Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


-45-ci illər müharibəsində



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə112/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   108   109   110   111   112   113   114   115   ...   123
1941-45-ci illər müharibəsində 
“ġərəf” ordeninin üç dərəcəsi ilə təltif edilmiĢ 
Azərbaycanlı döyüĢçülər haqqında bəzi 
məlumatlar 
 
1) 
Aslanov  Aslan  Tərxan  oğlu
  (Quba  rayonunda  1920-ci  ildə 
doğulmuşdur).  Müharibəni  Moskva  altında  döyüşlərlə  başlayan  A.Aslanov 
Smolensk-Belorusiya-Litva-Şərqi  Prusiya  ərazilərində  gedən  ağır  döyüşlərdə 
iştirak  etmiş,  II  dünya  müharibəsində  iştirakını  1945-ci  ilin  avqustunda 
Yaponiyada döyüşlər zamanı qurtarmışdır.  
2) 
Qavrilov Valeriy Mixayloviç
 (Bakıda 1922-ci ildə doğulmuşdur) 1943-
45-ci  illərdə  cəbhələrdə  ağır  döyüşlərdə  iştirak  edərək,  “Şərəf”  ordeninin  üç 
dərəcəsini almışdır. Xatırladaq ki, bu ordenin I dərəcəsi sonda verilir.  
3) 
Kərimov  Əli  Kərim  oğlu
  – Avtomatçılar bölməsi komandiri (starşina), 
snayper (44 faşist məhv etmişdir), Qələbə rəsmi-keçidi (1945, Moskva) iştirakçısı 
olmuşdur.  
4) 
Mehdizadə Sultan Ağa oğlu
 – Bakı şəhərində doğulmuşdur. Baş serjant, 
kəşfiyyatçı,  snayper  dörd  dəfə  yaralanmışdır.  Döyüş  yolu  Stalinqraddan 
Berlinədək. Berlin uğrunda döyüşlərdə şəxsən 3 tank vurmuşdur.  
5) 
Naxmedov  Ağacan
  –  Astara  rayonunun  Sarel  kəndində  doğulmuşdur. 
Sıravi  kəşfiyyatçı  –  A.Naxmedov  “Şərəf”  ordeninin  üç  dərəcəsinə  layiq 
görülmüşdür.  
6) 
Hüseynov  Əli  Nəcəf  oğlu
  (Lerik  rayonunun  Dəstər  kəndində 
doğulmuşdur) kiçik serjant, top komandiri, “Şöhrət” ordeninin I dərəcəsini Berlin 
uğrunda döyüşlərdə almışdır. Reystaq binasının divarına “burada Azərbaycan oğlu, 
Lerik rayonunun Dəstər kəndindən Əli Hüseynov olmuşdur” sözləri yazılmışdır.  
7) 
Eldarov  Süleyman  Ələsgər  oğlu
  –  Şəki  rayonunda  doğulmuşdur.  Baş 
serjant,  top  komandiri  7  dəfə  yaralanmışdır.  Döyüş  yolu  Stalinqraddan 
Çexoslavakiyaya qədər. 1945-ci ildə keçirilmiş Qələbə rəsmi-keçidi iştirakçısıdır.  
8) 
Heydərov  Muradəli  ġahvələd  oğlu
  (Məmmədqasımlı  kəndində 
doğulmuşdur), sıravi topçu Muradəli Heydərov Qafqazdan Berlinədək döyüş yolu 
keçmiş,  düşmən  mühasirəsindən  ağır  döyüşlə  qəhrəmancasına  çıxmış  və  doğma 
kəndinə 9 orden və medalla qayıtmışdır.  
9) 
Novruzəliyev  Qonaqbəy  Mövlan  oğlu
  –  Müharibənin  əvvəlindən 
sonunadək  cəbhələrdə  olaraq,  onu  Praqada  qurtarmışdır.  Bu  ağır  döyüşlərdə  iki 
dəfə ağır yaralanmış, əsirlikdən qaçaraq partizan dəstəsində iki il partizanlıq edərək 
nümunəvi  xidmət  və  qəhrəmanlıq  göstərmişdir.  Partizan  dəstəsi  tərkibində  ağır 
döyüşlərlə  Sovet  Ordu  hissəsi  ilə  birləşərək,  müharibəni  nizami  ordu  tərkibində 
Praqada qurtarmışdır.  


96 
 
10) 
Rəhimov  Rəhim  Cəfər  oğlu
  –  Naxçıvan  rayonunun  Suet  kəndində 
doğulmuşdur. Minomyotçu və minomyot bölməsi komandiri olan Rəhim Rəhimov 
Qafqazdan  Şərqi  Prussiyaya  qədər  döyüş  yolu  keçmişdir.  İki  dəfə  yaralanmış,  4 
orden və medalla təltif edilmişdir. 
 
 
III fəsil 
 
ĠKĠNCĠ DÜNYA MÜHARĠBƏSĠNĠN YEKUNLARI. FAKTLAR VƏ 
DÜġÜNCƏLƏR 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə