Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə38/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   30   31   32   33   34   35   36   37   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
138
Partiya sədri: Xanhüseyn Kazımlı
Müsahibin adı: Həmid Nurəddinoğlu
Müsahibin vəzifəsi: Ali Məclisin sədri
İdeologiyasının əsasında ədalətli dövlətin qurulması ide-
yası dayanır. Proqramının hədəfi ədalətli dövlətə və sosial 
rifaha nail olmaqdır. Siyasi sistemdə mövqeyi mərkəzçidir. 
Üzvlərinin sayının 35 000 nəfər olduğu bildirilir. Üzvlük haqqı 
əmək haqqının 1%-i həcmindədir. Partiyanın büdcəsi qeyri-
sabitdir. Şəhər və rayon təşkilatlarının sayı 73-ə bərabərdir. 
Keçirilmiş  qurultaylarının  sayı  6,  keçirilmə  müddəti  isə  5 
ildən bir (sonuncu qurultay 2008-ci ildə keçirilib) olmaqla 
1/300-ə nisbətində kvota ilə müəyyən edilmişdir. Partiyanın 
seçkili orqanları sədr, Ali Məclis, Nəzarət-Təftiş Komissiyası 
və rayon sədrləridir. Partiya üzvü gənclər 30-40%, qadınlar 
isə 30% təşkil edirlər. Partiyaya yeni qəbul edilmiş üzvlərin 
sayının (son bir ildə) 250 nəfər olduğu qeyd edilir. Partiyanın 
ictimaiyyətlə əlaqə vasitələri “Sosial rifah” qəzeti və www.
asrp.az  internet  saytıdır.  Sonuncu  prezident  seçkilərində 
müşahidəçi  qismində  iştirak  edib.  Sonuncu  parlament 
seçkilərində 3 namizəd verilsə də, 1 namizəd keçmişdir. So-
nuncu bələdiyyə seçkilərində 200 nəfər namizədliyini  irəli 
sürmüş, onlardan 30 nəfər bələdiyyə üzvü seçilmişdir. Par-
tiyanın  parlamentə  təklif  etdiyi  layihələr  “Qiymətləndirmə 
haqqında  qanun”  və  s.  olmuşdur.  2010-cu  ilin  parlament 
seçkilərində  partiyanın  başlıca  məqsədi  parlamentdə 
təmsilçiliyə nail olmaqdır. İddia edilən parlament yeri 3-dür. 
Partiyanın seçki taktikasının əsas xüsusiyyəti iqtidaryönlü ol-
masıdır. Seçkilərə qatılacaq namizədlərinin sayı 60-70 nəfər 
olacaqdır. Partiya seçki bloklarında iştirak etməmək barədə 
qərar  qəbul  edib.  İqtidar-müxalifət  dialoquna  münasibəti 
müsbətdir və bunu normal cəmiyyətlərə xas xüsusiyyət he-
sab edir. 2010-cu il parlament seçkilərində öz namizədlərini 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
139
maliyyələşdirmək  üçün  kifayət  qədər  resurslara  malikdir. 
Partiya sisteminin inkişafında dövlət dəstəyini və yeni qa-
nunvericiliyin qəbulunu zəruri hesab edir. 
ÜMİD PARTİYASI
Təsis tarixi: 1993-cü il
Qeydiyyat tarixi: 1993-cü il
Partiya sədri: İqbal Ağazadə
Müsahibin adı: Taleh Əliyev 
Müsahibin vəzifəsi: sədr müavini
İdeologiyasının  əsasında  millətçilik,  demokratiya  durur. 
Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir. Üzvlərinin sayının 
50 000 nəfər olduğu göstərilir. Üzvlük haqqı, nizamnaməyə 
görə, minimum əmək haqqının 1%-i həcmindədir. Partiyanın 
büdcəsi aylıq 10 000-12 000 manat arasında dəyişir. Şəhər 
və rayon təşkilatlarının sayı 61-dir. Keçirilmiş qurultaylarının 
sayı 3 olmaqla, keçirilmə müddəti 4 ildən birdir. Qurultayda 
iştirak üçün olan kvota 1/50-ə nisbətindədir. Partiyada seç-
kili orqanlar sədr, Ali Məclis, Nəzarət-Təftiş Komissiyası və 
rayon  təşkilatlarının  sədrləridir.  Gənclər  partiya  üzvlərinin 
70-80%-ni (45 yaşdan aşağı) təşkil edir. Partiya üzvü olan qa-
dınlar isə 30% (sədr müavini, Nəzarət-Təftiş Komissiyasının 
sədri qadındır) hüdudundadır. Yeni qəbul edilmiş üzvlərin 
sayı son 5 ildə 2500-3000 nəfərdir. Partiyanın ictimaiyyətlə 
əlaqəsi “Yeni Ümid” qəzeti çərçivəsində həyata keçirilir. So-
nuncu prezident seçkilərində partiya müşahidəçi qismində 
iştirak etmişdir. Sonuncu parlament seçkilərində partiyanın 
31  namizədindən  1  nəfəri  parlamentə  seçilmişdir.  Sonun-
cu bələdiyyə seçkilərində partiya 395 namizədlə iştirak et-
miş  və  42  nəfər  bələdiyyə  üzvlüyünə  seçilmişdir.  2010-cu 
il  parlament  seçkilərində  partiyanın  başlıca  məqsədi  blok 
şəklində iştirak etməkdir. Seçkilərə qatılacaq namizədlərinin 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
140
sayının  60-dan  bir  qədər  artıq  olacağı  planlaşdırılır.  Seç-
ki  bloklarında  partiya  iki  blok  layihəsi  üzərində  danışıqlar 
aparır.  Partiyanın  iqtidar-müxalifət  dialoquna  münasibəti 
müsbətdir.  Mövcud  resursları  baxımından  bir  sıra  maliyyə 
problemləri var. Partiyaların yenidən qeydiyyata alınmasını, 
dövlət  tərəfindən  maliyyələşdirilməsini  və  partiyalar  haq-
qında qanuna dəyişikliklər edilməsini təklif edir. 
VƏHDƏT PARTİYASI
Təsis tarixi: 1995-ci il
Qeydiyyat tarixi: dekabr 1995-ci il
Partiya sədri: Tahir Kərimli
Müsahibin adı: Tahir Kərimli
Müsahibin vəzifəsi: sədr
İdeologiyasının əsasında azərbaycançılıq və milli dəyərlər 
dayanır. Proqramının hədəfi milli vəhdətə nail olmaqdır. Siyasi 
sistemdə mərkəzçi mövqedədir. Partiyada üzvlərinin sayının 
16000 nəfər olduğu bildirilir. Üzvlük haqqı əmək haqqının 
1%-i həcmindədir. Partiyanın büdcəsi qeyri-sabitdir. Partiya 
47 şəhər və rayon təşkilatı vasitəsilə siyasi fəaliyyətini qurur. 
Keçirilmiş qurultaylarının sayı 3, keçirilmə müddəti 2 ildən 
birdir. Qurultayda kvota 1/50-ə nisbətindədir, sonuncu qu-
rultayda 764 nəfər iştirak etmişdir. Seçkili orqanları sədr, Baş 
Məclis,  Nəzarət-Təftiş  Komissiyası  və  Ağsaqqallar  Şurasın-
dan ibarətdir. Partiya üzvü olan gənclər 20-25 %, qadınlar isə 
10-12% (Siyasi Şurada 3 nəfər qadın fəaliyyət göstərir) təşkil 
edirlər. Partiya son dövrlərdə nəinki yeni üzvlər qəbul etmiş, 
hətta üzvlərinin bir qismini itirmişdir. Partiyanın ictimaiyyətlə 
əlaqəsi  “Vəhdət”  qəzeti  vasitəsilə  həyata  keçirilir.  Sonuncu 
prezident seçkilərində partiya İlham Əliyevin namizədliyini 
dəstəkləyib.  Sonuncu  parlament  seçkilərində  46  namizəd 
iştirak  etsə  də,  heç  bir  namizəd  parlamentə  seçilməyib. 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
141
Sonuncu  bələdiyyə  seçkilərində  partiyanın  100-ə  yaxın 
namizədi  iştirak  etsə  də,  heç  bir  namizəd  bələdiyyə  üzvü 
ola bilməyib. 2010-cu ilin parlament seçkilərində partiyanın 
başlıca  məqsədi  parlamentdə  təmsilçilikdir.  Seçki  proqra-
mında ərazi bütövlüyü, demokratiya uğrunda şüarlar üstün-
lük təşkil edəcək. Seçkilərə qatılacaq namizədlərinin sayı isə 
10-20 nəfər arasında dəyişəcəkdir. Seçki bloklarında iştirak 
məsələsi  partiya  tərəfindən  məqbul  hesab  olunmur.  Parti-
yanın  iqtidar-müxalifət  dialoquna  münasibəti  müsbətdir. 
Mövcud  resursları  aşağı  səviyyədə  qiymətləndirilə  bilər. 
Partiyaların yenidən qeydiyyatdan keçmə prosesini, dövlət 
dəstəyini, yeni qanunvericiliyin qəbul edilməsini və s. zəruri 
hesab edir. 
VƏTƏNDAŞ HƏMRƏYLİYİ  PARTİYASI
Təsis tarixi: 3 noyabr 1992-ci il 
Qeydiyyat tarixi: 26 sentyabr 1992-ci il 
Partiya sədri: Sabir Rüstəmxanlı
Müsahibin adı: Samir Həsənli
Müsahibin vəzifəsi: Siyasi Şuranın üzvi
 İdeologiyasının əsasında millətçilik ideyası durur. Siyasi 
sistemdə  partiya  mərkəzçi  mövqedədir.  Partiya  üzvlərinin 
sayının (2009-cu ilin məlumatına görə) 30000 nəfər olduğu 
bildirilir. Üzvlük haqqı nizamnamə ilə 0.50 AZN həcmində 
müəyyənləşdirilmişdir.  Partiyanın  davamlı  büdcəsi  for-
malaşmamışdır.  Şəhər  və  rayon  təşkilatlarının  sayı  79-dur. 
Partiya  cari  dövrə  qədər  6  qurultay  keçirmişdir  (sonuncu 
2007-ci ilin dekabr ayında keçirilmişdir). Qurultaylar 4 ildən 
bir  keçirilir.  Kvota  10/100-a  nisbətində  müəyyən  edilmiş-
dir.  Sonuncu  qurultayda  408  nümayəndə  iştirak  etmişdir. 
Partiyada  seçkili  orqanlar  sədr,  Ali  Məclis,  Siyasi  Şura  və 
Mərkəzi  Nəzarət-Təftiş  Komissiyasından  ibarətdir.  Partiya 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
142
üzvü gənclər 60% (45 yaşa qədər), qadınlar isə 15% (Siya-
si  Şurada  1%,  Mərkəzi  Nəzarət-Təftiş  Komissiyasında  2%, 
Ali Məclisdə 10%) təşkil edirlər. Son bir ildə qəbul edilmiş 
üzvlərin  sayı  600  nəfərdir.  Partiyanın  ictimaiyyətlə  əlaqəsi 
ildə bir dəfə verilən hesabat və partiya üzvlərinin əhali ilə 
keçirilən  görüşləri  vasitəsilə  həyata  keçirilir.  Partiya  so-
nuncu  prezident  seçkilərində  iştirak  etməmişdir.  Sonuncu 
parlament seçkilərində 31 namizədlə qatılmış və onlardan 
3  nəfəri  parlamentə  üzv  seçilmişdir.  Sonuncu  bələdiyyə 
seçkilərində partiyadan 115 nəfər seçilib. Partiya tərəfindən 
hazırlanaraq  parlamentə  təklif  edilən  layihələr  Qarabağ 
problemi, büdcə məsələləri üzrə təkliflər və s.-dən ibarət ol-
muşdur. 2010-cu ilin parlament seçkilərində partiyanın baş-
lıca məqsədi parlamentdə ən azı 10 namizədin yer qazan-
masına nail olmaqdır. Belə ki, partiya təxminən 70 dairədən 
namizəd irəli sürməyi planlaşdırır. Partiyanın çağırışlarında 
gənclər prioritet təşkil edir. Parlament seçkiləri ərəfəsində 
seçki  bloklarında  iştirak  etməyəcəyini  bildirmişdir.  Parti-
yanın  iqtidar-müxalifət  dialoquna  münasibəti  pozitivdir. 
Mövcud resursları baxımından bir qədər zəifdir. Partiyaların 
dövlət tərəfindən maliyyələşdirilməsini və yeni qanunverici-
liyin qəbul edilməsini labüd hesab edir.
YENİ AZƏRBAYCAN PARTİYASI
Təsis tarixi: 21 noyabr 1992-ci il 
Qeydiyyat tarixi: 18 dekabr 1992-ci il 
Partiya sədri: İlham Əliyev
Müsahibin adı: Mübariz Qurbanlı
Müsahibin vəzifəsi: icra katibinin müavini
İdeologiyasının  əsasında  azərbaycançılıq,  vətəndaş 
həmrəyliyi,  demokratik  dəyərlər  dayanır.  Siyasi  sistemdə 
mövqeyi  sağ-mərkəzçidir.  Üzvlərinin  sayı  505  000  nəfərdir. 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
143
Üzvlük haqqı 0.50 AZN təşkil edir. Partiya mövcud büdcə ba-
xımından şəffaf fəaliyyət göstərməkdədir. Partiyanın 83 şəhər 
və  rayon  təşkilatı  fəaliyyət  göstərməkdədir.  Partiya  indiyə 
qədər 4 qurultay keçirmişdir. Qurultayların keçirilmə müddəti 
4 ildən birdir. 2008- ci ildə keçirilən qurultayda 622 nəfər iş-
tirak  etmişdir.  Partiyanın  seçkili  orqanları  sədr,  Siyasi  Şura, 
Mərkəzi  Nəzarət-Təftiş  Komissiyası  və  rayon  təşkilatlarının 
sədrlərindən  ibarətdir.  Partiya  üzvü  olan  gənclər  39%,  qa-
dınlar isə 35% təşkil edirlər. Yeni qəbul edilmiş üzvlərin sayı 
2009-cu ildə 29 000 nəfər olmuşdur. Partiyanın ictimaiyyətlə 
əlaqə  vasitələri  “Yeni  Azərbaycan”  və  digər  qəzetlər,  www.
yap.org.az  internet  saytıdır.  Partiya  sonuncu  prezident 
seçkilərində öz namizədi ilə iştirak etmiş və partiyanın sədri 
prezident seçilmişdir. 2005-ci ilin parlament seçkilərində 125 
namizəddən  63  nəfəri  parlamentə  seçilmişdir.  2009-cu  ilin 
bələdiyyə seçkilərində 10431 yer qazanılmışdır. 2010-cu ilin 
parlament seçkilərində partiyanın başlıca məqsədi daha artıq 
millət vəkili yerlərinin qazanılmasıdır. Seçki proqramının əsas 
xüsusiyyəti  azərbaycançılıq  ideyasına  və  ümummilli  lider 
Heydər  Əliyev  ideyalarına  sadiq  seçki  proqramının  həyata 
keçirilməsidir.  Seçkilərə  qatılacaq  namizədlərin  sayının  125 
nəfər olacağı gözlənilir. Seçki bloklarında iştirak məsələsinə 
partiya o qədər də müsbət yanaşmır. Partiya iqtidar-müxalifət 
dialoqunu mümkün hesab edir. Mövcud resursları baxımın-
dan partiya normal maddi-texniki imkanlara malikdir. Parti-
yaların  dövlət  tərəfindən  maliyyələşdirilməsinə  münasibəti 
müsbətdir  və  partiyalar  haqqında  qanuna  dəyişikliklər 
edilməsini labüd hesab edir.
YURDDAŞ PARTİYASI
Təsis tarixi: 1990-cı il
Qeydiyyat tarixi: 1993-cü il
Partiya sədri: Mais Səfərli


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
144
Müsahibin adı: Mais Səfərli
Müsahibin vəzifəsi: sədr
İdeologiyasının əsasında azərbaycançılıq, dövlətçilik da-
yanır. Partiya siyasi sistemdə sağçı mövqedədir. Üzvlərinin 
sayının  12  000  nəfər  olduğu  bildirilir.  Partiyada  üzvlük 
haqqı  sərbəstdir  və  nizamnamə  ilə  müəyyənləşməyib.  Bu 
səbəbdən də büdcəsi qeyri-sabitdir. Partiyanın 37 şəhər və 
rayon  təşkilatı  fəaliyyət  göstərir.  Keçirilmiş  qurultaylarının 
sayı 4, keçirilmə müddəti isə 4 ildən birdir. Sonuncu qurul-
tayda iştirakçıların sayının 670 nəfər olduğu bildirilir. Parti-
yada seçkili orqanlar sədr, müavinlər, Siyasi Şura və Nəzarət-
Təftiş  Komissiyasıdır  (bunların  hamısı  qurultayda  seçilir). 
Gənclər partiya üzvlərinin 68%-ni, qadınlar isə 45%-ni təşkil 
edirlər.  Partiyanın  ictimaiyyətlə  əlaqəsi  mətbuat  xidməti 
vasitəsilə həyata keçirilir. Partiya ilə bağlı hər hansı bir qəzet 
yoxdur. Sonuncu prezident seçkilərində partiya müşahidəçi 
qismində  iştirak  etmişdir.  Sonuncu  parlament  seçkilərinə 
partiya  12  namizədlə  qatılmışdır.  Sonuncu  bələdiyyə 
seçkilərində  partiyanı  dəstəkləyən  100-dən  çox  qeyri-
rəsmi üzvü bələdiyyəyə seçilmişdir. 2010-cu ilin parlament 
seçkilərində partiyanın başlıca məqsədi Prezidentin kursu-
nu  dəstəkləyərək  sabitliyi  qorumaqdır.  2010-cu  ilin  parla-
ment seçkilərində partiya 15 namizədlə təmsilçilik uğrunda 
mübarizəyə qatılacaq. Seçki bloklarında iştirak məsələsinə 
partiya müsbət yanaşır. Lakin hal-hazırda hər hansı bir blok-
da  təmsil  olunmur.  Partiyanın  iqtidar-müxalifət  dialoquna 
münasibəti müsbətdir və mövcud resursları seçkilərdə qar-
şıya qoyulan məqsədə nail olmaq üçün yetərlidir. 
 *  *   *


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
145
Son  olaraq  qeyd  etmək  lazımdır  ki,  bütün  hallarda 
müstəqillik  dövründə  çoxpartiyalılıq  şəraitində  keçirilən 
seçkilər ölkədə elektoral demokratiyanın inkişafında, siya-
si rəqabət mühitində siyasi rəhbərliyin dinc və konstitusi-
on seçkilərlə əvəzlənməsinin ənənəyə çevrilməsində irəliyə 
doğru atılan mühüm bir addımdır. 2010-cu ilin parlament 
seçkilərinin bu baxımdan yeni keyfiyyət mərhələsi olacağı-
na ümidlər çoxdur. 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
146
İSTİFADƏ OLUNMUŞ ELEKTRON MƏNBƏLƏR: 
www.cec.gov.az 
www.secki.info 
www.lent.az 
www.1news.az 
www.zerkalo.az 
www.echo-az.com 
www.day.az 
www.mediaforum.az 
www.apa.az 
www.trend.az
www.sia.az 
www.municpality.az 
www.musavat.com
www.azadliq.az 
www.azadliq.org 
www.meclis.gov.az 
www.baki-tebriz.com


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
147


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
148
Azərbaycan Respublikasının Prezidenti yanında 
Strateji Araşdırmalar Mərkəzi
Azərbaycan, Bakı şəhəri, AZ 1005
M. İbrahimov küç. 8
Tel.: (+994 12) 596 82 41
Faks: (+994 12) 437 34 58
E-poçt: info@sam.gov.az
Veb-ünvan: www.sam.gov.az
Tiraj : 500
Sifariş : 085
Nəşriyyat:
CBS-PP MMC
Azərbaycan Respublikasının Prezidenti yanında 
Strateji Araşdırmalar Mərkəzi, 2010

Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə