Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə37/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   30   31   32   33   34   35   36   37   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
134
qatılacaq namizəd sayı 20-30 nəfərə kimi müəyyən edilmiş-
dir. Partiya cari dövrdə parlamentdə təmsil olunan BAXCP 
və  Böyük  Quruluş  Partiyası  ilə  birgə  blok  yaradılmasını 
mümkün  hesab  edir.  Partiyanın  iqtidar-müxalifət  dialoqu-
na münasibəti pozitivdir və dialoqu labüd hesab edir. Möv-
cud  resursları  baxımından  partiya  bir  qədər  problemlərlə 
üzləşməkdədir və inkişafa böyük ehtiyac hiss edir. Partiya 
siyasi  sistemin  optimallaşdırılmasında  proporsional  seçki 
sisteminin  bərpasını,  dövlət  dəstəyini  və  qanunvericiliyin 
təkmilləşdirilməsini çıxış yolu hesab edir. 
KLASSİK XALQ CƏBHƏSİ PARTİYASI
Təsis tarixi: 2006-cı il
Qeydiyyat tarixi: 2007-ci il
Partiya sədri: Mirmahmud Fəttayev
Müsahibin adı: Mirmahmud Fəttayev
Müsahibin vəzifəsi: sədr
İdeologiyasının  əsasında  bütöv  Azərbaycan,  milli-
demokratiya,  musavatçılıq  ideyaları  dayanır.  Partiya  siya-
si  sistemdə  sağ  mövqedə  durur.  Üzvlərinin  sayının  20000 
nəfər olduğu bildirilir. Büdcəsi qeyri-sabitdir. Şəhər və rayon 
təşkilatlarının sayı 5-dir. Keçirilmiş qurultaylarının sayı 1 ol-
maqla, keçirilmə müddəti 3 ildən birdir. Qurultayda kvota 
1/50-ə  nisbətində  müəyyən  edilmişdir.  Partiyanın  seçkili 
orqanları sədr, Nəzarət-Təftiş Komissiyası və Ali Məclisdir. 
Gənclər üzvlərin 12%-i (sədr müavini gəncdir, Ali Məclisdə 
də  gənclər  təmsil  olunur),  qadınlar  10  %-i  (Ali  Məclisdə 
də qadınlar var) qədərdir. Yeni qəbul edilmiş üzvlərin sayı 
2009-cu  ildə  500  nəfər  olmuşdur.  Partiyanın  ictimaiyyətlə 
əlaqəsi rayonlarda təşkil edilən mütəmadi müşavirələr yolu 
ilə həyata keçirilir. 2008-ci ilin prezident seçkilərində parti-
ya seçkiləri boykot edib. 2005-ci ilin parlament seçkilərində 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
135
partiya 30 namizədlə iştirak etmişdir. 2009-cu ilin bələdiyyə 
seçkilərində 200-ə yaxın namizədlə iştirak edən partiyanın 
3 nəfər namizədi bələdiyyəyə üzv seçilmişdir. 2010-cu ilin 
parlament seçkilərində partiyanın başlıca məqsədi fraksiya 
yarada biləcək sayda namizədlərin seçilməsinə nail olmaq-
dır. Seçkilərə qatılacaq namizəd sayının 70-ə yaxın olacağı 
planlaşdırılmışdır. Seçki bloklarında iştiraka partiya müsbət 
münasibətdədir və  bu istiqamətdə danışıqlar aparılır. Par-
tiyanın iqtidar-müxalifət dialoquna münasibəti də pozitiv-
dir. Mövcud resursları baxımından partiyanın ciddi maliyyə 
problemləri var. Partiyaların yenidən qeydiyyata alınmasını, 
dövlət  tərəfindən  maliyyələşdirilməsini  və  partiyalar  haq-
qında qanuna dəyişikliklər edilməsini təklif edir. 
MÜSAVAT PARTİYASI
Təsis tarixi: noyabr 1911-ci il 
Qeydiyyat tarixi: noyabr-dekabr 1992-ci il 
Partiya sədri: İsa Qəmbər
Müsahibin adı: Arif Hacılı
Müsahibin vəzifəsi: sədr müavini
İdeologiyasının  əsasında  müsavatçılıq,  türkçülük,  mü-
asirlik,  liberallıq  ideyaları  dayanır.  Partiya  sağ-mərkəzçi 
mövqedə  olduğunu  qeyd  edir.  Partiya  üzvlərinin  sayı  ilə 
bağlı rəsmi məlumat verməkdən imtina etsə də, YAP-dan 
sonra ikinci ən böyük partiya olduğuna iddia edir. Partiya-
da üzvlük haqqı əmək haqqının 1%-i həcmində müəyyən 
olunmuşdur. Partiyanın aylıq büdcəsi 1000 AZN-dir. Parti-
yanın  şəhər  və  rayon  təşkilatlarının  sayı  80-dir.  Keçirilmiş 
qurultaylarının sayı 7-dir və 4 ildən bir olmaqla həyata keçi-
rilir. Qurultaylar zamanı kvota 1/200-ə nisbətində müəyyən 
olunur.  Partiyada  seçkili  orqanlar  başqan  (seçilmə  vaxtı-
na  məhdudiyyət  qoyulub,  başqan  2  dəfədən  çox  seçilə 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
136
bilməz), Məclis, rayon təşkilatlarının sədrləridir (konfransda 
seçilirlər).  Partiya  üzvü  gənclər  30%  (Partiya  Divanında  1 
gənc var), partiya üzvü qadınlar 25% təşkil edirlər (Partiya 
Divanında 16 nəfərdən 5-i qadındır). Partiyaya son bir ildə 
yeni qəbul edilmiş üzvlərin sayının 10000-ə qədər olduğu 
bildirilir.  Partiyanın  ictimaiyyətlə  əlaqəsi  mətbuat  xidməti 
və “Yeni Müsavat”, “Demokrat”, “Paralel” qəzetləri vasitəsilə 
həyata keçirilir. Sonuncu prezident seçkilərini partiya boy-
kot  etmişdir.  Sonuncu  parlament  seçkilərində  partiyadan 
41 nəfər namizədliyini irəli sürmüş, onlardan 5 namizəd se-
çilmişdir.  Sonuncu  bələdiyyə  seçkilərində  30  nəfərə  yaxın 
namizəd bələdiyyə üzvlüyünə keçmişdir. Seçki proqramın-
da  demokratik  cəmiyyət  quruculuğu,  liberal  iqtisadiyyat, 
bərabərçilik, Avratlantik məkana inteqrasiya çağırışları prio-
ritet təşkil edəcəkdir. Seçkilərə təxminən bütün dairələrdən 
namizədlərin qatılması planlaşdırılır. Partiyanın seçki blok-
larında iştirakı yalnız Demokratiya Uğrunda İttifaqla (DUİ) 
əməkdaşlıq  çərçivəsində  mümkün  hesab  edilir.  Partiyanın 
iqtidar-müxalifət dialoquna münasibəti də pozitivdir. Möv-
cud resursları yüksək olmasa da, əsas gücün narazı elekto-
rat üzərində cəmləndirilməsi planlaşdırılır. Partiya yeni qa-
nunvericiliyin qəbulunu vacib hesab edir. 
MÜASİR MÜSAVAT  PARTİYASI
Təsis tarixi: 5 may 2001-ci il 
Qeydiyyat tarixi: 8 may 2002-ci il 
Partiya sədri: Hafiz Hacıyev
Müsahibin adı: Hafiz Hacıyev
Müsahibin vəzifəsi: sədr 
İdeologiyasının  əsasında  sosial-demokratik  ideya-
lar dayanır. Siyasi sistemdə mövqeyi solçudur. Üzvlərinin 
sayı 90 000 nəfərdir. Üzvlük haqqı nizamnamə ilə sərbəst 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
137
müəyyən  edilmişdir.  Bu  səbəbdən  də  partiyanın  büdcəsi 
qeyri-sabitdir.  Şəhər  və  rayon  təşkilatlarının  sayının  67  ol-
masına  baxmayaraq,  yalnız  2-sində  qərargah  var.  Partiya 
ümumilikdə  3  qurultay  keçirmişdir.  Qurultayların  keçirilmə 
müddəti 4 ildə bir dəfə olmaqla 1/200-ə nisbətində kvota ilə 
müəyyən edilmişdir. Partiyada seçkili orqanlar sədr, Nəzarət-
Təftiş Komissiyası, İdarə Heyəti və Siyasi Şuradan ibarətdir. 
Partiyada gənclər üzvlərin 34%-ni, qadınlar isə 27%-ni təşkil 
edirlər (sədr müavini qadındır). Yeni qəbul edilmiş üzvlərin sa-
yının 2009-cu ildə 1000 nəfərə yaxın olduğu qeyd edilir. Par-
tiyanın ictimaiyyətlə əlaqə vasitələri “Müasir Müsavat” qəzeti 
və www.muasir-musavat.net internet saytıdır. Sonuncu prezi-
dent seçkilərində partiya öz namizədi ilə iştirak etmişdir. So-
nuncu parlament seçkilərində partiyanın 18 namizədi qeydə 
alınmışdır.  Lakin  parlamentdə  partiya  təmsil  olunmamışdır. 
Sonuncu bələdiyyə seçkilərində iştirak edən 124 namizəddən 
5 nəfər seçilmişdir. 2010-cu ilin parlament seçkilərində par-
tiyanın başlıca məqsədi Prezidentin kursunu dəstəkləməklə 
10 millət vəkili yerinin qazanılmasıdır. Seçki proqramının əsas 
xüsusiyyəti  demokratik-liberal  dəyərlərdən  çıxış  etməklə 
cəmiyyəti  öz  mövqeyinə  inandırmaqdır.  Seçkilərə  qatıla-
caq  namizədlərin  sayı  85-90  nəfər  arasındadır.  Seçki  blok-
larında iştiraka partiya rəhbərliyi müsbət baxmır. Partiyanın 
iqtidar-müxalifət dialoquna münasibəti isə pozitivdir. Maddi-
texniki resursları kifayət qədərdir. Partiyaların yenidən qey-
diyyata  alınmasına,  dövlət  tərəfindən  maliyyələşdirilməsinə 
münasibəti  müsbətdir.  Partiyalar  haqqında  yeni  qanunun 
qəbul edilməsinin tərəfdarıdır. Parlamentin səlahiyyətlərinin 
artırılması, siyasi islahatlar aparılması ideyaları ilə çıxış edir.
SOSİAL RİFAH PARTİYASI
Təsis tarixi: 1998-ci il
Qeydiyyat tarixi: 1999-cu il


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə