Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə117/123
tarix04.04.2022
ölçüsü1,19 Mb.
#85050
1   ...   113   114   115   116   117   118   119   120   ...   123
milli sərkərdələrimizin döyüş yolunu öyrətməkdən 
ibarətdir.
  Son  zamanlar  “Azərbaycan  generalları”  kitabçası,  Böyük  Vətən 
Müharibəsində  Azərbaycan  diviziyalarının  və  azərbaycanlıların  iştirakı  haqqında 
bir  sıra  əsərlər  nəşr  edilmişdir.  Bu  işin  davam  etdirilməsi  bütün  xalqın 
vətənpərvərlik ruhunda tərbiyə edilməsinə xidmət edir. 


109 
 
Lakin bütün bunlarla yanaşı müstəqil  Azərbaycan gəncliyini milli və hərbi 
vətənpərvərlik ruhunda tərbiyə etmək üçün son on ildə məcburən cəlb edildiyimiz 
Qarabağ  müharibəsinin  həm  acı  dərslərindən,  həm  də  uğurlu  döyüşlərinin 
nümunələrindən geniş istifadə etmək lazımdır. 
Amerika professoru Foqel Kvist keçmiş  SSRİ-dəki milli-etnik münaqişələr 
haqqında kitab nəşr etdirmişdir. Kitabın ayrıca fəsli Dağlıq Qarabağ münaqişəsinə 
həsr  edilmişdir.  O,  bu  kitabında  yazmışdır:  “Qarabağ  münaqişəsini  doğuran 
səbəbləri  dəqiq  anlamaq  və  obyektiv  qiymətləndirmək  münaqişəni  törədən  məsul 
şəxslərin məsuliyyətini aşkarlamağı tələb edir. Yalnız belə olarsa, tökülmüş qanlar, 
törədilmiş  vəhşiliklər,  özü  də  heç  bir  müharibə  standartlarına  sığmayan 
vəhşiliklərin  sükanı  arxasında  dayanmış  qüvvələr  və  şəxslərin  əsl  siması 
aydınlaşar...  Münaqişənin yaranma səbəbləri haqqında bir çox detallar hələ də sirr 
buluduna  bürünmüşdür.    Hadisələrin  geniş  miqyas  aldığı  1988-ci  ilin  əvvəlində 
Sovet  mətbuatı  azad  deyildi.  Münaqişə  haqqında  verilmiş  məlumatların  əksəri 
şübhəli  xarakter  daşıyırdı,  həmin  məlumatların  çoxu  rus  və  erməni  dairələrindən 
verilirdi...  Qarabağ  böhranı  haqqında  erməni  tərəfinin  nöqteyi-nəzəri  daha  geniş 
dairələrə məlumdur”. 
Etiraf  etmək  lazımdır  ki,  Ermənistanın  daşnak  və  faşistləşmiş  qüvvələrinin 
separatçılığını  dünyaya  tanıtmaqda  çox  gecikmişik.  Yalnız  son  illərdə  bu  sahədə 
müəyyən addımlar atılmışdır. 
Erməni  şovinistlərinin  öz  xalqının  gəncliyini  türklərə  açıqcasına  nifrət 
ruhunda tərbiyə etməsi  müqabilində biz keçmişdə daşnaklar tərəfindən xalqımızın 
başına  gətirilmiş  soyqırım  və  terror  haqqında  danışmaqdan  belə  ehtiyat  etmişik, 
qorxmuşuq. 
Xalqımız  erməni  qəsbkarları  ilə  Qarabağ  uğrunda  döyüşlərdə  20  mindən 
çox  şəhid  vermişdir.  Bu  şəhidlərin  xatirəsini  əbədiləşdirmək  sahəsində  də  geniş 
miqyaslı  tədbirlər  görülmüşdür.  Böyük  Vətən  Müharibəsi  veteranlarının  geniş 
iştirakı  ilə  həmin  şəhidlər  haqqında  bir  neçə  kitab  yazılmış
46
,  onların  adları 
                                                           
46
 
Rafiq Səməndər. Şəhidlər. Bakı, 1990; 
Vasif Səmədov, Salar Aslanov. “Təki Vətən yaşasın”. Bakı, 1993; 
Yenə də onların. Vətən üçün lazım gəlsə. Bakı, 1994; 
Mehman Süleymanov. Milli qəhrəmanlar. Bakı, 1994; 
Fəridə Ləman. Qazax mahalının şəhidləri. B, 1995; 
Nəcəf Nazim. İstiqlal Ulduzları (Azərbaycanın Milli Qəhrəmanları). Bakı, 1995;  
Bahadur Xanməmmədov. Didərgin şəhidlər (Zəngəzurun Qafan rayonu üzrə). Bakı, 1995; 
Rizvan Zeynalov. Azərbaycanın Milli qəhrəmanları. Bakı 1996;  
İ.Z.İsmayılov. Nəsimi rayonunun şəhidləri, Bakı, 1997;  
Xələf Xələfov. Culfa şəhidləri, Bakı. 1998. 
 


110 
 
oxuduqları məktəblərə və işlədikləri müəssisələrə verilmiş, küçələrə onların adları 
qoyulmuşdur. Şəhid ailələri dövlət və xalqın daimi qayğısındadır. 
Bu sətirlərin müəllifi 1997-ci ildə “Nəsimi rayonunun şəhidləri” adlı kitabı 
(həcmi 205 səhifə) nəşr etdirmişdir. Kitabda 163 nəfər şəhid haqqında (şəkilləri ilə 
birlikdə)  müfəssəl  məlumat  verilir.  Bunlardan  139  nəfəri  Qarabağ  uğrunda 
döyüşlərdə şəhid olmuş (onlardan 20 nəfəri ölümlərindən sonra Azərbaycanın Milli 
qəhrəmanı  adına  layiq  görülmüşlər),  24  nəfəri  isə  1990-cı  ilin  Yanvar  faciəsi 
şəhidləridir. Bu şəhidlərdən 27 nəfəri Azərbaycanın ordenləri ilə təltif edilmişlər. 
1997-ci  ilin  sentyabrında  şəhidlərin  valideynləri  Nəsimi  rayon  İcra 
hakimiyyətinə  dəvət  edilmiş  və  orada  kitabın  təqdimatı  keçirilərək,  hər  bir  şəhid 
ailəsinə  kitabın  bir  nüsxəsi  verilmişdir.  Həmin  təqdimatda  çıxış  edən  bir  şəhid 
anası  demişdir:  “Bu  günə  qədər  evimdə  oğlumun  şəklinin  qarşısında  müqəddəs 
kitabımız 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə