Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

104 
 
dəstələri ümumi komandanlığa tabe olmurdu və faktiki olaraq belə komandanlıq da 
yox  idi.  Cəbhələrdə  partizan  müharibəsinə  oxşar  bir  üsulla  döyüşlər  gedir  və 
erməni ordu hissələri ərazilərimizi zəbt etməkdə davam edirdilər. 
Ermənistanın 
faşistləşmiş  ordu  hissələri  ilə  apardığımız  vətən 
müharibəsində  ən  uğursuz  dövr  özlərini  “cəbhəçi”  adlandıran  bəylərin  ölkəyə 
rəhbərlik  etdiyi  bir  illik  (1992-93)  dövr  oldu.  Dağlıq  Qarabağın  Ermənistanın 
idarəçiliyinə  keçirilməsi  üçün  Laçın  dəhlizinin  açılmasına  şərait  də  cəbhəçi 
“bəylər”  və  şəxsən  prezident  Əbülfəz  Elçibəy  tərəfindən  yaradıldı.  Belə  xəyanəti 
edən  “cəbhəçi  bəylər”  hakimiyyətdə  olduqları  bir  il  müddətində  II  dünya 
müharibəsi  veteranlarının  məsləhətlərindən  və  bacarıqlarından  istifadə  etsəydilər, 
cəbhələrdə uğursuzluqlar qat-qat az olardı. 
Böyük Vətən müharibəsi cəbhələrində Azərbaycandan 700 min nəfərə qədər 
döyüşçü  olmuş  və  bunların  yarısına  qədəri  cəbhələrdə  və  Avropada  müqavimət 
hərəkatlarında  həlak  olaraq  əbədiyyata  qovuşmuşlar.  Öz  vətənləri  Azərbaycana 
qayıtmış  döyüşçülərin  sayı  isə  ilbəil  azaldı  və  “Qələbə”nin  50  illiyi  (1995-ci  il) 
dövrü bunların sayı 32 min nəfərə endi. 
80-cı  illərin  sonlarında  Azərbaycana  Əfqanıstanda  döyüşmüş  hərbçilərin 
qayıtması başlandı. 
Sovetlər  İttifaqının  dağılmasının  başlanğıcını  onun  heç  bir  əsas  olmadan 
qonşu  Əfqanıstana  qarşı  1979-cu  ildə  müharibə  başlamasını  hesab  etmək  olar. 
Buna  cavab  olaraq  bir  sıra  ölkələr  (Pakistan,  Səudiyyə  Ərəbistanı,  Çin,  Misir, 
İngiltərə)  gizli  yolla  Əfqanıstana  hərbi  kömək  etməyə  başladılar.  Və  nəticədə  9 
illik ağır müharibədən sonra Sovet qoşunları Əfqanıstanı biabırcasına tərk etməyə 
məcbur  oldular.  Bundan  sonra  yerlərdə  Əfqanıstan  döyüşçüləri  təşkilatı  da 
yaradılmağa başlandı. 
Əfqanıstanda  40-cı  Sovet  ordusunun  itkiləri  haqqında  dəqiq  məlumat 
verilmir. Həlak olanların sayının 14613 nəfər olduğu bildirilir. Azərbaycandan isə 
Əfqanıstanda aparılan döyüşlərdə 7 min nəfərə qədər iştirak etmişdi və bunlardan 
208 nəfəri həlak olmuşdur. 
1994-cü  ildə  Azərbaycan-Ermənistan  döyüş  cəbhələrində  atəşkəsə  nail 
olunduqdan sonra “Azərbaycan Vətən Müharibəsi döyüşçüləri birliyi” və “Qarabağ 
Müharibəsi  əlilləri”  təşkilatları  yaradıldı.  Bundan  başqa  Azərbaycanda  Çernobil 
qəzasında  zərərçəkmişlərin  (şüalanmaq  əsasında)  və  Bakıda  1990-cu  il  yanvar 
faciəsi qurbanlarının təşkilatları da vardır. 
Əlbəttə, bütün bu veteran təşkilatlarının vahid bir mərkəzdən idarə olunması 
(tərkibdə müvafiq seksiya və ya bölmələrin olması şərti ilə) idarəçiliyi asanlaşdırar 
və işi gücləndirərdi. 
Prezident Heydər Əliyevin II dünya müharibəsinin başa çatmasının 50 illiyi 
ilə  əlaqədar  1995-ci  ilin  yanvar-may  aylarında  etdiyi  çıxışları  və  imzaladığı 


105 
 
fərmanları  1995-ci  ildə  “Azərbaycan  xalqının  hünəri  əbədi  yaşayacaqdır”  adlı 
kitabçada toplanmışdır. 
Hazırda  respublika  Veteranlar  şurasına  general-mayor  Bahadur  Məmməd 
oğlu  Hüseynov  rəhbərlik  edir  (şuranın  ilk  sədri  isə  general-mayor  Mustafa  Cəfər 
oğlu Nəsirov olmuşdur). Respublika Veteranlar Şurası sədrinin birinci müavini fəal 
müharibə  iştirakçısı  Balaoğlan  Rüstəmovdur.  Respublika  Veteranlar  Şurasının 
tərkibində  olanlar:  Çingiz  Həsənov,  Əlövsət  Baxışev,  Nağı  Qasımov,  əmək 
veteranı  Şəfiqə  Abdullayevadır.  Bakı  şəhər  Veteranlar  şurasına  polkovnik  Səlim 
Səlimov, Bakı şəhər veteranlar komitəsinə polkovnik Ağasəf Haqverdiyev başçılıq 
edirlər. 
Respublika  Veteranlar  şurası  keçmiş  SSRİ  məkanında  yerləşən  müstəqil 
dövlətlərin,  eləcə də  bir sıra digər ölkələrin veteran təşkilatları ilə öz əlaqələrini 
genişləndirir və müvafiq beynəlxalq tədbirlərdə iştirak edir. 
 
§2. Hərbi-vətənpərvərlik tərbiyəsinin məzmunu və əsas istiqamətləri 
 
Vətənpərvərlik (vətənçilik) Vətənin varlığı və gələcəyi qayğısı ilə bilavasitə 
bağlı olan düşüncə tərzidir. Vətənini sevən hər bir vətəndaş ömrü boyu bu düşüncə 
ilə  yaşayır  və  yaradır.  “Vətənini  sevməyən  kəs  dünyada  heç  nəyi  sevə  bilməz” 
(C.Bayron)  kəlamında  böyük  məna  vardır.  Azərbaycan  ədəbiyyatının  görkəmli 
nümayəndəsi  Abbas  Səhhət  bu  haqda  daha  səlist  demişdir:  “Vətənini  sevməyən 
insan olmaz, olsa da o şəxsdə vicdan olmaz”. 
Hərbi  vətənpərvərlik  ruhunda  tərbiyə  almış  gəncdə  lazım  gəldikdə 
“qəhrəmanlıq  anı”  məqamı  tez  biruzə  verir.  Döyüşdə  qəhrəmanlığın  ən  yüksək 
zirvəsini təşkil edən bu məqamda Vətəninin azadlığını öz canından belə çox sevən 
gənc, həyatı üçün ən təhlükəli bir addım ataraq ölüm-dirim savaşına girişir. Burada 
əsas məsələ odur ki, həmin gənci misilsiz qəhrəmanlığa məcbur etməyə heç kəsin 
ixtiyarı yoxdur. Bu addımı o özü, öz iradəsinin və əqidəsinin gücü ilə atır. Fəlsəfə 
elmində bunu mütləq azadlığa aid, bəlkə də yeganə, misal (nümunə) hesab edirlər. 
Beləliklə milli şərəf hissi, Vətəni müdafiə vəzifəsinin milli-qeyrət və namus 
səviyyəsində başa düşülməsi hərbi-vətərpərvərlik tərbiyəsinin əsasını təşkil edir. 
1941-45-ci illər müharibəsi dövrü Azərbaycan xalqının cəsur oğul və qızları 
cəbhələrdə saysız-hesabsız qəhrəmanlıq nümunələri göstərmişdir. Bu haqda kitabın 
əvvəlki bölməsində yazılmışdır. 
1998-ci  ilin  fevralının  əvvəlində  Azərbaycan  gəncləri  gününə  həsr  edilmiş 
bədii-idman  bayramındakı  çıxışında  Prezident  H.Əliyev  demişdir:  “Bizim 
gənclərimiz  XX  əsrin  müharibələrində  qəhrəmanlıq  nümunələri  göstəriblər.  Biz 
Azərbaycanın  qəhrəman  oğulları  ilə  həmişə  fəxr  etmişik  və  onların  xatirəsi  daim 
qəlbimizdə yaşayacaqdır”. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə