Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

84 
 
Baş  serjant  M.Məhərrəmovun  dəstəsi  1943-cü  ilin  2  oktyabrı  gecəsi 
Kreşşatnik  adlı  yerdə  Dnepr  çayını  birinci  olaraq  keçmiş  və  15  gün  müddətində 
düşmənin  arxasında  onun  silah  anbarını  partlatmış,  zəbt  etdiyi  kənddə  düşmənin 
bir  tankını  və  onlarla  əsgərini  məhv  edərək,  arxadan  gələn  hərbi  hissələrin 
hücumunun genişlənməsini təmin etmişdir.  
Sovet İttifaqı Qəhrəmanı adı 1944-cü ilin 22 fevralında verilmişdir.  
Leytenant M.Məhərrəmov 1945-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. 
 
Məhərrəmov Məlik Məlik oğlu 
 
1920-ci  ilin  29  avqustunda  Zərdab  rayonunun  Bıçaqçı  kəndində  anadan 
olmuşdur. Hərbi xidmətə  1939-cu ildə  çağırılmış  və  1941-ci  ilin iyunundan 61-ci 
ordunun  77-ci  qvardiyaçı  atıcı  diviziyası  tərkibində  Leninqrad  uğrunda  və  Oryol 
ətrafındakı  ağır  döyüşlərdə  iştirak  etmişdir.  Müharibə  cəbhələrində  beş  dəfə 
yaralanmışdır. 
Rota  komandiri  qvardiya  leytenant  M.Məhərrəmov  öz  döyüşçüləri  ilə 
birlikdə  1943-cü  ilin  27  sentyabrında  Dnepr  çayını  Nedançiçi  adlı  yerdə  keçərək 
(Çerniqov  vilayəti)  düşmənin  istehkam  məntəqəsini  ələ  keçirmiş,  düşmən 
qüvvələrinin əks hücumlarını dəf edərək, ümumi hücumun uğurunu təmin etmişdir. 
Ona  və  rotasının  15  döyüşçüsünə  Sovet  İttifaqı  Qəhrəmanı  adı  1944-cü  ilin  15 
yanvarında verilmişdir. Məlik Məhərrəmov müharibəni Berlində başa vurmuşdur. 
M.Məhərrəmov  1954-cü  ildə  M.V.Frunze  adına  akademiyanı  qurtarmışdır. 
1973-cü  ildə  hərbi  xidmətdən  tərxis  edilən  polkovnik  M.Məhərrəmov  indi  Bakı 
Dövlət  Universitetində  dərs  deyir  və  respublikada  gənclərin  hərbi  vətənpərvərlik 
ruhunda tərbiyəsi işində geniş fəaliyyət göstərir. 
 
MƏMMƏDOV Əli Ağa oğlu 
(1922-1944) 
 
Bakıda  dünyaya  göz  açmış  və  1942-ci  ildə  Qara  dənizdə qoşun  hissəsində 
xidmətə çağırılmışdır. 1944-cü ilin 26 martında Odessa hərbi dəniz bazasının 384-
cü  batalyonu  desant  dəstəsi  Nikolayev  şəhəri  rayonunda  düşmənin  arxasına 
çıxarılmışdı və həmin dəstə 2 gün ərzində gecə və gündüz düşmənin 18 güclü əks 
hücumunu dəf etmişdi. Həmin dəstə tərkibində döyüşən tank əleyhinə topçu matros 
Əli  Məmmədov  bu  ağır  döyüşlərdə  şəxsi  qəhrəmanlıq  göstərmiş  və  son  nəfəsinə 
qədər  döyüşərək,  döyüşdə  həlak  olmuşdur.  Nikolayev  şəhərində  qardaşlıq 
qəbiristanlığında dəfn edilmişdir.  
Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1945-ci ilin 20 aprelində verilmişdir. 
Bakıda 101 №-li məktəbdə qəhrəmanın büstü qoyulmuşdur. 


85 
 
 
MƏMMƏDOV Qafur Nəsir oğlu 
(1922-1942) 
 
Bakıda  dünyaya  göz  açmış,  1941-ci  ilin  avqustunda  hərbi  xidmətə 
getmişdir.  Zaqafqaziya  cəbhəsində  56-cı  ordu  tərkibində  323-cü  dəniz  piyada 
batalyonunda  rabitəçi  vəzifəsində  xidmət  edən  matros  Qafur  Məmmədov  Tuapse 
şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə qəhrəmanlıqlar göstərmişdir.  
1942-ci  ilin  19  oktyabrında  faşist  ordusu  hissələrinin  hücumlarını  dəf 
edərkən  Qafur  Məmmədov  şəxsən  düşmənin  13  avtomatçısını  və  bir  minomyot 
heyətini  məhv  etmişdi.  Həmin  döyüşdə  o,  öz  komandirini  düşmən  atəşindən 
müdafiə edərkən, özü həlak oldu. 
Sovet  İttifaqı  Qəhrəmanı  adı  ona  1943-cü  ilin  31  martında  verilmişdir. 
Bakıda bir hərbi məktəbə, bir gəmiyə və bir küçəyə onun adı verilmişdir. 
 
NOSOV Aleksandr Mixayloviç 
 
Saratov  vilayətində  1924-cü  ildə  dünyaya  göz  açmış  Aleksandr  Nosov 
valideynləri  ilə  birlikdə  1933-cü  ildə  Bakıya  gəlmiş  və  bir  neçə  il  Kürdəmirdə 
yaşamışdır. 
1941-ci ildə 18 yaşlı Aleksandr könüllü cəbhəyə getmiş və onun döyüş yolu 
Şimali Qafqazdan başlamışdır.  
Taman yarımadası uğrunda aparılan döyüşlərdən birində serjant Aleksandr 
Nosovun  xidmət  etdiyi  atıcı  batalyonu  düşmənin  10  hücumunu  dəf  edərək,  6 
tankını vurmuşdu. Rota komandiri Saidov ağır yaralanaraq döyüşdən çıxarıldıqda, 
onu  qvardiya  serjant  Aleksandr  Nosov  əvəz  etdi  və  çox  ağır  döyüş  qələbə  ilə 
qurtardı. Serjant Aleksandr Nosova növbədən kənar kiçik leytenant rütbəsi verildi.  
Həmin  günlərdə  aparılan  ikinci  döyüşdə  Aleksandr  Nosov  tank  əleyhinə 
qranat ilə şəxsən düşmənin 3 tankını partlatmışdı.  
Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 23 oktyabrında verilmişdir. 
 
HƏKĠMOV Mikayıl Kəbir oğlu 
(1916-1944) 
 
Bakıda  dünyaya  göz  açmış  Mikayıl  Kəbir  oğlu  orduda  dəniz  donanması 
hissəsində matros olmuşdur.  
Böyük vətən müharibəsi başlandıqda Qara dəniz donanmasından Taqanroq 
və Mariupolda desant çıxarma əməliyyatlarında iştirak etmişdir. 


86 
 
Faşist  ordusu  geriyə  çəkilərkən  1944-cü  ilin  qışında  Nikolayev  şəhərinin 
buxtasını  minalamışdı  və  onu  partlatmalı  idilər.  Bunu  bilən  Sovet  ordu 
komandanlığı  həmin  planı  pozmaq  haqqında  əmr  verdi.  Bu  əməliyyatı  həyata 
keçirməli olan 67 nəfərdən ibarət desant dəstəsinə Mikayıl Həkimov da daxil idi. 
Desantçılar  Cənubi  Buğ  çayının  axınının  əksinə  kiçik  qayıqlarda  25  kilometr 
məsafəni  qət  edərək,  buxtaya  çatdılar  və  iki  gün  qızğın  döyüşlər  oldu.  Bu  ağır 
döyüşlərin birində Bakılı Mikayıl Həkimov da həlak oldu.  
1945-ci ilin 20 aprelində həmin desant əməliyyatında qəhrəmancasına həlak 
olan 67 nəfərin hamısına Sovet İttifaqı Qəhrəmanı adı verildi. 
 
OSTAPENKO Ġvan Qriqoryeviç 
 
Kubanda  1914-cü  ildə  dünyaya  göz  açmış  İvan  Ostapenko  16  yaşında 
olarkən iş dalınca Azərbaycana gəlmiş, Neftçala rayonunda balıq təsərrüfatında və 
kolxozda işləmişdir. 
1941-ci ildə orduda xidmətə çağırılmış və onun cəbhə yolu Rostov uğrunda 
döyüşlərdən başlanmışdır.  
Minomyotçular dəstəsində xidmət edən İ.Ostapenko Kuban, Donbas, Krım 
cəbhələrində döyüşmüş və üç dəfə yaralanmışdır. 
Kiçik  serjant  İ.Ostapenko  1944-cü  ilin  sonunda  Dunay  yaxınlığındakı 
əməliyyatlarda iştirak etmiş, Dunayın qərb sahilinə keçilməsi əməliyyatında igidlik 
göstərmişdir.  
Sovet İttifaqı Qəhrəmanı fəxri adı ona 1945-ci ilin martında verilmişdir.  
Müharibə  qurtardıqdan  sonra  Azərbaycana  qayıdaraq,  neft  trestlərinin 
birində işləmişdir. 
 
PETRUXĠN Nikolay Dmitriyeviç 
(1908-1945) 
 
Bakıda dünyaya göz açmış Nikolay Petruxin Suraxanıda  yaşamış və 30-cu 
illərin əvvəlində hərbi xidməti qurtarıb, yenə də Bakıya qayıtmış, neft sənayesində 
işləmişdir.  Böyük  Vətən  Müharibəsi  başlandıqda  N.Petruxin  Qara  dəniz 
donanmasında xidmətə göndərilmiş və snayper peşəsinə yiyələnmişdir. 
1944-cü  ilin  martında  Nikolayev  şəhərinin  azad  edilməsi  üzrə  desant 
əməliyyatında  iştirak  edən  N.Petruxin  şəxsi  qəhrəmanlıq  göstərmişdir:  iki  gün 
ərzində düşmənin 18 hücumu dəf edilmişdi. Çox ağır keçən bu döyüşlərin birində 
N.Petruxin həlak olmuşdur.  
Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 20 aprelində verilmişdir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə