Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə29/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
107
müəyyən  perspektivlər  barədə    vədlər  naminə    stabilliyin 
pozulmasında hazırda nə Azərbaycan seçicisi, nə də siya-
si  mühitdə  mövcud  olan  əksər  aktorlar  maraqlıdır.  Digər 
tərəfdən  özünə  ciddi  rəqib  görməyən  hakim  partiyanın 
müxalifətin sivil mübarizə aparması üçün hər cür pozitiv fon 
və şəffaflıq yaratmaq cəhdləri də onun nüfuzunu  artırmağa 
və status-kvonu saxlamağa xidmət edir;
-  Nəhayət,  yenə  də  dünya  təcrübəsi  ilə  müqayisə  olu-
narsa, “iqtisadi modernləşmə, bir qayda olaraq, perspektiv 
baxımından demokratikləşmə prosesinə xidmət edir, onun 
təkamülünü  şərtləndirir”  (Diamond  L.  Economic  Develop-
ment and Democracy Reconsidered / Reexamined Democ-
racy. Essays in Honor of Seymour Martin Lipset // G. Marks 
and L. Diamond (eds.). London: Sage, 1992, p. 93-139). 
1970-ci  illərin    Braziliya  təcrübəsini  təhlil  edən  digər 
müəllifə  görə  isə  “iqtisadiyyat  nə  qədər  uğurlu  inkişaf 
edirsə,  konsensus  modeli  çərçivəsində  proseslər  o  qədər 
davamlı xarakter kəsb edir” (Linz J. The Future of an Aut-
horitarian Situation or the Institutionalization of an Autho-
ritarian  Regime:  The  Case  of  Brazil  /  Authoritarian  Brazil: 
Origins, Policies, and Future // A. Stepan (ed.). New Haven 
and  London:  Yale  University  Press,  1973,  p.  233-254).  Bü-
tün dünya üçün qlobal iqtisadi böhran ili olan bir dövrdə 
Azərbaycanın inkişaf templəri bu müddəalardan mühüm və 
müsbət nəticələr çıxarmağa imkan verir.
-  Yaxın  və  uzaq  ölkələrdə  Azərbaycanın  siyasi  partiya 
mühitində islamçı partiyaların təsir və nüfuzunun artmasına, 
islamın siyasiləşməsinə dair ssenarilər verən “tədqiqatların” 
sayı çoxalmaqdadır. Hətta siyasi müxalifətin lidersizlik prob-
leminin məhz fundamentalist dini liderin peyda olaraq həll 
edəcəyinə dair fikirlər söylənilir. Bu proqnozların ciddi əsasa 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
108
malik olmadığını qeyd etməklə yanaşı, dövlətin təhlükəsizliyi 
baxımından ona həm də həssaslıq və diqqətlə yanaşılmalı, 
həqiqətdə islam zəminində siyasətə gəlmək istəyənlərin nə 
kimi potensiala və resurslara malik olduqlarını real faktlarla 
aşkarlaya biləcək sosioloji tədqiqatlar aparılmalıdır.
- Seçkilərin baş tutmayacağı, böhran və ya hakim par-
tiyanın  məğlubiyyətə  uğrayacağı  vəziyyəti  tənzimləyən 
institusional-hüquqi  əsasların  müəyyən  edilib-edilməməsi 
dövlətçiliyin  təhlükəsizliyi  baxımından  son  dərəcə  önəmli 
məsələdir və diqqət mərkəzində olmalıdır.
Seçkilərin gedişatı və nəticələrinə dair  müxalifət və iq-
tidar partiyalarının təmsilçilərinin də proqnozlarını izləmək 
maraqlı olardı.
Müxalifətin  qələbə  iddiaları,  ötən  illərdən    fərqli  ola-
raq,    çox  böyük  deyil.  Bu  seçkilərə  müxalifət  əsasən  kök-
lü dəyişiklik olmasa da, dəyişikliyə doğru real addım kimi 
istifadə olunacaq proses kimi baxır. Burada istinad olunan 
əsas amillər qismində isə  artıq qeyd edilən bir qisim na-
razı elektorat, hakimiyyətdaxili qüvvələrin münasibətlərinin 
dəyərləndirilməsi ilə yanaşı, xarici faktor məsələsinin də ge-
niş müzakirəsi diqqəti cəlb edir. AXCP təmsilçisi hesab edir 
ki, getdikcə artan qlobal maliyyə böhranının doğuracağı iq-
tisadi problemlər fonunda cəmiyyətdəki narazılığın daha da 
güclənməsi müxalifət üçün 2005-ci ildə olduğundan daha 
artıq  uğurlu seçki  kampaniyası imkanı yarada bilər (www.
azadliq.az).
Siyasi  müxalifətin,  demək  olar  ki,  əksəriyyəti  belə  he-
sab edir ki, regional və qlobal layihələrdə iştirak etməsi və 
əhəmiyyətli  enerji  resurslarına  malik  olması  səbəbindən 
ölkədə “neft və demokratiya” problemi mövcuddur. Hətta 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
109
müxalifətin  zəifliyinin  günahını  xarici  amillə  bilavasitə 
əlaqələndirən mövqelər də mövcuddur. 
“Bu  prosesdə  müxalifətin  təsir  imkanları  Azərbaycanda 
seçkinin  gedişinə  təsir  göstərə  biləcək  Qərb  dairələri  ilə 
səmərəli  əməkdaşlıq  münasibətlərinin  qurulmasından  və 
özünü alternativ güc kimi təqdim edə bilməsindən də çox 
asılı  olacaq.  Bunlara  görə  də  bu  fikirdəyəm  ki,  2010-cu  il 
sıradan bir il deyil” (İsa Qəmbər) (www.yenimusavat.com). 
“Müxalifətin  güclənməsində  və  onun  geniş  xalq  kütləsi 
ilə  birləşməsində  təkcə  mövcud  iqtidar  yox,  həm  də  qlo-
bal  güclər  və  onun  maraqlarına  xidmət  edən  beynəlxalq 
təşkilatlar, transmilli şirkətlər maraqlı deyil. Belə müxalifət 
iqtidarı əvəz etmək üçün yox, onu təzyiqdə saxlamaq üçün 
qiymətlidir”  (Yaşıllar Partiyası) (www.mia.az).
Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP), Əli Əliyevin 
proqnozuna  görə:    “2010-cu  il  Parlament  seçkiləri 
Azərbaycanda dövlətçiliyə fayda verə biləcək siyasi sistemin 
inkişafına,  etik,  prinsipial,  inandırıcı,  güvənli  münasibətlər 
sisteminin  yaranmasına  keçid  mərhələsi  ola  bilər.  Bunun 
üçün ilk növbədə müxalifət düşərgəsində mövcud bir sıra 
təşkilat  və  şəxslərin  hegemonluğunu  təbii  yollarla  sıra-
dan  çıxarmaq  lazımdır.  Bu  proses  faktiki  olaraq  öz-özünə 
başlamışdır.  Referendum  əleyhinə  yaranmış  Hərəkatın 
daxilindəki partiyalardan ikisinin lideri birləşərək digər bir 
partiyanın sıradan çıxarılması cəhdi ötən ilin sentyabrında 
baş tutmadı və uğursuzluğa düçar oldu. Nəticədə hərəkat 
çökdü, ən vacibi isə məlum iki partiya rəhbərinin «hakimlik» 
nüfuzu zədələndi. Proses cari ilin əvvəlində də davam etdi. 
Belə ki, blokla məlum partiyanın, iki şəxsin üstünlüyü şərti 
daxilində, bir seçki blokuna sürükləndirilməsi cəhdi fiasko-
ya  uğradı.  Beynəlxalq  çevrələrin  də(MDİ)  bu  istiqamətdə 


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə