Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki


Rəhimov  Rəhim  Cəfər  oğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

96 
 
10)  Rəhimov  Rəhim  Cəfər  oğlu  –  Naxçıvan  rayonunun  Suet  kəndində 
doğulmuşdur. Minomyotçu və minomyot bölməsi komandiri olan Rəhim Rəhimov 
Qafqazdan  Şərqi  Prussiyaya  qədər  döyüş  yolu  keçmişdir.  İki  dəfə  yaralanmış,  4 
orden və medalla təltif edilmişdir. 
 
 
III fəsil 
 
ĠKĠNCĠ DÜNYA MÜHARĠBƏSĠNĠN YEKUNLARI. FAKTLAR VƏ 
DÜġÜNCƏLƏR 
 
§1. II Dünya müharibəsinin son mərhələsi. 
Uzaq ġərqdə müharibə alovunun söndürülməsi 
 
Almaniya  faşizmi  ordu  hissələri  öz  paytaxtında  darmadağın  edilməklə  II 
dünya  müharibəsinin  Avropa  ocağı  söndürüldü,  lakin  Uzaq  Şərqdə  Yaponiyanın 
ABŞ  və  İngiltərəyə  qarşı  1941-ci  ilin  7  dekabrında  başladığı  müharibə  vəziyyəti 
davam edirdi. 
SSRİ,  ABŞ  və  İngiltərə  müttəfiq  dövlətləri  başçılarının  Tehran  (noyabr 
1943) konfransında  Sovetlər İttifaqı rəhbərliyi razılıq vermişdi  ki,  Alman  faşizmi 
məğlub  edildikdən  sonra  SSRİ-nin  müttəfiqləri  ilə  müharibə  aparan  Yaponiya 
dövləti  ordusuna  qərbdən  zərbə  endirmək  yolu  ilə  qələbəyə  kömək  ediləcəkdir. 
Buna  uyğun  olaraq  1945-ci  28  iyununda  İ.V.Stalin  Sovet  ordusunun  Baş  Ştabına 
göstəriş  verdi  ki,  Yaponiyanın  SSRİ  sərhəddində  yerləşmiş  Kvantun  ordusunu 
darmadağın etmək üçün hazırlığa başlansın. Göstərilən hərbi əməliyyatı Zabaykal 
cəbhəsinin  və  Primorye  ordu  qrupunun  bölmələri  və  Uzaq  Şərqdəki  hərbi  dəniz 
donanması  hissələri  yerinə  yetirməli  idilər.  Bütün  hazırlıq  işi  1945-ci  ilin  1 
avqustunadək qurtarmalı idi. 1945-ci ilin 30 iyulunda marşal A.M.Vasilevski Uzaq 
Şərqdə yerləşən bütün Sovet silahlı qüvvələrinin Baş komandanı təyin edildi. 
Yapopiyaya qarşı Sovet Ordusu tərəfindən hərbi əməliyyatlar 1945-ci ilin 9 
avqustunda başlandı. Hərbi əməliyyatlarda 1-ci, 5-ci, 25-ci, 35-ci ordu hissələrinin 
döyüşçüləri  xüsusilə  fərqləndilər.  Yaponiyanın  güclü  Kvantun  ordusunun 
darmadağın  edilməsi  əməliyyatı  sentyabrın  1-nə  başa  çatdı  və  sentyabrın  2-də 
Yaponiya təslim olmaq haqqında sənədi imzaladı. 
Həyata keçirilmiş hərbi əməliyyatların nəticəsində Sovetlər İttifaqının ordu 
hissələri Mancuriyanı, Lyaodun və Kvantun yarımadalarını, Şimali Koreyanı (38-ci 
paralelə  qədər).  Saxalin  adasının  cənub  hissəsinə  və  Kuril  adalarının  hamısını 
Yaponiya  silahlı  qüvvələrindən  təmizlədilər.  Yaponiya  ordusunun  574  min  əsgər 


97 
 
və zabiti (o cümlədən 110 generalı) əsir alındı, 1434 topu və digər silahları qənimət 
kimi götürüldü. 
II  dünya  müharibəsinin  sonuncu  mərhələsi  olan  Yaponiyaya  qarşı  birgə 
aparılan  hərbi  əməliyyatlarda  Sovet  Ordusu  tərkibində  olan  xeyli  Azərbaycanlı 
komandir və döyüşçü də iştirak etmişdir. 
Yaponiyaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün göndərilən hərbi 
hissələrdən  biri  223-cü  Azərbaycan  milli  diviziyası  olmuşdur.  Həmin  diviziya 
1945-ci  ilin  5  iyulunda  eşelonlarla  Uzaq  Şərqə  döyüş  cəbhəsinə  göndərildi  və  II 
dünya müharibəsinin qurtarmasını Uzaq Şərqdə qarşıladı. 
Sovet ordusunun ayrı-ayrı hissələrində xidmət edən Azərbaycanlı komandir 
və döyüşçülərdən bir çoxu Uzaq Şərqdə hərbi əməliyyatlarda geniş iştirak etmişlər. 
Hazırda  Bakıda  yaşayan  vitse-admiral  Həmid  Həbib  oğlu  Qasımbəyov 
söyləyir ki, Avropada Almaniya faşizmi üzərində “Qələbə” əldə edildiyi günlərdə 
biz dənizçilər artıq Uzaq Şərqdə idik və Amerika Birləşmiş Ştatlarına, əlavə döyüş 
silahları gətirmək üçün göndərilmişdik. 
Gənc leytenant şturman Həmid Qasımbəyov 1945-ci ilin   avqustunda Kuril 
adalarına desant çıxarılması əməliyyatında iştirak etmişdir. 
Bu  əməliyyat  hərbi  gəminin  dənizin  minalanmış  hissələri  ilə  hərəkəti 
şəraitində aparılırdı. Əməliyyat zamanı şturman H.Qasımbəyovun gərgin fəaliyyəti 
nəticəsində Yaponiya donanması tərəfindən dənizdə gizlədilmiş 25 mina tapılaraq 
zərərsizləşdirildi.  Az  sonra  leytenant  Həmid  Qasımbəyov  “Qırmızı  ulduz”  ordeni 
ilə təltif edildi. 
1949-cu  ilin  yayında  kapitan-leytenant  Həmid  Qasımbəyovun  komandir 
olduğu  hərbi  gəmi  Sakit  Okean  sahillərində  Kuril  adaları,  Kamçatka,  Kunaşir  və 
Şikatan adaları arasında əməliyyatlar həyata keçirirdi. 
Həmyerlimiz  H.H.Qasımbəyov  Yaponiya  təslim  olduqdan  sonra  da  dörd  il 
Uzaq Şərqdə hərbi Dəniz Donanmasında xidmət etmişdir. 
Böyük  Vətən  müharibəsi  illərində  Stalinqrad,  Krım  (Kerç),  Melitopol  və 
Odessa  rayonlarında  Yassa-Kişinyev  döyüş  əməliyyatında,  396-cı  və  416-cı 
diviziyaların  tərkibində  döyüşmüş  zabit  Baxşıyev  Abumüslüm  1944-45-ci  illərdə 
Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya və Avstriyada aparılmış hərbi 
əməliyyatlarda  iştirakdan  sonra  1945-ci  ilin  12  mayında  52-ci  atıcı  diviziyasının 
tərkibində  Uzaq  Şərq  hərbi  dairəsinə,  oradan  da  Çoybalsana  (Monqolustan), 
Xinqan  dağlarından  keçərək  Xarbin  (Çin)  istiqamətində  döyüşlərlə  Port  Artur 
ətrafına qədər çıxmışdır. Həmyerlimiz 1948-ci ilədək burada xidmət etmişdir. 
Avropada  hərbi  əməliyyatlar  qurtardıqdan  sonra  Qərb  cəbhəsindəki,  hərbi 
hava  ordusunun  tərkibində  olan  I  xüsusi  aviasiya  alayında  xidmət  edən  leytenant 
Pərviz Əli oğlu Tağızadə söyləyir ki, onların hərbi hissəsi 1945-ci ilin 2 iyununda 
Şərqi  Prusiyadan  eşalonlarla  Monqolustana  göndərildi  və  avqustun  ortalarında 


98 
 
hərbi  əməliyyatlar  başlandı.  Bu  əməliyyatlar  zamanı  Çançun,  Xarbin,  Mukden  və 
digər şəhərlərdəki Yaponiya silahlı qüvvələri məhv edildi. P.Ə.Tağızadənin xidmət 
etdiyi alay 1946-cı ilin əvvəlində Çita şəhərinə qaytarıldı. 
Almaniya  faşistləri  ilə  müharibədə  “Şöhrət”  ordeninin  üç  dərəcəsi  ilə  təltif 
edilmiş  Aslan  Aslanov  II  dünya  müharibəsinin  sonunda  Uzaq  Şərqdə  Yaponiya 
müharibəkirlərinə qarşı da döyüşmüşdür. 
Yaponiya imperializminə qarşı  müharibədə eləcə də indi ömrünü sürməklə 
davam edən həmyerli veteranlarımızdan Qara Əli oğlu Sarıyev, Şirin Hüseyn oğlu 
Tağıyev,  Qalina  İvanovna  Rabayeva,  İlyas  Hacı  oğlu  Hacıyev,  Əli  Nəib  oğlu 
Göyüşov,  Hüseyn  Camal  oğlu  Hüseynzadə,  Kərim  Əli  oğlu  Məmmədəlizadə, 
Fəraməz  İlyas  oğlu  Fəraməzov,  Ramiz  Səməd  oğlu  Quliyev,  Borisenko  Aleksey 
Timofeyeviç, Qavrilenko Leonid Anufreyeviç, Vasilevskaya Valentina İqnatyevna, 
Zamçanov  Aleksandr  Kiriloviç,  Nixamkin  İzrail  Semyonoviç  və  digərləri  iştirak 
etmişlər. 
Məlumdur  ki,  Yaponiya  1945-ci  ilin  2  sentyabrında  təslim  olsa  da, 
Yaponiya ilə sülh müqaviləsi hələ də imzalanmamışdır. 
 
§ 2. Müharibə illərində əsir düĢmüĢ 
vətəndaĢlarımız haqqında 
(faktlar və düĢüncələr) 
 
Rəsmi məlumata görə SSRİ üzrə 1941-45-ci illər müharibəsində 1,6 milyon 
nəfər vətəndaşın əsir düşməsi müəyyən edilmişdir. 
Əlbəttə  bunların  böyük  əksəriyyəti  müharibənin  ilk  aylarında  zəbt  edilmiş 
ərazilərin dinc əhalisi və mühasirəyə düşən ordu hissələri hesabına olmuşdur. 
Müharibə  qurtardıqdan  sonra  ölkənin  rəhbəri  İ.V.Stalin  hesab  etdi  ki, 
Almaniyada  və  Avropanın  başqa  ölkələrində  saxlanılan  Sovet  əsirləri  SSRİ-yə 
qarşı  mübaribədə  istifadə  edilə  bilər.  Buna  görə  də  həmin  əsirlərin  xüsusi  yük 
vaqonlarında ölkəyə qaytarılmasına başlanıldı. 
Hələ müharibə illərində Ali Baş komandan Stalinin 270 saylı xüsusi əmri ilə 
əsir düşmüş bütün hərbi qulluqçulara “vətən xaini” damğası vurulmuşdu. 
Müharibə  qurtardıqdan  az  sonra,  1945-ci  ilin  7  iyulunda  ümumi  əfv 
(bağışlanma)  elan  edildi  və  bu  sənəddə  göstərilirdi  ki,  Vətənə  xəyanət  edərək 
cəbhələrdə  düşmən  tərəfə  keçən  hərbi  hissələrdə  qulluq  edənlərdən  başqa,  Sovet 
ordusunun  sıravi  və  serjant  heyətlərində  qulluq  etmiş  bütün  hərbi  əsirlər  öz 
evlərinə buraxılırlar və belə də edildi. 
Lakin  üç  il  sonra,  1949-cu  ildə  həmin  əfv  edilmiş  hərbi  əsirlərin  hamısı 
SSRİ-nin  şərq  rayonlarındakı  hərbi  düşərgələrə  yenidən  sürgün  edildilər.  Bu  isə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə