Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə15/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   11   12   13   14   15   16   17   18   ...   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
54
siyasi partiyalarının qarşıdan gələn parlament seçkilərində 
proporsional  seçki  sistemi  üzrə  iştirakını  məhdudlaşdıran 
qərarlara yenidən baxmaq imkanını müzakirə edəsiniz”.
Mərkəzi  Seçki  Komissiyası  oktyabrın  7–8-də  keçirilmiş 
iclasında  Prezident  Heydər  Əliyevin  müraciətini  müzakirə 
edərək  belə  nəticəyə  gəldi  ki,  seçkilərdə  iştirak  etmək 
niyyətində  olan  bütün  siyasi  partiyaların  deputat  manda-
tı  uğrunda  mübarizəsinə  şərait  yaradılması  ölkədə  azad 
və  ədalətli  seçkilər  keçirilməsinə  xidmət  etmiş  olar.  MSK 
respublika  Prezidentinin  həmin  müraciətinə  baxaraq, 
müraciətin  Azərbaycan  Respublikası  Konstitusiyasının  bu 
məsələni tənzimləyən ayrı-ayrı müddəalarına və ruhuna uy-
ğunluğunu vurğulamış və hesab etmişdi ki, belə demokratik 
addım seçkilərdə iştirak etmək arzusunda olan bütün siyasi 
partiyalara bərabər şərait yaradar, ölkədə azad və daha da 
ədalətli seçkilərin keçirilməsini təmin edər.
Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri nəzərə 
alaraq  və  ”Azərbaycan  Respublikasının  Mərkəzi  Seçki  Ko-
missiyası  haqqında“  Qanunun  2.2-ci  maddəsinin  10-cu 
bəndini  rəhbər  tutaraq,  Komissiyada  əvvəllər  qeydiyyat-
dan keçmiş Yeni Azərbaycan Partiyasının, Azərbaycan Xalq 
Cəbhəsi Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, 
Vətəndaş  Həmrəyliyi  Partiyasının  və  Azərbaycan  Kommu-
nist  Partiyasının  vahid  namizədlər  siyahısı  ilə  yanaşı,  Mü-
savat  Partiyasının,  Azərbaycan  Demokrat  Partiyasının, 
Azərbaycan Xalq Demokratik Partiyasının, Milli Konqres Par-
tiyasının, Azərbaycan Naminə Alyans Partiyasının, Demok-
ratik  Azərbaycan  Dünyası  Partiyasının,  Azərbaycan  Liberal 
Partiyasının vahid namizədlər siyahısının da qeydə alınması 
barədə müvafiq qərar qəbul etdi. Mərkəzi Seçki Komissiya-
sında  qeydiyyatdan  keçmiş  Milli  Dövlətçilik,  Milli  Hərəkat 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
55
və  Demokratik  Maarifçilik  partiyaları  seçkilərdə  partiyalar 
bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parla-
ment  seçkiləri  praktikasında  ilk  dəfə  olaraq  ”Demokratik 
Azərbaycan“ siyasi partiyalar bloku qeydiyyatdan keçirildi.
Siyasi  partiyaların  qeydə  alınması  haqqında  qərar  ölkə 
ictimaiyyəti  tərəfindən  rəğbətlə  qarşılandığı  kimi,  respubli-
kanın xaricində də əks-səda doğurdu. ATƏT-in Demokratik 
Təsisatlar  və  İnsan  Hüquqları  Bürosunun  oktyabrın  10-da 
yaydığı  Bəyanatda  büronun  direktoru  səfir  Jerar  Ştudman 
proporsional  sistem  üzrə  bütün  siyasi  partiyaların  qeydə 
alınması  haqqında  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki 
Komissiyasının  qərarı  barədə  məmnunluqla  yazmışdır:  ”Bu 
qərar parlamentə 5 noyabr seçkilərində seçki prosesinin indi-
ki səviyyəsində bütün partiyaların geniş iştirakını təmin edir”
Qanunvericiliyə  uyğun  surətdə  Mərkəzi  Seçki  Komis-
siyasında  qeydiyyatdan  keçmiş  siyasi  partiyalar  və  siyasi 
partiyalar  bloku  iyulun  7-dən  etibarən  vahid  çoxmandatlı 
seçki dairəsi üzrə namizədlərinin siyahılarını təqdim etdilər. 
İyulun  23-dən  isə  respublikanın  vətəndaşları,  siyasi  par-
tiyalar  və  siyasi  partiyalar  bloku  tərəfindən  deputatlığa 
namizədlərin birmandatlı seçki dairələri üzrə irəli sürülməsi 
prosesinə start verildi.
Göstərilən seçki dairələri üzrə namizədliyini irəli sürmək 
üçün müraciət etmiş 1.044 vətəndaş dairə seçki komissiya-
larından imza vərəqələri almış, 823 nəfər bildiriş sənədlərini 
müvafiq  komissiyalara  təqdim  etmişdi.  Namizədlərin 
göstərilməsinə dair bildiriş sənədləri, о cümlədən seçicilərin 
imza vərəqələri dairə seçki komissiyalarında yoxlanıldıqdan 
sonra  deputatlığa  408  namizəd  qeydə  alınmış  və  onların 
siyahısı  elan  edilmişdi.  Sonradan  bu  rəqəm  namizədliyini 
geri  götürən  və  Mərkəzi  Seçki  Komissiyasının  qərarı  ilə 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
56
namizədlər siyahısından çıxarılan şəxslər hesabına azalaraq 
390 nəfər olmuşdur. 
Milli Məclisə seçkilərin əlamətdar cəhətlərindən biri res-
publikada  plüralizmə  geniş  yer  verilməsi,  ölkədə  fəaliyyət 
göstərən  siyasi  partiyaların  seçki  tədbirlərində  fəal  iştira-
kı  üçün  əlverişli  şəraitin  yaradılması  idi.  Birmandatlı  seçki 
dairələri  üzrə  namizədlər  siyahısına  bitərəflərlə  yanaşı,  33 
siyasi partiyanı təmsil edən vətəndaşlar da daxil edilmişdi. 
Bu dairələr üzrə irəli sürülmüş namizədlərin 63,3%-ni siyasi 
partiyaların üzvləri, 36,7%-ni bitərəflər təşkil edirdi.
Respublikada  qanunvericiliyə  uyğun  surətdə  fəaliyyət 
göstərən siyasi partiyalardan 14-ü seçkilərdə proporsional 
sistem üzrə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına 
müraciət  etmişdi.  Onlardan  9-u  seçici  imzalarının  toplan-
masında ciddi pozuntulara yol verdiklərinə və qeyri-düzgün 
məlumatlar təqdim etdiklərinə görə vahid namizədlər siya-
hılarını qeydiyyatdan keçirməyə nail olmamış, yalnız 5-i bil-
diriş sənədlərini qanunun tələblərinə uyğun tərtib və təqdim 
edərək seçkiyə buraxılmışdı. Proporsional seçki sistemi üzrə 
seçkilərdə iştirak edən siyasi partiyaların və siyasi partiyalar 
blokunun əsas namizədlər siyahılarında olan nümayəndələri 
25 deputat mandatı uğrunda rəqabət aparırdılar.
Beləliklə,  5  noyabr  2000-cil  il  tarixində  ikinci  çağırış 
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirildi.
Nəticələr belə idi:
Seçki dairələrinin seçki məntəqələri üzrə seçici 
siyahılarındakı seçicilərin ümumi sayı 
– 4.212.915
Seçki günü seçicilərə verilmiş seçki bülletenlərinin sayı  


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə