Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

54 
 
müharibəsində  Azərbaycan  Respublikasının  xidməti,  fəaliyyəti,  rolu  çox  böyük 
olmuşdur”. 
Göstərilən  illərdə  Bakının  dəmir  yolu  və  Xəzər  dənizi  donanması  Orta 
Asiya  Respublikalarında  tikilən  yeni  müdafiə  zavodları  üçün  avadanlıq  daşıyan 
əsas nəqliyyat vasitəsi idi
33
. Xəzər dənizçiləri bütün yükləri düşmən bombardmanı 
altında daşıyırdılar. 
Kaspi  flotiliyası  Qara  dəniz  donanması  və  Azov  flotiliyası  ilə  birlikdə 
Taqanroq,  Mariupol,  Berdyansk,  Yeysk,  Temryuk  və  Kerç  şəhərlərinin,  bütün 
Krım yarımadasının faşistlərdən azad edilməsində fəal iştirak etmişdir. 
Müharibənin sonrakı illərində Kaspi flotiliyası döyüşçüləri Dnepr flotiliyası 
tərkibində Rumıniyadan başlayaraq Berlinin alınmasına qədərki döyüşlərdə iştirak 
etmişdir. Bütövlükdə isə müharibə illərində Kaspi flotiliyasının 5 min nəfərdən çox 
döyüşçüsü hərbi əməliyyatlarda iştirak etmişdir. 
Müharibə  illərində  Bakı  eyni  zamanda  yaralı  döyüşçülərin  müalicəsi  üçün 
böyük bir mərkəzə çevrilmişdi. Bütün respublikada  yaralı  əsgər və  komandirlərin 
müalicəsinə  qayğı  və  rəhbərlik  üçün  1944-cü  ilin  yanvarında  Xüsusi  yardım 
komitəsi yaradılmışdı və bu komitəyə dövlət xadimi və professor Əziz Əliyev sədr 
təyin  edilmişdi.  Tam  olmayan  məlumata  görə  müharibə  şəraitində  Bakıda  və 
Azərbaycanın digər yerlərində 441 min döyüşçü müalicə olunmuşdu. 
 
§ 6. Müharibənin sonrakı mərhələlərində 
Azərbaycanlı zabit və əsgərlərin 
döyüĢ rəĢadəti 
 
1943-cü  ilin  yayında  Almaniya  faşist  ordusu  ilə  ən  ağır  döyüşlər  Kursk-
Oryol  rayonlarında  və  Belqorod  ərazilərində  baş  verdi.  Bu  döyüşlərdə  hər  iki 
tərəfdən onlarla tank diviziyaları iştirak edirdi. 50 gün davam edən bu döyüşlərdə 
düşmənin  30  diviziyası  darmadağın  edildi.  Kursk  ətrafındakı  döyüşlərdə  rota 
komandiri qvardiya kapitanı İ.İlyasovun (Şamaxıda anadan olmuşdur) döyüşçüləri 
düşmənin  tank  batalyonuna  və  piyada  alayına  qarşı  mübarizədə  ən  təhlükəli 
mövqedə idi. Batalyon komandiri həlak olduqda İ.İlyasov komandirliyi öz üzərinə 
götürdü.  Döyüş  13  saat  davam  etdi  və  düşmənin  dörd  tankı  və  800  əsgəri  məhv 
edildi. Kursk ətrafındakı döyüşlərdə leytenant Osman Osmanov və Davud Quliyev, 
avtomatçı Hüseyn Əjdərov və digərləri xüsusilə fərqləndilər. 
                                                           
33
 История Второй Мировой войны, 1939-1945 гг. t. V, M. 1975, s.205 
 


55 
 
Ukraynanın  düşməndən  azad  edilməsində  416-cı  və  223-cü  Azərbaycan 
Milli  diviziyaları  və  271-ci  qarışıq  tərkibli  diviziyanın  döyüşçüləri  (böyük  bir 
hissəsi azərbaycanlılardan ibarət idi) cəsarət və  hünər  göstərdilər. 223-cü diviziya 
düşməndən Ukraynanın 16 yaşayış məntəqəsini azad etdi. 
Dneprin  keçilməsində  aparılan  döyüşlərdə  mayor  Baxış  Mehdiyev, 
leytenant  Məlik  Məhərrəmov,  baş  leytenant  Səlahəddin  Kazımov,  Məhəmməd 
Məhərrəmov  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq  görüldülər.  Kiyev  şəhərinin 
düşməndən  azad  edilməsində  xidmətlərinə  görə  batalyon  komandiri,  mayor  Xıdır 
Mustafayev də Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 
1944-cü  ilin  qışında  Sovet  Ordusu  Baltik  dənizindən  Qara  dənizə  qədərki 
bütün  cəbhələrdə  hücuma  keçmişdi.  Həmin  hücumlarda  əsas  vəzifə  Ukraynanın 
sağ sahilini, Belarusiyanı, Pribaltikanı, Krımı və Moldaviyanı azad etməkdən ibarət 
idi. Həmin ilin yanvarında Leninqradın mühasirəsi də ləğv edildi. 
Qərbi  Ukraynanın  düşməndən  azad  edilməsində  416-cı  Azərbaycan  Milli 
diviziyası xüsusilə fərqləndi. 1944-cü ilin aprelində Odessa düşməndən azad edildi. 
Kirovoqrad  və  Kaxovka  şəhərlərinin  azad  edilməsində  223-cü  Azərbaycan  milli 
diviziyasının  döyüşçüləri  fərqləndilər.  223-cü  və  416-cı  diviziyalar  Kişinyov 
şəhərinin də  azad edilməsində  döyüşmüşlər. Krımın  faşistlərdən təmizlənməsində 
77-ci və 223-cü Azərbaycan Milli diviziyaları fəal iştirak etdilər. 
Belarusiyanın  azad  edilməsində  (1944-cü  ilin  yayı)  Sovet  İttifaqı 
Qəhrəmanı General-mayor Həzi Aslanovun  komandir olduğu 35-ci tank briqadası 
böyük  şücaət  göstərdi.  General  Həzi  Aslanovun  tank  briqadası  Pribaltikanın  da 
faşist  ordusundan  azad  edilməsində  qəhrəmanlıq  nümunələri  göstərdi  və  həmin 
döyüşlərin birində (1945-ci ilin 24 yanvarında)  əfsanəvi general H.Aslanov həlak 
oldu.  Təəssüflər  olsun  ki,  onun  layiq  görüldüyü  ikinci  dəfə  Sovet  İttifaqı 
Qəhrəmanı adını xalqımıza qənim kəsilmiş  düşmən qüvvələr gizlətdilər və bu ad 
ona ölümündən çox sonra 1990-cı ildə verildi. 
77-ci      Azərbaycan    milli    diviziyası  1944-cü    ildə  Pribaltikanın  azad 
edilməsində fəal iştirak etmişdir. Təyyarəçi kapitan Adil Quliyev səmada düşmənlə 
keçirdiyi  54  döyüşdə  faşistlərin  18  təyyarəsini  məhv  etmişdi  və  ona  1945-ci  ilin 
fevralında Sovet İttifaqı Qəhrəmanı adı verildi. 
Belə  cəsur  komandirlərdən  biri  də  Dnepr  sahillərindən  Vyanaya  qədərki 
məsafədə  iki  il  ərzində  aparılan  ağır  döyüşlərdə  78-ci  atıcı  diviziyanın  453-cü 
alayına  komandirlik  etmiş  qvardiya  polkovnik  Əşrəf  Gəncəli  oğlu  Məmmədov 
(Mərəzə  rayonunun  Mərəzə  kəndində  1904-cü  ildə  dünyaya  göz  açmışdı) 
olmuşdur.  O,  1942-ci  ildə  məşhur  416-cı  diviziyanın  siyasi-komissarı  təyin 
edilmişdi  və  1943-cü  ilin  iyunundan  78-ci  diviziyada  alay  komandiri  vəzifəsinə 
göndərilmişdi. Cəsur komandir Əşrəf Məmmədov (1904-1979) 7 hərbi orden və 13 
döyüş medalı ilə təltif edilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə