Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

42 
 
həlledici döyüşlərə görə diviziya Ali Baş Komandanın təbrikinə layiq görülmüşdür.  
Bu müharibə illərində diviziyanın Ali Baş Komandandan aldığı 11-ci təbrik idi. 
İkinci  dünya  müharibəsinin  tərkib  hissəsi  olan  Böyük  Vətən  Müharibəsi 
illərində  223-cü  Belqrad  atıcı  diviziyası  30  ay  ərzində  döyüşlərdə  fasiləsiz  iştirak 
etmiş, Mazdokdan Vyanaya qədər 3600 kilometrlik yolu keçmişdir. Bu yol üstündə 
Rumıniya,  Bolqarıstan,  Yuqoslaviya,  Macarıstan,  Avstriya  və  Çexoslovakiya 
əraziləri yerləşir. 
Diviziyanın  bütün  döyüşçüləri  “Qafqazın  müdafiəsinə  görə”,  “Belqradın 
azad  edilməsinə  görə”,  “Budapeştin  alınmasına  görə”  və  “Vyananın  alınmasına 
görə” medalları ilə təltif edilmişdir. Diviziyanın 1037-ci alayı Suvorov ordeni ilə, 
1039-cu  alayı  Kutuzov  ordeni  ilə,  181-ci  Artilleriya  alayı  isə  Boqdan  Xmelnitski 
ordeni ilə təltif edilmişdir. 
Diviziyanın  əsgər  və  zabitlərindən  3483  nəfər  orden  və  medallarla  təltif 
edilmişdir.  Diviziyanın  veteranlarından  Əli  Məhərrəmov  hazırda  Nəsimi  rayonu 
veteranlar Şurasının işində fəaliyyət göstərir. 
 
396-cı milli atıcı diviziya 
 
396-cı  atıcı  diviziya  1941-ci  ilin  avqustunda  İranda  44-cü  ordunun 
tərkibində  olmuşdur.  Həmin  ilin  sonunda  diviziya  respublikanın  Quba  bölgəsinə 
gətirilmiş  və  Şimali  Qafqaza  göndərilmək  üçün  hazırlanırdı.  Diviziyanın  ilk 
komandiri  Q.Korçakov,  komandir  müavini  polkovnik  Əsədullayev:  komissarı 
polkovnik  Xavər  Vəliyev  olmuşdur.  Diviziyanın  şəxsi  heyətinin  əksəriyyəti 
azərbaycanlılardan ibarət idi. 
1941-ci  ilin  son  günlərində  diviziya  Krım  yarımadasına  desant  yolu  ilə 
göndərildi və 51-ci Ordunun tərkibinə daxil edildi. 
396-cı diviziyanın tərkibində 803-cü, 816-cı, 819-cu atıcı alayları və 957-ci 
artilleriya alayı (komandir Musa Heybətov) olmuşdur. Digər alayların komandirləri 
isə polkovnik Abdullayev və polkovnik Əsədullayev idi. 
1942-ci  ilin  may  döyüşləri  ərəfəsində  Krımda  44-cü,  47-ci  və  51-ci  Sovet 
Orduları  yerləşdirilmişdi.  Mayın  7-də  faşist  ordusunun  geniş  miqyaslı  hücumları 
nəticəsində  44-cü  Sovet  Ordusu  hissələri  böyük  itki  ilə  geri  çəkilməyə  məcbur 
oldular. Bu döyüşdə 396-cı diviziya böyük itki verdi. Həmin döyüşdən sonra Sovet 
hərbi  hissələri  Krımdan  Taman  yarımadasına  köçürüldülər.  396-cı  diviziyanın 
şəxsi  heyəti  isə  Armavirdən  keçərək  Tiflisə,  oradan  da  Qubaya  (Azərbaycana) 
göndərilərək, tərtib edilən yeni (223-cü) diviziyanın tərkibinə qatıldı. 
Yuxarıda  göstərilən  gərgin  döyüşdə  396-cı  milli  diviziyanın  alay  və 
batalyon  komandirləri  və  komissarlarından  X.Vəliyev,  Y.İsmayılov,  Əmirulla 
Dadaşov  (həlak  olmuşdur),  Ə.Hüseynov,  A.Abbasov,  K.Ağayev,  N.Aslanov, 


43 
 
Mehdi  Muxtarov,  T.Axundov,  İ.Əsgərov,  Q.Süleymanov  döyüşlərdə  xüsusilə 
fərqlənmişdilər. 
Hazırda Nəsimi rayonunda  yaşayan və işləyən veteranlardan Abdulrəhman 
Dadaşov və Nəsir Aşurov vaxtı ilə 396-cı milli diviziya tərkibində döyüşmüşlər. 
 
402-ci milli atıcı diviziya 
 
402-ci  milli  atıcı  diviziya  1941-ci  ilin  avqustunda  Naxçıvanda  və 
Ordubadda  təşkil  edilmişdir  və  onun  tərkibində  Azərbaycan  türkləri  90%  təşkil 
edirdi. Diviziya 1941-ci ilin oktyabrınadək İranda (Cənubi Azərbaycan) yerləşirdi. 
Bundan  sonra  Vətənə  qaytarılan  diviziya  1941-ci  ilin  oktyabrının  əvvəllərində 
Ordubad  və  Kivraq  şəhərlərindən  müharibə  zonasına  göndərildi.  Qafqaz  uğrunda 
döyüşlərə  44-cü  ordu  tərkibində  döyüşə  başlayan  diviziya  Qroznı  şəhərinin 
müdafiəsi  xəttində  (Terek  çayının  sağ  sahilində)  yerləşdirildi.  Diviziyanın 
komandiri polkovnik A.Hüseynov olmuşdur. Diviziyanın tərkibində 833-cü, 840-cı 
atıcı alayları, 960-cı topçular alayı, tank əleyhinə divizion və 4 əlavə batalyon var 
idi. 
1942-ci ilin 30 noyabrında diviziya Mazdok istiqamətində başlanan hücum 
əməliyyatlarında iştirak edərək, dekabrın ilk on günündə 34 km irəliləyə bildi. Bu 
döyüşlərdə diviziyanın 833-cü alayının komandiri mayor Akim Abbasov xüsusilə 
fərqləndi.  840-cı  alayın  komandiri  mayor  Manaf  Abdullayev  də  sərkərdəlik 
nümunəsi göstərmişdi. 
Mazdok  istiqamətindəki  döyüş  əməliyyatlarında  kapitan  Məcid  Əliyev 
(833-cü  alayın  3-cü  batalyonunun  komandiri),  baş  leytenant  Abdulla  Dadaşov 
(960-cı  topçu  alayının  2-ci  divizionu  komandiri),  leytenant  Bilal  Rəsulov  (840-cı 
atıcı alayın 2-ci batalyonu komandiri), həmin batalyonun bölmə  komandirləri baş 
leytenant  Məmməd  Tahirov  və  leytenant  Ələkbər  Hacıyev,  pulemyotçu  serjant 
Osman  Hacıyev,  döyüşçü  Mirzəyev  xüsusilə  fərqlənmişdilər.  Həmin  günlərdə 
cəbhədə  olmuş  görkəmli  şair  Rəsul  Rza  Ağcabədi  rayonunun  Hindarx  kəndində 
anadan olmuş pulemyotçu serjant Osman Abdulla oğlu Hacıyev haqqında “Osman 
Hacıyevin hünəri” adlı oçerk yazmışdı. Bu oçerkdə göstərilir ki, cəsur pulemyotçu 
Osman  Hacıyev  düşmənin  avtomatçılar  dəstəsinin  hücumlarını  iki  dəfə  dəf 
etmişdir. 
1942-ci ilin 12 dekabrından sonra diviziyanın tərkibinə yeni döyüş hissələri 
əlavə  edildi  və  o,  yeni  döyüşlərə  hazırlaşmağa  başladı.  1943-cü  ilin  ilk  üç  ayı 
ərzində diviziya Azərbaycan dilini bilən kiçik komandirlər heyəti ilə təmin olundu, 
diviziyaya  hərtərəfli  kömək  üçün  Bakıdan  müvafiq  hərbi  və  siyasi  mütəxəssislər 
göndərildi.  Az  sonra  döyüşə  hazırlanmış  1500  nəfər  402-ci  milli  diviziyanın 


44 
 
tərkibinə  göndərildi  və  sonrakı  illərdə  diviziya  Azərbaycandan  yeni  çağırışçılar 
dəstəsi alaraq onların da döyüşə hazırlığına başladı. 
1943-1944-cü  illərdə  402-ci  diviziya  digər  milli  diviziyaların  tərkibini 
möhkəmləndirmək  üçün  döyüşçü  və  komandirlər  hazırlamaq  üzrə  əsas  ehtiyat 
bazası kimi istifadə edilmişdir. Məsələn, diviziya 1943-cü ildə 2200 nəfər, 1944-cü 
ildə 1500 nəfər yeni çağırışçı qəbul edərək döyüşə hazırlamışdı. 
Böyük 
Vətən 
müharibəsi 
cəbhələrində 
döyüşən 
azərbaycanlı 
komandirlərdən Heybət  Heybətov, Mahmud Əbilov, Hacıbaba Zeynalov,  Tərlan 
Əliyarbəyov,  Akim  Abbasov  və  digərləri  yüksək  hərbi  sərkərdəlik  qabiliyyətinə 
malik  olduqlarını  sübut  edərək,  general-mayor rütbəsi aldılar. Müharibə illərində 
yaradılmış Milli diviziyalarda siyasi tərbiyə işlərinə respublikadan 322 nəfər rəhbər 
partiya  işçisi  göndərilmişdi.  Bunların  içərisində  polkovniklər  Xavər  Vəliyev,  
Rəşid Məcidov, Kazım İsmayılov, Mehbalı Əmiraslanov, Əbdül Rəcəbov, Ələsgər 
Qasımov  və  digərləri  var  idi.  Bu  diviziyaların  döyüşçüləri  ilə  görüşə  Səməd 
Vurğun,  Üzeyir  Hacıbəyov,  Rəsul  Rza,  Bülbül  Məmmədov,  Niyazi,  Mustafa 
Topçubaşov, Heydər Hüseynov və digər ictimai xadimlər tez-tez gedir və özləri ilə 
incəsənət kollektivləri qruplarını aparırdılar. 
Milli  diviziyalarda  Azərbaycan  dilində  12  adda  qəzet  buraxılırdı:  “Vətən 
şərəfinə”,  “Vətən  uğrunda”,  “Həyəcan”  və  başqa  adlarda  çıxan  cəbhə  qəzetləri 
redaktorları  sırasında  Rəsul  Rza,  Abbas  Zamanov,  Cəfər  Xəndan,  Əhməd  Cəmil, 
Xasay  Vəzirov,  Ənvər  Məmmədxanlı  və  digər  ədib  və  jurnalistlər  fəaliyyət 
göstərirdi.  Həmin  illərdə  bəstəkarlardan  Tofiq  Quliyev  “23-cü  diviziya”  adlı 
mahnını,  Niyazi  “402-ci  diviziya”,  “Can  Azərbaycan”,  “402”  yürüş  marşlarını 
yazmışdı. 
 
416-cı milli atıcı diviziya 
 
1942-ci ilin fevralından başlayaraq ayrı-ayrı  hissələri Ucar-Göyçay-Şəmkir 
zonasında  və  Ələtdə  təşkil  edilən  416-cı  milli  diviziyada  şəxsi  heyətin  92%-i 
Azərbaycan türkləri idi. 
416-cı milli diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır. Diviziya 1942-
ci  ilin  sentyabrın  əvvəllərində  44-cü  ordunun  tərkibinə  daxil  edilərək  Şimali 
Qafqazda  Xasav-yurt  rayonuna  göndərilmişdi.  Diviziyanın  cəbhəyə  getdiyi  vaxt 
Qafqaz  uğrunda  döyüşlərin  ən  şiddətli  dövrü  idi.  Faşist  Almaniyası  rəhbərliyi 
özünün  “Cənub”  ordu qrupu  komandanlığına  1942-ci  ilin  25 sentyabrında  Bakını 
zəbt  etməyi  əmr  etmişdi.  Lakin  faşist  ordusunun  əsas  qüvvələri  Sovet  ordusunun 
güclü  müqavimətinə  rast  gələrək,  Şimali  Qafqazda  sentyabr  ayında  döyüşlərdə 
böyük itkilər verdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə