Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


ÇELYADĠNOV Dmitriy Alekseyeviç



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

93 
 
ÇELYADĠNOV Dmitriy Alekseyeviç 
 
Valideynləri ilə birlikdə Bakıya köçmüş 13 yaşlı Dmitriy Bakıda ali texniki 
təhsil almış və müharibə başlanan gün orduda xidmətə getmişdir.  
Artilleriya  batareyasına  komandirlik  edən  Dmitriy  Çelyadinovun  döyüş 
yolu Şimali Qafqaz, Kuban və Krım (Kerç körfəzi) torpaqlarından keçmişdir.  
Baş leytenant Dmitriy Çelyadinov Kerç ətrafında 1943-cü ilin son aylarında 
keçmiş  ağır  döyüşlərdə  komandirlik  məharəti  və  cəsurluq  göstərmişdir.  Bu 
döyüşlərin birində cəsur komandir Dmitriy Çelyadinov həlak oldu. 
Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1944-cü ilin 16 mayında verilmişdir. 
 
ġAXNOVĠÇ Moisey Davıdoviç 
 
Ukraynada  1920-ci  ildə  dünyaya  göz  açmış  Moisey  Şaxnoviç  1938-ci  ildə 
orduda xidmətə çağırılmış və Zaqafqaziya hərbi dairəsinə göndərilmişdir. Az sonra 
onu Bakıda yerləşən hərbi məktəbə təhsilə göndərdilər.  
Tank  əleyhinə  artilleriya  batareyası  komandiri  baş  leytanant  Moisey 
Şaxnoviçin döyüş yolu Cənub hissəsindən başlandı.  
Sonrakı  dövrdə  onun  döyüş  yolu  Don  və  Volqa  çayları  ətrafında, 
Stalinqradın qəhrəmancasına müdafiəsindən keçdi.  
Kapitan  M.Şaxnoviç  1943-cü  ildə  Melitopol  şəhərinin  düşməndən  azad 
edilməsində xüsusi hərbi şücaət və bacarıq nümayiş etdirmişdir. Bu döyüşlərdə o, 
dörd dəfə yaralanmışdır.  
Sovet  İttifaqı  Qəhrəmanı  fəxri  adına  layiq  görülmüş  kapitan  Moisey 
Şaxnoviç  səhhətinə  görə  hərbi  xidmətdən  tərxis  olunduqdan  sonra  Azərbaycana 
gəlmiş və ömrünün sonunadək burada yaşamış və işləmişdir. 
 
ġEVERDYAYEV Nikolay Petroviç 
 
Şamaxı  rayonunun  Çuxur-Yurt  kəndində  1922-ci  ildə  dünyaya  göz  açmış 
Nikolay  Şeverdyayev  Stalinqrad  hərbi-təyyarəçilik  məktəbini  qurtaran  kimi 
döyüşən orduda xidmətə getdi. Leytenant N.Şeverdyayevin “İl-2” təyyarəsində ilk 
uçuşları  Şimal  cəbhəsində  Ladoqa  gölü  ətrafında  düşmənin  arxasına  çıxarılan 
desant  əməliyyatını  düşmən  təyyarələri  hücumlarından  müdafiə  etmək  məqsədi 
güdürdü və o, bu vəzifəni layiqincə yerinə yetirməkdə fəal iştirak etdi. 
Qvardiya  kapitan  Nikolay  Şeverdyayev  Oder  çayı  ətrafında  hücum 
əməliyyatları  aparan  ordu  hissələrimizə  mane  olan  düşmən  artilleriyasını  məhv 
etmək  əməliyyatında  da  fəal  iştirak  edərək,  mahir  və  cəsur  təyyarəçi  olduğunu 
dəfələrlə sübut etmişdir.  


94 
 
Müharibə  illərində  Nikolay  Şeverdyayev  132  döyüş  uçuşu  etmiş  və  ona 
Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.  
Müharibə  qurtardıqdan sonra  N.Şeverdyayev  Bakının №8 orta  məktəbində 
müəllim  işləmiş,  gənclərin  hərbi-vətənpərvərlik  ruhunda  tərbiyəsində  geniş 
fəaliyyət göstərmişdir. 
 
ġLYAXTUROV Pyotr Petroviç 
(1911-1963) 
 
Volqoqrad  şəhərində  dünyaya  göz  açmış  Pyotr  Şlyaxturov  1931-ci  ildə 
Bakıya gəlmiş və neft mədənlərində işləmişdir. Müharibə başlandıqda o, Bakıdan 
cəbhəyə könüllü olaraq getmiş və Moskvanın müdafiəsində iştirak etmişdir.  
Serjant  Pyotr  Şlyaxturov  minaatanlar  bölməsində  cəsur  döyüşlərinə  görə 
dörd orden ilə təltif edilmişdir. 
Pyotr  Şlyaxturov  Polşa  ərazisində  aparılan  döyüşlər  zamanı  Visla  çayının 
keçilməsində  Moskva  adına  diviziyanın  tərkibində  şəxsən  düşmənin  6  atəş 
nöqtəsini susdurmuş və əməliyyatın uğurla başa çatmasına xeyli kömək etmişdir. 
Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1945-ci ilin 24 martında verilmişdir.  
Müharibə  qurtardıqdan  sonra  Moskvada  “Qələbə”  rəsmi-keçidində  iştirak 
edən  Pyotr  Şlyaxturov  orduda  xidmətdən  tərxis  olunmuş  və  yenə  də  Bakıya 
gələrək, neft mədənlərində işləmişdir. 
 
ġÜKÜROV ġirin Ağabala oğlu 
 
Əlibayramlı  şəhərində  1910-cu  ildə  dünyaya  göz  açmış  və  1941-ci  ilin 
iyulunda hərbi xidmətə getmişdir.  
1941-ci  ilin  avqustundan  cəbhələrdə  döyüşmüş  və  I  Belorusiya  cəbhəsində 
hərbi  əməliyyatlar  aparan  339-cu  atıcı  diviziyanın  Polşadakı  döyüşlərində 
fərqlənmişdir.  Belə ki, 1945-ci ilin 14 yanvarında Sovet Ordusu Zvolen şəhərinin 
cənub-şərqində düşmən cəbhəsini  yarmaq  məqsədilə  hücuma keçdikdə sıravi-atıcı 
Şirin  Şükürov  düşmənin  səngərinə  hamıdan  əvvəl  daxil  olaraq,  arxasınca  gələn 
döyüşçülərlə  birlikdə  avtomat  və  qranatlarla  düşmən  əsgərlərini  məhv  etmiş  və 
yaralanmasına  baxmayaraq,  bütün  səngərləri  zəbt  etməyincə  döyüşdən 
çıxmamışdır.  
Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1945-ci ilin 27 fevralında verilmişdir.  
Müharibə qurtardıqdan sonra Əlibayramlıda işləmişdir.  
 
 
 


95 
 
1941-45-ci illər müharibəsində 
“ġərəf” ordeninin üç dərəcəsi ilə təltif edilmiĢ 
Azərbaycanlı döyüĢçülər haqqında bəzi 
məlumatlar 
 
1)  Aslanov  Aslan  Tərxan  oğlu  (Quba  rayonunda  1920-ci  ildə 
doğulmuşdur).  Müharibəni  Moskva  altında  döyüşlərlə  başlayan  A.Aslanov 
Smolensk-Belorusiya-Litva-Şərqi  Prusiya  ərazilərində  gedən  ağır  döyüşlərdə 
iştirak  etmiş,  II  dünya  müharibəsində  iştirakını  1945-ci  ilin  avqustunda 
Yaponiyada döyüşlər zamanı qurtarmışdır.  
2) Qavrilov Valeriy Mixayloviç (Bakıda 1922-ci ildə doğulmuşdur) 1943-
45-ci  illərdə  cəbhələrdə  ağır  döyüşlərdə  iştirak  edərək,  “Şərəf”  ordeninin  üç 
dərəcəsini almışdır. Xatırladaq ki, bu ordenin I dərəcəsi sonda verilir.  
3) Kərimov  Əli  Kərim  oğlu  – Avtomatçılar bölməsi komandiri (starşina), 
snayper (44 faşist məhv etmişdir), Qələbə rəsmi-keçidi (1945, Moskva) iştirakçısı 
olmuşdur.  
4) Mehdizadə Sultan Ağa oğlu – Bakı şəhərində doğulmuşdur. Baş serjant, 
kəşfiyyatçı,  snayper  dörd  dəfə  yaralanmışdır.  Döyüş  yolu  Stalinqraddan 
Berlinədək. Berlin uğrunda döyüşlərdə şəxsən 3 tank vurmuşdur.  
5)  Naxmedov  Ağacan  –  Astara  rayonunun  Sarel  kəndində  doğulmuşdur. 
Sıravi  kəşfiyyatçı  –  A.Naxmedov  “Şərəf”  ordeninin  üç  dərəcəsinə  layiq 
görülmüşdür.  
6)  Hüseynov  Əli  Nəcəf  oğlu  (Lerik  rayonunun  Dəstər  kəndində 
doğulmuşdur) kiçik serjant, top komandiri, “Şöhrət” ordeninin I dərəcəsini Berlin 
uğrunda döyüşlərdə almışdır. Reystaq binasının divarına “burada Azərbaycan oğlu, 
Lerik rayonunun Dəstər kəndindən Əli Hüseynov olmuşdur” sözləri yazılmışdır.  
7)  Eldarov  Süleyman  Ələsgər  oğlu  –  Şəki  rayonunda  doğulmuşdur.  Baş 
serjant,  top  komandiri  7  dəfə  yaralanmışdır.  Döyüş  yolu  Stalinqraddan 
Çexoslavakiyaya qədər. 1945-ci ildə keçirilmiş Qələbə rəsmi-keçidi iştirakçısıdır.  
8)  Heydərov  Muradəli  ġahvələd  oğlu  (Məmmədqasımlı  kəndində 
doğulmuşdur), sıravi topçu Muradəli Heydərov Qafqazdan Berlinədək döyüş yolu 
keçmiş,  düşmən  mühasirəsindən  ağır  döyüşlə  qəhrəmancasına  çıxmış  və  doğma 
kəndinə 9 orden və medalla qayıtmışdır.  
9)  Novruzəliyev  Qonaqbəy  Mövlan  oğlu  –  Müharibənin  əvvəlindən 
sonunadək  cəbhələrdə  olaraq,  onu  Praqada  qurtarmışdır.  Bu  ağır  döyüşlərdə  iki 
dəfə ağır yaralanmış, əsirlikdən qaçaraq partizan dəstəsində iki il partizanlıq edərək 
nümunəvi  xidmət  və  qəhrəmanlıq  göstərmişdir.  Partizan  dəstəsi  tərkibində  ağır 
döyüşlərlə  Sovet  Ordu  hissəsi  ilə  birləşərək,  müharibəni  nizami  ordu  tərkibində 
Praqada qurtarmışdır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə