Azərbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ


PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ



Yüklə 3,43 Kb.
Pdf görüntüsü
səhifə8/38
tarix20.02.2018
ölçüsü3,43 Kb.
#27256
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
27
sın,  amma  təşkilatın  adını  dəyişməklə  böyük  uğurlar  əldə 
etsin?”(www.baki-xeber.com/new/2009/06/02).
Partiyaların ideoloji spektri onların fikir müxtəlifliyindən 
xəbər  verməklə  yanaşı,  həm  də  ümumi  konsensusa 
gəlməsini çətinləşdirən mühüm amildir. 
ABŞ-da  istiqlaliyyət  müharibəsindən  sonra  -  XIX  əsrin 
30-cu illərinin əvvəllərinə qədər birpartiyalı sistem mövcud 
olmuşdur. XIX əsrin 30-cu illərindən başlayaraq ABŞ-da iki-
partiyalı sistemə keçilmişdir. Partologiya sahəsində məşhur 
tədqiqatçı  A.Şvartsenberqə  görə,  təkpartiyalılıq  millətin 
birləşməsi üçün inteqrasiya vasitəsi ola bilər. Təkpartiyalılıq 
həm də cəmiyyətdə parçalanmanın qarşısını alır, sosial və 
milli  qrupları  birləşdirir.  Məsələn,  Mustafa  Kamal  Atatürk 
tərəfindən  əsası  qoyulmuş  Cümhuriyyət  Xalq  Partiyası 
1923-1945-ci illərdə Türkiyənin yeganə partiyası olsa da, o 
nə öz ideologiyasına, nə də strukturuna görə totalitar par-
tiyaya çevrilmişdir.
R.Darendorfa görə isə qarşıdakı yüzillikdə bu və ya digər 
düşərgəyə mənsub partiyalara daha ehtiyac qalmayacaqdır, 
yəni partiyaların hamısı “siyasi kokteylə” çevriləcəkdir. Bu-
nunla belə, siyasi proseslər onu göstərir ki, partiyalar müasir 
siyasi sistemdə real qüvvə olaraq qalır. 
Ən  ümumi  xüsusiyyət  odur  ki,  partiya  kontr  elitasının 
peşəkarlığı və praqmatizmi hiss olunmur,  öz sosial baza-
sının dəstəyi çox zəifdir. Onların əksəriyyətində gərəksizlik 
kompleksi, özünün müvəqqəti olduğunu hiss etmək duy-
ğusu çox güclüdür. 
Özlərini  liberal  adlandıran  partiyalar  liberalizmin  klas-
sik  mənasında  deyil,  təsəvvür  və  dərk  etdikləri  dərəcədə 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
28
bu ideologiyanın ifadəçiləridirlər. Onları əsasən “qərbçilər” 
kimi də səciyyələndirmək olar. Bu partiyalar arasında həm 
radikal-demokratik,  həm  də  sosial-liberal  oriyentasiyalı 
olanlar mövcuddur.
Ölkədəki siyasi hərəkat və partiyaların ümumi şəkildə üç 
istiqamətə meyilləndiyini qeyd etmək olar:
1.   Sağ cərəyan - əsasən  neoliberal, antikommunist  
 
istiqamətli partiyalar;
2.   Mərkəzçi xarakterə malik demokratik partiyalar;
3.  Siyasi qüvvələrin sol qanadına məxsus partiyalar -  
 
kommunist, sosialist istiqamətli.
Azərbaycan  siyasi  spektrinin  sol  tərəfi,  ümumiyyətlə, 
zəif görünür və demək olar ki, sosial dayağa malik deyildir. 
Əgər Azərbaycanın siyasi həyatında 1991-ci ilə qədər siyasi 
mübarizədə “demokratlar-kommunistlər” qarşıdurması var 
idisə, 1991-ci ildən sonra “islahatçılar-mühafizəkarlar” qar-
şıdurması üstünlük təşkil etmişdir. 1993-cü ildən başlayaraq 
isə  “demokratlar-radikalizm  tərəfdarlar”ının  qarşıdurması 
müşahidə edilir. 
Azərbaycan  Respublikasının  demokratik  yolla  inkişafı 
əksər  partiyaların  proqram  məqsədi  olmuş,  respublikamı-
zın  müstəqilliyinin  qorunub  saxlanılmasını  üstün  tutduq-
larına  görə,  konkret  tarixi  şəraitdən  asılı  olaraq,  onların 
mövqelərində  dəyişiklik  baş  vermiş  və  “sağ”  partiyalara 
çevrilmişlər.
Qeyd etmək lazımdır ki, sağ partiyalar öz siyasi mübarizə 
tarixinə və mübarizə taktikasına görə bir-birindən müəyyən 
dərəcədə  fərqlənirlər. Məsələn, Müsavat Partiyası indiyədək 


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
29
bir  proqram  xarakterli  bəyannamə  (1912)  və  dörd  proq-
ram (1917, 1936, 1992, 1997) qəbul etməsinə baxmayaraq, 
prinsiplərində dəyişiklik çox az olmuşdur. Bu partiya istiqlal-
çılıq, millətçilik, dövlətçilik, hürriyyətçilik, milli təsanüdçülük 
(həmrəylik)  kimi  əsas  prinsiplərə  indi  də  sadiq  olduğunu 
bəyan etmişdir. XX əsrin sonlarında olduğu kimi, elə həmin 
əsrin birinci rübündə də partiyanın mövqeyində dəyişiklik 
soldan  sağa  olmuşdur.  Belə  ki,  Müsavat  Partiyası  1917-
1918-ci illərdə sol-mərkəzçi partiya olmasına baxmayaraq, 
illər keçdikcə sağ-mərkəzçi mövqeyə keçmiş və indi  özünü  
sağ-mərkəzçi partiya hesab edir.
Siyasi  partiyaların  fəaliyyətinin  Azərbaycana  xas  olan 
cəhətlərindən danışarkən bir məsələ mütləq qeyd olunmalı-
dır ki, Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiya-
lar və  təşkilatlar üçün ölkəmizin ərazi bütövlüyünün təmin 
olunması, müstəqil dövlətçiliyimizin, suverenliyimizin qorun-
ması və möhkəmlənməsi (imperiya və sosializm nostalgiyası 
ilə yaşayan kommunistlər, sosialistlər və başqalarını nəzərə 
almasaq) özünəməxsus ideoloji konstanta kimi dəyişməzdir. 
Məhz  cəmiyyəti  təkamül  yolu  ilə  dəyişdirmək  istəyən 
mühafizəkarlar  mərkəzçi  mövqeyini  tutaraq  sağdan 
mərkəzə doğru meyillənir və sağ-mərkəzçi mövqedə qərar 
tuturlar.  Sağ-mərkəzçiliyə  dünya  təcrübəsində  həm  də 
praqmatizm, konsensus və dialoqa açıq olmaq xasdır. 
Hazırda  respublikanın  ictimai-siyasi  həyatında  öz 
mübarizə  vasitələri  ilə  mühüm  rol  oynayan,  sosial  bazası 
geniş  xalq  kütləsini  əhatə  edən  partiyalar  çox  azdır.  Bəzi 
partiyalar  isə  loyal  mövqenin  ifadəçisi  olduğundan  xalq 
arasında  yüksək  reytinqə  malik  deyildir.  Ölkədə  mövcud 
olan siyasi partiyaların mövqeyini ən ümumi şəkildə bu cür 
təsvir etmək olar:


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
30
iqtidar
iqtidaryönlü
müxalifət
marginal


AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
31
Reallıqda  siyasi  partiyaların  fəaliyyətinin  koordinasiya 
olunması və səmərəli təşkilatlanma formasının tapılması çox 
vacibdir.  Ölkədə  siyasi  bloklaşmanın  mövcud  təcrübəsi  də 
bu qanunauyğun və obyektiv gedişatdan məhrumdur. Parti-
yalaşma prosesində müəyyən mərhələdə normal demokra-
tik mühit yaradılana qədər siyasi bloklardan daha irəli gedən 
bir koordinasiya meylinə ehtiyac yaranır. Bu, bir  çox resurs-
ların səfərbər olunmasını təmin edə, onlarla real qüvvə kimi 
hesablaşmağın mümkünlüyünə diqqəti cəlb edə  bilir.
Belə  təsəvvürlər  mövcuddur  ki,  ölkədə  partiyaların 
birləşməsinə  mane  olan  səbəb  siyasi  lider  amilidir.  Lakin 
2003-cü ildən sonra  bir neçə siyasi lider partiya sədrliyindən 
imtina  etdi.  Məsələn,  Etibar  Məmmədov  Azərbaycan  Milli 
İstiqlal Partiyasının, Lalə Şövkət Hacıyeva Azərbaycan Libe-
ral Partiyasının, Pənah Hüseyn isə Azərbaycan Xalq Partiya-
sının sədrliyindən istefa verdilər. Amma bu da partiyaların 
yaxınlaşmasına səbəb olmadı. Keçmiş liderlərin əvəzinə res-
publika miqyasında deyil, ancaq öz partiyaları çərçivəsində 
tanınan yeniləri meydana çıxdı. 
Müxalifət partiyalarının müxtəlif formatda birləşməsinə 
bir neçə dəfə cəhd edilmişdir. Özü də söhbət hansısa blokda 
yox, bir partiyada birləşməkdən gedirdi. İlk dəfə belə təklif 
bir neçə il bundan əvvəl Azərbaycan Xalq Cəbhəsi və Mü-
savat partiyaları ilə bağlı irəli sürülmüşdü. O vaxt təklif edil-
mişdi ki, birləşmiş partiyanın sədri bir nəfər, prezidentliyə 
namizədi  isə  başqa  bir  nəfər  olsun.  Həmin  vaxt  bu  təklif 
həyata keçmədi. Sonradan bu təklifə bir daha qayıdan ol-
3. 
  MÜSTƏQİLLİK DÖVRÜNDƏ SİYASİ MƏKANDA 
  MÖVCUD OLAN BLOKLAR VƏ BİRLİKLƏR


Yüklə 3,43 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə