47
Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə
fərqləndi. Kayzerin sarayı üstündə Qələbə bayrağını ilk dəfə mayın 1-də
sancanlardan olan baş leytenant Vahab Osmanov düşmən gülləsindən həlak oldu.
Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlardan biri isə
leytenant A.Məcidov və onun döyüşçüləri oldular.
Beləliklə 416-cı Azərbaycan milli diviziyası 27 ay ərzində döyüşlərlə 40
çayı keçərək (o cümlədən Dnepr, Visla, Oder) 2500 kilometr məsafəni qət etdi və
7900 kv. kilometr ərazini düşməndən azad etdi.
Qafqazdan Berlinədək döyüş yolu keçmiş 416-cı Azərbaycan Milli
diviziyası və onun alaylarına müharibə illərində general-mayorlar Tərlan
Əliyarbəyov, Heybət Heybətov, Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi)
komandirlik etmiş, diviziyanın siyasi şöbə rəisləri isə polkovniklər Rəşid Məcidov
və Xavər Vəliyev, eləcə də Əmrulla Dadaşov, İsmayıl Aslanov olmuşdur.
Hazırda 416-cı milli diviziyanın veteranlarının şurası Bakıda fəaliyyət
göstərir (sədri polkovnik Abu Müslüm Baxışevdir) və bu diviziyanın
veteranlarından 125 nəfəri əmrlərini davam etdirirlər. Diviziyanın Qafqazdan
Berlinədək döyüş yolu haqqında plakatlar və kitabçalar nəşr edilmişdir.
§ 4. Qafqaz uğrunda döyüĢlər - Böyük Vətən
Müharibəsində Qələbənin ən mühüm
mərhələlərindən biridir
28
Almaniya faşizmi özünün “Şərqə yürüş” (Dranq nax Osten) adlı ümumi
işğalçılıq planında Qafqazı və onun zəngin yataqlarını zəbt etmək planına xüsusi
yer verirdi. Bununla da eyni zamanda Şərqin Hindistan hüdudlarına qədər uzanan
geniş ərazilərini zəbt etmək üçün əsas baza əldə edilməsi nəzərdə tutulurdu.
Hitlerin 1940-cı ilin 18 dekabrında imzaladığı 21 saylı gizli direktiv sənədində
Almaniyanın SSRİ-yə qarşı müharibəyə başlaması üzrə “Barbarossa” planında
Almaniyanın başlayacağı müharibə “Şərq kompaniyası” adlandırılmışdı və onun
qələbə ilə qurtarmasına üç aydan beş aya qədər vaxt müəyyən edilmişdi. 1941-ci
ilin fevralında Almaniya ordusunun yüksək komandanlığına Hitlerin bu tələbi
28
“İkinci dünya müharibəsinin dərsləri və faşizm üzərində qələbənin əhəmiyyəti” adlı Beynəlxalq elmi
konfrans Qələbənin 50 illiyi münasibətilə 1995-ci ilin 18-19 aprelində Moskvada keçirilmişdir. Bu
kitabın müəllifi həmin konfransın plenar iclasında göstərilən mövzuda məruzə etmişdir. Konfransda 26
ölkədən (o cümlədən, ABŞ, Çin, İngiltərə, Almaniya, Yaponiyadan) nümayəndələr iştirak etmişdir.
Müəllifin rus dilində etdiyi məruzənin tərcüməsi verilir.
48
çatdırılmışdı ki, “Şərq kompaniyası” qurtaran kimi Hindistana yürüşün
başlanmasına hazırlıq nəzərdə tutulmalıdır. Həmin ilin iyun ayının əvvəlində
Almaniya hərbi komandanlığı planlaşdırmışdı ki, İranın, İraqın, Misirin və
Hindistanın zəbt edilməsi üzrə hərbi əməliyyatlara 1941-ci ilin payızından
başlanacaqdır. Göründüyü kimi Hitlerin bu qlobal işqalçılıq planının həyata
keçirilməsi üçün ən əvvəl Qafqaz zəbt edilməli idi. Aydındır ki, Hitlerin bu geniş
işğalçılıq planına qarşı Sovet rəhbərliyi ölkənin cənub sərhədlərinin, ilk növbədə
Qafqazın müdafiəsi üçün lazımi tədbirlər görməli idi və görürdü.
Almaniya faşist ordusunun SSRİ-yə qəflətən hücumu dövründə İranda
Almaniyanın 4 min nəfərlik casus şəbəkəsi var idi və bu təxribat qüvvəsi gizli
yollarla Sovetlər İttifaqına qarşı yönəldilmişdi. Sovet hökuməti İran şahı Rza
Pəhləviyə öz ölkəsinin faşist Almaniyası ilə ittifaqının yolverilməzliyi haqqında
dəfələrlə xəbərdarlıq etmişdisə də, Rza şah Pəhləvi bu xəbərdarlıqlara məhəl
qoymurdu. Buna görə də Sovet hökuməti İran rəhbərliyinə göndərdiyi rəsmi
Notada bildirdi ki, 1921-ci ilin 26 fevralında imzalanmış Sovet Rusiyası-İran
müqaviləsinin 6-cı maddəsinə uyğun olaraq Sovet qoşun hissələri Şimali İran
ərazilərinə göndərilir. Eyni zamanda Sovet-İngiltərə razılaşmasına əsasən
İngiltərənin qoşun hissələri də Cənubdan İran ərazisinə daxil olacaq idi.
1942-ci ilin 29 yanvarında Tehranda SSRİ, Böyük Britaniya və İran
arasında müttəfiqlik haqqında müqavilə imzalandı və həmin müqavilədə göstərildi
ki, müttəfiqlərə (SSRİ və Böyük Britaniya) İran ərazisində quru, dəniz və havadan
silahlı müdafiə üzrə qüvvələr yerləşdirməyə icazə verilir və bu ordu hissələri
İrandan Almaniya ilə müharibə qurtardıqdan sonra 6 ay müddətində çıxarılacaqdır.
Almaniya ordusu komandanlığı SSRİ-yə qarşı qəflətən başladığı
müharibənin ilk həftələrinin uğurlarından məst olaraq, 1941-ci ilin iyulunda
müharibənin III mərhələsinin planını cızmağa başlamışdı. Bu plana görə 1942-ci
ilin sentyabrında Almaniya ordusu Qafqaz keçidlərindən keçərək İran-İraq əraziləri
ilə Bağdad üzərinə hücumu davam etdirməli idi.
Lakin Sovet-Almaniya cəbhələrində müharibənin 1941-ci ilin sonunda
gedişi Hitlerin bu planlarını alt-üst etdi. 1941-ci ilin 5 dekabrında Sovet ordusu
Moskva altında əks hücuma keçərək faşist ordusunu 100-350 kilometrə qədər
Qərbə sıxışdırdı və bununla da düşmənin Moskvanı və Şimali Qafqazı 1941-ci ildə
zəbt etməsi planı boşa çıxdı.
1942-ci ilin yayında faşist ordusu komandanlığı Cənub istiqamətində yeni
hücum əməliyyatına başladı və burada əsas vəzifə Qafqazı zəbt etmək idi. Bunun
üçün “Edelveys” adlı xüsusi plan hazırlanmışdı və həmin planda o da göstərilirdi
ki, faşist ordusu Qafqaza yaxınlaşdıqda bu diyarda yaşayan xalqlar rus xalqına
qarşı mübarizəyə başlayacaqlar.
Dostları ilə paylaş: |