Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

108 
 
meydanına endirmişdi. Həmin təyyarə ilə vətən oğlu Vaqif Goranboy və Gülüstan 
ətrafı  ərazilərinin  azad  edilməsində,  Şuşa  yaxınlığında  mühasirəyə  düşmüş 
döyüşçülərimizin xilas edilməsində misilsiz xidmətlər göstərmişdir. 
Cəsur vətənpərvər olan təyyarəçi Vaqif Qurbanovun son uçuşu 1992-ci ilin 
13 iyununda oldu. Həmin  gün o, Əsgəran-Ağdam istiqamətində gedən döyüşlərdə 
düşmənə  göydən  zərbə  endirmək  və  bizim  MM-24  vertolyotlarımızın  uçuşunu 
müdafiə  etmək  üçün  hərbi  tapşırığı  yerinə  yetirdikdə  düşmən  toplarının  güclü 
atəşinin qurbanı oldu. Cəsur təyyarəçi baş leytenant Vaqif Qurbanov Azərbaycanın 
Milli  hərbi  aviasiyasının  təməlini  qoyan,  düşmənlə  müharibədə  qəhrəmancasına 
həlak olan ilk təyyarəçimizdir. 
Hərbi  təyyarəçi  mayor  Adil  İsmayılov  da  SSRİ  hərbi  təyyarə  məktəbini 
bitirdikdən sonra 1992-ci ildə Azərbaycana qayıdaraq “N” hərbi hissəsində xidmət 
etmişdir.  O,  1993-cü  ilin  noyabrında  Heydər  Əliyevin  xalqa  müraciətindən  sonra 
Horadiz  döyüş  əməliyyatında  vertolyot  bölməsində  qəhrəmancasına  xidmət  etmiş 
və  ağır  döyüşlərin  birində  həlak  olmuşdur.  Cəmisi  25  il  ömür  sürmüş  qəhrəman 
Adil  İsmayılovun  qardaşı  Əvdil  İsmayılov  həlak  olmuş  qardaşının  xidmət  etdiyi 
“N” hərbi hissəsində qulluq edir və hərbi təyyarəçilik məktəbini bitirmişdir. 
Ermənistan  ordusunun  ölkəmizə  qarşı  vəhşi  hərbi  əməliyyatları  ərəfəsində 
respublikanın  Cəbrayıl  rayonunda  şəhər  sovetinin  sədri  olmuş  İlqar  Mehdiyev 
hərbi  əməliyyatların  birində  əsir  düşmüşdü.  Onun  vəzifəli  şəxs  olduğunu  bilən 
ermənilər  əsir  alınmış  İlqarı  alçaltmaq  üçün  öz  məkrliyi  ilə  seçilən  bir  işgəncə 
üsulu  seçdilər:  bir  tərəfdə  Azərbaycanın,  o  biri  tərəfdə  Ermənistanın  bayraqları 
asılmışdı.  Sonsuz  əziyətlərə,  ağlasığmaz  işgəncələrə  hədəf  olmamaq  üçün  ondan 
Ermənistan  bayrağına  təzim  etmək,  Azərbaycanın  bayrağını  isə  cırıb  ayaq  altına 
atmaq  tələb  olunurdu.  İlqar  isə  üçrəngli,  ay-ulduzlu  bayrağımızın  önündə  diz 
çökərək,  onu  öpüb  gözlərinin  üstünə  qoymuş,  erməni  bayrağını  isə  qoparıb  yerə 
atmışdı. Bundan sonra onu necə dəhşətli işgəncələrin gözlədiyini söyləməyə lüzum 
yoxdur.  Lakin  bu  yolu  İlqar  özü  seçmişdi.  O,  əzab  və  işgəncələri  düşmən 
qarşısında alçalmaqdan, dövlətçilik rəmzi olan bayrağımızı təhqir etməkdən üstün 
tutmuşdu. 
Azərbaycanımızın  öz  dövlət  müstəqilliyini  bərpa  etməsindən  (1991-ci  il) 
sonra  milli  və  hərbi  vətənpərvərlik  tərbiyəsi  dövlət  siyasəti  səviyyəsində  xüsusi 
əhəmiyyət kəsb edir. 
Gənclərimizin  hərbi  vətənpərvərlik  hissi  ruhunda  tərbiyə  edilməsinin 
mühüm istiqamətlərindən bir də milli sərkərdələrimizin döyüş yolunu öyrətməkdən 
ibarətdir.  Son  zamanlar  “Azərbaycan  generalları”  kitabçası,  Böyük  Vətən 
Müharibəsində  Azərbaycan  diviziyalarının  və  azərbaycanlıların  iştirakı  haqqında 
bir  sıra  əsərlər  nəşr  edilmişdir.  Bu  işin  davam  etdirilməsi  bütün  xalqın 
vətənpərvərlik ruhunda tərbiyə edilməsinə xidmət edir. 


109 
 
Lakin bütün bunlarla yanaşı müstəqil  Azərbaycan gəncliyini milli və hərbi 
vətənpərvərlik ruhunda tərbiyə etmək üçün son on ildə məcburən cəlb edildiyimiz 
Qarabağ  müharibəsinin  həm  acı  dərslərindən,  həm  də  uğurlu  döyüşlərinin 
nümunələrindən geniş istifadə etmək lazımdır. 
Amerika professoru Foqel Kvist keçmiş  SSRİ-dəki milli-etnik münaqişələr 
haqqında kitab nəşr etdirmişdir. Kitabın ayrıca fəsli Dağlıq Qarabağ münaqişəsinə 
həsr  edilmişdir.  O,  bu  kitabında  yazmışdır:  “Qarabağ  münaqişəsini  doğuran 
səbəbləri  dəqiq  anlamaq  və  obyektiv  qiymətləndirmək  münaqişəni  törədən  məsul 
şəxslərin məsuliyyətini aşkarlamağı tələb edir. Yalnız belə olarsa, tökülmüş qanlar, 
törədilmiş  vəhşiliklər,  özü  də  heç  bir  müharibə  standartlarına  sığmayan 
vəhşiliklərin  sükanı  arxasında  dayanmış  qüvvələr  və  şəxslərin  əsl  siması 
aydınlaşar...  Münaqişənin yaranma səbəbləri haqqında bir çox detallar hələ də sirr 
buluduna  bürünmüşdür.    Hadisələrin  geniş  miqyas  aldığı  1988-ci  ilin  əvvəlində 
Sovet  mətbuatı  azad  deyildi.  Münaqişə  haqqında  verilmiş  məlumatların  əksəri 
şübhəli  xarakter  daşıyırdı,  həmin  məlumatların  çoxu  rus  və  erməni  dairələrindən 
verilirdi...  Qarabağ  böhranı  haqqında  erməni  tərəfinin  nöqteyi-nəzəri  daha  geniş 
dairələrə məlumdur”. 
Etiraf  etmək  lazımdır  ki,  Ermənistanın  daşnak  və  faşistləşmiş  qüvvələrinin 
separatçılığını  dünyaya  tanıtmaqda  çox  gecikmişik.  Yalnız  son  illərdə  bu  sahədə 
müəyyən addımlar atılmışdır. 
Erməni  şovinistlərinin  öz  xalqının  gəncliyini  türklərə  açıqcasına  nifrət 
ruhunda tərbiyə etməsi  müqabilində biz keçmişdə daşnaklar tərəfindən xalqımızın 
başına  gətirilmiş  soyqırım  və  terror  haqqında  danışmaqdan  belə  ehtiyat  etmişik, 
qorxmuşuq. 
Xalqımız  erməni  qəsbkarları  ilə  Qarabağ  uğrunda  döyüşlərdə  20  mindən 
çox  şəhid  vermişdir.  Bu  şəhidlərin  xatirəsini  əbədiləşdirmək  sahəsində  də  geniş 
miqyaslı  tədbirlər  görülmüşdür.  Böyük  Vətən  Müharibəsi  veteranlarının  geniş 
iştirakı  ilə  həmin  şəhidlər  haqqında  bir  neçə  kitab  yazılmış
46
,  onların  adları 
                                                           
46
 Rafiq Səməndər. Şəhidlər. Bakı, 1990; 
Vasif Səmədov, Salar Aslanov. “Təki Vətən yaşasın”. Bakı, 1993; 
Yenə də onların. Vətən üçün lazım gəlsə. Bakı, 1994; 
Mehman Süleymanov. Milli qəhrəmanlar. Bakı, 1994; 
Fəridə Ləman. Qazax mahalının şəhidləri. B, 1995; 
Nəcəf Nazim. İstiqlal Ulduzları (Azərbaycanın Milli Qəhrəmanları). Bakı, 1995;  
Bahadur Xanməmmədov. Didərgin şəhidlər (Zəngəzurun Qafan rayonu üzrə). Bakı, 1995; 
Rizvan Zeynalov. Azərbaycanın Milli qəhrəmanları. Bakı 1996;  
İ.Z.İsmayılov. Nəsimi rayonunun şəhidləri, Bakı, 1997;  
Xələf Xələfov. Culfa şəhidləri, Bakı. 1998. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə