Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

75 
 
tankını  idarə  etməkdə  davam  etmiş  və  tankın  atəş  nöqtələrinin  mərmiləri 
qurtardıqdan sonra şəxsi silahla döyüşü davam etdirmişdir.  
Cəsur  tankçı  M.Dadaşov  aldığı  yaralardan  sentyabrın  18-də  hospitalda 
dünyasının dəyişmişdir.  
Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 24 martında verilmişdir.  
 
CƏBĠYEV Mirzə Ağamurad oğlu 
(1925-1972) 
 
Astara  rayonunun  Hamoşam  kəndində  doğulmuş  və  1943-cü  ildə  könüllü 
olaraq orduda xidmətə getmişdir. 1944-cü ildə kiçik leytenant rütbəsi alaraq 43-cü 
Ordu tərkibində cəbhəyə (III Belorus cəbhəsi) göndərilmişdir.  
Baş  leytenant  Mirzə  Cəbiyev  1945-ci  ilin  6  aprelində  Keniqsberq  şəhəri 
ətrafındakı  döyüşlərdə  komandir  olduğu  bölmənin  önündə  kanalı  keçərək  №  5 
fortu zəbt etmiş və qələbə bayrağını sancmışdır. Bu döyüşdə o şəxsən düşməndən 
13 nəfər əsir götürmüşdür. Döyüşdə yaralansa da öz vəzifəsini qələbəyə qədər icra 
etmişdir.  
Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 19 aprelində verilmişdir.  
Müharibədən  sonra  kapitan  Mirzə  Cəbiyev  Astarada  sovxoz  direktoru 
işləmişdir. Vətənində büstü qoyulmuşdur. 
 
CƏFƏROV AğaĢirin Ağaməmməd oğlu 
(1906-1984) 
 
İndiki  Neftçala  rayonunun  Ballıcalı  kəndində  dünyaya  göz  açmış  və 
traktorçu peşəsindən 1941-ci ilin oktyabrında orduda xidmətə çağırılmışdır. 
Pulemyotçu  kiçik  serjant  Ağaşirin  Cəfərov  1942-ci  ilin  noyabrında  Cənub 
cəbhəsində  51-ci  ordu  tərkibindəki  416-cı  Azərbaycan  milli  diviziyasında  döyüşə 
başlamışdır.  1943-cü  ilin  oktyabrında  Melitopol  şəhəri  yaxınlığındakı  döyüşlərdə 
sərrast  atəş  ilə  şəxsi  igidlik  göstərərək,  düşmənin  atəş  nöqtələrini  və  canlı 
qüvvəsini  məhv  etmiş,  döyüş  üçün  mühüm  yüksəkliyin  zəbt  edilməsini  təmin 
etmişdir. Sovet İttifaqı Qəhrəmanı adı 1943-cü ilin 1 noyabrında verilmişdir.  
Starşina Ağaşirin Cəfərov müharibə qurtardıqdan sonra öz kəndində kolxoz 
və kənd soveti sədri olmuş, sonra isə Bakıda Neft-qazma idarəsində işləmişdir. 
 
 
 
 
 


76 
 
QULĠYEV Abbas ġahbaz oğlu 
(1916-1997) 
 
Naxçıvanın  Babək  rayonunun  Şəkərabad  kəndində  dünyaya  göz  açmış  və 
1941-ci ilin iyulunda hərbi xidmətə getmişdir. 
1943-cü ilin əvvəlində Suma şəhərində artilleriya məktəbini bitirmiş və 6-cı 
ordu  tərkibində  (I  Belorus  cəbhəsi)  batareya  komandiri  olan  A.Quliyev  döyüş 
əməliyyatlarına başlamışdır. 
1944-cü  ilin  2  avqustunda  qvardiya  baş  leytenantı  A.Quliyevin  batareyası 
Visla çayını keçərək geniş döyüş əməliyyatında düşmənə böyük zərbə ilə mühüm 
yüksəkliyi zəbt edərək əldə saxlamış və əməliyyatın qələbə ilə qurtarmasını təmin 
etmişdir. Ona Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci ilin 21 fevralında verilmişdir. 
Kapitan  A.Quliyev  müharibə  qurtardıqdan  sonra,  1945-ci  ildə  hərbi 
xidmətdən tərxis olunmuş və Naxçıvanda rəhbər vəzifələrdə işləmişdir. 
 
QULĠYEV Adil Hüseyn oğlu 
(1922-1993) 
 
Bakıda  dünyaya  göz  açmış  və  1941-ci  ildə  hərbi  xidmətə  çağırılmışdır. 
1942-ci  ildə  Stalinqrad  hərbi  təyyarəçilik  məktəbini  bitirdikdən  sonra  həmin  ilin 
oktyabrında  65-ci  qvardiyaçı  qırıcı  təyyarəçilər  alayında  döyüşlərdə  iştirak 
etmişdir. 
Qvardiya  kapitanı  A.Quliyev  1944-cü  ilin  sentyabrın  əvvəlinə  qədər  141 
hərbi  uçuş  edərək,  38  döyüşdə  düşmənin  18  hərbi  təyyarəsini  vurmuşdur.  Sovet 
İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 23 fevralında verilmişdir. 1956-cı ildə hərbi 
hava  qüvvələri  Akademiyasını  bitirmişdir.  Bakıda  aeroportun  rəisi  və  digər 
vəzifələrdə işləmişdir. SSRİ Ali Sovetinin deputatı olmuş, Bakıda fəxri xiyabanda 
dəfn edilmişdir.  
 
QULĠYEV Mehdi Nadir oğlu 
(1923- 1976) 
 
Gədəbəy  rayonunun  Ərkinaz  kəndində  dünyaya  göz  açmış  və  1943-cü  ilin 
mayında orduda xidmətə çağırılmışdır. 
Pulemyotçular  dəstəsinin  komandiri  qvardiya  serjant  M.Quliyev  1943-cü 
ilin  27  mayında  15-ci  qvardiyaçı  alayın  tərkibində  Krasnodar  vilayətinin  Krım 
rayonunun  Qorişnı  kəndi  ətrafındakı  döyüşlərdə  düşmənin  10-a  yaxın  hücumunu 
dəfn    edərək  onun  150-dən  çox  əsgər  zabitini,  iki  dəzgah  pulemyotunu  məhv 
etmişdir. Sovet İttifaqı Qəhrəmanı adı ona 1943-cü ilin 17 noyabrında verilmişdir.  


77 
 
Kiçik  leytenant  M.Quliyev  1946-cı  ildə  orduda  xidmətdən  tərxis  edilərək, 
Respublika Daxili İşlər Nazirliyində işləmiş və podpolkovnik rütbəsində dünyasını 
dəyişmişdir. 
 
KAZIMOV Səlahəddin Həsən oğlu 
(1920-1978) 
 
Zaqatala  şəhərində  dünyaya  göz  açmış  və  1941-ci  ildə  hərbi  xidmətə 
çağırılmışdır. 1942-ci ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordu tərkibində, 62-ci 
artilleriya  alayında  batareya  komandiri  vəzifəsində  döyüş  əməliyyatına 
başlamışdır.  
Baş  leytenant  S.Kazımov  Desna,  Dnepr  və  Pripyat  çaylarının  keçilməsi 
əməliyyatlarında fərqlənmişdir. 
1943-cü  ilin  22-23  sentyabrında  Dnepr  çayını  keçərkən  sərrast  atəş  ilə 
düşmənin atəş nöqtələrini məhv edərək alayın Dneprin sağ sahilinə keçməsini  və 
hücum  əməliyyatının  Çerniqov  və  Qomel  istiqamətlərində  genişlənməsini  təmin 
etmiş və 1943-cü ilin 16 oktyabrında Sovet İttifaqı Qəhrəmanı adı almışdır. 
Müharibədən  sonrakı  dövrdə  Azərbaycanda  Daxili  İşlər  Nazirliyi 
sistemində işləmiş və general-mayor rütbəsində nazir vəzifəsinə yüksəlmişdir. 
 
ĠLYASOV Ġvan Vasilyeviç 
(1912-1943) 
 
Azərbaycanın Mərəzə rayonunun Xilmilli kəndində dünyaya göz açmış İvan 
İlyasov 1936-cı ildə Bakıda nəqliyyatda işləyirdi.  
Müharibənin əvəlindən cəbhədə olan İ.İlyasov cənub və qərb cəbhələrində, 
Stalinqrad və Voronej ətrafındakı ağır döyüşlərdə fəal iştirak etmişdir.  
Qvardiya  kapitan  İ.İlyasov  1943-cü  ilin  5  iyununda  başlanmış  məşhur 
Oryol-Kursk-Belqorod  döyüşlərində  xüsusi  qəhrəmanlıq  göstərmişdir.  Onun 
komandir  olduğu  atıcı  rotaya  qarşı  Krutoy  Luq  kəndi  yanında  düşmənin  34  ağır 
tankı və bir batalyon döyüşçüsü hücuma keçmişdi. 13 saat fasiləsiz olaraq davam 
edən bu döyüşdə düşmənin külli miqdarda texnikası və 300-dən çox əsgər və zabiti 
məhv edildi, düşmən irəliləyə bilmədi. Bu döyüşdə həlak olan İvan İlyasova 1943-
cü ilin 18 noyabrında Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. 
 
YENALĠYEV Boris Musayeviç 
 
Dünyaya  1914-cü  ildə  göz  açdığı  Penza  vilayətindən  1939-cu  ildə  Bakıya 
gələn  Boris  Yenaliyev  müharibə  başlandıqda  Bakıda  hərbi  xidmətə  başlamışdı  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə