Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   40   41   42   43   44   45   46   47   48

116 
 
etmişdir.  Akademiyanı  qurtaran  məzunlar  zabit  rütbəsi  alırlar.  Akademiyada 
işləyən müəllimlərin 18 nəfəri 1941-45-ci illər müharibəsi iştirakçısıdır.  
Respublikanın  bütün  rayonlarının  məktəblərində  Qarabağ  uğrunda 
döyüşlərdə  həlak  olmuş  döyüşçülərin  xatirəsi  əbədiləşdirilmişdir  və  bu  iş  davam 
edir.  Quba  rayonunun  40-dan  çox  məktəbinə  şəhid  döyüşçülərin  adı  verilmiş  və 
onların büstü qoyulmuşdur. Nəsimi rayonunda 36 şəhidin adı oxuduqları məktəbə 
və  ya  işlədikləri  müəssisəyə,  sağlığında  yaşadıqları  küçəyə  verilmiş,  bu  yerlərdə 
onların  büstü  qoyulmuş,  xatirə  lövhəsi  vurulmuş,  xatirə  guşələri  yaradılmışdır. 
Rayonun  ərazisində  yerləşən  Tibb  Universitetinin  qarşısında  mərmər  abidə 
kompleksinə  universitetdə  oxumuş  şəhid  tələbələrin  adları  ehtiramla  həqq 
edilmişdir. Bir çox rayonlarda belə abidə komplekslərində həyat rəmzi olan bulaq 
yaradılmış və onun suyunun daimi axması böyük məna kəsb edir.  
Bakıdakı  Həzi  Aslanov  adına  Mərkəzi  Zabitlər  evi  (1927-ci  ildə 
yaradılmışdır) və Gəncədəki, Naxçıvandakı, Lənkərandakı və Çuxanlıdakı (Salyan 
rayonunda)  zabitlər  evləri  gənclərin  və  ilk  növbədə  orduda  xidmət  edən 
döyüşçülərin  hərbi-vətənpərvərlik  tərbiyəsi  istiqamətində  geniş  fəaliyyət  göstərir. 
Respublika  Silahlı  Qüvvələrinin  mahnı  və  rəqs  ansamblı,  Gənclər  və  İdman 
Nazirliyinin müvafiq qurumları da bu istiqamətdə geniş iş aparırlar.  
Hərbi vətənpərvərlik tərbiyəsinin tərkib hissəsi olan müharibə qurbanlarının 
xatirəsini əbədiləşdirmək işinə veteran təşkilatlarının qayğısı diqqətəlayiqdir. 1942-
43-cü  illərdə   Bakıda  yerləşən  hospitallarda  dünyasını  dəyişmiş  döyüşçülərdən  və 
Qafqaz  uğrunda  döyüşlər  zamanı  həlak  olaraq  Bakıda  dəfn  edilən  müharibə 
iştirakçılarının  məzarları  “Qardaşlıq  qəbristanlıqları”na  çevrildi  və  həmin 
qəbristanlıqlar  indi  də  böyük  hörmətlə  saxlanılır.    Bu  qəbristanlığın  bir  hissəsi 
Nəsimi  rayonunun  xidmətinə  verilmişdir.  Həmin  sahədə  dəfn  edilən  181  nəfər 
döyüşçü  (bunlardan  25  nəfəri  azərbaycanlıdır)  məzarlarında  uyuyan  bütün 
şəhidlərin  adı-soyadları  daş  lövhələrdə  yazılmışdır  və  bu  qəbristanlıqlar  hər  il 
“Qələbə”  bayramı  günü  rayon  veteranları  tərəfindən  ziyarət  edilir.  Buradan 
aydındır  ki,  Qələbə  günü  9  may  təkcə  bayram  deyil,  eyni  zamanda  1941-45-ci 
illərdə həlak olmuşların hamısının xatirə günüdür.  
Böyük Vətən müharibəsi illərində 4223 nəfər iştirakçı döyüşlərdə aldıqları 
ağır yaralardan sonra dünyalarını dəyişərək Bakıdakı Qardaşlıq qəbristanlıqlarında 
dəfn  edilmişlər.  Bunlardan  ikisi  Sovet  İttifaqı  Qəhrəmanıdır:  İvanov  Roman 
Qavriloviç (kapitan), Vetoşnikov Qeorgi Aleksandroviç. 
Dəfn  edilənlərdən  337  nəfəri  Mərkəzi  qəbristanlıqda,  116  nəfər 
Çəmbərəkənddə, 430 nəfər Sabunçu qəbristanlığında, 203 nəfər Nərimanov rayonu 
ərazisinin  cənub  hissəsində  uyuyurlar.  Bütün  bu  məzarlıqlara  nəzarət  Bakının 
rayonları  arasında  bölünmüşdür  və  Veteran  təşkilatları  onların  lazımi  səviyyədə 
saxlanılmasına nəzarət edirlər.  


117 
 
§4. Milli və hərbi vətənpərvərlik ruhunda 
tərbiyənin vəhdəti haqqında 
 
 Milli  vətənpərvərlik  (vətənçilik)  tərbiyəsində  milli  kökə  arxalanaraq,  milli 
ruhdan ilham alaraq istinad etmək ümumi bəşəri bir qanundur.  
Türk  ulularımızda,  Turan  hökmdarlarında  belə  ümumi  türk  kökünə 
arxalanmaq  istəyi  çox  güclü  olmuşdur.  Bununla  belə  indi  təkcə  türk  kökünə 
qayıtmaq  kifayət  deyil.  Burada  müasirliyin  tələbi  də  nəzərə  alınmalıdır.  Bu  tələb 
görkəmli  mütəfəkkirimiz  Əlibəy  Hüseynzadənin  (1864-1940)  əsərlərində  geniş 
əsaslandırılmış  və  şərh  edilmişdir
50
.  Bununla  belə  milli  kök,  milli  ruh  həmişə 
birinci və aparıcı olmalıdır. Gənclərdə  milli  və hərbi  vətənpərvərlik ruhunun təbii 
halda  birləşməsi  istəyi  və  (nümunəsi)  türk  əsgəri  Məhmətcikdə  geniş  şəkildə 
təcəssüm edilmişdir. Hər şeydən əvvəl əsgəri xidmətə böyük arzu elə!  
Dünya miqyasında sayca o qədər də böyük olmayan Azərbaycan millətinin 
böyük  istedada    və  buna  görə  də  qədim  və  zəngin  mədəniyyətə  malik  olduğunu 
başa  düşüb  etiraf  edən  əcnəbi  alim  və  səyyahlar  az  deyildir:  Şərqin  çoxsaylı 
mütəfəkkirləri  ilə  yanaşı  və  bir  çox  Qərb  alimləri  və  yazıçıları  (Höte,  Aleksandr 
Düma, Puşkin, Lermontov...) xalqımızın cəngavərliyini, zəngin mədəni irsə malik 
olduğunu  etiraf  etmişdir.  Təəssüf  hissi  ilə  qeyd  etmək  lazımdır  ki,  gənclərimizin 
bir  hissəsində,  xüsusilə  orta  təhsilini  rus  dilli  məktəblərdə  almış  gənclərdə 
Azərbaycan  ədəbiyyatı çox səthi  mənimsənilir. Digər tərəfdən bu  geniş  və zəngin 
mədəni irs müqabilində onu qoruyub saxlamaq  və dünya miqyasında təbliğ etmək 
sahəsində  Azərbaycanımızda  laqeydlik  (daha  kəsərli  də  demək  olar)  olmaqla 
yanaşı, qayğı da azdır.  
1995-ci  ilin  18-19  aprelində  Moskvada  “İkinci  dünya  müharibəsinin  ibrət 
dərsləri  və  faşizm  üzərində  qələbənin  əhəmiyyəti”  mövzusunda  Beynəlxalq  Elmi 
Konfrans  keçirilmişdir.  Həmin  konfransda  “Erməni  xalqının  ikinci  dünya 
müharibəsində  iştirakı”  mövzusunda  məruzə  edən  akademik  F.Q.Sarkisyan  öz 
məruzəsini  əsasən  bir  fakt  əsasında  şərh  etdi:  bu  müharibədə  bir  neçə  erməni 
marşalı  və  çoxlu  erməni  generalları  iştirak  etmişdir.  Bəs  nə  üçün  biz  öz  tarixi 
şəxsiyyətlərimizi geniş təbliğ etmirik? 
Məşhur  alman  şairi  Höte  ömrünün  son  illərində  yazdığı  iki  cildlik  “Qərb-
Şərq  divanı”nın  ayrıca  bir  fəslində  Nizami  Gəncəvinin  (1141-1209)  etik-fəlsəfi 
görüşlərinin  təhlilini  vermiş  və  böyük  şairin  bu  görüşlərinə  yüksək  qiymət 
vermişdir.  Marietta  Şaginyan  1981-ci  ildə  çap  etdirdiyi  “Nizami  haqqında 
etüdlər”ində  yazmışdır:  “...azərbaycanlı  Nizami  XII  əsrdən  XVI  əsrdə  yaşamış 
ingilis  Mora  və  XVII  əsrdə  yaşamış  italiyalı  Kampanellaya  öz  əlini  uzadır”. 
                                                           
50
 Bu haqda bax: İ.Z.İsmayılov, Azərbaycanda dövlətçilik fikri oçerkləri, B., s. 54-55. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə