Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə30/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
110
göstərmək istədiyi təsir də faydasını vermədi. Bu iki şəxsin 
müxalifət  düşərgəsində  «hakimiyyət»lərini  davamlı  etmək 
üçün  əl  atılan  bütün  vasitələrə  rəğmən,  nəticəsizlik  orta-
dadır.  Bu  mərhələ  bizim  üçün  müxalifət  «hakimiyyətinin» 
devrilməsi mərhələsi kimi xarakterizə olunmuşdur.
    Növbəti  mərhələ  isə,  yəni  parlament  seçkiləri  və 
ondan  sonrakı  yaxın  dövr,  «quruculuq»  mərhələsi  ola 
bilər.«Quruculuq»  mərhələsi  o  qədər  də  asan  görünmür, 
çünki  rəqabət  çox  böyükdür.  Belə  asanlıqla  meydan  bo-
şalmayacaq, süni müdaxilə də yolverilməzdir. «Hakimliyə» 
iddialı bu iki partiyanın Parlament seçkilərində ehtimal olu-
nan  uğursuzluğu,  onsuz  da  pis  olan  partiyadaxili  mühiti 
bir qədər də sarsıdacaqdır. Partiyaların birində rəhbərliyin 
dəyişməsi (başqan seçkiləri) mərkəzdənqaçma prosesinə və 
çökməyə, digərində isə seçkidəki məğlubiyyət sədrin iste-
fasına gətirə biləcəkdir. Belə mülahizələr kuluarlarda dolaş-
maqdadır. Növbəti üç seçkisiz il partiyalardan kadr axınına 
da  vüsət  verəcəkdir.  Bu,  qaçılmazdır.  Bir  müddətdən  son-
ra  isə  parlament  təmsilçiliyinin  yaratdığı  legitimlik  şəraiti, 
büdcədən  partiyaların  maliyyələşməsinin  tətbiq  olunaca-
ğı halda əlavə imkanlar, düzgün və məqsədyönlü təşkilati, 
təbliğati və beynəlxalq işlərin qurulması 2013 - cü ilin asta-
nasında fərqli siyasi mənzərə və siyasi münasibətlər sistemi 
yarada bilər. (Azərbaycanda 2010-cu il parlament seçkiləri: 
daha demokratik, daha şəffaf Beynəlxalq Konfransın mate-
rialları (16 Aprel 2010), Bakı – 2010)
Dünya  ölkələrinin  siyasi  və  iqtisadi  həyatına  dair 
proqnozlar  hazırlayan  “Economist  İntelligence”  təşkilatı 
Azərbaycanın  daxili  siyasəti  ilə  bağlı  növbəti  iki  il  üçün 
proqnozunu verib. Proqnoza görə, prezident İlham Əliyevin 
siyasi elitada öz dəstəyini təmin etməsi və qruplar üzərində 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
111
nəzarətini  saxlayacağı  mümkündür.  2010-2011-ci  illərdə 
daxili siyasi çəkişmə gözləntiləri azdır.
İqtidarda olan Yeni Azərbaycan Partiyası qarşıdan gələn 
parlament  seçkilərində  yeni  strategiyasına  uyğun  olaraq 
hesab edir ki, bu gün parlamentdə qadınların və gənclərin 
təmsilçiliyi  qənaətbəxş  deyil.  Bunun  artırılmasına  ehti-
yac  var.  Yeni  Azərbaycan  Partiyası  bu  potensialdan  daha 
səmərəli şəkildə istifadə olunması barədə düşünür. 
Partiyanın sədr müavini Əli Əhmədov bu barədə demişdir: 
”Qadınların və gənclərin də namizədliklərinin irəli sürülməsi 
üçün təşəbbüslərimizi göstərəcəyik. Amma, təbiidir ki, bi-
zim seçki ilə bağlı taktikamızın mərkəzində duran gerçəklik 
bundan  ibarətdir  ki,  hər  bir  seçkidə  uğurun  çox  vacib  və 
həlledici  elementlərindən  biri  insanların  bu  və  ya  digər 
namizədə etimad göstərib səs verməsidir. Seçki taktikamı-
za və texnologiyalarımızdakı yeniliklər məsələsinə gəldikdə, 
hər bir seçki digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. 
2010-cu  ilin  parlament  seçkiləri  2005-ci  ilin  seçkilərindən 
təbii  olaraq  fərqlənəcək.  Çünki  2010-cu  ilin  Azərbaycanı 
2005-ci  ilin  Azərbaycanından  fərqlənir.  Azərbaycanda  in-
sanların  düşüncəsi  bu  beş  il  ərzində  xeyli  dəyişib.  Bütün 
bunların hamısı Yeni Azərbaycan Partiyasının qarşıdan gələn 
seçkilərlə bağlı konsepsiyasında ciddi şəkildə öz əksini ta-
pacaq. Bu isə bizim hansı yeniliklərdən istifadə etməyimiz 
məsələsini də həll edəcəkdir. Yeni Azərbaycan Partiyasının 
bütövlükdə  seçki  texnologiyası  seçki  mühitinin  və  dövrü-
nün tələblərinə uyğun olacaq. 
 Bu gün Yeni Azərbaycan Partiyası parlamentdə 64 de-
putatla təmsil olunur. Bu, parlament üzvlərinin 50 faizindən 
bir qədər çoxdur. Növbəti parlament seçkiləri ilə bağlı qar-
şıya  qoyduğumuz  məqsədlər  iki  hissəyə  bölünür:  birinci-


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
112
si,  minimum  məqsədlərdir.  Təbii  ki,  minimum  məqsədlər 
çərçivəsində qarşımızda duran vəzifə parlament seçkilərində 
indi  malik  olduğumuz  göstəricini  təkrar  etməkdir.  Bizim 
maksimum  proqramımız  da  var  ki,  bu  da  mövcud  olan 
göstəricinin yaxşılaşdırılmasını nəzərdə tutur. Bununla bağ-
lı  təhlillərimizi  aparırıq  və  güman  edirəm  ki,  konkret  fikir 
söyləmək  həddindən  artıq  tezdir.  Amma  zamanı  çatanda 
Yeni Azərbaycan Partiyasının müvafiq qərarı ortada olacaq-
dır” ( az.trend.az/news/politics).


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
113
Partiyaların  yaranması  və  dinamikasının  xüsusiyyətləri 
(daxili  və  xarici  amilləri,  leqal  və  qeyri-leqal  fəaliyyəti, 
təkamül və inqilab) fonunda Azərbaycanda bu sistemə xas 
olan cəhətləri izləmək üçün milli siyasi məkanda  mövcud 
partiyaların ümumi mənzərəsinə nəzər salaq. 
Qeyd  edək  ki,  mövzu  aspektində  partiyaların  seçkilər 
öncəsi  real  vəziyyətinin,  ümumi  mənzərəsinin  obyektiv 
dəyərləndirilməsi  üçün  təhlil  zamanı  bilavasitə  siyasi  parti-
yaların  lider  və  funksionerlərinin  fikirləri  və  münasibəti  əsas 
olaraq götürülmüşdür. Təqdim olunan ən son məlumatların 
təhlilində “Research Council” müstəqil araşdırmalar  birliyinin 
(sədr  -  Sahib  Cəfərov,  əməkdaş  Nazim  Mahmudov)  əsasən 
gündəmdə olan 25 siyasi partiyanın liderləri və funksionerləri 
ilə apardığı “Azərbaycanda siyasi partiyalar - 2010: parla-
ment seçkiləri öncəsi durum və planlar haqqında sosioloji 
sorğu”nun materiallarına istinad edilmişdir. Sorğu gedişində 
sualları partiyaların liderləri və ya əsas funksionerləri cavab-
landırmış, göstərilən rəqəmləri və məlumatları onlar təqdim 
etmişlər (Partiyaların adları əlifba sırası ilə təqdim olunmuş-
dur).
ANA VƏTƏN PARTİYASI
Təsis tarixi: 24 noyabr 1990-cı il 
Qeydiyyat tarixi: 11 avqust 1999-cu il 
Partiyanın sədri: Fəzail Ağamalı
Müsahibin adı: Etibar Quliyev
8. 
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR - 2010:   
PARLAMENT SEÇKİLƏRİ  ÖNCƏSİ VƏZİYYƏT VƏ  
    ƏSAS MƏQSƏDLƏR


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə