Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

101 
 
Hitlerin  əmrilə  məhv  edildiyi  dövr  1500  nəfərə  qədər  azərbaycanlı  əsir  də  yəhudi 
hesab  edilərək  həmin  dövrdə  məhv  edilmişdir.  Təbiidir  ki,  belə  məlumatların 
dəqiqliyi şübhə də doğurur. 
Türkiyə  jurnalisti  İrfan  Ülkünün  “Qızıl  ulduzdan  hilala  doğru  (Heydər 
Əliyevin  fırtınalı  həyatı)”  adlı  kitabında  verilən  məlumata  görə  (müəllif,  kitabı 
yazması  ərəfəsində  Naxçıvanda  Heydər  Əliyevdən  müsahibə  almışdı)  Türkiyədə 
sığınacaq  tapmış  143  nəfər  müsəlman  hərbi  əsir  (onlardan  100  nəfərdən  çoxu 
azərbaycanlı  idi)  Sovet  hökumətinin  qəti  tələbi  ilə  1945-ci  ilin  sentyabrında 
İqdırdakı  Baraltac  körpüsündə  rus  hərbçilərinə  təhvil  verilmiş  və  oradaca 
güllələnərək cəsədləri Araz çayına atılmışdır
45

İkinci  dünya  müharibəsi  illərində  həlak  olmuş  vətəndaşlar  haqqında 
Respublika Xatirə Kitabının nəşrinin başlanması ilə əlaqədar  olaraq (I cildi 1999-
cu  ilin  əvvəlində  çapdan  çıxmışdır)  hərbi  əsirlərimizin  müqəddəratı  məsələsi 
şübhəsiz  ki,  yenidən diqqəti cəlb edəcəkdir və  bu haqda  rəsmi  məlumatların  əldə 
edilməsinə ehtiyac vardır.  
 
IV fəsil 
 
MÜHARĠBƏ VETERANLARI 
HƏRƏKATININ TƏġKĠLATLANMASI VƏ 
GƏNCLƏRĠN HƏRBĠ-VƏTƏNPƏRVƏRLĠK 
TƏRBĠYƏSĠNDƏ VETERANLARIN 
FƏALĠYYƏTĠ 
 
§ 1. Müharibə veteranlarının təĢkilatlanması 
 
İkinci dünya müharibəsi qurtardıqdan sonra bu müharibənin iştirakçılarının 
müəyyən təşkilatlarda birləşməsi qanuni və  vacib məsələ idi. Belə addımlar digər 
ölkələrdə də atılırdı. 
1950-ci  ildə  Ümumdünya  Müharibə  Veteranları  Federasiyası  yaradıldı. 
Federasiyanın  mərkəzi  Parisdə  yerləşir.  Keçmiş  SSRİ-də,  o  cümlədən 
Azərbaycanda  müharibə  veteranları  təşkilatlarının  yaranmasına  1960-cı  ildə 
başlanıldı. Belə ki, faşizm üzərində qələbənin 15-ci ildönümü günlərində SSRİ-nin 
bütün iri şəhərlərində Böyük Vətən müharibəsi veteranları seksiyası yaradıldı və bu 
seksiyalardan  biri  də  Bakıda  yaradılmışdı  və  ona  uzun  illər  Sovet  İttifaqı 
                                                           
45
 Bax, İrfan Ülkü, Qızıl ulduzdan hilala doğru (türkcədən tərcümə). Bakı, 1994. s.18. 
 


102 
 
Qəhrəmanı  qvardiya  polkovnik  Aslan  Vəzirov  rəhbərlik  etmişdir.  A.A.Vəzirov 
dünyasını dəyişdikdən  sonra  bu seksiyaya  general-mayor  Akim  Abbasov başçılıq 
edirdi. 
1965-ci ildə “Böyük Vətən Müharibəsində qələbənin 20 illiyi” medalı təsis 
edildi  və  onun  müharibə  iştirakçılarına  təqdim  edilməsi  veteran  hərəkatına  bir 
canlanma gətirdi. Sonra Qələbənin 25 illiyi də qeyd edildi. 
1992-93-cü illərin  kəsiyini əhatə edən bir il  ərzində Azərbaycana rəhbərlik 
edən  “cəbhəçi  bəylərin”  hakimiyyəti  dövrü  (Prezident  Əbülfəz  Əliyev  idi)  1941-
45-ci illər müharibəsi veteranları təhqirlərə məruz qaldılar. Yalnız dünya miqyaslı 
siyasi xadim Heydər Əliyevin Azərbaycana (xalqın xahiş və tələbi ilə) 1993-cü ildə 
yenidən  rəhbərliyə  qayıtmasından  sonra  Respublikada  1941-1945-ci  illər 
müharibəsi veteranlarının qanuni hüquqları bərpa edildi. Prezident H.Əliyev 1994-
cü  ilin  28  iyununda  qəbul  etdiyi  “Veteranlar  haqqında  qanun”da  faşizm  üzərində 
qələbənin böyük əhəmiyyəti nəzərə alınaraq, 1945-ci ilin 9 mayının “Qələbə günü” 
kimi Azərbaycanda bayram edilməsi bərpa edildi. Bu qələbə bəşər tarixinə faşizm 
üzərində  Qələbə  günü  kimi  əbədi  olaraq  həqq  olunmuşdur  və  buna  görə  də 
“Qələbə”  naminə  özlərini qurban vermiş şəhidlərin xatirəsi, bu qələbəni alnı açıq 
qarşılayaraq  şanlı  veteran  adı  ilə  indi  ömür  sürənlər  heç  bir  zaman 
unudulmayacaqdır. 
Faşizm üzərində qələbənin 40-cı ildönümü (1985) günlərində Azərbaycanın 
müharibə  veteranlarından  60  min  nəfərinə  I  və  II  dərəcəli  “Vətən  müharibəsi” 
ordeni verildi. Bunların hamısı həmin müharibənin atəş cəbhələrində fəal vuruşmuş 
və xüsusi xidmətləri olmuş veteranlardır. 
1987-ci  ilin  ikinci  yarısında  Azərbaycanın  bütün  şəhər  və  rayonlarında 
Veteran  Şuraları  yaradıldı  və  Respublika  Veteranlar  Şurası  təşkil  edildi. 
Rayonlarda  keçirilən  təsis  konfranslarından  sonra  bütün  iri  müəssisə  və 
təşkilatlarda da veteranlar şuraları yaradıldı. 
1991-ci ilin sonunda SSRİ-nin dağılması zəminində keçid dövrü başlandı və 
bu  dövrün  əvvəlində  Azərbaycanda  yaşayan  müharibə  veteranları  üçün  də  yeni 
vəziyyət  yarandı.  Belə  ki,  bu  veteranlar  hər  addımda  təhqir  edilir,  Rusiyanı 
müdafiə etmiş qüvvə kimi hallandırılırdı. Dağlıq Qarabağ münaqişəsindən çıxmaq 
üçün  bu  müdrik  insanlardan  məsləhət  almaq,  gənclərin  hərbi  vətənpərvərlik 
ruhunda tərbiyəsində istifadə etmək əvəzinə veteranlar baykot edildilər. 
AXC-Müsavat  iqtidarının  bir  illik  hakimiyyəti  dövrü  (1991/92-1992/93) 
daxili  və  xüsusilə  xarici  siyasət  tam  naşı  səviyyədə,  populist  şüarlar  ətrafında 
aparılırdı.  Yekəxanalıq  səviyyəsində  aparılan  xarici  siyasət  sahəsində  “Şimali  və 
Cənubi  Azərbaycanı  birləşdirmək”,  “Çinə  türk  bayrağı  sancmaq”,  Ermənistana 
atom  bombası  atmaq  kimi  cəfəng  və  gülünc  şüarlar  və  təkliflər  irəli  atılırdı. 


103 
 
Aydındır  ki,  yalnız  Türkiyəyə  arxalanmaq  yolu  ilə  Dağlıq  Qarabağ  münaqişəsini 
həll etmək mümkün deyildi. 
Heydər  Əliyev  Azərbaycana  rəhbərliyə  qayıtdığı  ilk  günlərdən  başlayaraq 
xarici  siyasətdə  Azərbaycanın  pozulmuş  ərazi  bütövlüyü  tələbinin  beynəlxalq 
hüquq  normaları  əsasında  qarşıya  qoyulması  məsələsini  ön  plana  çəkdi.  Bunun 
vacibliyi  ondan  ibarət  idi  ki,  erməni  siyasətçiləri  Dağlıq  Qarabağ  məsələsində 
beynəlxalq  aləmdə  Azərbaycanın  təcavüzkar  obrazını  yaratmışdılar  və  bu  böhtanı 
alt-üst etmədən münaqişənin hər hansı bir yol ilə həll edilməsi haqda tələb və təklif 
vermək sadəlövhlük olardı. 
Yeni  təfəkkürə  malik  dünya  miqyaslı  siyasətçi  Heydər  Əliyev  özünün 
xaricə  səfərlərindəki  tutarlı  və  əyani  çıxışları,  eləcə  də  diplomatik  kanallarla 
istiqamətləndirdiyi  siyasəti  nəticəsində  bu  vəzifəni  nəinki  həll  etdi,  eyni  zamanda 
ona  nail  oldu  ki,  indi  Azərbaycan  Amerika  Birləşmiş  Ştatları  üçün,  Xəzəryanı  və 
Qara  dəniz  hövzəsi  dövlətləri  üçün  strateji  əhəmiyyət  kəsb  edən  bir  ölkəyə 
çevrilmişdir. 
İndi Azərbaycan dünya miqyasında tanınan və mövqeyi ilə hesablaşılan bir 
dövlətdir.  Hazırda  Azərbaycanda  25  ölkənin  səfirliyi  mövcuddur,  29  ölkənin  isə 
başqa  ölkələrdəki  səfirləri  eyni  zamanda  Azərbaycanda  da  akkredite  edilmişlər. 
Azərbaycanın isə hələlik 16 ölkədə səfirliyi fəaliyyət göstərir. 
Beləliklə, Azərbaycan müstəqil bir dövlət kimi öz beynəlxalq hörmətini və 
imicini xeyli yüksəldə bilmişdir. 
Heydər  Əliyevin  Respublika  Prezidenti  kimi  1994-cü  ildə  imzaladığı 
“Veteranlar  haqqında  qanun”da  müəyyən  edildi  ki,  veteranlar  sırasına  1)  Böyük 
Vətən müharibəsi cəbhələrində və faşizmə qarşı aparılan müqavimət hərəkatlarında 
bilavasitə iştirak etmiş döyüşçü və komandirlər, 2) Həmin müharibə illərində hərbi 
xidmətdə  olmuş,  lakin  özündən  asılı  olmayaraq  döyüş  cəbhələrinə  göndərilməmiş 
hərbi  qulluqçular,  3)  Göstərilən  müharibə  illərində  arxa  cəbhədə  qələbə  naminə 
fədakar əməklə məşğul olmuş və 4) II dünya müharibəsi illərində hüquq-mühafizə 
orqanlarında və sərhəd qoşunlarında xidmət etmiş şəxslər daxildirlər. 
1991-ci  ildə  Azərbaycanın  öz  dövlət  müstəqilliyini  bərpa  (1920-ci  ilin  28 
aprelində itirilmişdi) etməsi ilə əlaqədar olaraq indi müstəqil Azərbaycanda silahlı 
qüvvələrin yaradılması günü 26 iyun (1918-ci ildən), sərhəd qoşunları yaradılması 
isə 16 dekabr (1918) hesab edilir və tarixi günlər kimi qeyd edilir. 
Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi dövrü (1991) ona qarşı 
Ermənistan işğalçılarının Dağlıq Qarabağı öz ərazilərinə birləşdirmək üçün davam 
etdirdikləri müharibə dövrünə təsadüf etdiyinə görə çox ağrılı və gərgin olmuşdur. 
Bu dövrün ən ağrılı cəhəti nizami milli ordu hissələrinin təşkil edilməməsi 
üzündən erməni işğalına qarşı hərbi müqavimətin zəifliyi oldu. Belə ki, xırda hərbi 
dəstələr  və  Daxili  İşlər  Nazirliyinin  cəbhələrə  qısa  müddətə  göndərdiyi  döyüş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə