“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
39
D. Müxalif siyasətçilər
3
3.
Məmmədov İlqar Eldar oğlu
Saxlanma
:
tarixi
4 fevral 2013‐cü il
İttiham:
CM‐nin 220.1‐ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv
edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və
315.2‐ci (xidməti və
əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat
və sağlamlıq üçün tə
zifələrini yerinə yetirməsi ilə
hlükəli olan zor tətbiq etmə) maddələri
Saxlandığı yer:
Şəki Penitensiar Müəssisəsi
İş üzrə qısa arayış:
Cənab Məmmədov Azərbaycan müstəqillik əldə etdikdən sonra fəal
şəkildə siyasətlə məşğul olan şəxslərdən biridir, artıq 10 ildən çox müddətdə mövcud olan və
Azərbaycanda ilk sayılan siyasi bloqun müəllifidir. O, Avropa Şurasının Bakı Siyasi Biliklər
Məktəbinin direktoru, iki nüfuzlu beynəlxalq təşkilatın – German Marşal Fondunun və Revenue
Watch təşkilatının Məsləhət Şurasının üzvüdür
28
.
Cənab Məmmədov 2009‐cu ildə yaranan və son illər ərzində yeni nəsil siyasi müxalif qüvvə kimi
populyarlaşan Respublikaçı Alternativ Hərəkatının (REAL) sədridir. Hərəkatın əsas məqsədi
Azərbaycanda cümhuriyyətçilik ənənələrini bərpa etmək, parlamentli respublikaya keçid,
effektiv hökumət qurmaq, hüquq və azadlıqların birmənalı təminat etmək və s. amallardır.
Yarandığı vaxtdan indiyə kimi REAL mövcud hakimiyyətin apardığı siyasəti və bu siyasətə məsul
e
ı
a
olan şəxsləri, o cümlədən prezid nt İlham Əliyevi tənqid etməklə yanaş , həm də lternativ
proqramlar təklif edib.
Cənab Məmmədov 2009‐cu ilin martında bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi
qadağasının götürülməsi ilə nəticələnən referendumdan sonra ANS telekanalının canlı yayımında
bu qadağanın aradan qaldırmaqla prezident Əliyevi ölkəni uçuruma sürükləməkdə, İranda Şah
Rza Pəhləvinin yolu ilə getdiyində ittiham etmişdi. 2010‐cu ilin Parlament seçkilərində namizəd
olmuş cənab Məmmədov seçki platformasında, xüsusən efir vaxtı zamanı hakimiyyəti yaramaz
siyasət aparmaqda ittiham etmişdi. Cənab Məmmədov 2012‐ci il martın 1‐də Quba şəhərində
yerli icra başçısının əleyhinə keçirilmiş etiraz aksiyası zamanı vəziyyətin yerində öyrənilməsi
üçün Qubaya getmiş və hadisələrin baş verməsinə görə hakimiyyəti tənqid etmişdir. 2012‐ci ilin
noyabrında cənab Məmmədov parlamentin qeyri‐effektiv fəaliyyət göstərdiyini və saxta seçkilər
nəticəsində seçilən adamlardan ibarət olduğunu bildirərək parlamenti zooparka bənzətmişdi.
Bundan sonra parlamentin üzvü və hakimiyyəti yaxınlığı ilə seçilən Adil Əliyev cənab Məmmədov
barəsində verdiyi müsahibədə “bu cür danışanların başının kəsilib atılması” ifadəsini işlədərək,
faktiki olaraq ona qarşı ölüm təhdidi səsləndirmişdir. Hakim partiyadan olan deputat, sosial
siyasət komitəsinin sədri Hadi Rəcəbli Məmmədovun həbs edilməsi üçün məhkəməyə
göndəriləcək iddia ərizəsinin artıq hazır olduğunu və ərizənin deputatlar tərəfindən imzalanma
prosesinin davam etdiyini bildirmişdi (amma son olaraq məhkəməyə müraciət edilmədi). 2013‐
cü il yanvarın 19‐da Bakıda yerləşən Binə Ticarət Mərkəzində çalışan şəxslər sosial tələblərlə
etiraz aksiyası keçirmişlər, nəticədə polislə qarşıdurma yaranmışdır. Cənab Məmmədov etiraz
aksiyasının keçirildiyi yerə gedib, etirazçılarla görüşüb və onların tələblərini öyrənib. O, həm öz
bloqunda, həm də mətbuata verdiyi müsahibələrdə aksiya iştirakçılarına dəstək ifadə etmiş,
28
http://bit.ly/1fsL2aR
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
40
ənab Məmmədovun həbsi Amn
ad
məhbus
tələblərin tamamilə doğru olduğunu bildirmiş, hakimiyyəti korrupsiyanın qarşısının alınmasında
maraqlı olmamaqda günahlandırmışdı.
2013‐cü il yanvarın 23‐də İsmayılı rayonunda yerli icra hakimiyyəti başçısının istefası tələbi ilə
etirazlar keçirilmiş, etirazlar qarşıdurmalara gətirib çıxarmışdır. Cənab Məmmədov hadisədən
bir gün sonra yanvarın 24‐də İsmayıllı rayonuna səfərə gəlmiş, rayon mərkəzində jurnalistlər və
bəzi sakinlərlə söhbət etdikdən sonra Bakıya qayıtmışdır. Bakıya qayıdarkən cənab Məmmədov
Azadlıq Radiosuna müsahibə vermiş və etirazların haqlı olduğunu bildirmişdir, eyni zamanda öz
bloqunda insanların səbrinin tükəndirilməsinə görə yerli icra qurumlarını tənqid etmişdir.
Bundan əlavə, cənab Məmmədov hadisələrin baş verməsinə səbəb olmuş şəxslərin kimliyini
dəqiqləşdirərək onların Əmək və Əhalinin Sosial Müdafiə naziri Füzuli Ələkbərovun (hazırda
vəzifədən uzaqlaşdırılıb) qohumları və yaxınları olduğunu müəyyən etmiş, hadisənin baş
verməsinə səbəb olan şəxslərin işlədiyi otelin nazirin oğluna məxsus olduğunu göstərən rəsmi
sənədləri taparaq yaymışdır (həmin vaxt otelin heç bir vəzifəli şəxsə və ya onun qohumlarına
məxsus olmaması ilə bağlı yerli icra başçısı və digər rəsmilər açıqlamalar vermişdilər).
Cənab Məmmədov REAL Hərəkatının 2013‐cü il prezident seçkilərinə namizəd idi və bu barədə
onun həbsindən qabaq təşkilat daxilində razılıq əldə edilmişdi. Həbsdə olmasına baxmayaraq,
cənab Məmmədov seçkilərdə namizədliyini vermiş, yaradılan ciddi maneələrə rəğmən
namizədliyi ilkin olaraq qeydə alınmış, xeyrinə 40000‐dən çox imza toplanaraq təqdim
edilmişdir. Lakin Mərkəzi Seçki Komissiyası əsassız şəkildə imzaların saxta olduğunu iddia
edərək, onun namizədliyini qeydə almamışdır.
Cənab Məmmədov məhz İsmayıllı hadisələri ilə bağlı bu rayona səfər etdikdən sonra həbs edildi.
Yanvarın 26‐dan etibarən ölkədə yayımlanan telekanalların əksəriyyəti Baş Prokurorluq və
Daxili İşlər Nazirliyinin yaydığı məlumata istinad edərək İsmayıllı hadisələrinə REAL Hərəkatının
sədri İlqar Məmmədov və jurnalist, Müsavat Partiyasının Başqan müavini Tofiq Yaqublunun
na
mm
səbəb olduğunu bildirərək təqsirsizlik prezumpsiyasını pozmuş və cə b Mə
ədovu
cinayətkar adlandırmışlar.
Yanvarın 29‐da cənab Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə
çağırılıb, İsmayıllı səfəri ilə bağlı izahatı alındıqdan sonra, o, sərbəst buraxılıb. Fevralın 4‐də
yenidən istintaqa çağırılan cənab Məmmədov barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 2
aylıq həbs qət‐imkan tədbiri seçilib, bu həbs indiyə qədər davam edir.
Cənab Məmmədov İsmayıllı rayonuna hadisələrin başladığı gün deyil, yalnız bir gün sonra gedib
və İsmayıllıda şəhərin mərkəzi hissəsində cəmi 45‐50 dəqiqə çoxsaylı jurnalistlərin və
İsmayıllıya birlikdə getdiyi REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin yanında olub.
Məhkəmədə ifadə vermiş Natiq Cəfərli və jurnalistlər bunu bir daha təsdiq etmişlər, o cümlədən
cənab Məmmədovun şəhər mərkəzində olmasını və heç bir iğtişaşa çağırmadığını, sadəcə
s
ö
n
b
x
m
i
n
y
a
ə
jurnali tlərlə s hbət etdiyi i və u va t ümu iyyətlə heç b r aksiya ın, axud zor kılığın
olmadığını göst rən videomaterial da nümayiş etdirilmişdir.
Mobil telefon danışıqları üzrə əldə edilən çıxarışlardan görünür ki, istintaqın cənab
id
a
s
Məmmədovun qanunsuz hərəkətlər etdiyi
dia edilən saatl rda o artıq İ mayıllı rayonu
ərazisində olmamışdır.
Hadisələrə görə təqsirləndirilən İsmayıllı sakinləri cənab Məmmədovu tanımadıqlarını
məhkəməyə bildiriblər. Prosesə şahid kimi cəlb edilmiş 2 İsmayıllı sakini ‐ İsrafil Verdiyev və
Rövşən Novruzov cənab Məmmədovu gördüklərini və onun gəncləri polisə müqavimət
göstərməyə çağırdığını bildiriblər, lakin bu şahidlər vəkillərin suallarını cavablandırarkən
çoxsaylı ziddiyyətlər ortaya çıxmış, şahidlər cənab Məmmədovun istintaqın iddia etdiyi yerdə
deyil, başqa yerdə olduğunu bildirmişlər. Mehdiyev soyadlı şahid həmin ərazidə təsadüfən
olduğunu və İsmayıllı hadisələri zamanı başqa heç bir hadisənin şahidi olmadığını bildirmişdir,
lakin cinayət işinin materiallarından məlum olmuşdur ki, Mehdiyev artıq yanvarın 23‐dən həbs
edilən şəxslərə qarşı ifadələr vermişdir.
t
m
i və
Cinayə işində zərərçəkmiş kimi tanınan bütün şəxslər təqsirləndirilənlərə qarşı heç bir add
mənəvi tələblərinin olmadığını öz ifadələrində vurğulayıblar.
ü
C
Cənab Məmmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014‐c il qərarı ilə
7 il
müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
esty İnternational təşkilatı tərəfindən siyasi motivli təqib
u kimi tanınıb
landırılıb
29
və o vicdan
30
. Avropa Şurası Parlament Assambleyasının (AŞ
29
http://bit.ly/QnDAbI
30
http://bit.ly/1gJG6nt