Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə22/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
82
partiya  sisteminin  böhranında  ortada  yalnız  lider  postu 
böyük  göründüyü üçün siyasətçilər bu zirvəyə can  atırlar. 
Liderlik  həm  də  onların  siyasi  ömürlərinin  uzadılmasına 
xidmət edir. Bu tendensiya davam etsə, bir çox partiyalar və 
liderləri get-gedə sıradan çıxacaq. Azərbaycanda getdikcə 
siyasi  dairə  daralmaqdadır”  (P.Sadayoğlu  //http://almaqe-
zeti.com/index.php?mod=view&id=1348).
Məsələyə  digər  prizmadan  yanaşanlar  bu  meyli  parti-
yadaxili demokratiyanın möhkəmlənməsi və nizamnaməyə 
əməl  edilməsi  kimi  dəyərləndirir,  liderlərin  uzun  müddət 
postda qalmasının qarşısını alan  vasitə qismində şərh edirlər.
Parlament  seçkilərinin  keçiriləcəyi  2010-cu    ildə  siyasi 
müxalifət  hansı  iddiaları,  şüar  və  tələbləri  irəli  sürür?  Yal-
nız  tələb  və  bəyanatlara  deyil,  ötən  seçkilərin  yekunları-
nın dərin tənqidi təhlilinə də rast gəlmək olurmu? Bu kimi 
suallara  yeganə  cavab  kimi  Ümid  Partiyasının  sədri  İqbal 
Ağazadənin  qeyd  olunan  məqaləsini  göstərmək  olar.  Yeri 
gəlmişkən,  müxalifət  düşərgəsində  həmin  məqaləyə  hər 
hansı bir reaksiya verildiyini hələlik müşahidə etmək müm-
kün olmamışdır.
Seçkilərlə bağlı ən çox səslənən tələb müxalifətin  pro-
porsional    seçki  sisteminin  bərpa  olunması    məsələsini 
gündəmə  gətirməsidir.  Artıq  “Ölkədə  referendum 
keçirilməlidir”, “Müxalifət hakimiyyət qarşısında tələb qoy-
du”, “Proporsional seçki sistemi bərpa olunsun!”  başlıqları 
müxalifət  KİV-lərinin dəyişməz mövzusuna çevrilib. 
Politologiya elminə müraciət etsək, majoritar seçki sis-
teminin üstünlüyünü qəbul edən tanınmış partoloqlar (Dü-
verje, Bordo və b.) qeyd edirlər ki, bu sistem çoxpartiyalılı-
ğın təkamülünə, böyük müstəqil partiyaların yaranmasına, 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
83
zəiflərin  rəqabətdə  aradan  çıxmasına,  seçicilərə  istənilənə 
deyil, real imkanlara malik partiyalara səs verməyə imkan 
yaradır.  Proporsional  sistem  isə  partiya  çoxluğunu,  böyük 
partiyaların parçalanması ehtimalını artırır. Bu da yeni par-
tiya yaratmaq üçün həqiqi liderlik potensialı və qabiliyyəti 
olan  yeni  siyasətçilərin  əsl  məramına  kölgə  salır,  onların 
seçki xatirinə partiya yaratdığı təəssüratını oyadır.
İspaniyalı  senator  Luis  Fraqa,  Qərbi  Avropada  seçki 
modelləri  və  İspan  modelini  təhlil  edərkən  proporsional 
model barədə qeyd edir: “Siyahıda kimin qalacağına, kimin 
gedəcəyinə  qərar  verən  siyasi  partiyaların  əlində  çox  bö-
yük hakimiyyət toplanır. Nəticədə demokratiyanın əvəzinə 
“Partitokrasiya” təhlükəsi artır. Əgər parlament demokrati-
yasında (parlament olduğunu unutmayaq) ən vacib institut 
(partiyalar)zəif olarsa, bu xüsusilə doğrudur. Siyasi partiya-
lar həddən çox siyasi hakimiyyət əldə edərək institusional 
quruluşu korlanmış vəziyyətə gətirirlər. Namizədə yox par-
tiyalara səs verən hər bir seçki dairəsinin seçiciləri əslində 
kimə səs  verdiklərini  hər zaman  bilmirlər.  Nəticə: seçicilər 
və onların seçdiyi parlament üzvü arasında məsafə artır. Bu-
nun nəticəsində əhalidə institutların möhkəmliyi və sağlam 
olması barədə şübhələr artır. Biz hamımız bilirik ki, cavab-
dehlik və məsuliyyət demokratiyanın əsas məsələləridir. Bu 
hər yerdə daima xatırlanmalıdır.”
Müxalifətin  seçki  taktikasında  artıq  4-cü  dəfə  bəyan 
etdiyi  birləşmə  şüarlarının  reallaşması  perspektivləri,  ötən 
illərin təcrübəsi nəzərə alınarsa, yenə də uğursuzluğa dü-
çar olacaq. Lakin bu dəfə birləşmənin həyata keçməsi siyasi 
müxalifətin, sözün əsl mənasında, “ölüm-dirim ”məsələsidir, 
son  fürsətidir.  Bu  barədə  İqbal  Ağazadənin  adı  çəkilən 
məqaləsində  deyilir:  “Azərbaycan  müxalifətinin  ən  böyük 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
84
problemi birlik modelinin müəyyən olunmaması ilə bağlıdır. 
Bu müddətə qədər çoxsaylı birliklər yaradılsa da, ömürləri 
uzun  olmayıb.  Qarşılıqlı  ittihamlar  təşkilatları  bir-birindən 
uzaqlaşdırıb.  Nəticədə  nə  demokratik  cəmiyyət  quru-
culuğuna  layiqli  töhfə  verilib,  nə  də  xalqın  müxalifətdən 
gözləntiləri özünü doğruldub. Bu baxımdan 2010-cu il də 
çox  önəmli  ildir.  Yenə  də  birlik  sədaları  eşidilir.  Ayrı-ayrı 
təşkilatların açıq və ya gizli şəkildə parlament seçkiləri üçün 
planlar cızdığı aydın olur. Parlament seçkilərinə cəmi bir il 
qalsa da, hələ ortada real birlik yoxdur, hazırlıq mərhələsi 
olduqca  aşağıdır.  Təəssüflə  qeyd  etmək  istərdim  ki,  yenə 
də  birliyin  və  ya  parlament  seçkilərində  uğurun  ənənəvi 
motivləri axtarılır, daha məhdud çevrə cızılmaqla prosesdən 
daha  çox  hansı  partiyanın  uğur  qazanması  üzərində  baş 
sındırılır.  Təfərrüatlara  varmaq  istəmirik.  Qısaca  olaraq 
onu deyə bilərik ki, ənənəvi 2003-cü il, 2005-ci il modelləri 
parlamentdə təmsil olunan partiyaların adını dəyişə bilər. Nə 
deputat sayı, nə də keyfiyyət dəyişəcək. Əvvəlcədən bunu 
bilə-bilə yenidən köhnə modellərə qayıtmaq nə dərəcədə 
məqsədəuyğundur?!”(www.mediforum.az).
Birləşmə  şüarlarına  indiyədək  verilən  ən  kəskin  reaksi-
ya  da  İsa  Qəmbərə  məxsusdur.    O,  birləşmənin  formala-
rı  barədə  səslənən  fikirlərə  münasibət  bildirərkən  deyib: 
“Siyasətçi həmkarlarımızdan biri deyir ki, bütün müxalifət, 
demokratik qüvvələr bir araya gəlməlidir. Hamının sevdiyi 
gözəl şüardır. Ancaq o da bəllidir ki, “bütün müxalifət” çox 
yayğın ifadədir. Bütün müxalifət dedikdə bunların bir ara-
ya gəlməsi mümkündürmü? Əgər bu qüvvələrin bir hissəsi 
Moskva tərəfindən, digər hissəsi Tehran, başqa hissəsi də  
hakimiyyət  tərəfindən  idarə  olunursa,  bu  qüvvələr  nə  cür 
bir araya gələ bilər? Heç bir prinsipial mövqe tutmağa qa-
dir olmayan, müxtəlif qüvvələr tərəfindən idarə olunan kiçik 


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə