Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   27   28   29   30   31   32   33   34   ...   48

78 
 
1941-ci  ilin  avqustunda  Sovet  Ordusu  hissələri  tərkibində  Cənubi  Azərbaycana 
(İrana) göndərilmişdi. 
1941-ci  ilin  oktyabrından  etibarən  serjant  Boris  Yenaliyev  Böyük  Vətən 
Müharibəsi cəbhələrində vuruşmuş və onun döyüş yolu Xarkov, Krım, ..., Berlinə 
qədər uzanmışdır. 
Almaniya  paytaxtını  iki  hissəyə  bölən  Şpreye  çayının  keçilməsi 
əməliyyatında  Boris  Yenaliyev  şəxsi  igidlik  göstərərək,  ağır  döyüşlərdə  20  faşist 
zabit və əsgərini  məhv etmiş  və böyük bir  əməliyyatın  həyata keçirilməsini təmin 
etmişdir. 1945-ci 31 mayında ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. 
Müharibə  qurtardıqdan  sonra  Boris  Yenaliyev  Bakıya  qayıtmış  və  burada 
əmək fəaliyyətini davam etdirmişdir. 
 
KOVERĠN Ġlya Ananyeviç 
 
Azərbaycanın  Astara  rayonunda  1910-cu  ildə  dünyaya  göz  açmış  İlya 
Koverin  müharibə  başlanana  kimi  hərbi  xidmətə  çağırıldı  və  tank  hissəsində 
döyüşə başladı.  
Tankçı  İlya  Koverinin  döyüş  yolu  Qafqazdan  Rumıniyaya  qədər  uzun 
olmuşdur.    Və  onun  ən  ağır  döyüşü  də  1944-cü  ilin  16  sentyabrında  Rumıniya 
torpağında oldu. 
Bütün günü davam edən döyüşdə tank heyətində olan 5 nəfərdən yalnız İlya 
Koverin  sağ  qalır  və  tankı  da  sıradan  çıxır.  Döyüşün  ikinci  günü  faşistlər  Sovet 
əsgərini əsir götürmək üçün dəfələrlə hücuma keçirlər. Cəsur döyüşçü tankda olan 
silah və qranatlarla düşmənləri tankın ətrafında məhv edir.  
Döyüşün  3-cü  gününün  axşamı  İlya  Koverin  qaranlıq  gecədə  tankı  tərk 
edərək, öz hissəsinə qayıda bilmişdi. 
İlya Koverinə Sovet İttifaqı Qəhrəmanı fəxri adı 1945-ci ilin 17 avqustunda 
verilmişdir. 
Müharibə qurtardıqdan sonra Koverin Astara rayonuna qayıtmışdır. 
 
KALĠNĠÇENKO Qriqori Martınoviç 
(1903-1943) 
 
Cənubi  Ukraynanın  Xerson  vilayətində  dünyaya  göz  açmış  Qrirori 
Kaliniçenko  1928-30-cu  illərdə  orduda  xidmət  etmiş  və  bu  xidmətdən  tərxis 
olunduqda Bakıya gəlmiş və burada limanda və zavodda işləməyə başlamışdı. 
Böyük  Vətən  Müharibəsinə  də  Qriqori  Kaliniçenko  Bakıdan  getmişdir. 
Hərbi  məktəbi  leytenant  rütbəsi  ilə  qurtaran  Qriqori  Kaliniçenko  Qafqaz  dağları 
ətəklərindən döyüşə başlamışdır. 


79 
 
Leytenant Qriqori Kaliniçenkonun ən ağır son döyüşü Ukraynanın əsas çayı 
olan  Dneprin  keçilməsində  baş  verdi.  Komandir  öz  rotasının  Dnepri  keçməsini 
böyük  ustalıqla  təmin  etmişdi.  Lakin  son  dəqiqələrdə  düşmən  gülləsi  komandirə 
tuş oldu. Ona Sovet İttifaqı Qəhrəmanı 1943-cü ilin 19 noyabrında verilmişdir. 
 
KĠLDYAKOV Mixayıl Andreyeviç 
 
Bakıda  dülgər  ailəsində  dünyaya  göz  açmış  Mixayıl  Kildyakov  dəmir 
yolunda  işlədiyi  üçün  ordu  sıralarına  çağırışdan  möhləti  olmasına  baxmayaraq, 
könüllü olaraq döyüşən Orduda xidmətə getdi və batalyon komandirinin siyasi işlər 
üzrə  müavini  vəzifəsində  Dunay  çayı  sahilinə  qədərki  məsafədə  döyüş  yolu 
keçmişdir. 
Mixayıl  Kildyakovun  son  döyüşü  1945-ci  ilin  30  martında  Dunay  çayı 
sahilindəki  Komarno  (Çexoslovakiya)  şəhərini  azad  etmək  əməliyyatı  zamanı 
olmuşdur. Həmin gecə döyüşündə batalyonun 1-ci dəstəsi ilə sahilə çıxan komissar 
əməliyyatın  qələbəsini  təmin  etmişdi,  lakin  son  dəqiqələrdə  qəflətən  düşmən 
atəşinin  qurbanı  oldu.  Sovet  İttifaqı  Qəhrəmanı  fəxri  adı  ona  1946-cı  ilin  15 
mayında verilmişdir. 
 
KLĠMOV Pavel Dmitreviç 
 
Bakıda  1920-ci  ildə  dünyaya  göz  açmış  Pavel  Klimov  sənaye  institutunda 
(İndiki  Azərbaycan  Dövlət  Akademiyası)  təhsilə  başlamış,  1938-ci  ildə 
təyyarəçilik məktəbində təhsilini davam etdirmişdir.  
O,  müharibədə  iştiraka  Şimal  donanmasında  1943-cü  ildə  başlamış  və 
həmin ilin  31 noyabr gecəsi Şimal donanması qırıcı təyyarəçiləri içərisində faşist 
bomba atan təyyarəsini təkbaşına döyüşdə məhv etməyə nail olmuşdur.  
Böyük  Vətən  müharibəsi  qurtarana  qədərki  dövrdə  bakılı  Pavel  Klimov 
onlarla  düşmən  təyyarəsini  məhv  etmiş  və  1943-cü  ilin  24  martında  ona  Sovet 
İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.  
1965-ci  ildə  polkovnik  rütbəsində  olan  P.D.Klimov  hərbi  hava  qüvvələri 
sistemində xidmət edirdi. 
 
KOÇALAYEVSKĠ Yuriy Petroviç 
 
1920-ci  ildə  Bakıda  anadan  olmuş  Yuriy  Koçalayevski  Böyük  Vətən 
müharibəsində  hərbi  təyyarəçi  kimi  iştiraka  başlamışdır.  Leytenant  Yuriy 
Koçalayevski  müharibə  illərində  127  hərbi  döyüş  uçuşu  etmiş  və  bunların 
əksəriyyəti  düşmənin  Şimal  dənizində  hərbi  və  nəqliyyat  gəmilərinin  məhv 


80 
 
edilməsinə yönəldilmişdi. Bu döyüşlərdə o düşmənin yeddi nəqliyyat gəmisini, bir 
neft  daşıyan  tankerini  və  bir  hərbi  mühafizə  gəmisini  məhv  etmişdir.  Ona  Sovet 
İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 31 mayında verilmişdir. 
 
LEVĠN Semyon Samuiloviç 
 
Bakıda 1904-cü ildə dünyaya göz açmış Semyon Levin Sovet – Finlandiya 
müharibəsində  zabit  rütbəsində  iştirak  etmişdir.  Böyük  Vətən  müharibəsi 
başlandıqda  atıcı  diviziyada  ştab  rəisi,  az  sonra  isə  komandir  vəzifəsində  Volqa 
çayı və Donbas ətrafındakı döyüşlərdə iştirak etmişdir.  
Qvardiya polkovnik S.Levinin komandir olduğu 62-ci atıcı diviziya 1943-cü 
ilin 1 senyabrında İlovaysk stansiyasını (Donbas) düşməndən azad etmişdir. 
1945-ci  ilin  yanvarında  həmin  diviziya  3-cü  Belorusiya  cəbhəsi  tərkibində 
Şərqi  Prussiya  ərazilərində  döyüşürdü.  Bu  döyüşlərə  görə  62-ci  diviziyaya  3-cü 
orden  verildi  və  onun  komandiri  S.Levin  Sovet  İttifaqı  Qəhrəmanı  adına  layiq 
görüldü. 
 
LOZOV Vasiliy Savelyeviç 
 
Krasnodarın Mixaylovka kəndində doğulmuş Vasiliy Lozov 13 yaşında ikən 
(1927-ci  ildə)  Bakıya  gəlmiş  və  1937-ci  ildə  buradan  könüllü  olaraq  orduda 
xidmətə getmişdir.  
83-cü  Zenit  artilleriya  alayında  top  komandiri  olan  serjant  Vasiliy  Lozov 
düşmən  qüvvələri  ilə  döyüşlərə  1941-ci  ilin  noyabrında  Novorossiyskdən 
başlamışdır.  Sonrakı  dövrlərdə  məşhur  Kursk-Belqorod  döyüşlərində,  Dneprin 
keçilməsində  V.Lozov  düşmən  təyyarələrinə  və  birbaşa  atəşlə  düşmən  tanklarına 
qarşı çoxsaylı uğurlu əməliyyatlarda iştirak etmişdir. 
Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 26 oktyabrında Dnepri keçmə 
əməliyyatına görə veilmişdir. 
Həmin  əməliyyat  zamanı  ağır  yaralanmış  V.Lozov  hərbi  xidmətdən  tərxis 
edilərək, Bakıya gəlmiş və burada əmək fəaliyyətini davam etdirmişdir. 
 
MANEVĠÇ Lev Yefimoviç 
(1898-1945) 
 
Belorusiyada 1898-ci ildə dünyaya göz açmış Lev Yefimoviç uşaq ikən öz 
valideynləri ilə Bakıya gəlmiş və şəhərin Qara şəhər adlanan hissəsində oxumuş və 
sonra zavodda işləmişdir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə