Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   40   41   42   43   44   45   46   47   48

118 
 
M.Şaginyan erməni olmasaydı, “kömək əlini uzadır” yazardı. Həqiqətən də Nizami 
sosial  ədalətə  əsaslanan  xəyali  sosializm  ideyaları  haqqında  öz  yüksək  humanist 
fikirlərini adı çəkilən Avropa mütəfəkkirlərindən dörd əsr əvvəl söyləmişdir. Lakin 
hələ də xəyali sosializmin banisi Tomas Mor hesab edilir. Baxmayaraq ki, Nizami 
Gəncəvinin  buna  ehtiyacı  da  yoxdur.  Dahi  mütəfəkkirlik  adı  ona  daha  yaxşı 
yaraşır.  
XII  əsrdə  yaşamış  alim-astronom  Nəsirəddin  Tusi  (1201-1274)  “Əxlaqi-
Nasiri”  adlı  məşhur  traktatında  azadlıq  və  bərabərlik  ideyalarını  təbliğ  edərək, 
hakimiyyətin seçki əsasında təşkil edilməsi fikrini müdafiə etmişdi. Həmin dövrdə 
Avropa belə fikirlərdən çox geridə idi. 
XIV-XVI  əsrlərdə  yaşamış  və  yaratmış  görkəmli  şəxsiyyətlərimiz  – 
İmaməddin  Nəsimi  (1369-1417)  və  Məhəmməd  Füzuli  (1494-1556)  öz  humanist 
fikirləri ilə insan şəxsiyyətini əlçatmaz zirvələrə qaldırmışlar.  
Azərbaycan  xalqı  içərisində  böyük  mütəfəkkirlər  yetişməsində  XIX  əsr  də 
məhsuldar  olmuşdur:  Mirzə  Kazım  bəy  (1802-1870),  prof.  Mirzə  Cəfər 
Topçubaşov  (1790-1869),  Mirzə  Şəfi  Vazeh  (1794-1852),  Mirzə  Fətəli  Axundov 
(1812-1878) və digərləri belə simalardandır. Mirzə Kazım bəy sağlığında dünyanın 
20-dən çox Elmlər Akademiyasının həqiq və fəxri üzvü seçilmişdir.  
XIX  əsrin  birinci  yarısında  yaşamış  məşhur  şair  Mirzə  Şəfi  Vazehin  iki 
cildlik  lirik  şerlərini  bir  əsrə  qədərki  dövrdə  alman  Fridrix  Bodenştad  öz  adına 
yazaraq təbliğ etdi və bunların əksəriyyəti ana dilində hələ də tapılmamışdır.  
Azərbaycan  tarixi,  onun  Rusiya  ilə  İran  arasında  bölüşdürülməsindən 
sonrakı  dövrdə  mütəmadi  olaraq  saxtalaşdırılmışdır  və  bu  saxtalaşdırma  indi  də 
davam edir: tarix elmləri namizədi Qriqori Volınski Rusiyada nəşr olunan “Общая 
газета”nın  1998-ci  il  30  aprel-6  may  tarixli  sayında  1819-cu  ildə  Gülüstan  sülh 
müqaviləsinin  bağlanmasını  görün  necə  əsaslandırır:  “İslamın  şiyə  təriqətinə 
mənsub  olan  azərbaycanlılar  sünni  olan  sultan  Türkiyəsi  tərkibinə  daxil  olmaq 
istəmirdilər.  Belə  bir  şəraitdə  Azərbaycanın  şimal  hissəsi  Rusiya  tərkibinə  daxil 
oldu”.  Müəllifin  yazmasından  belə  çıxır  ki,  Şimali  Azərbaycan  əhalisinin  hamısı 
şiyə  təriqətinə  mənsubdur  və  guya  bu  əhali  öz  ərazisini  Rusiya  ilə  birləşməyə 
könüllü olaraq tərəfdar çıxmışlar. 
Məlumdur  ki,  Türkiyəyə  münasibətdə  İ.Stalin  I  Pyotrun  siyasətini  davam 
etdirmişdir  və bu siyasət 70 illik Sovet siyasətində davam etdi. Xarici ölkələrdən 
ermənilərin  Ermənistana  gətirilməsi  haqqında  Stalinin  1948-ci  ildə  imzaladığı 
qərar da bu siyasətin davamı idi.  
Rusların  Qara  dəniz  körfəzlərinin  zəbt  etmək  məqsədində  Türkiyəyə 
düşmən  olan  ermənilərin  Qafqazda  daha  güclü  olması  Rusiyaya  lazım  idi  və  bu 
siyasəti  Mixail  Qorbaçov  daha  kobud  şəkildə  davam  etdirirdi.  Buna  görə  də,  o, 


119 
 
Ermənistandan  1988-ci  ildə  200  min  nəfər  azərbaycanlının  qovulmasına  razılıq 
verdi. Halbuki, onlar öz qədim torpaqlarında yaşayırdılar.  
Ermənilərin 
azərbaycanlılara 
qarşı 
əbədi 
düşmənçiliyi 
bununla 
məhdudlaşmır.  Nankor  qonşumuz  olan  bu  ermənilər  milli  sərvətlərimizi  və 
xüsusilə də mənəvi sərvətlərimizi oğurlamaqda bizə sanki qənim kəsilmişlər: 
1960-cı  ildə  Ermənistanda  “Ermənistan  xalçaları”  adlı  kitab  nəşr  edilərək, 
dünyanın  bir  çox  ölkələrinə  göndərilmişdir.  Halbuki,  kitabda  rəsm  edilən  bu 
xalçaların  hamısı  Qarabağ,  Quba,  Şəki,  Gəncə  və  digər  rayonlarımızda  tarixən 
toxunmuş xalçaların nümunələridir.  
Sovet  hakimiyyətinin  bütün  dövründə  “Sarı  gəlin”  mahnısını  və  “Yallı” 
rəqsini ermənilər hər yerdə özününküləşdirərək ifa edirdilər və bu oğurluq indi də 
davam edir.  
Amerikada  yaşayan erməni kinorejissoru R.Mamulyan 1936-cı  ildə  “Arşın 
mal  alan”ı  ekranlaşdıraraq,  “erməni  operettasının  kraliçası”  adlandırdı  və  bu 
oğurluq hələ də tamamilə ifşa edilməmişdir.  
Yazıçı-jurnalist  Şəmistan  Nəzirli  1991-ci  ildə  nəşr  etdirdiyi  “Azərbaycan 
generalları”  kitabında  yazır  ki,  prof.  Satur  Ağayan  1978-ci  ildə  nəşr  etdirdiyi 
kitabında  Rusiya  ordusunda  xidmət  etmiş  azərbaycanlı  kapitan  Mənsur  ağa 
Vəkilovu  “Martiros  Vəkilov”  (kitabın  bir  səhifəsində  isə  hətta  Vəkilyan)  kimi 
təqdim  etmişdir.  Borçalının  Təkəli  kəndindəki  nüfuzlu  Yadigarovlar  nəslinə 
mənsub  olan  general  və  zabitlərimizi  ermənilər  “Ediqaryan”,  gürcülər  isə 
“Ediqaraşvili” kimi təbliğ ediblər
51

Müstəqil  dövlətimizdə  qanunçuluğun  keşiyində  duran  orqanlar  və  vəzifəli 
şəxslərimizin mədəni irsimizin oğurlanmağının qarşısını almağın yolları haqqında 
düşünmələrinin vaxtı çatmayıbmı? 
Və  nəhayət,  daha  bir  məsələ  haqqında:  müstəqil  Azərbaycan  dövləti  üçün 
başqa  dövlətlərin  ərazisində  vaxtilə  dəfn  edilmiş  tarixi  şəxsiyyətlərinin 
məzarlarının  indi  ölkəmizə  gətirilməsi  və  belə  şəxsiyyətlərimizin  hamısının  bir 
yerdə “Panteon” şəklində  məzarlaşdırılması  mühüm  siyasi  və  tərbiyəvi əhəmiyyət 
kəsb edir. Hüseyn Cavidin məzarının Vətənimizə gətirilməsi Respublika prezidenti 
Heydər Əliyevin tarixi xidmətidir. Gec-tez Nəriman Nərimanovun, Məmməd Əmin 
Rəsulzadənin,  Mirzə  Fətəli  Axundovun,  Mirzə  Şəfi  Vazehin    və  digər  görkəmli 
şəxsiyyətlərimizin  məzarlarının Vətəndə  məskunlaşması   arzu edilən bir tədbirdir 
və görünür bu haqda münasib addımlar atılacaqdır.  
1994-cü  ilin  ortalarında  atəşkəs  barədə  Bişkek  protokolunun  imzalanması 
ilə ondan əvvəlki 6 illik müharibə dövrünə sanki müvəqqəti də olsa son qoyuldu və 
Azərbaycanda  milli  ordu  quruculuğu,  dövlətçiliyi  möhkəmləndirmək  üçün  şərait 
                                                           
51
 Bax: Ş.Nəzirli, Azərbaycan generalları, B.1991, s.9-10. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə