Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   40   41   42   43   44   45   46   47   48

110 
 
oxuduqları məktəblərə və işlədikləri müəssisələrə verilmiş, küçələrə onların adları 
qoyulmuşdur. Şəhid ailələri dövlət və xalqın daimi qayğısındadır. 
Bu sətirlərin müəllifi 1997-ci ildə “Nəsimi rayonunun şəhidləri” adlı kitabı 
(həcmi 205 səhifə) nəşr etdirmişdir. Kitabda 163 nəfər şəhid haqqında (şəkilləri ilə 
birlikdə)  müfəssəl  məlumat  verilir.  Bunlardan  139  nəfəri  Qarabağ  uğrunda 
döyüşlərdə şəhid olmuş (onlardan 20 nəfəri ölümlərindən sonra Azərbaycanın Milli 
qəhrəmanı  adına  layiq  görülmüşlər),  24  nəfəri  isə  1990-cı  ilin  Yanvar  faciəsi 
şəhidləridir. Bu şəhidlərdən 27 nəfəri Azərbaycanın ordenləri ilə təltif edilmişlər. 
1997-ci  ilin  sentyabrında  şəhidlərin  valideynləri  Nəsimi  rayon  İcra 
hakimiyyətinə  dəvət  edilmiş  və  orada  kitabın  təqdimatı  keçirilərək,  hər  bir  şəhid 
ailəsinə  kitabın  bir  nüsxəsi  verilmişdir.  Həmin  təqdimatda  çıxış  edən  bir  şəhid 
anası  demişdir:  “Bu  günə  qədər  evimdə  oğlumun  şəklinin  qarşısında  müqəddəs 
kitabımız  Qurani  Kərimi  qoymuşam.  Bu  gündən  sonra  bizə  verdiyiniz  bu  kitabı 
Qurani  Kərimin  altında  əbədi  saxlayacağam.  Müəllif  üçün  bu  sözlər  böyük 
mükafatdır. 
İslamın  yaradıcısı  Peyğəmbərimiz  Həzrət  Məhəmməd  Əleyhissalam 
demişdir:  “Vətəni  müdafiə  imandandır”.  Bakının  Nəsimi  rayonundan  olan  şəhid 
Rövşən Həsənov Xocalıdakı son döyüşündə son anda, erməni dığasına belə deyib: 
Bu  torpaq  bizimdir”.  Digər  şəhid  Ceyhun  Səlimov  Ağdərədə  həlak  olarkən 
yoldaşlarına  bu  sözləri  deyib:  “Bu  torpağı  qoruyun”.  Başqa  şəhid  Tofiq 
Məmmədovun 
cəbhəyə 
getməzdən 
əvvəl 
yazaraq, 
evdə 
gizlətdiyi 
“Vəsiyyətnamə”sində bu sözlər vardır: “Mən bu torpaqdan ötrü ölməyə hazır olan 
Türk oğluyam
47

Göründüyü  kimi  gənclərimizin  əksəriyyəti  doğma  Qarabağımızı  müdafiə 
etmək  üçün  canlarını  da  qurban  vermək  əzmində  olmuşlar  və  cəbhələrdə 
uğursuzluqlarımızın əsas səbəbi 1991-1992-ci illərdə ölkə rəhbərliyinin zəifliyi və 
onun  seçdiyi  hərbi  xidmət  rəhbərlərinin  hərbi  əməliyyatlara  rəhbərlik  etmək 
səviyyəsində olmaması idi. 
Öz miqyasına və mənfi təsirinə görə erməni təcavüzünün 1988-93-cü illərdə 
Azərbaycana  vurduğu  zərbə  bəlkə  də,  1828-ci  ildən  sonrakı  dövrdə  məruz 
qaldığımız  ən  böyük  zərbədir.  Bu  zərbənin  səbəbini  hansı  sahədə  axtarmaq 
lazımdır? 
Ən  üzdə  görünən  səbəb,  şübhəsiz  ki,  Rusiya  dairələrinin  imperiyapərəst 
siyasəti ilə erməni-daşnak separatizminin məqsədlərinin üst-üstə düşməsidir və bu 
iki qüvvə tez dil tapa bildi. Bu diltapma Sovet sisteminin son illərinə təsadüf etdi. 
                                                           
47
 Bax: İ.Z.İsmayılov. Nəsimi rayonunun şəhidləri, Bakı, 1997. 
 


111 
 
1985-93-cü  illərdə  Azərbaycana  rəhbərlik  etmiş  şəxslər  düşmən  qüvvələrinin  bu 
incə  siyasətini  başa  düşə  bilmədilər  və  bəlkə  də,  başa  düşsələr  də  rəhbərlikdə 
qalmaq  xatirinə  əhəmiyyət  vermədilər.  Milli  vətənpərvərlik  tərbiyəsində  bu 
məqamları da yada salmaq lazımdır. 
Orduya çağırışçı gənclərin, xüsusilə əsgərlərin milli və hərbi vətənpərvərlik 
ruhunda  tərbiyə  edilməsində  ədəbiyyat  və  incəsənət  xadimlərinin  gənclərlə 
görüşləri  böyük  təsir  qüvvəsinə  malikdir.  Xalq  şairi  Xəlil  Rzanın  “Dur  ayağa 
məmləkətim,  qalx  ayağa  millətim”  misraları  ilə  başlanan  şeri  və  buna  oxşar  digər 
şerlərin  təsir  qüvvəsi  çox  böyükdür.  Eyni  sözləri  görkəmli  şair  Məmməd  Arazın 
Azərbaycana  həsr  etdiyi  şerlər  haqqında  da  demək  olar.  Xalq  mahnılarının  gözəl 
ifaçısı Niyaməddin Musayevin mahnılarındakı “Talandı torpağımız...”, “Bu xalqın 
intiqamı  qiyamətə  qalmasın”  kimi  sözlərlə  başlayan  mahnıları  güclü  təsir 
qüvvəsinə malikdir. 
Böyük Vətən Müharibəsi döyüşlərinin ən ağır çağlarında belə təsirli şerlərin 
və  mahnıların  döyüşçülərdə  vətənpərvərlik  ruhunu  qaldırması  1941-1945-ci  illər 
müharibəsi  veteranların  yaddaşındadır  və  bu  məzmunda  iş,  Azərbaycanın  milli 
ordusu döyüşçüləri arasında da aparılmalıdır. 
 
§ 3. Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində 
veteranların rolu 
 
Bizim  gənclərimiz  XX  əsrin  müharibələrində  qəhrəmanlıq  nümunələri 
göstərmiĢlər. Biz Azərbaycanın qəhrəman oğulları ilə həmiĢə fəxr etmiĢik.... 
HEYDƏR ƏLĠYEV 
 
70  illik  Sovet  dövrü  Azərbaycan  tarixində  ziddiyyətli  bir  dövrdür.  Bu 
dövrdə həm nailiyyətlər, həm də itkilər olmuşdur. Bununla əlaqədar olaraq fəlsəfə 
elmləri namizədi Canpolad Musayevin “Xalq qəzeti”ndə 1997-ci ildə nəşr etdirdiyi 
yazısında  Azərbaycanın  “Sovetlər  İttifaqının  tərkibində  70  illik  mənasız  zaman 
kəsiyi” ifadəsi təəssüf doğurur. Müəllif bu  müddəanı dövlətçilik  tarixi  məsələsinə 
şamil  edirsə  də,  bu  cür  ümumiləşdirmə  qüsurludur.  Çünki,  göstərilən  70  illik 
dövrdə Azərbaycan xalqının milli dövlətçiliyi tam olmayıbsa da, onun iqtisadi və 
mədəni  inkişafı  çox  səmərəli  olmuşdur.  Bu  inkişaf  səviyyəsi  olmasaydı  1991-ci 
ildə bərpa edilən müstəqil dövlətçiliyimiz çox zəif  maddi və  mədəni özülə istinad 
etməli olardı. 
İkinci  dünya  müharibəsi  qurtardıqdan  sonra  Azərbaycanda  gənclərin  hərbi 
vətənpərvərlik  ruhunda  tərbiyəsində  zəifləmə  əlamətləri  getdikcə  daha  çox 
müşahidə  edilirdi.  Əvvəla,  müharibə  qurtardıqdan  sonra  müharibə  illərində 
yaradılmış  bütün  milli  diviziyalar  buraxılmışdı  və  ümumi  Sovet  ordusunun  Zabit 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə