Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil
edilməsi zəruridir.
Məlumat mənbələri: Деревья и кустарники СССР. т.3.1954; Флора
Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970;
Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və
bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər.
2005; 2006; 2008.
Familia: Rosaceae Juss.
Gülçiçəkkimilər fəsiləsi
Genus: Amygdalus L. – Badam cinsi
Species: Amygdalus nairicа Fed. еt. Таkht. –Nairi badamı
Repert. Spec. Nov. Regni Veg. 40: 288; et in Trans. Armen. Branch Acad. Sc. USSR,
Biol. Ser., ii. 200 (1937). 1936
Ümumi yayılması: Azərbaycanda və Ermənistanın Meqri rayonu
ərazisində təbii arealı vardır.
Azərbaycanda yayılması: Naxçıvanın MR-ın aşağı və orta dağ qur-
şağında quru yamaclarda bitir.
Statusu: Azərbaycanın nadir bitkisidir. CR A2abc;C1.
Bitdiyi yеr: Orta və yuxarı dağ qurşaqlarında qayalıq yerlərdə çay boyu
kolluqlarda yayılmışdır.
Тəbii ehtiyatı: Azərbaycanda arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri: Təbiətdə hündürlüyü 1 m-ə qədər оlаn koldur.
Bitkinin qabığı təxminən ağdır, cavan zoğları isə qırmızı rəngdədir. Bitki-
nin yarpaqları uzunsov lansetşəkilli olub 1,3-2,4 sm uzunluğunda, 0,2-
0,8sm enində olur. Yarpaqlarının kənarları dalğavarı, dişli, bəzən isə tam-
kənarlı olur.Yarpaq saplaqları 0,6-0,8 uzunluğunda olur. Çiçəkləri tək-
tək, oturaqdır. Ləçəkləri solğun çəhrayı rəngli olur və qaidə hissəsi tüklü,
ucları isə zəif oyuqludur. Meyvələri məxməri tüklüdür, yumurtavarı və ya
lansetşəkillidir. Meyvənin kürək hissəsi dərin şırımlıdır. Mart-aprel ayla-
rında çiçək açır, iyul-avqust aylarında meyvəsi yetişir.
Çoxalması: Təbiətdə generativ yolla çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca olaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Mədəni şəraitdə becərilir.
Qəbul edilmiĢ qoruma tədbirləri: Xüsusi mühafizə tədbiri görül-
məmişdir.
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil
edilməsi zəruridir.
Məlumat mənbələri: Деревья и кустарники СССР. т.3.1954; Флора
Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970;
Красная Книга СССР. 1984; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitab-
ları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan flo-
rasının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Naxçıvan Muxtar
Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora
müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.
Familia: Rosaceae Juss.
Gülçiçəkkimilər fəsiləsi
Genus: Amygdalus L. – Badam cinsi
Species: Amygdalus fenzliana Lipsky – Dağ badamı
Ümumi yayılması: Azərbaycan, Türkiyə və İranda təbii arealı vardır.
Azərbaycanda yаyılması: Talış bölgəsində, Alazan–Əyriçay çökəkli-
yində, Naxçıvan MR-nın dağ və düzənliyində, Kür-Araz ovalığında
(Diabar) rast gəlinir. EN A2abc+3c.
Statusu: Azərbaycanın nadir bitkisidir.
Bitdiyi yеr: Orta və yuxarı dağ qurşaqlarında qayalıq yerlərdə, çay boyu
kolluqlarda yayılmışdır.
Təbii ehtiyatı: Azərbaycanda arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri: Təbiətdə yerə sərilmiş geniş çətirli, hündürlüyü
1,5-3,5 m-ə qədər оlаn ağac və ya koldur. Bitkinin qabığı tünd qırmızı
olub budaqlarının ucu tikanlıdır. Bitkinin yarpaqları ellipsvarı, lansetşə-
killi olub 5-7 sm uzunluğunda, 1,5-2 sm enində olur.Yarpaqlarının kənar-
ları dalğavarı dişli olur.Yarpaqlar üstdən yaşıl, alt
hissədə isə solğun-yaşıl olur. Yarpaq saplaqları
1,5 sm-ə qədər uzunluğunda olur. Çiçəkləri bir-
dən beşə qədər olub, qırmızımtıl rəngdə olur. Lə-
çəkləri çəhrayı rəngli və təxminən yumrudur.
Meyvələri məxməri tüklü, kürəşəkilli, basıq tək-
tək, oturaq olub 2-3 sm diametrindədir. Aprel
ayında çiçəkləyir, sentyabr ayında meyvələri
yetişir.
Çoxalması: Təbiətdə generativ yolla çoxalır.
Dostları ilə paylaş: |