Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

56 
 
Hərbi  döyüş  rəşadətinin  ən  yüksək  nümunələri  sırasına  geniş  hücum 
əməliyyatına  mane  olan  düşmən  atəşini  susdurmaq  üçün  həmin  atəş  yerini  son 
anda  öz  bədəni  ilə  örtərək,  hücum  əməliyyatı  üçün  şərait  yaratmaq  kimi  çox 
yüksək fədakarlıq və şəhidlik əzmi daxildir. Azərbaycanlı döyüşçülərdən qvardiya 
serjantı  Gəray  Əsədov,  matros  Qafur  Məmmədov  bu  qəhrəmanlıq  nümunəsini 
təkrar  etdilər.  Berlinə  Qələbə  bayrağı  sancılması  günlərində  həlak  olan  və  Sovet 
İttifaqı Qəhrəmanı adına layiq görülən döyüşçülər içərisində Azərbaycanlı Məstan 
Əliyev də vardır. 
Yuxarıda  göstərilən  Milli  diviziyalardan  əlavə  müharibə  illərində  151-ci, 
271-ci,  275-ci,  295-ci,  319-cu,  320-ci  qarışıq  milli  tərkibli  diviziyalarda  da  külli 
miqdarda Azərbaycanlı döyüşçülər düşmənlə mübarizədə qəhrəmanlıq nümunələri 
göstərmişlər
34
. Bu diviziyaların əksəriyyəti Azərbaycanda təşkil edilmişdir. 
Bütün  bunlardan  əlavə  Azərbaycanlı  döyüşçülər  Sovet  Ordusunun  digər 
diviziya  və  polklarında  da  xidmət  etmiş  və  döyüşlərdə  xalqına  layiq  qəhrəmanlıq 
nümunələri göstərmişlər
35

 
§ 7. Azərbaycanlı döyüĢçülərin 
faĢizmə qarĢı partizan və müqavimət 
hərəkatlarında iĢtirakı 
 
Almaniya  faşist  ordusunun  işğal  etdiyi  Sovet  ərazilərində  partizan 
müharibəsinin  təşkili  haqqında  göstəriş  ölkənin  ali  partiya  orqanı  xəttilə  1941-ci 
ilin  18  iyulunda  qəbul  edilmiş  qərarda  nəzərdə  tutulmuşdu.  Sovet  Məlumat 
Bürosunun  1941-ci  il  5  iyul  xəbərində  deyilirdi:  “Düşmən  tərəfindən  zəbt  edilən 
ərazilərdə  kortəbii  kütləvi  partizan  hərəkatı  baş  verir”.  Partizan  dəstələrinin 
tərkibinə  mühasirəyə  düşmüş  döyüşçülərin  bəziləri  də  daxil  ola  bilirdilər.  İşğal 
olunmuş  Sovet  ərazilərində  1941-ci  ilin  sonunda  3500  partizan  dəstəsi  və  qrupu 
mövcud  idi.  Onların  gizli  fəaliyyətinə  800  şəhər  və  rayon  partiya  komitəsi 
rəhbərlik edirdi. 
Sovet  hökumətinin  1942-ci  il  27  aprel  tarixli  notasında  faşistlərin 
partizanlara  qoşulmuş  döyüşçülərə  qarşı  tətbiq  etdikləri  ağır  işgəncələr  haqqında 
beynəlxalq  ictimaiyyətə  xəbər  verilmişdi  və  burada  adları  çəkilənlər  içərisində 
azərbaycanlı  Cəfər  İsmayılzadə,  Əlibəy  Quluzadə,  İslam  Məmmədəli  oğlu,  Əsgər 
Mustafa oğlunun da adı var idi (Bax: “Pravda”, 28 aprel 1942). 
                                                           
34
 Bax: Ф.Е.Боков, Бессмертный подвиг сынов Азербайджана, Б.1971 
35
 Bax: Герои Советского Союза - сыны Азербайджана, Б. 1965  
 


57 
 
Ukraynanın  Xarkov  vilayəti  ərazisində  1942-ci  ilin  yanvarında  faşist 
ordusuna qarşı mübarizə aparan 57-ci ordunun batalyonlarından birinin komissarı 
Vəli  Hüseyn  oğlu  Axundov  (Azərbaycan  Respublikası  Ali  Sovetinin  deputatı  idi) 
batalyon  ilə  birlikdə  mühasirəyə  düşdükdə  qərara  gəldi  ki,  döyüşə-döyüşə 
mühasirədən  çıxaraq  xırda  hissələrlə  partizan  dəstələrinə  qoşulsunlar.  Bu  yol  ilə 
Vəli  Axundov  mühasirədən  çıxaraq,  Aleksandr  Matveyeviç  adı  ilə  yaxın  ərazidə 
aqronom vəzifəsində işləməyə başladı. “Pan aqronom” Ukraynanın Lazovoy dəmir 
yol  qovşağı  ətrafında  təşkil  edilmiş  gizli  antifaşist  dəstələrə  rəhbərlik  edirdi. 
Həmyerlimiz  xeyli  hərbi  əsirin  faşist  düşərgəsindən  qaçmasını  təşkil  etmişdi. 
V.Axundovun komissar olduğu partizan dəstəsi 1943-cü Sovet ordusu hissələri ilə 
birləşir  və  1943-cü  ilin  yayında  birgə  aparılan  döyüşlərin  birində  qəhrəmancasına 
həlak  olur  və  ölümündən  sonra  “İgidliyə  görə”  medalı  ilə  təltif  edilmişdir. 
Həmyerlimizin  ölməz  obrazı  V.Milyuxa  və  Q.Qalkinanın  “Komendant  saatı” 
pyesində  öz  təcəssümünü  tapmışdır  və  bu  əsər  Xarkov  Akademik  Dram  teatrında 
dəfələrlə tamaşaya qoyulmuşdur
36

1942-ci ildə yenə də Ukraynada partizan hərəkatına qoşulmuş Azərbaycanlı 
döyüşçü Aslan Əliyev iki dəfə Sovet İttifaqı qəhrəmanı Sidor Kovpakın rəhbərlik 
etdiyi  partizan  dəstəsinin  rabitəçisi  olmuşdur.  Faşist  ordu  dəstələri  ilə  növbəti 
döyüşlərin birində həlak olan Aslan Əliyevin məzarı üstündəki nitqində S.Kovpak 
onu “əsil qəhrəman” adlandırmışdı. Aslan Əliyev ilə birgə partizanlara qoşulan və 
sonralar  Belarusiya  torpaqlarında  döyüşən  Babaş  Dadaşovun  qəhrəmanlıqları 
haqqında  Səməd  Vurğun  “Partizan  Babaş”  adlı  şer  yazmışdır.  Babaş  Dadaşova 
Çerniqovun fəxri vətəndaşı adı verilmişdir. 
Sonrakı  illərdə  S.Kovpakın  rəhbərliyi  altında  döyüşən  Sumsk  partizan 
bölgəsi  tərkibində  Qafar  Əliyev,  Əsəd  Əliyev,  Mehdi  Əliyev,  Həsən  Quliyev, 
Xanoğlan Kərimov, Firudin Rzayev və başqa Azərbaycanlılar döyüşmüşlər. 
Mayıl  Alıcanovun  “Azərbaycan  döyüşçülərinin  partizan  hərəkatında 
iştirakı”  kitabında  Əli  Dadaşovun,  Xanlar  Babanlının,  Nadir  Teymurzadənin, 
İsmayıl  Nəbiyevin,  Məmməd  Əliyevin,  Aslan  İbadovun,  Mirzəli  Hacıyevin,  Alfa 
Əli  qızı  Şirazinin,  Sara  İbrahimovanın,  Əlimərdan  Əlimərdanovun,  Məmməd 
Axundovun,  İzzətulla  Nəsrullayevin,  Hümmət  Namazovun,  İbrahimxəlil 
Məmmədovun,  Ələkbər  Əliyevin,  Məmməd  Məmmədovun,  İsa  Hüseynovun, 
Məzahir  Hənifəyevin,  Musa  Əliyevin,  Zəfər  Qədimovun,  Qara  Qurbanovun,  Hacı 
Hüseynovun,  Məmməd  Əliyevin,  Sahib  Hacıyevin,  Hacı  Qafarovun,  Niyazi 
Axundzadənin,  Mövlud  Süleymanovun,  Aliyə  Rüstəmbəyovanın,  Şəfahət 
                                                           
36
 Mayıl Alıcanov, Azərbaycan döyüşçülərinin partizan hərəkatında iştirakı, Bakı, 1975, s.55-59 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə