Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə32/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
117
press-relizlər  və  mətbuat  konfransları  ilə  həyata  keçirilir. 
Sonuncu  prezident  seçkilərində  partiya  iştirak  etməyib. 
2005-ci ilin parlament seçkilərində partiya 40 namizədlə iş-
tirak etmişdir. 2009-cu ilin bələdiyyə seçkilərində 30 üzvün 
namizədliyi  irəli  sürülsə  də,  2  namizəd  seçilmişdir.  2010-
cu  il  parlament  seçkilərində  partiyanın  başlıca  məqsədi 
5-6 millət vəkili yerinin qazanılmasına nail olmaqdır. Seçki 
proqramının  əsas  xüsusiyyəti  narazı  elektoratın  səsini  qa-
zanmaqdır. Seçkilərə qatılacaq namizədlərin sayının 60-dan 
bir  qədər  artıq  olacağı  gözlənilir.  Partiya  seçkidə  bloklaş-
maya  pozitiv  münasibət  göstərir və  bu  istiqamətdə  danı-
şıqları davam etdirir. Partiyanın iqtidar-müxalifət dialoquna 
münasibəti  müsbətdir  və  bu  istiqamətdə  yazılı  müraciət 
etmişdir.  Mövcud  resursları  baxımından  zəif  madd-texniki 
təchizata malikdir. 
AZƏRBAYCAN XALQ PARTİYASI
Təsis tarixi: 1995-ci il
Qeydiyyat tarixi: 1999-cu il
Partiya sədri vəzifəsini icra edən:  Qiyas Sadıxov
Müsahibin adı:  Qiyas Sadıxov
Müsahibin vəzifəsi: sədr əvəzi
İdeologiyasının əsasında müsavatçılıq, xalqçılıq dayanır. 
Proqramının  hədəfi  müsavatçılıq  ideyalarının  cəmiyyətdə 
yayılmasıdır.  Siyasi  sistemdə  sağ  mövqedədir.  Üzvlərinin 
sayının  4000  nəfərə  yaxın  olduğu  göstərilir.  Üzvlük  haqqı 
sərbəstdir. Büdcəsi qeyri-sabitdir və əsasən seçki dövründə 
formalaşır. Şəhər və rayon təşkilatlarının sayı 40-a qədərdir. 
Keçirilmiş qurultaylarının sayı 3, keçirilmə müddəti 2 ildən 
bir,  qurultayda  kvota  1/5-ə  nisbətindədir.  Seçkili  orqanlar 
rayonlarda rayon sədrləri, qurultayda sədr və Siyasi Şura-
dır. Partiya üzvlüyündə olan gənclər 40%, qadınlar isə 10% 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
118
təşkil edirlər. 2009-cu ildə 10 nəfər yeni üzvün qəbul olun-
duğu  qeyd  edilir.  Sonuncu  prezident  seçkilərində  partiya 
müşahidəçi  qismində  iştirak  etmişdir.  Sonuncu  parlament 
seçkilərində 1 namizədlə iştirak etmiş və “Azadlıq” bloku-
nun tərkibində həmin namizəd millət vəkili seçilmişdir. So-
nuncu  bələdiyyə  seçkilərində  50  nəfərlə  təmsil  olunmuş 
və 2 nəfər seçilmişdir. 2010-cu ilin parlament seçkilərində 
partiyanın başlıca məqsədi müxalifətin birliyinə nail olmaq-
dır.  İddia  edilən  parlament  yerləri  dörddür.  Seçki  proqra-
mının  başlıca  xüsusiyyəti  gənclərin  prioritet  təşkil  etməsi, 
korrupsiya ilə mübarizə, orta sinfin formalaşdırılmasına dair 
çağırışlardır.  Seçkilərə  qatılacaq  namizədlərinin  sayı  dörd-
dür. Seçki bloklarında iştirak etmək niyyətindədir. Partiyanın 
iqtidar-müxalifət dialoquna münasibəti pozitivdir. Mövcud 
resursları zəifdir və seçkilərdə normal iştiraka imkan verəcək 
səviyyədə deyil. Siyasi sistemin optimallaşdırılmasında par-
tiya qanunvericiliyə dəyişikliklər edilməsinin tərəfdarıdır və 
müvafiq qanun layihəsini təqdim etmişdir.
AZƏRBAYCAN XALQ CƏBHƏSİ PARTİYASI
Təsis tarixi: 1989-cu il
Qeydiyyat tarixi: 1995-ci il
Sədr: Əli Kərimli
Müsahibin adı: Həsən Kərimov
Müsahibin vəzifəsi: Ali Məclisin sədri
Azərbaycan  Xalq  Cəbhəsi  Azərbaycanda  milli  azadlıq 
hərəkatında ilk siyasi təşkilat olmuşdur. 1990-cı illərdə bir neçə 
ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, 
siyasi uğurlar və parçalanmalar, 20 Yanvar faciəsi və dirçəliş, 
siyasi hakimiyyət və devrilmə) AXC həmin müddətdə ölkənin 
siyasi məkanında aparıcı mövqelərdə olmuşdur.


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
119
1995-ci ildə AXC siyasi partiyaya çevrilərək AXCP adını 
almışdır. Bu gün Azərbaycanda olan müxalifətyönlü parti-
yaların bir çoxu AXC mənşəli təşkilatlardır. Həmin hərəkatda 
olan siyasətçilərin əksəriyyəti isə özlərinin ayrıca partiyala-
rını yaratmışlar.
1989-cu  il  iyulun  16-da  təsis  olunan  AXC-nin  sədri 
Əbülfəz  Elçibəy  olmuşdur.  AXC  yaranarkən  15  nəfərdən 
ibarət ilk İdarə Heyəti seçilmişdir. 
2000-ci ildə Əbülfəz Elçibəyin vəfatı ilə AXCP-də geniş 
parçalanma baş vermiş, eyni ada əvvəl 2, daha sonra 3 si-
yasi qurum iddia etmişdir. Sonralar indiki Bütöv Azərbaycan 
Xalq Cəbhəsi və Klassik Xalq Cəbhəsi partiyaları AXCP adı 
uğrunda mübarizədən çəkiliblər. Lakin həmin iki təşkilat da 
yaranış gününü 1989-cu il iyulun 16-dan hesablayır. Bu üç 
qurumun heç birində AXC-nin ilk liderlərindən kimsə yox-
dur.
AXC-nin  varisi  hesab  edilən  Azərbaycan  Xalq  Cəbhəsi 
Partiyasının  sədri  hazırda  Əli  Kərimlidir.  Qeyd  etdiyimiz 
kimi, adında “Xalq Cəbhəsi” sözü olan daha iki partiya möv-
cuddur:  Klassik  Xalq  Cəbhəsi  Partiyası  (sədri  Mirmahmud 
Mirəlioğludur) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 
(sədri Qüdrət Həsənquliyevdir).
Azərbaycanda bir çox tanınmış siyasi təşkilat (Müsavat, 
Milli İstiqlal, Xalq partiyaları və s.) vaxtilə AXC-nin bazasında 
yaradılmışdır. 
Belə  ki,  İsa  Qəmbər  (AXC  hakimiyyəti  dövründə  parla-
ment sədri) Müsavat Partiyasının başqanı, Sülhəddin Əkbər 
(AXC hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin mü-
avini) Müsavatın Məclis sədri, Etibar Məmmədov Milli İstiq-


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
120
lal Partiyasının lideridir. 2009-cu ildə AXC-nin yaranmasının 
20 ili tamam olmuşdur.
İdeologiyasının  əsasında  müsavatçılıq,  demokratiya, 
millətçilik durur. Proqramının hədəfi vahid Azərbaycan, de-
mokratik cəmiyyətdir. Siyasi sistemdə sağ mövqeyi təmsil 
edir.  Partiya  üzvlərinin  sayı  47000  nəfərdir.  Üzvlük  haqqı 
əmək haqqının 1%-i həcmində nəzərdə tutulmuşdur. Par-
tiyanın sabit büdcəsi mövcud deyildir. Partiyanın 80 şəhər 
və rayon təşkilatı mövcuddur. Partiya ümumilikdə 8 qurul-
tay keçirmişdir. Qurultaylar 2 ildən bir keçirilir. Qurultayda 
kvota  1/10-ə  nisbətindədir  və  sonuncu  qurultayda  600 
nümayəndə iştirak etmişdir. Seçkili orqanlar sədr, Nəzarət-
Təftiş Komissiyası və rayon şöbələrinin sədrləridir. Gənclər 
partiya üzvlərinin 20 %-ni, qadınlar isə 10%-ni təşkil edirlər. 
Son bir ildə partiyaya yeni qəbul edilmiş üzvlərin sayı 300 
nəfərə  yaxındır.  Partiyanın  ictimaiyyətlə  əlaqəsi,  əsasən, 
“Azadlıq” qəzeti vasitəsilə həyata keçirilir. Sonuncu prezident 
seçkilərində partiya seçkiləri boykot edib. 2005-ci ilin par-
lament seçkilərində 48 namizəd irəli sürülsə də, parlamentə 
3  namizəd  seçilib.  2009-cu  ilin  bələdiyyə  seçkilərində  47 
namizəddən  heç  biri  bələdiyyə  üzvlüyünə  seçilməmişdir. 
Partiya  parlamentdə  iştirakdan  imtina  etdiyinə  görə  bu 
sahədə fəaliyyəti yoxdur. 2010-cu il parlament seçkilərində 
partiyanın  başlıca  məqsədi  “Azadlıq”  blokunun  tərkibində 
iştirak  etməklə  20  parlament  yeri  uğrunda  mübarizəyə 
qatılmaqdır.  Bu  seçkilərdə  partiya  seçki  taktikasını  narazı 
elektoratın  üzərində  cəmləşdirmək  fikrindədir.  Seçkilərdə 
partiyanın  70  namizədlə  iştirak  edəcəyi  gözlənilir.  Parti-
yada  iqtidar-müxalifət  dialoquna  birinci  addımın  iqtidar 
tərəfindən atılması şərti ilə müsbət baxılır. Mövcud resurs-
ları  baxımından  partiyanın  ciddi  maliyyə  problemləri  var. 
Partiya siyasi sistemin optimallaşdırılmasında yenidən qey-


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə