Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə36/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   30   31   32   33   34   35   36   37   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
131
Partiyanın  ictimaiyyətlə  əlaqə  vasitəsi,  əsasən,  müstəqil 
media  hesab  olunur.  Sonuncu  prezident  seçkilərində  par-
tiya  namizəd  İlham  Əliyevi  dəstəkləyib.  Sonuncu  parla-
ment  seçkilərində  57  namizəd  irəli  sürülsə  də,  bunlardan 
heç  biri  seçilməyib.  Sonuncu  bələdiyyə  seçkilərində  300 
nəfər namizədliyini versə də, bələdiyyə üzvlüyünə 3 nəfər 
seçilb. 2010-cu ilin parlament seçkilərində partiyanın başlı-
ca məqsədi parlamentdə təmsilçiliyə nail olmaqdır. Partiya 
minimum 2 millət vəkili yeri uğrunda mübarizəyə qatılacaq. 
Seçki proqramının əsas xüsusiyyəti prezidentin siyasi kur-
sunun dəstəklənməsidir. Seçkilərə qatılacaq namizədlərinin 
sayı 125 nəfər olacaq. Seçki bloklarında iştirak məsələsini 
partiyanın  Məşvərət  Məclisi  həll  etsə  də,  ümumilikdə  hər 
hansı  blok  üzvlüyü  partiya  tərəfindən  dəstəklənmir.  Par-
tiyanın  iqtidar-müxalifət  dialoquna  münasibəti  olduqca 
müsbətdir.  Bunu  cəmiyyətin  inkişafında  zəruri  hesab  edir. 
Faktiki resurslarını zəif qiymətləndirir. Partiya siyasi sistemin 
optimallaşdırılmasında yenidən qeydiyyatı, dövlət dəstəyini 
və yeni qanunvericiliyin qəbul edilməsini dəstəkləyir. 
DEMOKRATİK İSLAHATLAR PARTİYASI
Təsis tarixi: 7 aprel 2005-ci il
Qeydiyyat tarixi: 12 avqust 2005-ci il
Partiya sədri: Asim Mollazadə
Müsahibin adı: Asim Mollazadə
Müsahibin vəzifəsi: sədr
İdeologiyasının  əsasında  demokratik-liberal  ideyalar, 
Avropa mədəniyyətinə və elminə inteqrasiya dayanır. Proq-
ramının  əsas  hədəfi  azadlıq  və  məsuliyyət  prinsiplərinin 
cəmiyyətdə  təbliği  və  tətbiqidir.  Siyasi  sistemdə  sağ-
mərkəzçi  mövqedədir.  Partiya  üzvlərinin  sayı  8000-dir. 
Nizamnamədə nəzərdə tutulmuş üzvlük haqqı yoxdur, par-


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
132
tiyanın  büdcəsi  daha  çox  ianələr  və  könüllü  üzvlük  haqqı 
ilə formalaşır. 2010-cu ilin mart ayı üçün büdcəsi 1000 AZN 
təşkil etmişdir. Şəhər və rayon təşkilatlarının sayı 83-ə ya-
xındır. Partiya yarandığı gündən 2 qurultay keçirib. Qurul-
tayların  keçirilmə  müddəti  2  ildən  bir  olmaqla  iştirakçılar 
1/15-ə nisbətində kvota ilə müəyyən olunur. Sonuncu qu-
rultayda 200 nümayəndə  iştirak edib. Partiyanın seçkili or-
qanları sədr, Siyasi Şura (19 üzv), Nəzarət Təftiş Komissiya-
sı, Ali Məclis və rayon təşkilatlarının sədrlərindən ibarətdir. 
Partiya üzvlərinin 50%-i gənclərdən, 40%-i isə qadınlardan 
ibarətdir.  Son  beş  ildə  partiyaya  6000  yeni  üzvün  qəbul 
edildiyi  bildirilir.  Partiyanın  ictimaiyyətlə  əlaqə  vasitəsi 
www.demreforms.org internet saytıdır. Sonuncu prezident 
seçkilərində  müşahidəçi  qismində  iştirak  etmişdir.  Sonun-
cu  parlament  seçkilərində  partiya  üzvlüyünü  göstərən  və 
göstərməyən  bir  neçə  namizədlə  iştirak  etsə  də,  yalnız  2 
namizəd  parlamentə  üzv  seçilmişdir.  Sonuncu  bələdiyyə 
seçkilərində  isə  72  nəfər  namizədliyini  irəli  sürsə  də,  21 
namizəd  seçilmişdir.  Partiya  bir  sıra  mühüm  problemlərlə 
əlaqədar müzakirələrin keçirilməsinə nail olmuşdur. 2010-cu 
il parlament seçkilərində partiyanın başlıca məqsədi 60-dan 
çox namizəd irəli sürməklə parlamentdə təmsilçilik uğrunda 
mübarizə  aparmaqdır.  Seçki  proqramının  əsas  xüsusiyyəti 
gənclərin  iştirakının  prioritet  hesab  edilməsi,  Avropa  elm 
və  mədəniyyətinə  inteqrasiyanın  diqqət  mərkəzində  sax-
lanılmasıdır.  Lakin  partiyanın  qarşıdan  gələn  parlament 
seçkilərində  mübarizəyə  qatılacaq  namizədlərinin  sayı 
dəqiq müəyyən edilməmişdir. Partiya bu il seçkilərdə daha 
çox sərbəst iştirak etmənin tərəfdarı kimi çıxış edir. Bunun-
la bağlı partiya tərəfindən təşəbbüsün olmadığı, lakin da-
nışıqların  getdiyi  bildirilmişdir.  Partiyanın  iqtidar-müxalifət 
dialoquna münasibəti olduqca müsbətdir. Mövcud resurs-
ları  normal  hesab  edilə  bilər.  Partiya  siyasi  sistemin  opti-


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
133
mallaşdırılmasında dövlət dəstəyini və yeni qanunvericiliyin 
qəbulunu zəruri hesab edir. 
ƏDALƏT PARTİYASI
Təsis tarixi: noyabr 1993-cü il 
Qeydiyyat tarixi: 1994-cü il, 2002-ci il
Partiya sədri: İlyas İsmayılov
Müsahibin adı: Mütəllim Kərimli
Müsahibin vəzifəsi: sədr müavini
İdeologiyasının  əsasında  liberal,  sosial-demokratik 
dəyərlər  dayanır.  Proqramının  hədəfi  sosial  ədalətin 
bərpasıdır.  Siyasi  sistemdə  mövqeyinin  sol-mərkəzçi, 
üzvlərinin  sayının  23  000  nəfər  olduğu  bildirilir.  Üzvlük 
haqqı  0.10  AZN-dir.  Büdcəsi  qeyri-sabitdir.  Partiyanın  68 
şəhər və rayon təşkilatı (4 rayonda qərargah mövcuddur) 
fəaliyyət göstərir. Partiya 2 qurultay keçirmişdir. Qurultayları 
4  ildən  bir  keçirilir.  Sonuncu  qurultayın  450  nəfər  iştirak-
çısı  olmuşdur.  Partiyada  seçkili  orqanlar  sədr,  Siyasi  Şura, 
və Ali Məclisdir. Partiya üzvü olan gənclər 15-20%, qadın-
lar isə 10%-dir (Siyasi Şurada 1 qadın var). Yeni qəbul edil-
miş üzvlərin sayının (son bir ildə) 150 nəfərə yaxın olduğu 
deyilir.  Partiyanın  ictimaiyyətlə  əlaqə  vasitəsi  “Geopoliti-
ka”  qəzetidir  (hal-hazırda  nəşri  dayandırılıb).  2003-cü  ilin 
prezident  seçkilərində  partiya  namizədlə  iştirak  edib.  So-
nuncu  parlament seçkilərində 32  namizəd  iştirak  etsə  də, 
yalnız  1  namizəd  parlamentə  seçilib.  Sonuncu  bələdiyyə 
seçkilərində 300 namizəddən 13 nəfəri seçilib. 2010-cu ilin 
parlament  seçkilərində  partiyanın  başlıca  məqsədi  mini-
mum  3  namizədin  seçilməsinə  nail  olmaqdır.  Seçki  proq-
ramının əsas xüsusiyyətini demokratik, hüquqi dövlət qu-
ruculuğu,  sosial  durumun  yaxşılaşdırılması  və  ziyalıların 
səsini  əldə  etmək  uğrunda  mübarizə  təşkil  edir.  Seçkilərə 


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə