Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

63 
 
keçərək  Berqamo  şəhəri  yaxınlığında  partizan  dəstəsinə  daxil  olmuşdu. 
Həmyerlimiz  leytenant  Serafimo  adı  altında  partizanlıq  etmiş  və  1945-ci  ilin  25 
aprelində  Milan  şəhərinin  faşistlərdən  təmizlənməsi  üsyanında  qəhrəmanlıq 
göstərmişdir. Ona “Qaribaldi ulduzu” və “Milli bayraq” ordenləri verilmişdir. Şıxlı 
kəndində olan muzeydə onun haqqında geniş material vardır. 
Belə  partizanlardan  biri  də  hazırda  Bakı  şəhərinin  Nəsimi  rayonunda 
yaşayan Cəfərov Xançoban Bayram oğludur. 1919-cu ildə Ermənistanın Qokark 
rayonunun  Gözəldərə  kəndində  dünyaya  göz  açmış  serjant  Xançoban  Cəfərov 
1943-cü  ilin  iyununda  Leninqrad  ətrafındakı  döyüşlərin  birində  əsir  düşərək 
Almaniya  (Hamburq)  və  Fransa  əsir  düşərgələrindən  sonra  İtaliyanın  Pyaçensa 
şəhərində (13 A zonasında) əsirlər üçün olan düşərgədə 1946-cı ilədək yaşamışdır. 
1947-ci  ildə  Vyanadan  Budapeştə,  oradan  da  Lvova  gələrək,  doğulduğu 
yerə  buraxılmışdır.  (Xarici  ölkələrdə  olması  haqqında  “Patriot  haqqında  №  144 
vəsiqə”  -  Pyaçensa  şəhəri  divizionunun  komendantlığının  komissarı  tərəfindən 
verilmişdir  və  müvafiq  qeydiyyatlar  vardır).  Avropada  faşist  düşərgələrindən 
canını  qurtarmış  Xançoban  Cəfərov  erməni  faşistləri  tərəfindən  öz  doğma 
Gözəldərə kəndindən 1988-ci ildə vəhşiliklə qovulmuşdur və indi Bakıda yaşayır. 
 
§ 8. Böyük Vətən Müharibəsi illərində 
“Sovet Ġttifaqı Qəhrəmanı” və 
“ġöhrət” ordeninin üç dərəcəsi 
ilə təltif edilmiĢ Azərbaycanlılar 
 
Azərbaycanda  dünyaya  göz  açmış  vətəndaşlardan  müharibə  illərində  123 
nəfər “Sovet İttifaqı Qəhrəmanı” fəxri adına layiq görülmüş, 34 nəfər isə “Şöhrət” 
ordeninin hər üç dərəcəsi ilə təltif edilmişlər. Müharibə dövrünün bu qəhrəmanları 
haqqında  nəşr  edilmiş  məcmuə  və  yazıların  əksəriyyəti  rus  dilində  olmuşdur  və 
bunların da hamısı indi yalnız kitabxanalarda qalmışdır. 
Müstəqil  Azərbaycan  dövləti  ordusunun  döyüşçüləri  və  bütün  gənclərimiz 
üçün həmin qəhrəmanlar haqqında tərtib edilmiş bu qısa oçerklər şəklində yığcam 
məlumatlar onların hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində xüsusi əhəmiyyət 
kəsb edir. 
 
 
 
 
 
 
 


64 
 
ASLANOV Həzi Əhəd oğlu 
(1910-1945) 
iki dəfə “Sovet İttifaqı Qəhrəmanı”, 
tank qoşunları General-Mayoru 
 
Həzi Əhəd oğlu Aslanov Lənkəranda dünyaya göz açmış və böyümüş, Bakı 
və  Peterburq  məktəblərində  təhsil  almışdır.  1929-cu  ildə  hərbi  xidmətə  başlamış, 
Sovet-Finlandiya müharibəsində iştirak etmişdir. 
Alman faşizminin SSRİ-yə 1941-ci ilin 22 iyununda müharibə başladığı ilk 
günlərdə  kapitan  Həzi  Aslanovun  komandir  olduğu  tank  batalyonu  Lvov 
yaxınlığında yerləşirdi və faşistlərlə ilk döyüşü Zoloçev adlı yerdə başladı. 
1941-ci ilin son aylarında Moskva ətrafındakı döyüşlərdə hərbi təşkilatçılıq 
bacarığı  və  şəxsi  igidliyinə  görə  ona  podpolkovnik  rütbəsi  verildi.  Onun  hərbi 
sərkərdəlik  sahəsində  xüsusi  məharəti  1942-ci  ilin  15-19  dekabrında  Stalinqrad 
uğrunda vuruşlarda özünü bir daha göstərdi. 
Stalinqrad  şəhəri  uğrunda  vuruşlar  zamanı  polkovnik  Həzi  Aslanovun 
komandir olduğu 55-ci tank alayı Verxni-Kumskda general-feldmarşal Manşteynin 
ordu  birləşmələrinin  arası  kəsilmədən  təşkil  etdikləri  hücumların  qarşısını  alan 
hissələrdən  biri  olmuşdur.  Həmin  vuruşlara  görə  Həzi  Aslanova  1942-ci  ilin  22 
dekabrında Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir. 
1943-cü ilin payızında 35-ci Qvardiya tank briqadasının şəxsi heyəti aldığı 
yeni  texnika  ilə  döyüşlərə  hazırlaşdığı  dövrdə  polkovnik  H.Aslanov  Moskvada 
Zirehli  tank  və  motorlu  qoşunlar  akamiyasına  təhsilə  göndərilir.  Akademiyanı 
bitirmək ərəfəsində, 13  mart 1944-cü ildə ona general-mayor rütbəsi verilir. Tank 
qoşunları  qvardiya  general-mayor  hərb  təcrübəsində  “cinahlardan  zərbə  vurmaq 
taktikasının”  mahir  ustası  kimi  tanınmış  sərkərdədir  və  bu  sahədə  hərb  elmini 
zənginləşdirmişdir.  Yalnız  1944-cü  ildə  onun  adı  Ali  Baş  Komandan  İ.V.Stalinin 
qələbə münasibəti ilə verdiyi əmrlərdə 8 dəfə çəkilmişdir. 
General-mayor  Həzi  Aslanova  ikinci  dəfə  Sovet  İttifaqı  Qəhrəmanı  adı 
verilməsi materialları həmin müharibə illərində də xalqımıza düşmən olan qüvvələr 
tərəfindən gizlədilmişdi və ona ikinci dəfə “Sovet İttifaqı Qəhrəmanı” adı 1990-cı 
ildə verildi. 
Görkəmli  hərbi  sərkərdə,  iki  dəfə  Sovet  İttifaqı  Qəhrəmanı,  qvardiya 
general-mayor Həzi Aslanov 1945-ci ilin 24 yanvarında (faşizm üzərində qələbəyə 
üç  ay  yarım  qaldığı  bir  vaxtda)  Yelqava    şəhəri  (Litva)  yaxınlığındakı  vuruşda 
qəhrəmancasına  həlak  olmuşdur.  Döyüşlərdə  komandirlik  rəşadətlərinə  və  şəxsi 
igidliklərinə görə o, 11 orden və bir sıra hərbi medallarla təltif edilmişdir. 
Bakıda  Dağüstü  parkda  dəfn  edilmişdir.  Bakıda  zabitlər  evi,  Volqoqradda 
küçə,  Bakı  və  Volqoqradda  məktəb  və  tanker  onun  adını  daşıyır.  Lənkaranda  ev 


65 
 
xatirə  muzeyi  yaradılmışdır.  Onun  adı  təhsil  aldığı  Bakı  Ümumi  Ordu 
Komandirləri  Məktəbinin  I  rotasının  şəxsi  heyətinin  siyahısına  əbədi  olaraq  daxil 
edilmişdir. 
 
 
Sovet Ġttifaqı Qəhrəmanı, akademik 
BÜNYADOV Ziya Musa oğlu 
(1921-1997) 
 
Azərbaycanın  Astara  şəhərində  dünyaya  göz  açmış  və  1939-cu  ildə  hərbi 
xidmətə çağırılmışdır.  1941-ci ildə Bakıda hərbi məktəbi qurtarmış və 1942-ci ilin 
avqustunda  5-ci  Zərbə  Ordusu  tərkibində  (I  Belarus  cəbhəsi)  olan  xüsusi  atıcı 
rotaya komandir göndərilmişdir. 
1945-ci  ilin  14  yanvarında  kapitan  Ziya  Bünyadovun  rotası  Pilitsa  çayını 
keçərək, körpünü müdafiə etmiş və arxadan gələn Sovet ordu hissələrinin körpünü 
keçərək  hücumu  genişləndirməsini  təmin  etmişdir.  Bu  döyüşdə  kapitan  Ziya 
Bünyadovun  rotası  100  nəfərdən  çox  düşməni  məhv  etmiş  və  45  nəfərini  əsir 
götürmüş, 5 mina atan və 3 top qənimət götürmüşdür. Bu döyüşə görə ona 1945-ci 
ilin 27 fevralında Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 
Podpolkovnik Ziya Bünyadov 1946-cı ildə orduda xidmətdən tərxis edilmiş 
və  elmi  işdə  böyük  uğurlar  qazanmışdır.  Moskvada  Şərqşünaslıq  İnstitutunu 
qurtardıqdan  sonra  (1950)  Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının 
müxbir  üzvü  və  həqiqi  üzvü  (1969)  seçilmiş,  uzun  illər  Akademiyanın 
Şərqşünaslıq İnstitutunda direktor və Akademiyanın Vitse Prezidenti vəzifələrində 
işləmişdir. 
Akademik  Ziya  Bünyadov  şovinist  erməni  tarixçilərinin  çoxsaylı 
saxtakarlıqlarını  təkzibedilməz  elmi  faktlarla  ifşa  etmiş,  onların  Azərbaycan 
torpaqlarına sahib olmaq iddialarının əsassızlığını, Ermənistanın hazırki ərazisində 
vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığını elmi əsərlərində sübut etmişdir. 
Azərbaycanda  tarix  elminin  totalitarizm  buxovundan  azad  edilməsi, 
Azərbaycan  Demokratik  Respublikası  (1918-1920)  tarixinin  öyrənilməsi,  siyasi 
repressiya qurbanlarına bəraət verilməsi üçün lazımi sənədlərin axtarılıb tapılması 
sahəsində onun elmi axtarışları vətəndaşlıq mövqeyinin təntənəsidir. Azərbaycanda 
tarix  elmi  və  şərqşünaslıq  sahəsində  əldə  edilmiş  nailiyyətlərin  böyük  bir  hissəsi 
akademik Ziya Bünyadovun adı ilə bağlıdır. “60-70-ci illərdə Ermənistan millətçi 
və  separatçı  qüvvələri  tərəfindən  Qafqaz  tarixinə  aid,  o  cümlədən  Ermənistan-
Azərbaycan  tarixinə  dair  cürbəcür  və  tariximizi  təhrif  edən,  saxtalaşdıran, 
Ermənistanda  meydana  çıxmış  müxtəlif  yazıların,  məqalələrin  əleyhinə  ilk  dəfə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə