Azərbaycanlilarin II dünya müharġBƏSĠNDƏ ĠġTĠraki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/48
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#31492
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

36 
 
Azərbaycanın  ilk  milli  diviziyası  olan  77-ci  dağ-atıcı  diviziya  1920-ci  ilin 
oktyabrında  təşkil  edilmişdir.  Diviziya  1935-ci  ilin  dekabrında  SSRİ  Mərkəzi 
İcraiyyə  Komitəsi  tərəfindən  Qırmızı  Bayraq  Ordeni  ilə  təltif  edilmişdi.  Həmin 
diviziya 1938-ci ilin martına qədər fəaliyyətdə olmuşdur. 
Belə  ki,  1937-ci  ilin  noyabrında  SSRİ-nin  yeni  Konstitusiyasının  qəbul 
edilməsi  ilə  əlaqədar  olaraq  Ümumittifaq  Kommunist  (bolşeviklər)  Partiyası 
mərkəzi  Komitəsi  və  SSRİ  Xalq  Komissarlar  Sovetinin  1938-ci  il  7  mart  tarixli 
qərarı  ilə  SSRİ-də  olan  bütün  milli  hərbi  hissələr  ləğv  edildi  və  ölkənin  bütün 
vətəndaşlarının  ümumi  əsaslarla  (vahid  hərbi  hissələrdə)  həqiqi  hərbi  xidmətə 
çağırılmasına  başlandı.  Qeyd  etmək  lazımdır  ki,  həmin  dövrdə  SSRİ-nin  bəzi 
xalqları (özbəklər, türkmənlər; qırğızlar, Şimali Qafqazın müsəlman xalqları və s.) 
ümumiyyətlə orduda xidmətə çağırılmırdılar. 
Azərbaycanda (o cümlədən Zaqafqaziyanın digər iki Respublikasında) milli 
diviziyaların yaradılması müəyyən dərəcədə 1941-ci ilin sonunda Almaniya faşist 
rəhbərliyinin Qafqazı zəbt etmək planını həyata keçirmək cəhdi ilə əlaqədar idi. 
Belə şəraitdə Azərbaycanda aşağıdakı milli diviziyalar yaradıldı: 
1. 27-ci dağ-atıcı diviziyası (1938-ci ildə ləğv edilərək, digər ümumi qoşun 
hərbi  hissəsinə  qatılmışdı),  1941-ci  ildə  bərpa  edildi  və  1941-ci  ilin  avqust-
sentyabr aylarında İranda (Cənubi Azərbaycanda) yerləşdirilmişdi. 
2.  402-ci  atıcı  diviziya;  1941-ci  ilin  avqustunda  Naxçıvanda  yaradılmış  və 
1941-ci ilin oktyabr 1942-ci ilin apreli arası Cənubi Azərbaycanda yerləşdirilmişdi. 
3.  223-cü  atıcı  diviziya  1941-ci  ilin  oktyabrında  Quba-Qusar-Dəvəçi 
zonasında təşkil edilmişdi. 
4.  416-cı  atıcı  diviziya  1942-ci  ilin  fevralında  Ucar  -  Göyçay  -  Ağdam  - 
Şəmkir - Ələt zonasında təşkil edilmişdi. 
5.  396-cı  atıcı  diviziya  (1941-ci  ilin  avqustunda  Cənubi  Azərbaycanda 
yerləşdirilmişdi). 
Bunlardan başqa həmin illərdə Azərbaycanda bir neçə qarışıq milli tərkibli 
diviziyalar (217-ci, 227-ci, 151-ci) da yaradılmışdı. 
Azərbaycan diviziyalarının şəxsi heyətinin milli tərkibi və döyüş yollarının 
əsas istiqamətlərini geniş öyrənmək və təbliğ etmək müasir dövr üçün çox vacibdir. 
Çünki  Qafqaz  dağları  ətəklərindən  başlayaraq  Şimala  və  Qərbə  doğru  Ukrayna, 
Belarusiya,  Moldaviya  və  Baltikyanı  ölkələrində,  Polşa,  Bolqarıstan,  Rumıniya, 
Macarıstan  və  Yuqoslaviya  torpaqlarında,  Oder  və  Şpreye  çayları  sahillərində 
yüzlərlə və minlərlə Azərbaycan oğullarının məlum və naməlum məzarları vardır. 
Onlar  öz  qəhrəmanlıqları  ilə  xalqımızı  Avropa  və  bütün  dünyaya  tanıtmışlar. 
Xalqımızın bu qəhrəman övladlarının  xatirəsini  əbədiləşdirmək bizim  vətəndaşlıq 
borcumuzdur. 


37 
 
1942-ci  ilin  əvvəlində  Hitler  bu  qərara  gəldi  ki,  Qafqaz  neftini  ələ 
keçirmədən müharibəni davam etdirə bilməyəcəkdir. II dünya müharibəsi illərində 
ABŞ  prezidentləri  F.Ruzvelt  və  T.Trumenin  məsləhətçisi  olmuş  admiral  Uilyam 
Leki xatirələrində yazır ki, 1941-ci ilin yayında Hitler Rusiyaya hücum edəndə biz 
hesab  etdik  ki,  “Alman  orduları  SSRİ-nin  Qərb  rayonlarını  və  Qafqazı  işğal 
etdikdən  sonra  Hitler  Stalinə  sülh  təklifi  ilə  müraciət  edər...  Qafqazın  neft 
mədənlərinin işğalı isə bütünlüklə Avropanın istilasını reallaşdıra bilərdi. Lakin bu 
təhlükəli  hadisə  baş  vermədi.  Hitler  Rusiyanın  içərilərinə  doğru  irəlilədi  və 
bununla da alman ordularının bütün əvvəlki nailiyyətlərini heçə endirdi. Almanlar 
1941/42-ci  illərin  qış  kompaniyası  dövründə  Stalinqradda  və  Rostovda  ağır 
məğlubiyyətlərə  uğrayaraq  geri  çəkiləndə  hamımız  rahat  nəfəs  aldıq.  Bununla  da 
nəinki  Bakı  və  onun  tükənməz  nefti,  eləcə  də  bütün  Yaxın  Şərqin  zəngin  neft 
mədənləri alman işğalçılarından azad edildi”
25

Müharibə  illərində  ABŞ  ordusunun  Baş  Qərargahının  rəisi  vəzifəsində 
işləmiş  general  Devid  Marşal  1945-ci  ilin  iyununda  hərbi  nazirə  ordunun  son  iki 
illik  hesabatında  yazmışdı: Sovet  Ordusunun Faşist Almaniyası üzərində  qələbəsi 
Amerika Birləşmiş Ştatlarını gələcəkdə faşist ordusu hücumundan xilas etdi. 
 
* * * 
 
Qafqaz uğrunda döyüşlərin son nəticəsi Sovet ordusunun gələcək döyüşləri 
üçün  həlledici  əhəmiyyət  kəsb  edirdi.  Buna  görə  də  Sovet  rəhbərliyi  Qafqazın 
müdafiəsinə bu regionun xalqlarını daha geniş cəlb etmək üçün milli diviziyaların 
yaradılması  haqqında  göstəriş  verdi.  Zaqafqaziyanın  üç  respublikasında  milli 
diviziyalar təşkil edilərək, tezliklə cəbhəyə göndərildilər. 
 
§ 3. Milli diviziyaların döyüĢ yolu 
 
77-ci milli atıcı diviziya 
 
Azərbaycanın  ilk  atıcı  milli  diviziyası  olan  bu  diviziya  1920-ci  ilin  30 
oktyabrında  yaradılmışdır. İlk dövrdə onun tərkibinə iki polk, kursantlar polku və 
artilleriya  divizionu  daxil  idi.  1924-30-cu  illərdə  diviziyanın  komandiri  Cəmşid 
Naxçıvanski (1895-1938) olmuşdur. Diviziya 1927-ci ildə Qara dəniz sahillərində 
                                                           
25
 Bax: Respublika qəzeti, 6 yanvar 1994. 
 


38 
 
hərbi  məşqlərdə  iştirak  etmiş  və  ona  1930-cu  ildə  dağ-atıcı  diviziyası  adı 
verilmişdir. Diviziya 1935-ci ildə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdir. 
SSRİ  Müdafiə  Naziri  müavini  marşal  S.M.Budyonnı  1940-cı  ilin 
sentyabrında  Zaqafqaziya  hərbi  dairəsinin  ordu  hissələrinin  taktiki  hazırlığını 
yoxlayarkən 77-ci diviziya ən yaxşı diviziyalardan biri kimi qiymət almışdı. 
77-ci  dağ-atıcı  diviziya  1941-ci  il  avqustun  sonunda  İran  (Cənubi 
Azərbaycan)  sərhəddini  keçərək  Pəhləvi  və  Rəştə  daxil  oldu.  Diviziyanın 
komandiri həmin dövrdə polkovnik Pimenov, hərbi Komissar isə Əmrulla Dadaşov 
idi.  Sovet  ordusunun  İranda  müvəqqəti  yerləşdirilməsi  antihitler  ittifaqı  ilə  İran 
dövləti arasında müqaviləyə əsasən edilmişdi. 
1941-ci  ilin  sonunda  Kerç  yarımadası  (Krım)  faşistlər  tərəfindən  zəbt 
edilmişdi və Sevastopol mühasirə vəziyyətində idi. Krımı düşmən ordusundan azad 
etmək  vəzifəsi  Zaqafqaziya  cəbhəsinə  və  Qara  dəniz  hərbi  donanmasına 
tapşırılmışdı.  1941-ci  ilin  29  dekabrında  Kerç  yarımadasına  çıxarılmış  desant 
Feodosiya rayonuna daxil oldu və faşistlər Kerçdən qovuldular. Lakin 1942-ci ilin 
yazında  faşist  Almaniyası  ordusu  Kerç  istiqamətində  yenidən  hücuma  keçdi  və 
Sovet  Ordu  hissələri  Taman  yarımadasında  öz  mövqelərini  möhkəmlətdilər.  Bu 
əməliyyatlar ilə Novorossiyskinin müdafiəsi dövrü başlandı. 1942-ci ilin mayında 
77-ci diviziya Qafqaz cəbhəsində hərbi əməliyyatlarda iştirak edirdi. 1942-ci ilin 1 
oktyabrında 77-ci diviziya öz şəxsi heyətini tamamlamaq üçün Dağıstana gətirildi 
və 58-ci ordunun tərkibinə daxil edildi. Həmin dövrdə onun şəxsi heyəti tərkibinin 
66%-ni azərbaycanlılar təşkil edirdi. 
Azərbaycan  Respublikası  rəhbərliyi  diviziyanın  döyüşçüləri  ilə  görüşə 
xalqın  görkəmli  şəxsiyyətlərindən  olan  Səməd  Vurğunu,  Rəsul  Rzanı,  Heydər 
Hüseynovu və digər ziyalıları göndərmişdi, diviziyaya göstərilən hərtərəfli kömək 
nəticəsində o, yeni döyüşlərə hazır vəziyyətə gətirildi. 
Şimali  Qafqazın  düşməndən  azad  edilməsi  üzrə  1943-cü  ilin  yanvarında 
başlanmış  hərbi  əməliyyatlarda  77-ci  diviziya  da  fəal  iştirak  etdi  və  3  yanvarda 
Mazdok şəhəri düşməndən azad edildi. Bundan sonra diviziya döyüşlərlə 850 km 
məsafəni  qət  edərək,  Donbasın  düşməndən  azad  edilməsi  əməliyyatlarında  44-cü 
ordunun  tərkibində  iştirak  etdi,  Dneprin  sol  sahillərində  və  Cənubi  Ukraynada 
uğurlu  əməliyyatlar apardı.  Həmin dövrdə  azərbaycanlılar diviziyanın (komandir-
polkovnik  A.P.Radionov,  komissar  polkovnik  Kazım  İsmayılov)  şəxsi  heyətinin 
30%  təşkil  edirdi.  Sivasın  azad  edilməsi  (Azov  dənizi  rayonunda  körfəz)  üzrə  11 
apreldə  başlanmış  hücumlarda  77-ci  diviziya  ən  təhlükəli  mövqelərdən  birində 
yerləşdirilmişdi.  Sevastopolun  azad  edilməsində  də  77-ci  diviziya  ən  təhlükəli 
mövqelərdən  birində  yerləşdirilmişdi.  Sevastopolun  azad  edilməsində  77-ci 
diviziya  mühüm  sahə  olan  Sapun-Qarada  gərgin  döyüşlərdə  iştirak  etmişdir.  10 
günlük döyüşlər nəticəsində Sapun-Qara düşməndən azad edildi. Sapun-Qaranın ən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə