Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə13/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
47
rın  11-nə  ölkədə  Azərbaycan  Respublikası  Prezidentinin 
seçkiləri günü təyin olunsun.
Seçki kampaniyasının ən mühüm mərhələlərindən biri – 
prezidentliyə namizədlərin irəli sürülməsi prosesi mütəşəkkil 
keçdi.  Prezident  seçkiləri  haqqında  qanuna  görə,  seçici 
birlikləri və seçicilərin təşəbbüs qrupları prezidentliyə namizəd 
irəli  sürməkdən  ötrü  Mərkəzi  Seçki  Komissiyasında  qeyd 
olunmalı idi. Bununla əlaqədar, 11 seçici birliyi və seçicilərin 
14 təşəbbüs qrupu qeydiyyatdan keçmək üçün Mərkəzi Seç-
ki Komissiyasına müraciət etmişdi. ”Azərbaycan Respublikası 
Prezidentinin seçkiləri haqqında” Qanunun 26-cı maddəsinə 
əsasən  Ana  Vətən  Partiyası,  Azərbaycan  Kommunist  Parti-
yası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Naminə  
Alyans  Partiyası,  Azərbaycan  Sosial  Rifah  Partiyası,  Ümid 
Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan 
Milli Hərəkat Partiyası, Müstəqil Azərbaycan Partiyası, Vahid 
Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası seçkilərdə 
seçici birliyi kimi iştirak edirdi.
1998-ci  il  avqustun  4-də  Prezident  H.Ə.Əliyev  seçkiləri 
boykot mövqeyi tutmuş Azərbaycan Xalq Cəbhəsi Partiya-
sının, Müsavat Partiyasının və Liberal Partiyasının liderlərinə 
mətbuat vasitəsilə müraciət edərək, onları da seçkilərdə iş-
tirak etməyə çağırdı.
Aşağıdakı şəxslər Mərkəzi Seçki  Komissiyası  tərəfindən 
namizəd kimi qeydə alındılar:
Dövlət başçısı Heydər Əlirza oğlu Əliyev MSK-nın 12 av-
qust 1998-ci il tarixli 85/317 saylı qərarı ilə; Azərbaycan Mil-
li İstiqlal Partiyasının sədri Etibar Səlidar oğlu Məmmədov 
və Müstəqil Azərbaycan Partiyasının seçici birliyi tərəfindən 
irəli sürülmüş Müstəqil Azərbaycan Partiyasının sədri Niza-


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
48
mi Məmməd oğlu Süleymanov da həmin gün, Azərbaycan 
Sosial Rifah Partiyasının seçici birliyi tərəfindən irəli sürül-
müş Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn 
Hüseynağa  oğlu  Kazımlı,  Azərbaycan  Kommunist  Parti-
yasının  seçici  birliyi  tərəfindən  irəli  sürülmüş  Azərbaycan 
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Fi-
rudin Şərif oğlu Həsənov və Azərbaycan Siyasi Repressiya 
Qurbanları  Assosiasiyasının  seçicilərinin  təşəbbüs  qrupu 
tərəfindən irəli sürülmüş Azərbaycan Siyasi Repressiya Qur-
banları Assosiasiyasının sədri Əşrəf Fərzəli oğlu Mehdiyev 
isə oktyabrın 17-də qeydə alındılar.  
İlk dəfə olaraq Mərkəzi Seçki Komissiyası yanında İctimai 
İnformasiya Mərkəzi yaradılmışdı. 
1998-ci il oktyabrın 15-də Mərkəzi Seçki Komissiyasının 
iclasında Azərbaycan Respublikası Prezidentinin seçkilərinə 
yekun  vuruldu.  Bildirildi  ki,  seçici  siyahılarına  daxil  edil-
miş 4.255.717 seçicidən seçki günü 3.358.465 nəfəri və ya 
79,18%-i səsvermədə iştirak etmişdir (“Azərbaycan Respubli-
kası Prezidentinin seçkiləri haqqında” Qanuna görə, seçici si-
yahılarına daxil edilmiş seçicilərin azı 25%-i seçkilərdə iştirak 
etdikdə seçki baş tutmuş sayılırdı). Bu seçicilərdən 2.556.059 
nəfəri  (76,11%-i)  prezidentliyə  namizədlərdən  H.Ə.Əliyevə, 
389.662  nəfəri  (11,6%-i)  E.S.Məmmədova,  270.709  nəfəri 
(8,06%-i)  N.M.Süleymanova,  29.244  nəfəri  (0,87%-i) 
F.Ş.Həsənova,  28.809  nəfəri  (0,86%-i)  Ə.F.Mehdiyevə  və 
8.254 nəfəri (0,25%-i) X.H.Kazımlıya səs vermişdi.
Beləliklə,  Azərbaycan  Respublikası  Konstitusiyasının 
101-ci  maddəsinin  ikinci  hissəsinə  uyğun  olaraq  Heydər 
Əlirza oğlu Əliyev səsvermədə iştirak etmiş seçicilərin üçdə 
iki hissəsinin səs çoxluğu ilə yenidən Azərbaycan Respubli-
kasının Prezidenti seçildi.


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
49
11 noyabr 1998-ci il tarixində keçirilən Azərbaycan 
Respublikasının Prezidentinin seçkilərinin diaqramla təsviri
III. 
 İkinci çağırış Azərbaycan Respublikasının 
 Milli Məclisinə seçkilər | 5 noyabr  2000-ci il
2000-ci ilin payızında ikinci çağırış Azərbaycan Respubli-
kasının Milli Məclisinə növbəti seçkilər keçirildi. Milli Məclisə 
seçkilər həmin il noyabrın 5-nə təyin olunmuşdu. 
İyulun  18-də  Azərbaycan  Respublikası  Prezidentinin 
Sərəncamı və Azərbaycan Respublikası Milli Məclisinin Qərarı 
ilə  ölkədə  əsas  siyasi  qüvvələri  təmsil  edən  17  nəfərdən 
ibarət Mərkəzi Seçki Komissiyası təşkil olundu. Tərkibinin 1/3 
prinsipi ilə formalaşdırılması nəzərdə tutulan Komissiyanın 6 
üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları 
Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini 
təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyasını), 6 
üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatla-
rı Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini 
təqdim edən siyasi partiyaları, qalan 5 nəfəri isə heç bir si-


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
50
yasi partiyaya mənsub olmayan və onların namizədliklərini 
təqdim edən deputatları təmsil edirdi.
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haq-
qında” Qanunun 12-ci maddəsinin 5-ci bəndinə uyğun ola-
raq seçkilərə 110 gün qalmış, yəni 2000-ci il iyulun 18-dən 
gec  olmayaraq  birmandatlı  seçki  dairələrinin  yaradılması 
sxemi və qrafik təsviri Mərkəzi Seçki Komissiyası tərəfindən 
təsdiq  olunmalı  idi.  Lakin  seçkilərə  hazırlığın  başlanğıc 
mərhələsində  yaranmış  müəmmalı  vəziyyət  MSK-nın  yeni 
tərkibdə  fəaliyyətə  başlamasına  imkan  vermirdi.  Mərkəzi 
Seçki Komissiyasının Azərbaycan Milli İstiqlal və Azərbaycan 
Xalq  Cəbhəsi  partiyalarını  təmsil  edən  6  üzvü  dönə-dönə 
edilən xəbərdarlığa rəğmən, iclasa gəlmir və yetərsay olma-
dığına görə Komissiya öz səlahiyyətlərini icra edə bilmirdi.
İyulun 19-da Mərkəzi Seçki Komissiyasının təkrarən iclası 
çağırılmış və təyin edilmiş bütün üzvlərin hər biri bu barədə 
məlumatlandırılmışdı.  Komissiyanın  yuxarıda  göstərilən  6 
üzvü bu dəfə də iclasa gəlməmiş və MSK-nın formalaşması 
baş tutmamışdı.
Beləliklə,  MSK-nın  iclasında  iştirak  etməyən  göstərilən 
6 üzvü “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komis-
siyası haqqında” Qanunun 4-cü maddəsinin 1-ci bəndinin 
tələbini  kobud  surətdə  pozaraq  Milli  Məclisə  qarşıdakı 
seçkilərin baş tutmasını real təhlükə altında qoymuşdu.
Yaranmış  gərgin  vəziyyətdən  çıxmaq    üçün  Komissiya-
nın qalan üzvləri ölkə Prezidentinə xahişlə müraciət etdilər. 
Azərbaycan Respublikası Milli Məclisinin sədrinə və ATƏT-
in  Demokratik  Təsisatlar  və  İnsan  Hüquqları  Bürosunun 
rəhbərinə də belə müraciətlər olundu.


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə