Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


§ 3. Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə119/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   115   116   117   118   119   120   121   122   123
§ 3. Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində 
veteranların rolu 
 
Bizim  gənclərimiz  XX  əsrin  müharibələrində  qəhrəmanlıq  nümunələri 
göstərmiĢlər. Biz Azərbaycanın qəhrəman oğulları ilə həmiĢə fəxr etmiĢik.... 
HEYDƏR ƏLĠYEV 
 
70  illik  Sovet  dövrü  Azərbaycan  tarixində  ziddiyyətli  bir  dövrdür.  Bu 
dövrdə həm nailiyyətlər, həm də itkilər olmuşdur. Bununla əlaqədar olaraq fəlsəfə 
elmləri namizədi Canpolad Musayevin “Xalq qəzeti”ndə 1997-ci ildə nəşr etdirdiyi 
yazısında  Azərbaycanın  “Sovetlər  İttifaqının  tərkibində  70  illik  mənasız  zaman 
kəsiyi” ifadəsi təəssüf doğurur. Müəllif bu  müddəanı dövlətçilik  tarixi  məsələsinə 
şamil  edirsə  də,  bu  cür  ümumiləşdirmə  qüsurludur.  Çünki,  göstərilən  70  illik 
dövrdə Azərbaycan xalqının milli dövlətçiliyi tam olmayıbsa da, onun iqtisadi və 
mədəni  inkişafı  çox  səmərəli  olmuşdur.  Bu  inkişaf  səviyyəsi  olmasaydı  1991-ci 
ildə bərpa edilən müstəqil dövlətçiliyimiz çox zəif  maddi və  mədəni özülə istinad 
etməli olardı. 
İkinci  dünya  müharibəsi  qurtardıqdan  sonra  Azərbaycanda  gənclərin  hərbi 
vətənpərvərlik  ruhunda  tərbiyəsində  zəifləmə  əlamətləri  getdikcə  daha  çox 
müşahidə  edilirdi.  Əvvəla,  müharibə  qurtardıqdan  sonra  müharibə  illərində 
yaradılmış  bütün  milli  diviziyalar  buraxılmışdı  və  ümumi  Sovet  ordusunun  Zabit 


112 
 
heyəti  içərisində    azərbaycanlıların  sayı  sürətlə  aşağı  düşürdü.  İttifaqın  hərbi 
məktəblərində  təhsil  alanlar  içərisində  də  azərbaycanlıların  sayı  getdikcə  azalırdı. 
Hətta  Bakıda  1939-cu  ildə  yaradılmış  iki  hərbi  məktəbdə  (Ümumi  Hərbi 
Komandirlər  məktəbi  və  Hərbi  Dəniz  Donanması  məktəbində)  1970-ci  ildə  hər 
birinə qəbul olunan 300 müdavimdən birincisində 10-15 nəfər, ikincisində isə 2-3 
nəfər Azərbaycan millətini təmsil edən gənc təhsil alırdı. 
Rusiya  dövlətinin  Hərbi  Nazirliyinin  orqanı  “Krasnaya  zvezda”  qəzetinin 
1992-ci  il  4  iyun  tarixli  sayında  göstərilir  ki,  1991-ci  ilin  əvvəlində  İttifaq 
Ordusunun  alay  (polk)  komandiri  müavinindən  yüksək  vəzifələrdə    azərbaycanlı 
komandirlərin sayı cəmisi 9 nəfər idi. Müqayisə üçün qeyd edək ki, Böyük Vətən 
müharibəsi  illərində  və  ondan  əvvəlki  dövrdə,  hətta  Azərbaycanda  Xalq 
Cümhuriyyətinin  fəaliyyəti illərində  (1918-1920) azərbaycanlı zabitlərin sayı qat-
qat çox olmuşdur. Burada ədalət naminə qeyd etmək lazımdır ki, Heydər Əliyevin 
respublikaya  rəhbərlik  etdiyi  70-80-ci  illərdə  SSRİ-nin  105  ali  hərbi  məktəbində 
2000  azərbaycanlı  zabit  hazırlanmışdı  ki,  onlardan  indi  Azərbaycan  Milli 
Ordusunda 14 general və 229 polkovnik fəaliyyət göstərir. 
Sovet  inzibati-amirlik  sistemi  şəraitində  azərbaycanlı  gənclərin  hərbi 
hazırlığında da böyük xətalar edilmişdir: azərbaycanlı gənclərin müasir texnikaya 
malik hərbi hissələrdə qulluq etmələri getdikcə məhdudlaşdırılırdı. Qismən də, bəzi 
valideynlərin təqsiri üzündən gənclərimizin bir hissəsi ordunun “fəhlə batalyonları” 
adlanan hissələrində qulluq edirdilər. 
XX  əsrin  sonunda  Azərbaycan  xalqının  siyasi  həyatında  ən  gərgin  dövr 
1988-93-cü  illər  olmuşdur.  Həmin  illərdə  başlanmış  xalq  hərəkatı,  ona  rəhbərlik 
edən  qüvvələrin  zəifliyinə  və  pərakəndəliyinə  baxmayaraq  xalqın  öz  qüvvəsinə 
inamının  sübutu  idi.  Bu  hərəkat  əsas  etibarilə  Moskva  rəhbərliyinin  Dağlıq 
Qarabağ münaqişəsində ermənipərəst siyasətinə, Mixayıl Qorbaçovun Ermənistan 
və  Qarabağ  ermənilərinin  separatçılığına  qarşı  heç  bir  tədbir  görməməsinə  cavab 
olaraq  başlanmışdı.  Bu  geniş  və  dinc  xalq  hərəkatından  qorxuya  düşən  Mərkəzi 
Sovet  rəhbərliyi  başqalarına  dərs  olsun  deyə  onu  tezliklə  silah  gücünə  boğmağı 
qərara  aldı.  1989-cu  ilin  5  dekabrında  Sovet  Ordusu  Bakının  indiki  Azadlıq 
meydanında  mitinqlər  şəklində  davam  edən  xalq  hərəkatını  (Meydan  hərəkatı) 
vəhşicəsinə  qovdu.  Azərbaycanda  kifayət  qədər  silahlı  qüvvə  olmasına 
baxmayaraq  Moskva  rəhbərliyi  1990-ci  ilin  11-19  yanvarı  arası  Bakıya  kənardan 
74 min nəfərlik, əksəriyyəti ermənilərdən və ruslardan ibarət olan, silahlı və zirehli 
qüvvə göndərdi. Hiss olunurdu ki, hansısa böyük bir təxribat hazırlanır... Yanvarın 
19-u  axşamı  DTK  tərəfindən  Bakıda  televiziya  partladıldı.  Xain  prezident 
M.Qorbaçovun şəxsi əmri ilə Bakı üzərinə göndərilmiş vəhşi hərbi dəstələr 1990-cı 
il yanvarın 19-dan 20-nə keçən gecə vahimə şəraitində küçələrə çıxmış dinc əhalini 
faşist  vəhşiliyi  ilə  atəşə  tutdular.  Moskva  radiosu  tərəfindən  Bakıda  fövqəladə 


113 
 
vəziyyət yanvarın 20-də səhər elan edilənədək, şəhərdə Sovet ordusu tərəfindən 82 
nəfər  amansızcasına  öldürülmüş,  20  nəfəri  isə  ölümcül  yaralanmışdı.  Bütövlükdə 
isə yanvar faciəsi günləri Bakıda 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 
nəfər həbs olunmuşdu. Bunların əksəriyyəti gənclərdən ibarət idi. 
Bakıda  dinc  əhaliyə  qarşı törədilmiş qanlı  vəhşiliklərə  cavab olaraq Xəzər 
dənizinin ümumi gəmiləri heyəti Bakı buxtasında cəmləşərək Buxtanı  Sovet hərbi 
gəmiləri  üzünə  bağladılar.  Buxtadakı  gəmilər  5  gün  ərzində  sahildən  atəş  altında 
qalsalar  da,  oraya  heç  bir  hərbi  gəmini  buraxmadılar.  Bakıya  imperiya  qoşunları 
daxil olduğu 19 yanvarda  gəmilərin  əksəriyyəti Bakıdan 3 saatlıq məsafədə, Neft 
Daşlarında idilər. Bu xəbəri eşidən kimi bütün gəmilər Bakı istiqamətində üzməyə 
başladı  və  yanvarın  20-də  Bakı  buxtasında  100-ə  qədər  gəmi  lövbər  salmışdı. 
Həmin  gəmilərdə  min  nəfərdən  çox  neftçi  və  gəmi  xidmətçiləri  var  idi.  Xəzər 
gəmiçiliyi  idarəsinə  mənsub  olan  “Naxçıvan”  gəmisi  də  həmin  gəmilərə 
qoşulmuşdu. 
Beləliklə, 100-dən çox mülki gəmi Bakı buxtasında Sovet hərbi gəmiləri ilə 
qarşı-qarşıya durmuşdular.  Rus admiralı  Sidorov  mülki  gəmilərin  kapitanlarından 
tələb edirdi ki, Bakı buxtasını tərk etsinlər. Bu gəmilərin heyəti isə

SOS” siqnalı 
ilə  Bakıda  törədilmiş  qanlı  cinayətləri  bütün  dünyaya  xəbər  verirdi.  Dənizçilərin 
Baltik dənizindən aldıqları radioqrammada deyilirdi: “Qardaşlar, möhkəm dayanın, 
noviqasiya olmadığı üçün Xəzərə üzə bilmirik”. Az bir müddətdə dünyanın 50-dən 
artıq ölkəsinin gəmiçilərindən belə həmrəylik cavabları alındı. 
Bakı  buxtasına  sədd  çəkən  gəmilər  dar  ağaclarından  Sovet  bayrağını 
endirərək,  matəm  bayrağını  qaldırmışdılar.  Bu  gəmilər  dəniz  vağzalı  ətrafında 
toplaşdılar və “Sabit Orucov” sərnişin gəmisində qərargah yaradıldı. 
Yanvarın  24-də  “Sabit  Orucov”  gəmisinə  təkrarən  toplaşan  veteran-
gəmiçilər  qərara  gəldilər  ki,  gəmilərin  düşmən  əlinə  keçməməsi  üçün  onları 
buxtadan  çıxarmaq  lazımdır  və  gəmilər  Xəzər  Neft  Donanması  bazasına  yığışdı. 
Az  sonra  hərbi  gəmilərdə  yerləşdirilmiş  sərxoş  matroslar  Azərbaycan  gəmilərinə 
basqın  edərək  hər  gəmidən  iki-üç  nəfər  həbs  etdilər  və  Bakının  30 
kilometrliyindəki  Şüvəlan  qəsəbəsinə  apararaq  qollarını  arxadan  qandalladılar. 
Səhəri gün həbs edilmiş 40-a yaxın Xəzər gəmiçisi təyyarə ilə Krasnodara, oradan 
da  qatarla  Orenburqa  aparıldı  və  yalnız  bir  aydan  sonra  buraxıldılar.  Görünür, 
Moskva bu “güzəşti” Bakıda törətdiyi vəhşiliklərin üstünü örtmək üçün etmişdi. 
1990-cı ilin 20 yanvar faciəsi eyni zamanda Azərbaycan xalqının XX əsrin 
sonu  tarixində  qəhrəmanlıq  dastanı  oldu.  Həmin  gün  Azərbaycan  xalqı  70  illik 
Sovet dövrünün qorxusunu-qırmızı terrorunun zindanlar və həbsxanalarını adlayıb 
keçdi.  Həmin  gecə  xalqın  azadlıq  hərəkatında  dönüş  yarandı,  bu  hərəkat  zəfərə 
yönəldi. 


114 
 
Yanvarın  23-də  Bakıda  iki  milyonluq  xalqın  öz  şəhidlərini  tarixdə  misli 
görülməmiş  birlik  şəraitində,  düşmənlərə  nifrət  ilə  dəfn  etməsi  dünyanı  heyrətə 
gətirdi. Bu matəm günlərində Azərbaycan xalqı bir əsrə bərabər mübarizə təcrübəsi 
və dərsi aldı. Həmin  günlərdə Sovet Ordusu  Lənkəranda,  Cəlilabadda, Neftçalada 
və  Gəncədə  də  Bakıda  törətdiyi  vəhşiliklərə  bənzər  hərbi  əməliyyatlar  həyata 
keçirdi. 
1990-cı  ilin  yanvar  faciəsində,  ondan  sonrakı  Xocalı  soyqırımında  (fevral 
1992)  Rusiya  silahlı  qüvvələrinin  fəal  iştirakı  Rusiya  hakim  dairələrinin  bu  xain 
siyasətinin  üzdə  görünən  faktlarıdır.  Bütün  bunlar  ona  görə  edildi  ki,  Azərbaycan 
öz ərazisində Rusiyanın ordu hissələrinin qalmasına razılıq verməmişdi.  
1991-ci  ilin  sonunda  Sovetlər  İttifaqı  dağıldıqda  və  ittifaqa  mənsub  olan 
silahlar  bölüşdürüldükdə  Rusiyanın  şovinist  və  imperiyapərəst  siyasətçiləri 
Azərbaycana  ən  köhnə  silahların  verilməsinə  nail  oldular.  Az  sonra  isə  həmin 
Rusiya  işğalçı  Ermənistana  əlavə  1  milyard  dollar  qiymətində  ən  müasir  silahları 
da peşkəş verdi və bu proses indi də davam edir.  
Ölkə üçün ağır bir şəraitdə yenidən hakimiyyətə gələn Heydər Əliyev 1993-
cü ilin  noyabr ayının 2-də  radio və  televiziya  ilə  xalqa  müraciət etdi və  dəfələrlə 
hərbi  hissələrdə  vəziyyəti  yoxladı.  Görülən  tədbirlər  nəticəsində  Azərbaycan 
ordusuna  döyüş  hazırlığı  xeyli  yüksəldi.  Bütün  bunların  nəticəsi  idi  ki,  erməni 
silahlı qüvvələrinin 1993-cü ilin dekabrında və 1994-cü ilin yanvar-aprel aylarında 
başladıqları geniş miqyaslı hücumları nəticəsiz qaldı.  
1994-cü ilin 12 mayında Ermənistanla Azərbaycan arasında gedən müharibə 
cəbhələrində atəşkəs əldə edildi. Bununla da Azərbaycanda milli ordu yaradılması 
və  Ermənistanın  işğalçı  dövlət  olduğunu  geniş  beynəlxalq  ictimaiyyətə  sübut 
etmək üçün şərait yarandı.  
Azərbaycanın  müstəqil  dövləti  öz  qüdrətli  ordusunu  yaradarkən  müasir 
Türkiyə dövlətinin ilk prezidenti Atatürkün hərbi sərkərdəlik irsindən geniş istifadə 
edir. Böyük öndər Mustafa Kamal Atatürkün ən böyük xidmətlərindən biri onun öz 
qəhrəmanlığı  ilə  türk  əsgərini  qəhrəman  etməsidir.   

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə