Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə17/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   13   14   15   16   17   18   19   20   ...   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
61
Seçkilərin  hazırlanıb  keçirilməsi  üzrə  əsas  hərəkətlərin 
və  tədbirlərin  təqvim  planına  uyğun  olaraq  prezidentliyə 
namizədlərin  irəli  sürülməsində    seçki  hüququ  olan 
vətəndaşlar və seçicilərin təşəbbüs qrupları ilə yanaşı, siyasi 
partiyalar, siyasi partiyaların blokları da iştirak edirdilər. 
Respublikada  fəaliyyət  göstərən  siyasi  partiyalardan 
15-i, o cümlədən Yeni Azərbaycan Partiyası, Müsavat Par-
tiyası,  Azərbaycan  Xalq  Cəbhəsi  Partiyası,  Azərbaycan 
Demokrat  Partiyası,  Azərbaycan  Milli  İstiqlal  Partiya-
sı,  Azərbaycan  Naminə  Alyans  Partiyası  və  başqaları  irəli 
sürdükləri prezidentliyə namizədlərin təsdiq edilməsi üçün 
Mərkəzi  Seçki  Komissiyasına  müraciət  etmişdi.  Seçicilərin 
10 təşəbbüs qrupu da prezidentliyə namizədlər irəli sürərək 
bildiriş sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim et-
mişdi. Prezidentliyə 5 nəfərin  namizədliyi isə seçilmək hü-
ququ olan vətəndaşların özləri tərəfindən irəli sürülmüşdü.
Mərkəzi  Seçki  Komissiyası  namizəd  göstərilmiş  30 
şəxsdən 19-nun təqdim edilmiş imza vərəqələrinin və müva-
fiq sənədlərinin qanunauyğun tərtib olunduğunu müəyyən 
edərək, onların namizədliyini təsdiqlədi. Bu şəxslərin 13-ü 
siyasi partiyalar, 6-sı isə təşəbbüs qrupları tərəfindən nami-
zəd göstərilmişdi.
Qanunla nəzərdə tutulmuş müddətdə namizədliyə iddi-
açılardan 18 nəfərinin imza vərəqələri qeydiyyat üçün zəruri 
sənədlərlə  birlikdə  Mərkəzi  Seçki  Komissiyasına  təqdim 
olundu. Namizədliyi seçicilərin təşəbbüs qrupu tərəfindən 
irəli  sürülərək  Mərkəzi  Seçki  Komissiyasında  təsdiqlənmiş 
Şadman Hüseynov  bu arada vəfat etdi. Qalan 17 namizədin 
təqdim  edilmiş  sənədləri  MSK-da  araşdırılarkən  müəyyən 
olundu  ki,  həmin  şəxslərdən  yalnız  9-u  qanunvericiliyin 
tələblərinə cavab verən qaydada və sayda seçici imzası top-


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
62
laya bilmişdir. Onların namizədliyi Mərkəzi Seçki Komissiya-
sı tərəfindən qeydə alındı. Namizədliyə iddiaçılardan daha 
3 nəfəri Seçki Məcəlləsinə uyğun surətdə depozit qoymaq 
şərti  ilə  namizədliklərinin  qeydə  alınması  barədə  Mərkəzi 
Seçki Komissiyasına müraciət etdi və onların xahişi müsbət 
həll olundu. 
Prezident seçilmək uğrunda mübarizəyə 12 namizəd qa-
tıldı. Sonradan bu şəxslərin dördünün öz namizədliyini geri 
götürməsinə  dair  xahişi  ilə  əlaqədar olaraq, Mərkəzi  Seç-
ki Komissiyası onların namizədliyinin ləğv edilməsi barədə 
qərar  verdi.  MSK  namizədliyi  qeydə  alınmış  Prezident 
Heydər Əlirza oğlu Əliyevin öz namizədliyini prezidentliyə 
namizəd İlham Heydər oğlu Əliyevin xeyrinə geri götürməsi 
barədə xahişini təmin etdi.
Nəticədə,  prezident  seçkiləri  üzrə  seçki  bülleteninə 
səkkiz namizədin: Azərbaycan Respublikasının Baş naziri, 
namizədliyi seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sü-
rülmüş İlham Heydər oğlu Əliyevin, Müasir Müsavat Par-
tiyasının sədri,  namizədliyi həmin partiya tərəfindən irəli 
sürülmüş Hafiz  Ələmdar  oğlu Hacıyevin, seçicilərin “Mil-
li  Birlik”  təşəbbüs  qrupu  tərəfindən  namizəd  göstərilmiş 
Lalə  Şövkət  Hacıyevanın,  namizədliyi  seçicilərin  “Xalq 
Cəbhəsi” təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Qüdrət 
Müzəffər  oğlu  Həsənquliyevin,  Ədalət  Partiyasının  sədri, 
namizədliyi  həmin  partiya  tərəfindən  irəli  sürülmüş  İlyas 
Abbas  oğlu  İsmayılovun,  Müsavat  Partiyasının  başqanı, 
namizədliyi həmin partiya tərəfindən irəli sürülmüş İsa Yu-
nis  oğlu  Qəmbərin,  Azərbaycan  Milli  İstiqlal  Partiyasının 
sədri, namizədliyi həmin partiya tərəfindən irəli sürülmüş 
Etibar Səlidar oğlu Məmmədovun və Vətəndaş Həmrəyliyi 
Partiyasının  sədri,  namizədliyi  həmin  partiya  tərəfindən 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
63
irəli sürülmüş Sabir Xudu oğlu Rüstəmxanlının adları daxil 
edildi. Əksəriyyəti müxalifət partiyalarının nümayəndələri 
olan bu sayda alternativ namizədin prezidentlik uğrunda 
mübarizəyə  qoşulması  respublikada  ədalətli,  demokratik 
seçki şəraitinin göstəricisi idi, seçicilərə istədikləri azad se-
çim imkanı verirdi.
2003-cü  il  avqustun  16-na,  yəni  səsvermə  gününə  60 
gün  qalanadək  qeydə  alınmış  prezidentliyə  namizədlərin 
seçkiqabağı təşviqatı başlandı. 
Prezident  seçkilərində  müşahidəçi  kimi  iştirak  etmək 
üçün respublikamızdan 31 ölkəyə və 7 beynəlxalq təşkilata 
dəvətlər  göndərilmiş,  o  cümlədən  müvafiq  beynəlxalq 
qurumların  nümayəndələri  ölkənin  səlahiyyətli  orqanla-
rı  tərəfindən  rəsmi  dəvət  olunmuşdu.  Beləliklə,  seçkiləri 
izləmək  üçün  1.000  nəfərədək    beynəlxalq  müşahidəçi 
Azərbaycana gəlmişdi.
Dörd aydan artıq davam edən prezident seçkisi marafo-
nu 2003-cü il  oktyabrın 15-də uğurla başa çatdı. Məntəqə 
seçki komissiyalarının səsvermənin nəticələri haqqında pro-
tokolları əsasında tərtib olunmuş dairə seçki komissiyaları-
nın protokolları 48 saat müddətində Mərkəzi Seçki Komis-
siyasına təqdim edildi.
Oktyabrın  20-də  MSK-nın  iclasında  seçkilərin  yeku-
nu  barədə  məsələ  müzakirə  olundu.  Seçkinin  nəticələri 
göstərdi  ki,  seçici  siyahılarındakı  4.442.338  seçicidən 
3.164.348 nəfəri, yəni 71,23%-i səsvermədə iştirak etmiş-
dir.  Etibarlı  hesab  edilmiş  2.421.061  səsdən  1.860.346-sı, 
yaxud  77%-i  prezidentliyə  namizəd  İlham  Heydər  oğlu 
Əliyevin  lehinə  verilmiş  və  o,  ali  dövlət  vəzifəsini  tut-
maq  üçün  səkkiz  iddiaçı  arasındakı  mübarizədə  böyük 


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə