Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

99 
 
ədalətsizlik  və  siyasi  səhv  idi.  Böyük  qələbədən  üç  il  sonra  bu  keçmiş  hərbi 
əsirlərin Sovet siyasi sistemi üçün qorxulu olması inandırıcı deyildi. 
Azərbaycanlı hərbi əsirlərin həyatı haqqında bizə hələlik nə məlumdur? 
1941-ci  ilin  22  dekabrında  Hitler  hərbi  əsirlərdən  ibarət  müsəlman 
legionlarının  yaradılması  haqqında  sərəncam  vermişdi  və  nəzərdə  tutulurdu  ki, 
Qafqazlı, Türküstanlı və Gürcüstanlı müsəlmanlardan ibarət üç legion yaradılaraq, 
gələcəkdə  Sovet  ordusuna  qarşı  mübarizədə  istifadə  edilsin.  Bəzi  məlumatlara 
görə,  sonra  Azərbaycanlı  əsirləri  Şimali  Qafqazlı  əsir  müsəlmanlardan  ayıraraq 
ayrıca bir legionda birləşdirmişdilər. 
Mətbuatda  dərc  edilən  məlumatlarda  deyilir  ki,  legionun  ayrı-ayrı 
bölmələrinə  mayor  Əbülrəhman  Fətəlibəyli,  Beydulla  Babayev,  Hətəm  Əlibəyov, 
Abbas  bəy  və  digərləri  başçılıq  edirdilər.  Əlbəttə  ümumi  rəhbərlik  faşist  zabitləri 
tərəfindən  həyata  keçirilirdi.  Bəzi  məlumatlara  görə  azərbaycanlıların  yerləşdiyi 
legionda  70  minə  yaxın  əsir  olmuşdur.  Bu  legionların  qərargahı  Polşada 
yerləşirdi
43

Həmin  dövrdə  Türkiyədə  yaşayan  Məhəmməd  Əmin  Rəsulzadə 
Almaniyaya  gələcək  “Şərq  Nazirliyi”nin  (Nazir  Rozenberq  idi)  siyasi  bölməsində 
Qafqaz  şöbəsinin  başçısı  professor  Fon  Mende  ilə  görüşərək  azərbaycanlı  əsirlər 
məsələsini müzakirə etmişdi. 
Azərbaycanlı  əsirlərdən  ibarət  yaradılmış  legion  haqqında  M.Ə.Rəsulzadə 
“Çağdaş Azərbaycan tarixi” mövzusunda Ankarada 1950-ci ilin 28 mayında etdiyi 
məruzədə  belə  demişdir:  İkinci  Dünya  müharibəsi  illərində  “Azərbaycanlı  hərbi 
əsirlərlə  təmasda  ola  bildik.  1942  və  1943-cü  illərdə  Almaniyanın  Xarici  İşlər 
Nazirliyinin  dəvəti  ilə  digər  Qafqazda  siyasi  emiqrantlarla  birlikdə  Berlinə 
getdiyim  zaman  biri  mənfi,  digəri  müsbət  iki  şeyə  şahid  oldum.  Hitler 
Almaniyasının  mövqeyi  Qafqaziya  məsələlərinə  olan  münasibətdə...  mənfi  idi... 
Lakin bu sırada fürsət taparaq Almaniyadakı Azərbaycanlı hərbi əsirlər ilə təmasda 
olmağa çalışdıq və buna qismən müvəffəq olduq
44

M.Ə.Rəsulzadə  1943-cü ildə  Berlində  “Azərbaycan”  adlı qəzet nəşr edirdi 
və  bu  qəzetin  nəşrində  hərbi  əsirlərdən  də  iştirak  edirdi.  Müharibə  illərində 
azərbaycanlı  əsirlərin  Türkiyədə  qəbul  edilməsini  nəzərdə  tuturaq  M.Ə.Rəsulzadə 
“Əsrimizin  Siyavuşu”  əsərində  yazmışdır:  “Türkiyə  Azərbaycanın  sığınacaq 
yeridir.”  Anadolu  türklərinin  1941-45-ci  illər  müharibəsi  dövrü  əsir  düşmüş  və 
Türkiyəyə gələ bilmiş Azərbaycan türklərinə köməyi xüsusi tədqiqat tələb edən bir 
                                                           
43
 Bax, Nəsiman Yaqublu, Məhəmməd Əmin Rəsulzadə. Bakı, 1991, s.224. 
44
 Yenə orada, s.224. 
 


100 
 
mövzudur  və  heç  şübhəsiz  ki,  bu  mövzu  tədqiq  edilərək  işıqlandırılacaqdır. 
Bununla  belə  əvvəlcədən  demək  olar  ki,  bu  tədqiqat  Türkiyə  və  Azərbaycan 
türklərinin  tarixi  dostluq  ənənələrinin  qırılmaz  tellərlə  bağlı  olduğunu  bir  daha 
sübut edəcəklər. 
“Azərbaycan”  qəzetinin  redaksiyasında  keçirilən  görüşlərdə  həmin  əsirlər 
Azərbaycanda  QPU  və  NKVD  rejiminin  ağırlığı,  Bakıda  əhalinin  tərkibinin 
ruslaşdırılması  və  erməniləşdirilməsinə  narazılıqlar  haqqında  söyləyirdilər.  Belə 
söhbətlərin  nəticəsi  olaraq  M.Ə.Rəsulzadə  bu  qənaətə  gəlmişdir  ki,  nəsillər 
arasındakı  mənəvi  əlaqə  qırılmamışdır.  Aydındır  ki,  bu  mühakimədə  o,  əsasən 
köhnə və yeni dövr mühacirlərinin siyasi baxışlarının müqayisəsinə əsaslanırdı. 
1943-cü  ilin  6  noyabrında  Berlində  Azərbaycan  Milli  Komitəsinin 
qurultayında  (M.Ə.Rəsulzadənin  başçılığı  ilə)  azərbaycanlı  əsirlərdən  təşkil 
edilmiş legionun nümayəndələri də iştirak etmişdi. 
1943-cü  ilin  sonunda  M.Ə.Rəsulzadə  Almaniyaya,  oradan  da  Vyanaya 
getməyə  məcbur  olmuşdu.  Faşist  Almaniyası  müharibədə  məğlub  olduqdan  sonra 
M.Ə.Rəsulzadə  yenidən  Almaniyaya  qayıtmışdı.  Bu  dövrdə  Stalin  hərbi  əsirlərin 
geri qaytarılmasını tələb edirdi; çünki düşünürdü ki, bu əsirlərdən indi İngiltərə və 
Amerika  hakim  dairələri  Sovet  dövlətinə  təsir  etmək  üçün  istifadə  edə  bilər. 
M.Ə.Rəsulzadə  hesab  edirdi  ki,  bu  əsirləri  vətənlərində  ölüm  hökmü  gözləyir  və 
bunları  xilas  etmək  lazımdır.  Bu  məqsədlə  o  Münhendə  “Azərbaycan  Demokrat 
Birliyi”  adlı  bir  cəmiyyət  yaratmışdı  və  1946-cı  ildə  həmin  cəmiyyət  adından 
azərbaycanlı  əsirlərə  müraciət  qəbul  edildi.  Bu  müraciətdə  deyilirdi:  “Vətənə 
qayıtmağa  tələsməyin,  əsirliyə  görə  siz  cəzalanacaqsınız.  Ana  Vətən  Türkiyə  də 
sizin arxanızdadır”.  Bu müraciətin təsiri ilə əsirlərin bir hissəsi Türkiyəyə getməyə 
razı  olmuşdu.  M.Ə.Rəsulzadə  1947-ci  ildə  Ankaraya  gəlmiş  və  1948-ci  ildən 
başlayaraq  azərbaycanlı  əsirlər  Türkiyəyə  gəlməyə  başlamışdılar.  Azərbaycanlı 
hərbi əsirlərin burada  yerləşməsinə  M.Ə.Rəsulzadə  geniş  köməklik etmişdir. Bəzi 
mənbələrdə  1948-ci  ildə  Türkiyədə  3680  azərbaycanlı  əsirin  olması  göstərilir. 
Türkiyəyə  gəlmiş bu əsirlərə  mədəni xidmət etmək üçün M.Ə.Rəsulzadə 1949-cu 
ilin 1 fevralında (Ankarada) “Azərbaycan Kültür Dərnəyi”ni təşkil etmişdi. Həmin 
Dərnək  1952-ci  ildə  Ankarada  Azərbaycan  dərgisinin  nəşrinə  başladı.  Bu  dərgidə 
əsirlikdən gəlmiş mühacirlərin də məqalələri çap olunurdu. 
Bu  sətirlərin  müəllifi  təxminən  25  il  sonra  (1975-ci  ildə)  Türkiyədə  12 
günlük  səfərdə  olarkən,  orada  yaşayan  qərib  azərbaycanlılarda  Vətən  həsrətinin 
güclü olduğunu və bu həsrəti yaradan Sovet siyasi sisteminə qarşı onlarda nifrətin 
də güclü olduğunun şahidi olmuşdur. 
Azərbaycanlı  əsirlərin  böyük  bir  hissəsi  xarici  ölkələrdə,  ilk  növbədə 
Almaniyada həlak olmuşlar. Nəşr olunmuş bəzi yazılarda göstərilir ki, müharibənin 
ilk  illərində  Almaniyaya  gətirilmiş  hərbi  əsirlərin  içərisində  olan  bütün  yəhudilər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə