Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə118/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   115   116   117   118   119   120   121   122   123
Qurani  Kərimi
  qoymuşam.  Bu  gündən  sonra  bizə  verdiyiniz  bu  kitabı 
Qurani  Kərimin
  altında  əbədi  saxlayacağam.  Müəllif  üçün  bu  sözlər  böyük 
mükafatdır. 
İslamın  yaradıcısı  Peyğəmbərimiz 
Həzrət  Məhəmməd  Əleyhissalam
 
demişdir:  “
Vətəni  müdafiə  imandandır
”.  Bakının  Nəsimi  rayonundan  olan  şəhid 
Rövşən Həsənov Xocalıdakı son döyüşündə son anda, erməni dığasına belə deyib: 

Bu  torpaq  bizimdir
”.  Digər  şəhid  Ceyhun  Səlimov  Ağdərədə  həlak  olarkən 
yoldaşlarına  bu  sözləri  deyib:  “
Bu  torpağı  qoruyun
”.  Başqa  şəhid  Tofiq 
Məmmədovun 
cəbhəyə 
getməzdən 
əvvəl 
yazaraq, 
evdə 
gizlətdiyi 
“Vəsiyyətnamə”sində bu sözlər vardır: “
Mən bu torpaqdan ötrü ölməyə hazır olan 
Türk oğluyam

47

Göründüyü  kimi  gənclərimizin  əksəriyyəti  doğma  Qarabağımızı  müdafiə 
etmək  üçün  canlarını  da  qurban  vermək  əzmində  olmuşlar  və  cəbhələrdə 
uğursuzluqlarımızın əsas səbəbi 1991-1992-ci illərdə ölkə rəhbərliyinin zəifliyi və 
onun  seçdiyi  hərbi  xidmət  rəhbərlərinin  hərbi  əməliyyatlara  rəhbərlik  etmək 
səviyyəsində olmaması idi. 
Öz miqyasına və mənfi təsirinə görə erməni təcavüzünün 1988-93-cü illərdə 
Azərbaycana  vurduğu  zərbə  bəlkə  də,  1828-ci  ildən  sonrakı  dövrdə  məruz 
qaldığımız  ən  böyük  zərbədir. 
Bu  zərbənin  səbəbini  hansı  sahədə  axtarmaq 
lazımdır?
 
Ən  üzdə  görünən  səbəb,  şübhəsiz  ki,  Rusiya  dairələrinin  imperiyapərəst 
siyasəti ilə erməni-daşnak separatizminin məqsədlərinin üst-üstə düşməsidir və bu 
iki qüvvə tez dil tapa bildi. Bu diltapma Sovet sisteminin son illərinə təsadüf etdi. 
                                                           
47
 
Bax: İ.Z.İsmayılov. Nəsimi rayonunun şəhidləri, Bakı, 1997. 
 


111 
 
1985-93-cü  illərdə  Azərbaycana  rəhbərlik  etmiş  şəxslər  düşmən  qüvvələrinin  bu 
incə  siyasətini  başa  düşə  bilmədilər  və  bəlkə  də,  başa  düşsələr  də  rəhbərlikdə 
qalmaq  xatirinə  əhəmiyyət  vermədilər.  Milli  vətənpərvərlik  tərbiyəsində  bu 
məqamları da yada salmaq lazımdır. 
Orduya çağırışçı gənclərin, xüsusilə əsgərlərin milli və hərbi vətənpərvərlik 
ruhunda  tərbiyə  edilməsində  ədəbiyyat  və  incəsənət  xadimlərinin  gənclərlə 
görüşləri  böyük  təsir  qüvvəsinə  malikdir.  Xalq  şairi 
Xəlil  Rzanın
  “
Dur  ayağa 
məmləkətim,  qalx  ayağa  millətim
”  misraları ilə  başlanan şeri və  buna  oxşar digər 
şerlərin  təsir  qüvvəsi  çox  böyükdür.  Eyni  sözləri  görkəmli  şair  Məmməd  Arazın 
Azərbaycana  həsr  etdiyi  şerlər  haqqında  da  demək  olar.  Xalq  mahnılarının  gözəl 
ifaçısı Niyaməddin Musayevin mahnılarındakı “
Talandı torpağımız...
”, “
Bu xalqın 
intiqamı  qiyamətə  qalmasın
”  kimi  sözlərlə  başlayan  mahnıları  güclü  təsir 
qüvvəsinə malikdir. 
Böyük Vətən Müharibəsi döyüşlərinin ən ağır çağlarında belə təsirli şerlərin 
və  mahnıların  döyüşçülərdə  vətənpərvərlik  ruhunu  qaldırması  1941-1945-ci  illər 
müharibəsi  veteranların  yaddaşındadır  və  bu  məzmunda  iş,  Azərbaycanın  milli 
ordusu döyüşçüləri arasında da aparılmalıdır. 
 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə