Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

49 
 
Müharibənin  gedişi  faşist  nəzəriyəbazların  bu  ümidini  də  boşa  çıxardı. 
Qafqazın bütün xalqları ölkənin digər xalqları ilə birlikdə ümumi düşmən faşizmə 
qarşı  ölüm-dirim  mübarizəsinə  qalxdılar.  Qafqazı  müdafiə  edən  cəbhələrdən  biri 
olan  Zaqafqaziya  cəbhəsi      tərkibində      şəxsi      heyətləri      əsasən  Qafqaz 
xalqlarından  tərtib  edilmiş  12  milli  diviziya  vuruşurdu.  Bunların  içərisində  77-ci, 
223-cü, 396-cı, 402-ci, 416-cı diviziyalar Azərbaycan Milli diviziyaları idi. 
Qafqaz  uğrunda  döyüşlərin  ikinci  mərhələsinin  başlanması  və  Stalinqrad 
uğrunda  ağır  döyüşlər  faktiki  olaraq  eyni  zamanda  (1942-ci  ilin  iyulunda) 
başlanmışdı.  Lakin  faşist  orduları  1943-cü  ilin  fevralının  əvvəlində  Stalinqrad 
ətrafında darmadağın edildikdən sonra, Almaniya hərbi komandanlığı bütün qalmış 
qüvvələrini Qafqaz cəbhəsinə  yönəltdi və  Qafqaz  uğrunda  döyüşlər 14 ay  davam 
etdi. 
Qafqaz  regionunda  iqtisadi  və  hərbi  strateji  cəhətdən  ən  güclü  respublika 
Azərbaycan  olduğuna  görə  düşmənin  əsas  qüvvələri  də  bu  istiqamətə 
yönəldilmişdi. Təkcə onu demək kifayətdir ki, müharibənin bütün gedişi dövründə 
cəbhələri  benzin  və  digər  yanacaqla  əsasən  Azərbaycan  neftçiləri  təchiz  edirdi. 
Azərbaycan neftçilərinin bu böyük tarixi xidmətləri hələ müharibə illərində Marşal 
G.K.Jukov  və  marşal  K.K.Rokosovski  tərəfindən  dəfələrlə  minnətdarlıqla  qeyd 
edilmişdir. Bütün bunlara baxmayaraq Sovetlər İttifaqının matorlar müharibəsində 
əldə etdiyi tarixi qələbədə cəbhənin benzin və sürtkü materiallarına olan tələbatının 
75-90%-ni  fasiləsiz  olaraq  təchiz  edən  Bakı  şəhərinə  “Qəhrəman  şəhər”  adı 
verilmədi, halbuki bu ada o, bəzi şəhərlərdən əvvəl layiq görülməli idi. Azərbaycan 
Respublikası  Prezidenti  Heydər  Əliyev  böyük  iftixar  hissi  ilə  qeyd  etmişdir  ki, 
“Əgər  Bakının  nefti  olmasaydı,  Sovetlər  İttifaqının  qələbəsi  bəlkə  də  mümkün 
deyildi...” 
Faşist  Almaniyasının  Qafqazı  zəbt  etmək  planının  baş  tutmaması  onun 
Türkiyəni  də  bu  müharibəyə  cəlb  etmək  ümidini  də  puça  çıxardı  və  SSRİ-nin 
cənub sərhədlərinin təhlükəsizliyi təmin edildi. 
Bununla  belə  Almaniyanın  o  dövrdəki  müttəfiqləri  olan  Yaponiya  və 
Türkiyənin  1942-ci  ildə  Sovetlər  İttifaqına  qarşı  müharibəyə  başlamamalarının 
səbəbləri hələ indi də bəzi hərbi tarixçilərin və hərbi sərkərdələrin tədqiqat obyekti 
kimi qalmaqdadır. 
Aydındır  ki,  Sovetlər  İttifaqının  Ali  Baş  komandanlığı  belə  təhlükənin 
mövcudluğunu  hiss  edirdi  və  ölkəyə  qarşı  ikinci  və  ya  üçüncü  cəbhənin  açıla 
bilməsi  ilə  əlaqədar  olaraq  həmin  istiqamətlərdə  kifayət  qədər  hərbi  qüvvə 
saxlayırdı.  Təkcə  Qafqazda  1942-43-cü  ildə  11  atıcı  diviziya  və  2  hərbi  hava 


50 
 
qüvvələri  ordusu  saxlanılırdı
29
.  Qafqaz  eləcə  də  Qara  dəniz,  Kaspi  və  Azov 
dənizləri donanmaları tərəfindən müdafiə edilirdi. 
Müharibə illərinin diplomatik sənədlərinin öyrənilməsi sübut edir ki, 1943-
cü  ilin  əvvəlində  Yaponiya  və  Türkiyənin  faşist  Almaniyasına  münasibəti  xeyli 
soyumuşdu. Almaniya ordusunun güclü müqavimətinə baxmayaraq, o, 1943-cü ilin 
sonundan  etibarən  heç  bir  əməliyyatda  təşəbbüsü  öz  əlinə  ala  bilmədi  və  dünya 
xalqları  Almaniya  hərbi  qüvvələrinin  yaxın  vaxtlarda  məğlub  olacağını 
gözləyirdilər. 
Faşist  ordusunun  Qafqaz  dağları  ətəklərində  məğlub  edilərək  geriyə 
çəkildiyi  dövrdən  az  sonra  Sovet  siyasi  rəhbərliyi  öz  daxili  siyasətində 
bağışlanılmaz  bir  səhv  buraxdı:  1944-cü  ilin  əvvəlində  Şimali  Qafqazda  yaşayan 
çox saylı müsəlman xalqları bütövlükdə Qazaxıstan və Sibirə sürgün edildilər. Öz 
ölkəsinin  bir  qrup  müsəlman  xalqına  qarşı  bu  qəddar  cəza  tədbiri  üçün  heç  bir 
əsaslı səbəb yox idi və Stalin-Beriya-Mikoyan qrupunun bu qanlı tədbiri müharibə 
dövrünün  siyasətinin  qara  ləkəsi  kimi  tarixə  düşdü.  Belə  mürtəсe  siyasətin 
davamını biz müharibə qurtardıqdan az sonra öz evlərinə qaytarılmış hərbi əsirlərin 
1949-cu ildə hərbi düşərgələrə sürgün edilməsində gördük. 
Bu məruzənin müəllifi 30 il bundan əvvəl, 1944-cü ildə Qazaxıstana sürgün 
edilmiş  çeçen  yazıçısı  Xalid  Oşayev  ilə  öz  evində  görüşmüşdür.  1926-cı  ildən 
Sov.İKP  üzvü  olan  Xalid  Oşayev  söylədi  ki,  NKVD-də  xidmət  edən  azğınların 
tələbi ilə gecə qapımı açdıqda, onlara partiya biletimi göstərdim, lakin həmin bileti 
üzümə  çırparaq  mənə  dedilər:  “çeçensən?,  düş  qabağımıza,  sürgünə  gedirsən”  və 
bizi  mal-qara  daşınan  çirkli  vaqonlara  doldurdular.  Məlumdur  ki,  onları  17  il 
tikanlı məftillər arxasında yaşatdılar və əksəriyyəti də məhv edildi. 
Hörmətli  Veteranlar!  50  il  bundan  əvvəl  II  dünya  müharibəsi  kimi  qanlı 
müharibəni  antifaşist  və  demokratik  qüvvələrin  qələbəsi  ilə  qurtararkən,  biz 
hamımız güman edirdik ki, ölkəmizdə, o cümlədən Qafqazda həmişə sülh və əmin-
amanlıq olacaqdır. Lakin sizə məlumdur ki, Şimali Qafqazda indi müharibə gedir 
və  qan  tökülür.  Zaqafqaziyanın  hər  üç  respublikasını  əhatə  edən  iki  ərazidə  isə 
qanlı döyüşlərdən sonra atəşkəsə nail olunmuşsa da, əldə edilmiş atəşkəs möhkəm 
deyildir.  Bütün  Qafqazın  xalqlarına  isə  dinc  Qafqaz  evi  lazımdır  və  bu  haqda 
konkret təkliflər Azərbaycan prezidenti tərəfindən verilmişdir. 
Dünya  ictimaiyyətinə  məlumdur  ki,  dinc  Qafqaz  evinin  açarı  Rusiyanın 
əlindədir.  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  1994-cü  ilin 
iyununda  “Rusiya  qəzeti”  və  1994-cü  ilin  dekabrında  “Reklam  xəbərləri”  qəzeti 
                                                           
29
 A.A.Гречко, Битва за Кавказ, M., 1967, s.473-477 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə