Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə120/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   115   116   117   118   119   120   121   122   123
M.Atatürk
  demişdir:  “
Hər 
hansı bir ordunun dəyəri zabit və komanda heyətinin dəyəri ilə ölçülür
”. 
Türkiyənin  çoxəsrlik  hərb  tarixi  sübut  edir  ki,  Osmanlı  türkləri  öz 
müstəqilliklərini döyüş (savaş) qabiliyyətləri və hünərləri ilə saxlamışlar. 8 cildlik 
“Osmanlı  tarixi”nin  müəllifi  Alfons  Lamartin  (1790-1869)  yazmışdır:  “Türklər 
millət  kimi  dünyanın  ən  fəxri  insanlarıdır....  Onlar  dünyanın  birinci  millətləri 
olmalarını öz namusları ilə qazanmışlar”. 


115 
 
Prezident Heydər Əliyev böyük ehtiram  hissi ilə qeyd edir ki,  “Türkiyənin 
keçdiyi  cumhuriyyət  yolu,  demokratiya,  iqtisadi  inkişaf  yolu  bu  gün  Azərbaycan 
üçün böyük örnəkdir”. 
48
 
Ermənistan  silahlı  qüvvələrinin  Azərbaycan  ərazilərini  zəbt  etmək  üçün 
başladığı silahlı basqınlar Sovet dövlətinin mövcudluğu şəraitində başlandığı üçün 
bu  müharibə  beynəlxalq  ictimaiyyətin  diqqətini  cəlb  etmədi.  Çoxları  bunu  Sovet 
dövlətinin daxili işi hesab etdi; halbuki, başlanan bu müharibə daşnakların çoxdan 
hazırladıqları “Böyük Ermənistan” yaratmaq planının
49
 tərkib hissəsi idi.  
Vətən sərhəddən başlandığı üçün bütün müharibələrdə olduğu kimi, düşmən 
hücumunun  ilk  zərbəsi  də  Azərbaycanın  sərhəd  qoşunlarına  dəydi.        Qarabağ 
savaşının  başlanmasının  ilk  günlərində  Azərbaycanın  sərhəd  qoşunları  3  zabit,  6 
gizir və 17 döyüşçü itirdilər. Bunlardan 6 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” 
fəxri  adına  (5  nəfəri  ölümündən  sonra)  layiq  görülmüşdür.  Xalqımız  Qarabağ 
uğrunda  döyüşlərdə  20  mindən  çox  şəhid  vermişdir.  Bu  müharibə  cəbhələrində 
bəzi uğursuzluqlarımızın səbəbləri ayrıca bir araşdırmanın mövzusudur və görünür 
bu uğursuzluqların təqsirkarları aşkar edilərək, lənətlənəcəklər.  
Bununla  belə  siyasi  və  bədii  ədəbiyyatda  Qarabağ  savaşındakı 
uğursuzluqlarımızdan  nəticə  çıxarmaq  çox  vacibdir  və  həmin  savaşın  fəal  və 
namuslu  iştirakçılarının  xatirə  və  memuarlarının  yazılması  da  təşkil  edilməli  və 
nəşr etdirilməlidir. 
Gənc  şairə  Minayə  Əliyevanın  1998-ci  ildə  çap  etdirdiyi  “Bəsdir  yatdın 
Misri  qılınc  kölgəsində”  adlı  kitabçasında  şüurlara  təsiredici  misralar  çoxdur. 
Kitabda  “qızları  əsir  düşən  millətim”,  və  buna  oxşar  sətir  və  ifadələr  böyük  təsir 
qüvvəsinə malikdir. Belə kitabların bütün hərbi hissələrdəki “Azərbaycan əsgərinin 
kitabxanalarında” olması və oxunması çox vacibdir. 
Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində müharibə veteranlarının onlarla 
görüşləri böyük təsir gücünə malikdir.  
Qarabağ  müharibəsində  Azərbaycanın  milli  qəhrəmanı  adı  almış  Rövşən 
Əsgərov  və Fəxrəddin Cəbrayılov, Zabit Quliyev, Fariz Mədətov hazırda gənclərin 
vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində fəaliyyət göstərirlər.  
Ali  və  orta  məktəblərdə  tədris  edilən  hərbi  hazırlıq  dərslərində  gənclərin 
hərbi-vətənpərvərlik  tərbiyəsinə  xüsusi  diqqət  yetirilir  və  bu  işdə  müharibə 
veteranları  da  fəal  iştirak  edirlər.  Məsələn:  Azərbaycan  Dövlət  Neft 
Akademiyasında  hərbi  kafedra  1939-cu  ildən  fəaliyyət  göstərir  və  kafedrada  indi 
zabitlərdən  20  nəfərdən  çoxu  erməni  işğalçılarına  qarşı  müharibədə  iştirak 
                                                           
48
  “Xalq” qəzeti, 12 may, 1998. 
49
 Bu haqda bax: İsmayılov İ.Z. Azərbaycanın XX əsrdə dövlətçilik siyasəti məsələləri, Bakı, 1995, s. 
101-108.
 


116 
 
etmişdir.  Akademiyanı  qurtaran  məzunlar  zabit  rütbəsi  alırlar.  Akademiyada 
işləyən müəllimlərin 18 nəfəri 1941-45-ci illər müharibəsi iştirakçısıdır.  
Respublikanın  bütün  rayonlarının  məktəblərində  Qarabağ  uğrunda 
döyüşlərdə  həlak  olmuş  döyüşçülərin  xatirəsi  əbədiləşdirilmişdir  və  bu  iş  davam 
edir.  Quba  rayonunun  40-dan  çox  məktəbinə  şəhid  döyüşçülərin  adı  verilmiş  və 
onların büstü qoyulmuşdur. Nəsimi rayonunda 36 şəhidin adı oxuduqları məktəbə 
və  ya  işlədikləri  müəssisəyə,  sağlığında  yaşadıqları  küçəyə  verilmiş,  bu  yerlərdə 
onların  büstü  qoyulmuş,  xatirə  lövhəsi  vurulmuş,  xatirə  guşələri  yaradılmışdır. 
Rayonun  ərazisində  yerləşən  Tibb  Universitetinin  qarşısında  mərmər  abidə 
kompleksinə  universitetdə  oxumuş  şəhid  tələbələrin  adları  ehtiramla  həqq 
edilmişdir. Bir çox rayonlarda belə abidə komplekslərində həyat rəmzi olan bulaq 
yaradılmış və onun suyunun daimi axması böyük məna kəsb edir.  
Bakıdakı  Həzi  Aslanov  adına  Mərkəzi  Zabitlər  evi  (1927-ci  ildə 
yaradılmışdır) və Gəncədəki, Naxçıvandakı, Lənkərandakı və Çuxanlıdakı (Salyan 
rayonunda)  zabitlər  evləri  gənclərin  və  ilk  növbədə  orduda  xidmət  edən 
döyüşçülərin  hərbi-vətənpərvərlik  tərbiyəsi  istiqamətində  geniş  fəaliyyət  göstərir. 
Respublika  Silahlı  Qüvvələrinin  mahnı  və  rəqs  ansamblı,  Gənclər  və  İdman 
Nazirliyinin müvafiq qurumları da bu istiqamətdə geniş iş aparırlar.  
Hərbi vətənpərvərlik tərbiyəsinin tərkib hissəsi olan müharibə qurbanlarının 
xatirəsini əbədiləşdirmək işinə veteran təşkilatlarının qayğısı diqqətəlayiqdir. 1942-
43-cü  illərdə   Bakıda  yerləşən  hospitallarda  dünyasını  dəyişmiş  döyüşçülərdən  və 
Qafqaz  uğrunda  döyüşlər  zamanı  həlak  olaraq  Bakıda  dəfn  edilən  müharibə 
iştirakçılarının  məzarları  “Qardaşlıq  qəbristanlıqları”na  çevrildi  və  həmin 
qəbristanlıqlar  indi  də  böyük  hörmətlə  saxlanılır.    Bu  qəbristanlığın  bir  hissəsi 
Nəsimi  rayonunun  xidmətinə  verilmişdir.  Həmin  sahədə  dəfn  edilən  181  nəfər 
döyüşçü  (bunlardan  25  nəfəri  azərbaycanlıdır)  məzarlarında  uyuyan  bütün 
şəhidlərin  adı-soyadları  daş  lövhələrdə  yazılmışdır  və  bu  qəbristanlıqlar  hər  il 
“Qələbə”  bayramı  günü  rayon  veteranları  tərəfindən  ziyarət  edilir.  Buradan 
aydındır  ki,  Qələbə  günü  9  may  təkcə  bayram  deyil,  eyni  zamanda  1941-45-ci 
illərdə həlak olmuşların hamısının xatirə günüdür.  
Böyük Vətən müharibəsi illərində 4223 nəfər iştirakçı döyüşlərdə aldıqları 
ağır yaralardan sonra dünyalarını dəyişərək Bakıdakı Qardaşlıq qəbristanlıqlarında 
dəfn  edilmişlər.  Bunlardan  ikisi  Sovet  İttifaqı  Qəhrəmanıdır:  İvanov  Roman 
Qavriloviç (kapitan), Vetoşnikov Qeorgi Aleksandroviç. 
Dəfn  edilənlərdən  337  nəfəri  Mərkəzi  qəbristanlıqda,  116  nəfər 
Çəmbərəkənddə, 430 nəfər Sabunçu qəbristanlığında, 203 nəfər Nərimanov rayonu 
ərazisinin  cənub  hissəsində  uyuyurlar.  Bütün  bu  məzarlıqlara  nəzarət  Bakının 
rayonları  arasında  bölünmüşdür  və  Veteran  təşkilatları  onların  lazımi  səviyyədə 
saxlanılmasına nəzarət edirlər.  


117 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə