Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   40   41   42   43   44   45   46   47   48

112 
 
heyəti  içərisində    azərbaycanlıların  sayı  sürətlə  aşağı  düşürdü.  İttifaqın  hərbi 
məktəblərində  təhsil  alanlar  içərisində  də  azərbaycanlıların  sayı  getdikcə  azalırdı. 
Hətta  Bakıda  1939-cu  ildə  yaradılmış  iki  hərbi  məktəbdə  (Ümumi  Hərbi 
Komandirlər  məktəbi  və  Hərbi  Dəniz  Donanması  məktəbində)  1970-ci  ildə  hər 
birinə qəbul olunan 300 müdavimdən birincisində 10-15 nəfər, ikincisində isə 2-3 
nəfər Azərbaycan millətini təmsil edən gənc təhsil alırdı. 
Rusiya  dövlətinin  Hərbi  Nazirliyinin  orqanı  “Krasnaya  zvezda”  qəzetinin 
1992-ci  il  4  iyun  tarixli  sayında  göstərilir  ki,  1991-ci  ilin  əvvəlində  İttifaq 
Ordusunun  alay  (polk)  komandiri  müavinindən  yüksək  vəzifələrdə    azərbaycanlı 
komandirlərin sayı cəmisi 9 nəfər idi. Müqayisə üçün qeyd edək ki, Böyük Vətən 
müharibəsi  illərində  və  ondan  əvvəlki  dövrdə,  hətta  Azərbaycanda  Xalq 
Cümhuriyyətinin  fəaliyyəti illərində  (1918-1920) azərbaycanlı zabitlərin sayı qat-
qat çox olmuşdur. Burada ədalət naminə qeyd etmək lazımdır ki, Heydər Əliyevin 
respublikaya  rəhbərlik  etdiyi  70-80-ci  illərdə  SSRİ-nin  105  ali  hərbi  məktəbində 
2000  azərbaycanlı  zabit  hazırlanmışdı  ki,  onlardan  indi  Azərbaycan  Milli 
Ordusunda 14 general və 229 polkovnik fəaliyyət göstərir. 
Sovet  inzibati-amirlik  sistemi  şəraitində  azərbaycanlı  gənclərin  hərbi 
hazırlığında da böyük xətalar edilmişdir: azərbaycanlı gənclərin müasir texnikaya 
malik hərbi hissələrdə qulluq etmələri getdikcə məhdudlaşdırılırdı. Qismən də, bəzi 
valideynlərin təqsiri üzündən gənclərimizin bir hissəsi ordunun “fəhlə batalyonları” 
adlanan hissələrində qulluq edirdilər. 
XX  əsrin  sonunda  Azərbaycan  xalqının  siyasi  həyatında  ən  gərgin  dövr 
1988-93-cü  illər  olmuşdur.  Həmin  illərdə  başlanmış  xalq  hərəkatı,  ona  rəhbərlik 
edən  qüvvələrin  zəifliyinə  və  pərakəndəliyinə  baxmayaraq  xalqın  öz  qüvvəsinə 
inamının  sübutu  idi.  Bu  hərəkat  əsas  etibarilə  Moskva  rəhbərliyinin  Dağlıq 
Qarabağ münaqişəsində ermənipərəst siyasətinə, Mixayıl Qorbaçovun Ermənistan 
və  Qarabağ  ermənilərinin  separatçılığına  qarşı  heç  bir  tədbir  görməməsinə  cavab 
olaraq  başlanmışdı.  Bu  geniş  və  dinc  xalq  hərəkatından  qorxuya  düşən  Mərkəzi 
Sovet  rəhbərliyi  başqalarına  dərs  olsun  deyə  onu  tezliklə  silah  gücünə  boğmağı 
qərara  aldı.  1989-cu  ilin  5  dekabrında  Sovet  Ordusu  Bakının  indiki  Azadlıq 
meydanında  mitinqlər  şəklində  davam  edən  xalq  hərəkatını  (Meydan  hərəkatı) 
vəhşicəsinə  qovdu.  Azərbaycanda  kifayət  qədər  silahlı  qüvvə  olmasına 
baxmayaraq  Moskva  rəhbərliyi  1990-ci  ilin  11-19  yanvarı  arası  Bakıya  kənardan 
74 min nəfərlik, əksəriyyəti ermənilərdən və ruslardan ibarət olan, silahlı və zirehli 
qüvvə göndərdi. Hiss olunurdu ki, hansısa böyük bir təxribat hazırlanır... Yanvarın 
19-u  axşamı  DTK  tərəfindən  Bakıda  televiziya  partladıldı.  Xain  prezident 
M.Qorbaçovun şəxsi əmri ilə Bakı üzərinə göndərilmiş vəhşi hərbi dəstələr 1990-cı 
il yanvarın 19-dan 20-nə keçən gecə vahimə şəraitində küçələrə çıxmış dinc əhalini 
faşist  vəhşiliyi  ilə  atəşə  tutdular.  Moskva  radiosu  tərəfindən  Bakıda  fövqəladə 


113 
 
vəziyyət yanvarın 20-də səhər elan edilənədək, şəhərdə Sovet ordusu tərəfindən 82 
nəfər  amansızcasına  öldürülmüş,  20  nəfəri  isə  ölümcül  yaralanmışdı.  Bütövlükdə 
isə yanvar faciəsi günləri Bakıda 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 
nəfər həbs olunmuşdu. Bunların əksəriyyəti gənclərdən ibarət idi. 
Bakıda  dinc  əhaliyə  qarşı törədilmiş qanlı  vəhşiliklərə  cavab olaraq Xəzər 
dənizinin ümumi gəmiləri heyəti Bakı buxtasında cəmləşərək Buxtanı  Sovet hərbi 
gəmiləri  üzünə  bağladılar.  Buxtadakı  gəmilər  5  gün  ərzində  sahildən  atəş  altında 
qalsalar  da,  oraya  heç  bir  hərbi  gəmini  buraxmadılar.  Bakıya  imperiya  qoşunları 
daxil olduğu 19 yanvarda  gəmilərin  əksəriyyəti Bakıdan 3 saatlıq məsafədə, Neft 
Daşlarında idilər. Bu xəbəri eşidən kimi bütün gəmilər Bakı istiqamətində üzməyə 
başladı  və  yanvarın  20-də  Bakı  buxtasında  100-ə  qədər  gəmi  lövbər  salmışdı. 
Həmin  gəmilərdə  min  nəfərdən  çox  neftçi  və  gəmi  xidmətçiləri  var  idi.  Xəzər 
gəmiçiliyi  idarəsinə  mənsub  olan  “Naxçıvan”  gəmisi  də  həmin  gəmilərə 
qoşulmuşdu. 
Beləliklə, 100-dən çox mülki gəmi Bakı buxtasında Sovet hərbi gəmiləri ilə 
qarşı-qarşıya durmuşdular.  Rus admiralı  Sidorov  mülki  gəmilərin  kapitanlarından 
tələb edirdi ki, Bakı buxtasını tərk etsinlər. Bu gəmilərin heyəti isə“SOS” siqnalı 
ilə  Bakıda  törədilmiş  qanlı  cinayətləri  bütün  dünyaya  xəbər  verirdi.  Dənizçilərin 
Baltik dənizindən aldıqları radioqrammada deyilirdi: “Qardaşlar, möhkəm dayanın, 
noviqasiya olmadığı üçün Xəzərə üzə bilmirik”. Az bir müddətdə dünyanın 50-dən 
artıq ölkəsinin gəmiçilərindən belə həmrəylik cavabları alındı. 
Bakı  buxtasına  sədd  çəkən  gəmilər  dar  ağaclarından  Sovet  bayrağını 
endirərək,  matəm  bayrağını  qaldırmışdılar.  Bu  gəmilər  dəniz  vağzalı  ətrafında 
toplaşdılar və “Sabit Orucov” sərnişin gəmisində qərargah yaradıldı. 
Yanvarın  24-də  “Sabit  Orucov”  gəmisinə  təkrarən  toplaşan  veteran-
gəmiçilər  qərara  gəldilər  ki,  gəmilərin  düşmən  əlinə  keçməməsi  üçün  onları 
buxtadan  çıxarmaq  lazımdır  və  gəmilər  Xəzər  Neft  Donanması  bazasına  yığışdı. 
Az  sonra  hərbi  gəmilərdə  yerləşdirilmiş  sərxoş  matroslar  Azərbaycan  gəmilərinə 
basqın  edərək  hər  gəmidən  iki-üç  nəfər  həbs  etdilər  və  Bakının  30 
kilometrliyindəki  Şüvəlan  qəsəbəsinə  apararaq  qollarını  arxadan  qandalladılar. 
Səhəri gün həbs edilmiş 40-a yaxın Xəzər gəmiçisi təyyarə ilə Krasnodara, oradan 
da  qatarla  Orenburqa  aparıldı  və  yalnız  bir  aydan  sonra  buraxıldılar.  Görünür, 
Moskva bu “güzəşti” Bakıda törətdiyi vəhşiliklərin üstünü örtmək üçün etmişdi. 
1990-cı ilin 20 yanvar faciəsi eyni zamanda Azərbaycan xalqının XX əsrin 
sonu  tarixində  qəhrəmanlıq  dastanı  oldu.  Həmin  gün  Azərbaycan  xalqı  70  illik 
Sovet dövrünün qorxusunu-qırmızı terrorunun zindanlar və həbsxanalarını adlayıb 
keçdi.  Həmin  gecə  xalqın  azadlıq  hərəkatında  dönüş  yarandı,  bu  hərəkat  zəfərə 
yönəldi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə