Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə12/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
43
bildiriş sənədlərini  Mərkəzi Seçki Komissiyasına təqdim etdi.
Seçki  qanununun  şərtlərini  pozduqlarına  görə  4  siyasi 
partiya  (Müsavat  Partiyası,  Azərbaycan  Xalq  Demokratik 
Partiyası,  Azərbaycan  Kommunist  Partiyası  və  Ümid  Par-
tiyası)  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  seçkilərə  bu-
raxılmadı.  Bu  siyasi  partiyalar  Azərbaycan  Respublikasının 
Ali Məhkəməsinə şikayətlə müraciət etdilər. Ali Məhkəmə 
şikayətlərə baxaraq, Mərkəzi Seçki Komissiyasının qərarlarını 
qüvvədə saxladı.
Ölkədəki  birmandatlı  seçki  dairələrinin  93-də  seç-
ki  namizədlərin  alternativliyi  qaydasında  keçirdi.  30  seçki 
dairəsi üzrə seçki bülletenlərindəki deputatlığa  namizədlərin 
sayı 5–9 nəfər, 2 seçki dairəsində isə hətta  11–12 nəfər idi.
Səsə qoyulan 378 namizədin 165 nəfəri müxtəlif siyasi 
partiyaların üzvləri idi.
Çoxmandatlı seçki dairəsi üzrə seçki bülleteninə aşağı-
dakı siyasi partiyaların adları daxil edilmişdi:
Azərbaycan Demokratik İstiqlal Partiyası
Azərbaycan Demokratik Sahibkarlar Partiyası
Azərbaycan Milli Dövlətçilik Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Naminə Alyans Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Ana Vətən Partiyası
Yeni Azərbaycan Partiyası
1995-ci  il  noyabrın  12-də  4.591  seçki  məntəqəsində 
səsvermənin  gedişini  deputatlığa  378  namizədin,  8  siyasi 
partiyanın  nümayəndələri,  vəkil  edilmiş  şəxslər,  eləcə  də 
yerli və 20 əcnəbi ölkənin, nüfuzlu beynəlxalq qurumların – 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
44
BMT-nin, ATƏT-in, Avropa İttifaqının və digər müvafiq xarici 
təşkilatların müşahidəçiləri izləmişlər.
İlk  turda  respublika  üzrə  99  seçki  dairəsindən  91-də 
seçkilər baş tutmuşdu. 20 seçki dairəsində təkrar səsvermə 
təyin edildi, 4 seçki dairəsində isə 1996-cı il fevralın 4-də 
təkrar seçkilər keçirilməsi qərara alındı. Lakin 1995-ci il no-
yabrın  26-dakı  təkrar  səsvermədən  sonra  təkrar  seçkilər 
keçirilməli  olan  seçki  dairələrinin  sayı  15-ə  çatdı.  Həmin 
dairələrdə deputatlığa  47 namizəd səsə qoyulurdu.
Birinci  çağırış  Azərbaycan  Respublikası  Milli  Məclisinin 
tərkibinə ümumən 124 deputat seçildi (bunlardan 99-u bir-
mandatlı seçki dairələri, 25-i isə çoxmandatlı seçki dairələri 
üzrə). Siyasi partiyalara mənsubiyyətinə görə deputatların 
tərkibi belə idi:
12 noyabr 1995-ci il tarixində keçirilən Azərbaycan 
Respublikasının Milli Məclisinə seçkilərin diaqramla təsviri.


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
45
Seçkilərdə iştirak etmiş bütün siyasi partiyalar  üzrə     
     
– 69 nəfər 
                                                           və ya  – 55,65 %
O  cümlədən:
Yeni Azərbaycan Partiyası  
– 53 nəfər
Azərbaycan Milli İstiqlal Partiyası  
– 4 nəfər
Azərbaycan Xalq Cəbhəsi Partiyası  
– 4 nəfər
Azərbaycan Demokrat Partiyası  
– 2 nəfər
Azərbaycan Demokratik Sahibkarlar Partiyası  – 2 nəfər
Azərbaycan Demokratik Maarifçilik Partiyası   – 1 nəfər
Ana Vətən Partiyası  
– 1 nəfər
Vətəndaş Həmrəyliyi Partiyası   
– 1 nəfər
Müsavat Partiyası   
– 1 nəfər
Bitərəflər  
– 55 nəfər  
     
və ya 44,35% 
Seçilmiş deputatların 15-ni qadınlar təşkil edirdi.
II.
   Azərbaycan Respublikası Prezidentinin seçkiləri
  11 oktyabr 1998-ci il
Azərbaycan  Respublikası  Konstitusiyasının  101.1-ci 
maddəsinə  əsasən  Respublikanın  Prezidenti  ümumi, 
bərabər  və  birbaşa  seçki  hüququ  əsasında  sərbəst,  şəxsi 
və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Azərbaycan 
Respublikası  Seçki  Məcəlləsinin  178.1-ci  maddəsinə  görə, 
Prezidentin  Konstitusiya  ilə  müəyyən  olunmuş  səlahiyyət 
müddətinin  başa  çatdığı  son  ilin  oktyabr  ayının  üçüncü 
həftəsinin çərşənbə günü seçki günü hesab olunur.
Azərbaycan Respublikasının Milli Məclisi 1998-ci il iyu-
nun 9-da ”Azərbaycan Respublikası Prezidentinin seçkiləri 
haqqında” Qanun qəbul etdi. 1998-ci ilin 11 oktyabr pre-
zident seçkiləri respublikanın ictimai-siyasi həyatında mü-


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
46
hüm hadisə oldu. 
Yeni  qanun  Azərbaycan  Respublikasının  Konstitusiyası-
na və qabaqcıl demokratik prinsiplərə əsaslanırdı. Bununla 
belə, həmin il iyul ayının 6-da Azərbaycan Respublikasının 
Prezidenti Heydər Əliyev ATƏT-in Demokratik Təsisatlar və 
İnsan  Hüquqları  Bürosunun,  ABŞ-ın  Beynəlxalq  Əlaqələr 
üzrə  Milli  Demokratiya  İnstitutunun,  habelə  ölkədə 
fəaliyyət  göstərən  müxalif  siyasi  partiyaların  və  ayrı-ayrı 
şəxslərin  təkliflərini  nəzərə  alaraq,  qanuna  bəzi  əlavələr 
və  dəyişikliklər  edilməsi  barədə  Milli  Məclisə  məktubla 
müraciət  etmiş  və  parlamentə  bununla  əlaqədar  qanun 
layihəsi təqdim olunmuşdu. Layihədə mövcud qanunun 18 
maddəsinə dəyişiklik və əlavələr edilməsi nəzərdə tutulur-
du. İyulun 10-da Milli  Məclisdə həmin qanun müzakirə olu-
nub qəbul  edildi.
Prezident seçkiləri haqqında qanunun qəbulu və tətbiqi 
respublikada  seçki  islahatının  başlanğıcını  qoydu.  Prezi-
dent  seçkilərinə  hazırlıq  dövründə  Azərbaycan  Respub-
likasının  Milli  Məclisinə  seçkilər  üzrə  Mərkəzi  Seçki  Ko-
missiyası yenidən təşkil edilmişdi. Milli Məclisin 1998-ci il 
mayın  15-də  qəbul  etdiyi  və  Azərbaycan  Respublikasının 
Prezidenti tərəfindən imzalanmış ”Azərbaycan Respublika-
sının  Mərkəzi  Seçki  Komissiyası  haqqında“  Qanunda  Ko-
missiyanın  təşkili  mexanizmi  müəyyənləşdirilərək,  statusu 
əhəmiyyətli dərəcədə artırılmış, üzvlərinin səlahiyyətləri və 
hüquqları konkretləşdirilmişdi.
Mərkəzi Seçki Komissiyasının iyun ауının 30-da keçirilən 
iclasında  Azərbaycan  Respublikası  Konstitusiyasının  101-ci 
maddəsinin  birinci  hissəsinə  və  “Azərbaycan  Respublikası 
Prezidentinin seçkiləri haqqında” Qanunun 3-cü maddəsinin 
birinci hissəsinə əsasən qərara alındı ki, 1998-ci il oktyab-


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə