Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə21/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
79
fına  təkan  vermək  lazım  gələcəkdir.  Son  illərin  təcrübəsi 
göstərir ki, siyasi sferaya süni müdaxilələr, o cümlədən süni 
partiya  quruculuğu,  şişirtmə  və  digər  bu  kimi  yanaşma-
lar nəticəsizliyə səbəb olur. İstixana şəraitində formalaşan 
partiyalar və siyasətçilər cəmiyyət tərəfindən qəbul edilmir, 
dəstəklənmir, nəticədə ölkənin siyasi sistemi formalaşa bil-
mir. Mümkündür ki, inkişafın hansısa (keçid) mərhələsində 
bunun belə olması məqsədəuyğun sayılsın. Hətta ənənəvi 
müxalifət  liderləri  ilə  mövcud  münasibətlər,  davam  edən 
düşmənçilik siyasi sistemə olan yanaşmanı şərtləndirməsini 
də başa düşmək olar. Bir də ki, güc tətbiqi və ələ alma me-
todları  dövləti  həm  xaricdən,  həm  də  daxildən  zəif  salır, 
müqavimət gücümüzü zəiflədir, bizi xarici təsirlərə həssas 
edir. Belə hal daimi ola bilməz. Dövlətin oturuşmasının, in-
kişafın geri dönməzliyinin qarantı yalnız inkişaf etmiş siyasi 
sistem  və  siyasi  institutlar  ola  bilər.  Siyasi  sistemin  vahidi 
olan  siyasi  partiyaların  formalaşmasına  yanaşma  tərzinin 
dəyişməsi  onların  inkişafına,  siyasətə  yeni  davranış  və 
düşüncə tərzinin gətirilməsinə vəsilə ola, siyasi müxalifətin 
xarici dövlət və təşkilatlardan asılılığını azalda bilər.  Digər 
qisim  siyasi  təşkilatlar  isə  resurs  sıxıntısı  ucbatından  qərb 
qrantları və başqa mükafatlandırma üsulları ilə gücləndirilən 
təşkilatlardan təbii olaraq zəif görünürlər. Bu fərqin ortaya 
çıxmasında xarici güclərin nəzarətində olan şəxslərin baca-
rıq və intellektlərini şübhə altına almadan onlara kənardan 
göstərilən maddi və mənəvi dəstəyin çox ciddi rol oynadı-
ğını xüsusi qeyd etmək yerinə düşərdi.
Bizim yanaşmamız ondan ibarətdir ki, belə siyasi tablo-
nun ortaya çıxmaması üçün partiya quruculuğu (siyasi sis-
tem yaradıcılığı və ya müxalifət formalaşdırılması) prosesinə 
münasibəti  əsaslı  surətdə  dəyişmək  lazımdır.  Təklif  etdi-
yimiz yanaşma uzun illər ərzində min bir çətinliklə ərsəyə 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
80
gətirilmiş  və  sınaqdan  çıxmış  siyasi  modeldən  imtinanı 
nəzərdə tutmur. Əksinə, mövcud olan modeli gücləndirmək, 
təkmilləşdirmək üçün düşünülür. Təbii ki, kəskin hərəkətlər 
müvazinətimizi  pozar.  Dəqiq  hesablanmış  və  ölçülər 
daxilində atıla biləcək addımlar fəaliyyətdə olan siyasi sis-
temi  çatışmayan  elementlərlə  zənginləşdirər,  yeni  çalarlar 
gətirər  və  legitimləşdirər.”  (Azərbaycanda  2010-cu  il  par-
lament seçkiləri: daha demokratik, daha şəffaf Beynəlxalq 
Konfransın materialları (16 Aprel 2010), Bakı – 2010)
Həmçinin  2009-cu  ildə  keçirilən  bələdiyyə  seçkilərində 
iştirakla bağlı Müstəqil İnformasiya Agentliyinə Azərbaycan 
Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxanın ver-
diyi  müsahibə  bu  baxımdan  çox  səciyyəvidir.  Bələdiyyə 
seçkilərindən  əvvəl  o,  müsahibəsində  bildirib  ki,  ALP  524 
bələdiyyə  yeri  üçün  1510  namizədlə  seçkiyə  qatılmaq 
niyyətindədir.
Seçkidən  sonra  müxbirin  partiyanın  yaradıcısı  və  Milli 
Birlik Hərəkatının sədri Lalə Şövkətə ünvanladığı “Nə üçün 
bələdiyyə  seçkilərində  liberallardan  səs-soraq  çıxmadı?” 
sualına  o,  belə  cavab  vermişdi:  “Mən  dəfələrlə  demişəm 
ki, səhvimiz həddən artıq çoxdur. Gərək, bunu etiraf edək. 
Əsas  detal  ondan  ibarətdir  ki,  müxalifət  birləşib  ortalığa 
güc  qoya  bilmədi.  Mən  prosesin  içində  olduğumdan  he-
sab edirəm ki, bizi birləşməyə iddialar qoymur. İstərdim ki, 
müxalifət,  nəhayət,  vəziyyətinin  çox  ciddi  olduğunu  başa 
düşsün və bütün iddiaları kənara qoyub vahid qüvvə kimi 
seçkilərdə iştirak etsin. Bu zaman, bəlkə, hansısa nəticə əldə 
edə bilərik”. Sonra o qeyd edib ki, əgər müxalifət yenə bir 
neçə blokla seçkilərə gedərsə, o zaman uğur qazanacağına 
ümid etmək olmaz (www.mia.az). 
Azərbaycanda 
siyasi 
müxalifətin 
tənəzzülünü 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
81
şərtləndirən digər fundamental amil lider faktorunun olma-
ması və institusionallaşa bilməmək problemidir. Maraqlıdır 
ki,  bu,  son  illər  ənənəyə  çevrilən  partiyaların  sədrliyindən 
imtina edərək lider postunu təsis etmək kimi bir  yeniliklə 
paradoksal  əkslik  təşkil  edir.  Bu  barədə  KİV-lərdə  verilən 
məlumatlar çox aydın təsəvvür yaradır.
“Turan”  İnformasiya  Agentliyinin  rəhbəri  Mehman 
Əliyevin  fikrincə,  demokratik  ölkələrdə  əsas  məsuliyyət 
öndə gedən şəxsin üzərinə düşdüyündən liderlik ağıl, baca-
rıq və xüsusi istedad tələb edən bir statusdur: “Keçmiş sədr 
postu ilə liderliyin fərqi prosesə müstəsna halda müdaxilə ilə 
fərqlənir. Bu proseslə yeni, gənc kadrlara işləmək, siyasətdə 
özlərini göstərmək üçün müəyyən şəraitlər yaradılır. Amma 
liderlər  yenə  də  partiyaya  nəzarət  funksiyasını  əllərində 
saxlayırlar  və  yaranan  müəyyən  situasiyada  məsələlərə 
müdaxilə edirlər” (P.Sadayoğlu //http://almaqezeti.com).
Politoloq Zəfər Quliyev isə belə halların tək Azərbaycanda 
baş  vermədiyini  qeyd  edir.  Onun  sözlərinə  görə,  baş-
qa  dövlətlərin  siyasi  təşkilatları  da  analoji  mexanizmdən 
istifadə  edirlər:  “Siyasi  təşkilatların  içindən  parçalanmaya 
məruz qalmasının ənənəvi hal aldığı zamanda siyasətçilər 
lider  postu  təyin  etməklə  özlərini  bu  cür  situasiyalardan 
sığortalamaq  istəyirlər.  Liderlər  artıq  partiyanın  bayrağı-
na  çevrilirlər.  Onlar  yalnız  partiyanı  tanıtmaq  və  qarşıdan 
gələn  seçkilərdə  namizəd  olmaq  üçün  iş  aparırlar.  Amma 
cəmiyyət  üçün  onların  hansı  postda  olması  elə  də  böyük 
fərq  etmir.  Sədrliyin  liderliyə  dəyişdirilməsinin  gələcəkdə 
partiya  siyasətində  mühüm  böhran  yaradacağı  da  istisna 
deyil...  Proporsional  seçki  sistemini  ortadan  qaldırmaqla 
partiyalara böyük zərbə vuruldu. Artıq şəxslər fərd olaraq 
fəaliyyətə daha çox üstünlük verirlər... Bu nöqteyi-nəzərdən 


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə