Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

47 
 
Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə 
fərqləndi.  Kayzerin  sarayı  üstündə  Qələbə  bayrağını  ilk  dəfə  mayın  1-də 
sancanlardan olan baş leytenant Vahab Osmanov düşmən gülləsindən həlak oldu. 
Brandenburq  qapıları  üstünə  mayın  2-də  qələbə  bayrağını  taxanlardan  biri  isə 
leytenant A.Məcidov və onun döyüşçüləri oldular. 
Beləliklə  416-cı  Azərbaycan  milli  diviziyası  27  ay  ərzində  döyüşlərlə  40 
çayı keçərək (o cümlədən Dnepr, Visla, Oder) 2500 kilometr məsafəni qət etdi və 
7900 kv. kilometr ərazini düşməndən azad etdi. 
Qafqazdan  Berlinədək  döyüş  yolu  keçmiş  416-cı  Azərbaycan  Milli 
diviziyası  və  onun  alaylarına  müharibə  illərində  general-mayorlar  Tərlan 
Əliyarbəyov,  Heybət  Heybətov,  Hacıbaba  Zeynalov  (diviziyanın  qərargah  rəisi) 
komandirlik etmiş, diviziyanın siyasi şöbə rəisləri isə polkovniklər Rəşid Məcidov 
və Xavər Vəliyev, eləcə də Əmrulla Dadaşov, İsmayıl Aslanov olmuşdur. 
Hazırda  416-cı  milli  diviziyanın  veteranlarının  şurası  Bakıda  fəaliyyət 
göstərir  (sədri  polkovnik  Abu  Müslüm  Baxışevdir)  və  bu  diviziyanın 
veteranlarından  125  nəfəri  əmrlərini  davam  etdirirlər.  Diviziyanın  Qafqazdan 
Berlinədək döyüş yolu haqqında plakatlar və kitabçalar nəşr edilmişdir. 
 
§ 4. Qafqaz uğrunda döyüĢlər - Böyük Vətən 
Müharibəsində Qələbənin ən mühüm 
mərhələlərindən biridir
28
 
 
Almaniya  faşizmi  özünün  “Şərqə  yürüş”  (Dranq  nax  Osten)  adlı  ümumi 
işğalçılıq  planında  Qafqazı  və  onun  zəngin  yataqlarını  zəbt  etmək  planına  xüsusi 
yer verirdi. Bununla da eyni zamanda Şərqin Hindistan hüdudlarına qədər uzanan 
geniş  ərazilərini  zəbt  etmək  üçün  əsas  baza  əldə  edilməsi  nəzərdə  tutulurdu. 
Hitlerin  1940-cı  ilin  18  dekabrında  imzaladığı  21  saylı  gizli  direktiv  sənədində 
Almaniyanın  SSRİ-yə  qarşı  müharibəyə  başlaması  üzrə  “Barbarossa”  planında 
Almaniyanın  başlayacağı  müharibə  “Şərq  kompaniyası”  adlandırılmışdı  və  onun 
qələbə  ilə  qurtarmasına  üç  aydan  beş  aya  qədər  vaxt  müəyyən  edilmişdi.  1941-ci 
ilin  fevralında  Almaniya  ordusunun  yüksək  komandanlığına  Hitlerin  bu  tələbi 
                                                           
28
“İkinci dünya müharibəsinin dərsləri və faşizm üzərində qələbənin əhəmiyyəti” adlı Beynəlxalq elmi 
konfrans  Qələbənin  50  illiyi  münasibətilə  1995-ci  ilin  18-19  aprelində  Moskvada  keçirilmişdir.  Bu 
kitabın müəllifi həmin konfransın plenar iclasında göstərilən mövzuda məruzə etmişdir. Konfransda 26 
ölkədən  (o  cümlədən,  ABŞ,  Çin,  İngiltərə,  Almaniya,  Yaponiyadan)  nümayəndələr  iştirak  etmişdir. 
Müəllifin rus dilində etdiyi məruzənin tərcüməsi verilir. 
  


48 
 
çatdırılmışdı  ki,  “Şərq  kompaniyası”  qurtaran  kimi  Hindistana  yürüşün 
başlanmasına  hazırlıq  nəzərdə  tutulmalıdır.  Həmin  ilin  iyun  ayının  əvvəlində 
Almaniya  hərbi  komandanlığı  planlaşdırmışdı  ki,  İranın,  İraqın,  Misirin  və 
Hindistanın  zəbt  edilməsi  üzrə  hərbi  əməliyyatlara  1941-ci  ilin  payızından 
başlanacaqdır.  Göründüyü  kimi  Hitlerin  bu  qlobal  işqalçılıq  planının  həyata 
keçirilməsi üçün ən əvvəl Qafqaz zəbt edilməli idi. Aydındır ki, Hitlerin bu geniş 
işğalçılıq  planına  qarşı  Sovet  rəhbərliyi  ölkənin  cənub  sərhədlərinin,  ilk  növbədə 
Qafqazın müdafiəsi üçün lazımi tədbirlər görməli idi və görürdü. 
Almaniya  faşist  ordusunun  SSRİ-yə  qəflətən  hücumu  dövründə  İranda 
Almaniyanın  4  min  nəfərlik  casus  şəbəkəsi  var  idi  və  bu  təxribat  qüvvəsi  gizli 
yollarla  Sovetlər  İttifaqına  qarşı  yönəldilmişdi.  Sovet  hökuməti  İran  şahı  Rza 
Pəhləviyə  öz  ölkəsinin  faşist  Almaniyası  ilə  ittifaqının  yolverilməzliyi  haqqında 
dəfələrlə  xəbərdarlıq  etmişdisə  də,  Rza  şah  Pəhləvi  bu  xəbərdarlıqlara  məhəl 
qoymurdu.  Buna  görə  də  Sovet  hökuməti  İran  rəhbərliyinə  göndərdiyi  rəsmi 
Notada  bildirdi  ki,  1921-ci  ilin  26  fevralında  imzalanmış  Sovet  Rusiyası-İran 
müqaviləsinin  6-cı  maddəsinə  uyğun  olaraq  Sovet  qoşun  hissələri  Şimali  İran 
ərazilərinə  göndərilir.  Eyni  zamanda  Sovet-İngiltərə  razılaşmasına  əsasən 
İngiltərənin qoşun hissələri də Cənubdan İran ərazisinə daxil olacaq idi. 
1942-ci  ilin  29  yanvarında  Tehranda  SSRİ,  Böyük  Britaniya  və  İran 
arasında müttəfiqlik haqqında müqavilə imzalandı və həmin müqavilədə göstərildi 
ki, müttəfiqlərə (SSRİ və Böyük Britaniya) İran ərazisində quru, dəniz və havadan 
silahlı  müdafiə  üzrə  qüvvələr  yerləşdirməyə  icazə  verilir  və  bu  ordu  hissələri 
İrandan Almaniya ilə müharibə qurtardıqdan sonra 6 ay müddətində çıxarılacaqdır. 
Almaniya  ordusu  komandanlığı  SSRİ-yə  qarşı  qəflətən  başladığı 
müharibənin  ilk  həftələrinin  uğurlarından  məst  olaraq,  1941-ci  ilin  iyulunda 
müharibənin  III  mərhələsinin  planını  cızmağa  başlamışdı.  Bu  plana  görə  1942-ci 
ilin sentyabrında Almaniya ordusu Qafqaz keçidlərindən keçərək İran-İraq əraziləri 
ilə Bağdad üzərinə hücumu davam etdirməli idi. 
Lakin  Sovet-Almaniya  cəbhələrində  müharibənin  1941-ci  ilin  sonunda 
gedişi  Hitlerin  bu  planlarını  alt-üst  etdi.  1941-ci  ilin  5  dekabrında  Sovet  ordusu 
Moskva  altında  əks  hücuma  keçərək  faşist  ordusunu  100-350  kilometrə  qədər 
Qərbə sıxışdırdı və bununla da düşmənin Moskvanı və Şimali Qafqazı 1941-ci ildə 
zəbt etməsi planı boşa çıxdı. 
1942-ci  ilin  yayında  faşist  ordusu  komandanlığı  Cənub  istiqamətində  yeni 
hücum əməliyyatına başladı və burada əsas vəzifə Qafqazı zəbt etmək idi. Bunun 
üçün “Edelveys” adlı xüsusi plan hazırlanmışdı və  həmin planda o da göstərilirdi 
ki,  faşist  ordusu  Qafqaza  yaxınlaşdıqda  bu  diyarda  yaşayan  xalqlar  rus  xalqına 
qarşı mübarizəyə başlayacaqlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə