistlər və sosial-demokratlar, sağ-
lara isə liberallar, konservatorlar və ultra sağlar aid edilirlər. 
Mərkəzçi qüvvələr ifratçılıqdan çəkinməyi üstün tuturlar. 
Partiyaların  siyasi  tiplərinin  spektrini  həmçinin  siyasi 
davranışına  görə  (demokratik,  totalitar),  mövqeyinə  görə 
(iqtidar, müxalifət), cəmiyyətdə inkişafa münasibətinə görə 
(radikal, təkamülçü, islahatçı) də müəyyənləşdirmək olar. 
Siyasət aləmində “sol”, “sağ” və “mərkəzçi” bir partiya-
nın  özü  də  daxili  strukturuna  görə  uyğun  mövqelərə  ay-
rılır.  Məsələn,  “sağ”ların  özləri  “sağ”  mərkəzçi,  ifrat  “sağ”, 
“sağ”  radikal,  “yeni  sağlar”  kimi  daxili  qütblərə  bölünür. 
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri 
Araz Əlizadə ölkədə beşpartiyalı siyasi sistemin yaradılma-
sını, bu qədər çox sayda partiyanın mövcudluğuna ehtiyac 
olmadığını, əksəriyyətinin ideoloji yönünün eyni olduğunu 
qeyd edir: “Həmin partiyalar yalnız partiya sədrlərinin şəxsi 
ambisiyalarına  görə  fərqlidir.  Başqa  heç  bir  fərq  yoxdur. 
Azərbaycanın gələcək inkişafı üçün bir sol, bir sol-mərkəzçi, 
bir  mərkəzçi,  bir  sağ-mərkəzçi  və  bir  sağçı  partiya  olsa, 
kifayətdir. Azərbaycanda beşpartiyalı sistemin mövcud ol-
ması  ölkənin  siyasi  baxımdan  inkişafına  təkan  verə  bilər. 
Azərbaycanın  üzdə  olan  partiyaları,  əsasən,  keçmiş  Xalq 
Cəbhəsinin içindən çıxmış təşkilatlardır, onların hamısı an-
caq  öz  şəxsi  ambisiyalarına  görə  fərqlənir,  məfkurə  baxı-
mından heç bir fərqləri yoxdur”. 
Partiyaların rəng seçimi və simvolları. Bütün dünya-
da siyasi partiyalar özlərini  bu və ya digər rənglərlə ifadə 
edirlər.  Bu,  əsasən  də  seçkilərdə  fərqlənmək  məqsədini 
güdür.  Qırmızı,  adətən,  sol  partiyaların  -  sosialistlərin  və 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
25
kommunistlərin  və  s.  rəngidir.  Mühafizəkar  partiyaların  
rəngi  göy  (mavi)  və  qaradır.  İstisnalar  da  olur.  Məsələn, 
ABŞ-da Respublikaçılar Partiyasının rəngi qırmızı, Demok-
ratlar Partiyasınınkı isə mavidir. 
“Mülayim” sosialistlər, adətən, çəhrayı, liberallar isə sarı 
rəngi seçirlər. Yaşıllar (ekoloji yönlü) və islamçı partiyaların 
rəngi yaşıldır. Narıncı millətçilərin rəngidir. Bənövşəyi və ağ 
çalarlar monarxiyanın rəngi olsa da, bununla belə, müasir 
dünyada siyasi partiyalar tərəfindən də çox hallarda istifadə 
olunur. Məsələn, Azərbaycanda Vətəndaş Həmrəyliyi, Yeni 
Azərbaycan, Milli İstiqlal, AXCP, BAXCP və s. partiyaların da 
bayraqları ağ rəngdədir. Qəhvəyi və qara rəng, adətən, fa-
şist və neofaşist partiyaların rəngi hesab olunur.
Emblemlərə  gəldikdə  isə  kommunistlər  oraq  və  çəkici, 
sosialistlər  yumruqda  sıxılmış  qızılgülü  seçirlər.  Maraqlı-
dır  ki,  simvol-emblemlər  partiyanın  uğuruna  ciddi  təsir 
göstərir, çünki xalqın tarixi yaddaşı və mentaliteti ilə bağlı 
olur. (Məsələn, Keniyada keçirilən referendumda (2005-ci il) 
konstitusiya tərəfdarları simvol kimi bananı, onun əleyhinə 
olanlar isə portağalı seçmişdilər). 
Azərbaycanda  müxalifət  partiyalarını  “narıncı  inqilab” 
tərəfdarları olduqları üçün, şərti olaraq, “narıncı” rənglə də 
ifadə etmək olar. 
Partiyaların ad seçimi. Əksər hallarda partiyanın ide-
oloji    yönümü  onun  adında  da  öz  əksini  tapır,  məsələn, 
demokratik, liberal və s. Bir sıra ölkələrdə siyasi partiyanın  
dövlətin  adından  istifadə  etmək  hüququ  fərqlidir.  Rusi-
yada  partiya  dövlətin  adını  istifadə  edirsə,  buna  görə  rü-
sum ödəməkdən azaddır. Belorusiyada isə siyasi partiyanın 
adında  “Belorusiya,  respublika,  milli,  xalq”  və  s.  sözlərinin 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
26
işlədilməsi  qanunla  qadağan  edilmişdir.  Azərbaycanda  bu 
məsələdə  də  partiyalaşmanın  bütün  sahələrində  olduğu 
kimi ifratçılıq prinsipi özünü göstərir. Ölkədə təkcə qeydiy-
yatdan  keçmiş  32  siyasi  partiyanın  adında  ”Azərbaycan” 
sözü var. 
Bəzi  ekspertlər  hesab  edirlər  ki,  müəyyən  səviyyədə 
strukturlaşan,  ölkə  siyasətində  öz  yeri  olan,  lakin  nəticə 
qazanmayan  partiyalar  “uğursuzluq  zolağı”ndan  çıxmaq 
üçün  çətin  bir  addım  atmalıdırlar.  Siyasi  Texnologiya-
lar  Mərkəzinin  (STM)  rəhbəri  Vəli  Əlibəyli  isə  partiyaların 
fəaliyyətinin gücləndirilməsini ad dəyişikliyindən daha va-
cib  məsələ  hesab  edir:    “Təbii  ki,  bir  müddət  siyasi  mey-
danda mövcud olmuş siyasi təşkilatın adı onun üçün əsas 
təqdimat vasitəsidir. Amma, fikrimcə, Azərbaycan şəraitində 
bu  və  ya  başqa  bir  partiyanın  öz  adını  dəyişməsi  ilə  nə 
onun  fəaliyyətində  effektivlik  artacaq,  nə  də  ki  cəmiyyət 
tərəfindən  qəbul  olunmasında  irəliləyişlər  baş  verəcək. 
Əsas  məsələ  durğunluqdan  çıxmaq  və  siyasi  fəaliyyəti 
genişləndirməkdir.  Bunlar  yoxdursa,  o  halda  partiyalar  öz 
adlarını nə  qədər dəyişdirsələr də, heç nəyə nail olmaya-
caqlar. Yenə deyirəm, siyasi qurumlar adlarını dəyişməzdən 
əvvəl  onları  böhrandan  çıxara  biləcək  layihələr  üzərində 
düşünsələr,  daha  doğru  hərəkət  etmiş  olarlar.  Bu  məsələ 
müxtəlif ölkələrdə fərqli qaydada həyata keçirilir. Türkiyəni 
götürsək, birincisi, bu və ya başqa bir partiya qanunla qa-
dağan  olunursa,  o  zaman  təşkilatın  rəhbərliyi  və  üzvləri 
adın dəyişdirilməsi məcburiyyətində qalırlar. Eyni zamanda, 
iki və daha artıq sayda partiya birləşməyə qərar verəndə də, 
əksər hallarda birləşməni yeni ad altında həyata keçirir. Açı-
ğı, uğursuz fəaliyyətə görə partiyanın adının dəyişdirilməsi 
praktikasına  rast  gəlinmir.  Məsələn,  necə  ola  bilər  ki,  bir 
partiyanın  rəhbəri  öz  fəaliyyətində  ciddi  nəticə  qazanma-


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə