Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

58 
 
Şükürovun, İsmayıl Əliyevin, İsmayıl Ağalarovun, Ağahüseyn Əliyevin, İsgəndər 
Alxasovun  Rusiya  Federasiyası,  Ukrayna,  Belarusiya  və  Pribaltika  ərazilərində 
1941-1944-cü  illərdə  partizan  hərəkatında  fəal  iştirakları  haqqında  məzmunlu 
oçerklər verilmişdir. 
Kapitan  İsmayıl  Əliyev  1942-ci  ilin  oklyabrında  Kalinin  vilayətində  təşkil 
edilmiş  partizan  briqadasının  ştab  rəisi  işləmiş  və  1943-cü  ilin  aprelinə  qədər 
düşmənə  qarşı  təşkil  edilmiş  bir  çox  əməliyyatlara  rəhbərlik  etmişdir.  Cəsur 
həmyerlimiz həmin ilin 23 aprelində rəhbərlik etdiyi döyüşdə həlak olmuşdur. 
Smolensk  ətrafında  fəaliyyət  göstərən  partizanlar  içərisində  hərbi  həkim 
Aliyə  Rüstəmbəyova  1942-ci  ildə  “Deduşka”  adlı  dəstədə  fəaliyyət  göstərmiş  və 
həmin ilin payızında döyüşdə həlak olmuşdur. 
Krasnadon şəhəri ətrafında təşkil edilmiş “Gənc qvardiya” partizan dəstəsi 
rəhbərliyi  tərkibində  Azərbaycanlı  Əli  Nəsrulla  oğlu  Dadaşov  da  olmuşdur  və  o, 
1943-cü ilin 15 yanvarında öz yoldaşları ilə birlikdə vəhşicəsinə qətl edilmişdir. 
Alfa Əli qızı Şirazinin (1925-1943) atası Əli Bağır oğlu Moskvada işləmiş 
və atası vəfat etdikdən (1927) sonra o, anası ilə Rostov şəhərinə köçmüşdür. Alman 
faşist ordusu Rostovu ikinci dəfə (1943-cü ilin əvvəlində) işğal etdiyi zaman Alfa 
partizan  hərəkatına  qoşulmuş  və  Ukraynanın  Pavlovka  kəndində  olan  Sovet 
partizan dəstəsində faşist işğalçılarına qarşı döyüşmüş və döyüşlərin birində (1943-
cü il) həlak olmuşdur. Göstərdiyi hərbi sücaətə görə o, “Vətən müharibəsi” ordeni 
ilə təltif edilmişdir. 
1943-cü ilin yayında Krımda fəaliyyət göstərən partizan dəstələri içərisində 
Azərbaycan partizan dəstəsi də var idi. Sonrakı illərdə Belarusiya torpaqlarında və 
Pribaltika  Respublikalarında  da  Azərbaycanlı  partizanlar  düşmənə  qarşı 
mübarizədə geniş miqyasda iştirak etmişlər. 
Azərbaycanlılardan Ukrayna torpaqlarında faşistlərə qarşı mübarizədə 5000 
nəfərə  qədər,  Belarusiya  torpaqlarında  isə  1000  nəfərə  qədər  döyüşçü  partizan 
dəstələrində fəal iştirak etmişlər
37

Azərbaycanlı  döyüşçülər  partizan  dəstələri  tərkibində  Avropanın  bir  neçə 
ölkəsində faşizmə qarşı müqavimət hərəkatında fəal iştirak etmişlər. 
Sovet  ordusunun  1943-cü  ildə  böyük  qələbələri  Hitler  Almaniyası  ordusu 
tapdağında  olan  Avropa  ölkələrində  antifaşist  müqavimət  hərəkatını  daha  da 
gücləndirmişdi. 
Hələ 1942-ci ilin yayında Polşanın Yedlin şəhərində Azərbaycanlı əsirlərin 
gizli  antifaşist  təşkilatı  yaradılmışdı.  Onun  təşkilatçıları  Hadı  Qiyasbəyov, 
                                                           
37
 Ə.Mədətov, Azərbaycan Böyük Vətən müharibəsində, B.1975 s.268-293. 
 


59 
 
Mirzəxan  Məmmədov,  İsmayıl  Heydərov  və  digərləri  olmuşdu.  Həmin  təşkilat 
hərbi  əsirlər  arasında  1942-ci  ildə  3000-dən  çox  antifaşist  məzmunlu  vərəqə 
yaymışdı. 
Fransanın  Rodez  rayonu  yaxınlığında  1943-cü  ilin  sentyabr-oktyabrında 
saxlanılan  Azərbaycanlı  hərbi  əsirlər  qrupuna  rəhbərlik  edən  həkim  Şahbazov  və 
feldşer  Tağı  Quliyev  yerli  (fransız)  partizan  dəstəsi  ilə  əlaqə  yaradaraq  tərtib 
etdikləri  antifaşist  ruhlu  vərəqələri  fransızca,  rusca  və  Azərbaycan  dilində  geniş 
yayırdılar.  Faşistlər  tərəfindən  həbs  edilərək  ölüm  cəzasına  məhkum  edilmiş 
Şahbazov  özünün  qətli  ərəfəsində  (06.10.43)  döyüş  yoldaşlarına  müraciət  edərək 
demişdi:  “Mənim  əziz  dostlarım!...  faşizmə  qarşı  mübarizəni  onun  darmadağın 
edilməsinə qədər davam etdirin!...
38
 
SSRİ-yə  qarşı  “İldırım  sürətli  müharibə”ni  başlayanda  Almaniyada  hərbi 
əsirlər üçün 28 düşərgə vardısa, 1944-cü ildə onların sayı 85-ə çatdırılmışdı
39

1943-cü ildən başlayaraq Almaniya hərbi rəhbərliyi Sovet əsirlərinin böyük 
bir  hissəsini  Avropada  zəbt  etdikləri  ərazilərdə  (Polşa,  Fransa,  Yuqoslaviya, 
İtaliya)  yerləşdirmişdilər.  Burada  əsas  məqsədlərdən  biri  həmin  əsirlərdən  yerli 
partizanlara qarşı mübarizədə istifadə etmək idi. 
1943-cü  ildə  Berlində  “Şərq  Xalqları  Nazirliyi”  təşkil  edilmişdi.  Bu 
nazirliyin  əsas  məqsədi  əsirlərdən  təşkil  edilmiş  milli  legionları  Sovet  ordusuna 
qarşı mübarizəyə hazırlamaq idi. 
Mətbuatda  verilən  məlumatlara  görə  (rəsmi  məlumatlar  yoxdur)  II  dünya 
müharibəsi illərində  Sovetlər  İttifaqı  vətəndaşlarından Yuqoslaviyada  6000 nəfər, 
Polşada  12000  nəfər,  İtaliyada  5000  nəfər,  Fransada  3000  nəfər,  Belçikada  800 
nəfər hərbi əsir və mülki şəxs partizan hərəkatında iştirak etmişdir. 
Polşanın Yedlino stansiyasında 500 nəfərdən ibarət 5 taborlu “Azərbaycan 
milli  legionu”  təşkil  edilmişdi.  Lakin  faşist  komandanlığının  bu  tədbiri  heç  bir 
nəticə vermədi. 
1943-cü  ilin  payızında  Krım  yarımadasında  Feodosiya  şəhəri  yaxınlığında 
yerləşən  və  tərkibi  əsasən  Azərbaycanlı  əsirlərdən  ibarət  olan  804-cü  və  806-cı 
taborların  şəxsi  heyəti  də  yerli  partizanlarla  əlaqə  yaradaraq  Sovet  ordusu 
komandanlığının  əmrlərini  yerinə  yetirəcəklərini  bildirmişdilər.  Eyni  zamanda 
bəllidir ki, Azərbaycan legionunun 805 saylı taborunun bir qrup döyüşçüsü 1944-
                                                           
38
 Q.Ə.Mədətov, Azərbaycan Böyük Vətən müharibəsində (rus dilində) B. 1975, s.34. 
39
 Бакинский рабочий, 22 iyun 1957.
 
 


60 
 
cü  ildə  Ukrayna  partizan  hərəkatına  qoşularaq  Mir  Cəfər  Bağırov  adına  partizan 
dəstəsi yaratmışdı
40

Azərbaycanlı döyüşçülər özlərindən asılı olmayaraq  mühasirə vəziyyətində 
əsir  düşdükdən  sonra  da  Avropa  ölkələrində  faşizmə  qarşı  müqavimət  hərəkatı 
çərçivəsində mübarizələrini davam etdirmiş və öz millətinin adını Azərbaycandan 
çox uzaqda şöhrətləndirmişlər: 
Azərbaycanlı  hərbi  əsirlərin  bir  dəstəsi  1943-cü  ilin  oktyabrında  İtaliyanın 
şimalına  gətirilmişdi.  Həmin  ilin  sonunda  Triyest  vilayətinin  Udine  şəhərində 
yerləşdirilmiş  Azərbaycanlı  əsirlərdən  45  nəfər  qaçaraq  yerli  partizanlarla 
birləşdilər.  1944-cü  ilin  fevralında  təşkil  edilmiş  böyük  partizan  dəstəsinin 
komandiri Cavad Həkimli, komissarı isə Mehdi Hüseynzadə idi. Onların rəhbərliyi 
altında  yaradılmış  təxribat  qrupuna  Mirdaməd  Seyidov,  Tağı  Əliyev,  Ənvər 
Məmmədov və alman antifaşisti Qans Frits daxil idi. Adriatikanın uzaq sahillərində 
partizan  Mixaylonun  (Mehdi  Hüseynzadənin)  əfsanəvi  qəhrəmanlıqları  “Uzaq 
sahillərdə” kinofilmində geniş təsvir edilir. 
Əfsanəvi partizan  Mehdi  Hənifə  oğlu  Hüseynzadə  (1918-1944) vətəndən 
uzaqlarda  -  Adriatika  sahillərində,  İtaliya  və  Yuqoslaviya  partizanları  ilə  birlikdə 
faşizmə qarşı mübarizədə öz xalqının adını bütün dünyada ucaltdı. 
Leytenant  Mehdi  Hüseynzadə  bir  müddət  223-cü  Azərbaycan  Milli 
diviziyasında  xidmət  etmiş,  Stalinqrad  ətrafındakı  şiddətli  döyüşlərin  birində  ağır 
yaralanaraq  əsir  düşmüşdür.  O,  Polşa,  İtaliya  və  Yuqoslaviyada  hərbi  əsir 
düşərgələrində  olmuş  və  Yuqoslaviyada  əsirlərin  faşist  hərbi  dəstələri  ilə 
mübarizəsində böyük rəşadət və mahir təşkilatçılıq nümunələri göstərmişdir. 1944-
cü ilin əvvəlində əsirlikdən qaçaraq Yuqoslaviya partizanlarına qoşulmuş və 9-cu 
partizan korpusunun 31-ci diviziyasında diversiya qrupunun rəhbəri olaraq ən çətin 
tapşırıqların  icrasında  iştirak  etmişdir.  Bu  tapşırıqlar  isə  faşist  hərbi  hissələrin 
arxasında hərbi eşelonları partlatmaq, hərbi qüvvələri məhv etməkdən ibarət idi. 
Mehdi  Hüseynzadə  1944-cü  ilin  16  noyabrında  Sloveniyada  faşistlərlə 
döyüşdə sonuncu gülləsini öz ürəyinə vuraraq həlak oldu və partizanlar tərəfindən 
dəfn  edildi.  Onun  qəbri  üstündə  yazılmışdır:  “Rahat  yat,  bizim  əziz  Mehdimiz, 
Azərbaycan  xalqının  qəhrəmanı,  azadlıq  uğrunda  sənin  böyük  hünərin  sənin 
dostlarının ürəyində həmişə yaşayacaqdır”. 
1942-44-cü    illərdə    Azərbaycanlı    əsirlər    Polşanın  Yedlino  şəhərində, 
Fransanın  Rodez  şəhərində,  İtaliyanın  Udins  şəhərində  gizli  antifaşist  təşkilatları 
yaratmışlar.  Bu  təşkilatlar  əsirlər  arasında  antifaşist  məzmunlu  vərəqələr  yayırdı. 
                                                           
40
 Bax: Ayna qəzeti, 7 dekabr 1996-cı il 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə