“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
70
“
Nurçular”ın işi
1086 saylı cinayət işi Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən
aparılır. İş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Məmmədov İsmayıl İsax oğlu və
Hacıyev Eldəniz Balamət oğlu cari ilin 12 aprel tarixində həbs edilmiş və 14 aprel tarixində
onlar barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Digər təqsirləndirilən şəxs
Səbzəliyev Rəvan Həkim oğlu barəsində isə 23 may tarixində 2 ay müddətinə həbs qətimkan
tədbiri seçilmişdir. Sonradan hər 3 təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti 2 ay
uzadılmışdır. İşin materiallarında göstərilir ki, Bakı şəhərinin bir neçə sakini polisə müraciət
edərək, qonşuluqdakı həyət evində müxtəlif vaxtlarda yığışan dini qurumun üzvlərinin
onların sakit yaşayışına, normal gediş-gəlişinə və rahatlığına mane olan hərəkətlər etməsindən
şikayət etmişlər. Elə həmin günü Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və
Daxili İşlər Nazirliyi həmin ünvanda birgə əməliyyat keçirmiş, orada ibadət etmək və kitab
oxumaqla məşğul olan şəxsləri saxlamışdır. İttihama görə, bununla həmin 3 şəxs dini
ayinlərin icrası adı altında digər şəxslərin hüquqlarını pozmuş və bu hərəkətlərinə 2 nəfər
yetkinlik yaşına çatmayan şəxsi də cəlb etmişlər. Qonşudan şikayətə iki nazirliyin operativ və
sərt reaksiya verməsi bu hadisənin hüquq-mühafizə orqanları tərəfindən qabaqcadan
hazırlanması və nəyin bahasına olursa olsun dindar şəxslərin həbsinə yönəlmiş əməliyyat
olmasını nümayiş etdirir. Halbuki bu qrupun əsas qayəsi heç bir siyasi məqsəd güdmədən
dinc surətdə islam dininin sünni məzhəbindən olan Səid Nursinin kitablarına əsaslanan,
“Nurçu” adlandırılan cərəyanının “Sunqurçu” qanadının təbliğatı olub. Təbliğatın dinc
xarakterli olmasına, ittiham olunan şəxslərin hər hansı zorakı əməl həyata keçirməsi və
Azərbaycan respublikası qanunlarına zidd hərəkətlər etməsi ilə bağlı nəinki sübutların, hətta
ehtimalların mövcud olmadığına baxmayaraq, bu iş üzrə təqsirləndirilən şəxslər haqqında ilk
gündən həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslərə istinad olunan AR CM
168.2. maddəsində cərimə və ya ən ağır cəza kimi 3 ilədək azadlıqdan məhrumetmə
sanksiyaları nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxslərin dərhal həbs edilməsi, cinayət
işinin materiallarında müttəhimlərin təqsirləndirilməsi üçün kifayət qədər əsaslar olmamasına
məhkəmənin heç bir məhəl qoymaması bu iş üzrə adı keçən şəxslərin dini inanclarına görə
məsuliyyətə cəlb olunduğunu deməyə əsas verir. Bu şəxslərdən tapılmış ədəbiyyatın rəsmi
dini ekspertizası bu iş üzrə təqsirləndirilən şəxslərin oxuduğu və yaydığı kitabların qanuna
zidd məzmunda olmadığını müəyyən etmişdir.
84.
Məmmədov İsmayıl İsax oğlu
Saxlanma tarixi: həbs qətimkan tədbiri 14 aprel 2014‐cü ildə seçilib
İttiham: CM‐nin 168.2 Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə
(bu işə yetkinlik yaşına çatmamışları cəlb etməklə)
Saxlandığı yer: Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanası
İş üzrə qısa arayış:
Cinayət işinin materiallarından Məmmədov İsmayıl İsax oğlunun
sadəcə dini dərslər təşkil etmək, gizli toplantılar keçirərək, dini təbliğat aparmaqda
“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat
Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir
71
günahlandırıldığı görünür. Onun və bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini ayinlər
keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video materialların ekspertizası
keçirilib və ekspertiza Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun aşkarlamayıb.
Bununla belə Məmmədov İsmayıl İsax oğlu və digərləri həbsdə saxlanmaqda davam edir.
Məmmədov haqqında 14 apreldə seçilən həbs qətimkan tədbiri iki ay sonra yenidən uzadılıb
və o, Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasında saxlanılır. İsmayıl Məmmədov vərəmdən
əziyyət çəkir. Vəkili onun sağlamlığı üçün uyğun şəraitdə saxlanmadığını deyir.
8
5.
Səbzəliyev Rəvan Hakim oğlu
Saxlanma tarixi: həbs qətimkan tədbiri 23 may 2014‐cü ildə seçilib
İttiham: CM‐nin 168.2 Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə
(bu işə yetkinlik yaşına çatmamışları cəlb etməklə)
Saxlandığı yer: Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanası
İş üzrə qısa arayış:
Cinayət işinin materiallarından
Səbzəliyev Rəvan Hakim
oğlunun sadəcə dini dərslər təşkil etməkdə, gizli toplantılar keçirərək dini təbliğat
aparmaqda günahlandırıldığı görünür. Onun və bu iş üzrə təqsirləndirilən digər şəxslərin dini
ayinlər keçirdiyi ünvandan müsadirə olunan ədəbiyyat, audio və video materialların
ekspertizası keçirilib və ekspertiza Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən məzmun
aşkarlamayıb.
Bununla belə, o, hələ də Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanasında saxlanılır. Haqqında
seçilən həbs qətimkan tədbiri uzadılıb.
8
6.
Hacıyev Eldəniz Balamət oğlu
Saxlanma tarixi: həbs qətimkan tədbiri 14 aprel 2014‐cü ildə seçilib
İttiham: CM‐nin 168.2 Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə
(bu işə yetkinlik yaşına çatmamışları cəlb etməklə)
Saxlandığı yer: Milli Təhlükəsizlik Nazirliyinin Təcridxanası
İş üzrə qısa arayış:
Eldəniz Hacıyev Səid Nursinin kitablarının tədris olunduğu dərsxananı
təşkil edənlərdən biridir. Cinayət işinin materiallarından Hacıyev Eldəniz Balamət oğlunun